Məhkəmə qərarları › İş №2(102)-447/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-447/2023

21.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-447/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı qızının Cavabdeh qarşı (maraqlarına toxunan şəxs Maraqlı şəxs) iş üzrə QƏRARİ Açar sözlər:mirasın qəbul edilməsi və mülkiyyətə verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası hakimləri Əhmədov X20 (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1986/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi: İşin halları Göygöl rayonu, Köşkü kəndində 0,14 ha torpaq sahəsində yerləşən 39,6 kv.metr iki yaşayış otağı, 23,7 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evi X5 istifadəsində olmuşdur. X12 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Hazırkı iş üzrə İddiaçı və Cavabdeh X X, maraqlı şəxsin atası X isə oğludur. X xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(066)-451/2008 saylı qətnaməsi əsasında İddiaçı qızına mübahisəli əmlakla bağlı xx.xx.2009-cu il tarixli çıxarış verilmişdir. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aşıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 298 saylı arayışa əsasən, X13 ölən bir günə kimi Göygöl rayonu, Köşkü kəndində ona məxsus fərdi ya şayış evində qızı İddiaçı qızı və onun ailə üzvüləri ilə birlikdə yaşamışdır. Onun vəfatından sonra həmin evdə İddiaçı qızı və onun ailə üzvüləri yaşamışlar. İddiaçı qızının vəfatından sonra isə həmin evdə X9 hal-hazıradək yaşayır. Xanası X6 ölümündən sonra Göygöl rayonu, Köşkü kəndində yaşamamışdır. Göygöl rayonu, Köşkü kənd sakinləri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta əsasəm, X5 yaşlı və xəstə vaxtlarında dünyasını dəyişənəcən ona qızı İddiaçı və nəvəsi X qulluq etmiş, onun yanında qalmışlar. X 1994-cü ildə dünyasını dəyişən zaman bütün xərclər Xvə Xtərəfindən çəkilmişdir. Xsağlığında və onun ölümündən sonra evində daim X yaşamışdır və müəyyən vaxtlarda X anası İddiaçı da orada yaşamışdır. Bu günə kimi həmin evdə X yaşayır. Akt 43 nəfər kənd sakini tərəfindən imzalan mışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X5 birinci növbə vərəsəsi tanınması və ondan miras qalmış Göygöl rayonu, Köşkü kəndində yerləşən miras əmlakın onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X12 xx.xx.1994-cü ildə vəfat etmiş və ondan Göygöl rayonu, Köşkü kəndində yerləşən yaşayış evi miras qalmışdır. Miras əmlak yaşayış sahəsi 39,6 kv.m., köməkçi sahə 23,7 kv.m. ümumi sahəsi 63 kv.m-dən ibarət olmaqla iki yaşayış otağından ibarətdir. Həmçinin 1400 kv.m. torpaq sahəsində yerləşir. Miras əmlakı yeganə vərəsə kimi faktik olaraq o qəbul etmişdir. Cavabd eh olan bacısı Cavabdeh onunla bərabər birinci növbə vərəsə olmuş, lakin anasının ölümündən keçən 14 il müddətində mülkün hər hansı xərcini ödəməmiş, mirası qəbul etmək üçün addımlar atmamışdır. Lakin cavabdeh mirasın onun adına keçməsinə əvvəllər razı olsa da, son zamanlar yaranan soyuqluğa görə fikrin dəyişmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(066)-451/2008 saylı qətnaməsi ilə (hakim E.Həsənova) iddia təmin edilmiş, İddiaçı qızının mərhum anası X5 vərəsəsi tanınması, X5 adına qeydə alınmış Göygöl rayonu, Köşkü kəndində yerləşən bir mərtəbəli iki yaşayış otağı, yaşayış sahəsi 39,6 kv.m., köməkçi sahə 23,7 kv.m. ümumi sahəsi 63 kv.m-dən ibarət yaşayış evinin və 1400 kv.m topraq sahəsinin onun mülkiyyə tinə verilməsi qət edilmişdir. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X1 miras qalmış Göygöl rayonu, Köşkü kəndində 0,14 ha torpaq sahəsində yerləşən 39,6 kv.m. iki yaşayış otağı, 23,7 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evini qanun üzrə birinci növbə vərəsələrdən yalnız İddiaçı qızı miras əmlakı idarə edərək ona faktiki sahiblik etməklə qəbul etmişdir. Cavabdeh qeyd edilən miras əmlakı hər hansı formada qəbul etməmişdir. Məhkəmə öz mövqeyini xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532, 552-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Birinci instansiya məhkəməsinin qətnaməsindən Maraqlı şəxs apelyasiya şikayəti vermişdir. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsasl andırılmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, nənəsi Fatma Avdıyeva vəfat etdikdən sonra onun yasını mərhum atası İsa təşkil etmiş, dəfn xərclərini atası çəkmişdir. Miras əmlakı yalnız atası qəbul etmişdir. İddiaçı qızı və Cavabdeh mirasın qəbuluna dair heç bir hərəkət etməmişlər. Atası ölən günə kimi miras əmlak yalnız atası və onlar baxmışdır. Nənəsi ölənə kimi isə nənlərinə onlar baxmışdır. Nənəsinin ölümündən sonra evin də örtüyünü tam dəyişmişlər, giriş-çıxış darvazası qoymuşlar. Habelə məhləyə su çəni yerləşdirmiş və aynabəndləri dəyişmişlər. Yəni miras əmlakı yalnız onlar qəbul etmişlər. İddiaçı isə mirasın qəbulu ilə bağlı müddəti ötürmüşdür. 2000-ci ildə atası öldükdən sonra Moskva şəhərinə getmiş, uzun müddət burada olmamışdır. Onun burada olmağından istifadə edən bibisi olan i ddiaçı mülkü qətnamə üzrə adlarına keçirmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər R.Mamedov sədrlik edən, məruzəçi, Ə.Məmmədov və F.Mehtiyev) 2(104)-906/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(066)-451/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyator atasının mərhum X miras qalan əmlakı qanunla müəyyən olunmuş müddətdə qəbul etməsini təsdiq edən sübutları təqdim etməmişdir. İş materialları ilə onun atasının nənəsinin ölümündən sonra, qanunla müəyyən edilmiş müddətdə miras əmlaka fa ktik sahibliyi həyata keçirməsi, miras əmlakda hər hansı abadlıq işləri aparması, müəyyən edilmir. Apellyator bu barədə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, iş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aşıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 298 saylı arayış və Köşkün kəndinin 43 nəfər sakini tərəfindən tərtib edilmiş aktdan görünür ki, X12 ölən bir günə kimi Göygöl rayonu, Köşkü kəndində ona məxsus fərdi yaşayış evində qızı İddiaçı qızı və onun ailə üzvüləri ilə birlikdə yaşamışdır. Onun vəfatından sonra həmin evdə İddiaçı qızı və onun ailə üzvüləri yaşamışlar. İddiaçı qızının vəfatından sonra isə həmin evdə X9 hal-hazıradək yaşayır. X (apellyatorun atası) anası X6 ölümündən sonra Gö ygöl rayonu, Köşkü kəndində yaşamamışdır. Məhkəmə öz mövqeyini xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 529-cu maddələrinə istinadla əsaslandırmışdır. Kasssiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-906/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə razılaşmayan hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin icraatına xitam verilməsini, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, madd i və posessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1754/2022 saylı, 26 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-906/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən arayış və akta istinad etsə də həmin sənədlər üzrə araşdırma aparmamış, həmin sənədləri sadalamaqla kifayətlənmiş, aktı imzalamış şəxslərin şahid qismində dəvət olunmasını tərəflərə təklif etmədən həmin akta mötəbər sübut kimi istinad etməklə apellyatorun şikayətini rədd etmişdir. Bundan başqa, Maraqlı şəxs apellyasiya şikayətində nənəsi X14 vəfat etdikdən sonra atası X mübahisəli evin dam örtüyünü və aynabəndləri dəyişdirdiyini, darvaza və su çəni qoydurduğunu, yəni əmlakı faktiki olaraq qəbul etdiyini, iddiaçının miras açılan vaxt qeyd edilən evdə yaşamadığını, göstərsə də apellyasiya instansiyası məhkəməsi qeyd edilən dəlillərlə bağlı heç bir araşdırma aparmamış və onlara hüquqi qiymət verməmişdir. Kollegiya öz hüquqi mövqeyini əsaslandırarkən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə və digər maddi hüquq normalarının tələblərinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə iclasında iştirak edən hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs vəkili X2 bildirmişdir ki, X12 xx.xx.1994-cü ildə vəfat etdikdən sonra ondan miras qalmış əmlak faktiki olaraq oğlu İsa sahiblənmişdir. Belə ki, evin damını düzəltmiş, hasarını və darvazasını qoymuşdur ki, bu faktlar onun evi sahiblənməsini təsdiq etmişdir. Evin açarını isə sonradan iddiaçının X X orada yaşaması üçün vermişdir. Keçən müddət ərzində Maraqlı şəxs hərəkətsizliyi arxayınçılığı ilə əlaqədar olmuşdur. Belə ki, o özünü mülkiyyətçi hesab etdiyindən bibisi qızının müvəqqəti orada yaşamasında hər hansı bir narahatılıq keçirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qızının varisi X9 apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atası X ilə anası X 1978-ci ildə boşandığından onlar anası ilə birlikdə əsasən nənəsinin yanında qalmışlar. Lakin, atası onlarla əlaqəni kəsməmiş, lazım ol anda ailənin xətrinə bir yerdə olmuşdur. Nənəsinin vəfatından sonra həmin evdə anası ilə birlikdə o yaşamış, 2001-ci ildə ailə qurması ilə əlaqədar evdən getmiş, ailəsinin dağılması ilə əlaqədar 2003cü ildə yenidən həmin evə qayıtmış və həmin tarixdən də daimi həmin evdə yaşamaqdadır. Ümumiyyətlə nənəsi tək yaşamasın deyə uşaqlıqdan anası ilə nənəsinin yanında qalmışlar. Evin açarının X ailəsində olması ilə bağlı göstərilənlər yalandır. Açar həmişə onlarda olmuşdur. Maraqlı şəxs nənəsinin ölümündən sonra onlar tərəfindən evin dam örtüyünü dəyişmələri, giriş-çıxış darvazası qoymaları, həyətə su çəni yerləşdirmələri və aynabəndləri dəyişmişləri ilə bağlı göstərdikləri yalandır. Belə ki, dayısı İsa nənəsinin ölümündən sonra miras mülkə ümumiyyətlə gəlməmişdir. Miras qalmış evin şiferi və ayna babəndi nənəsinin sağlığında atası X vurmuş, dəmir çən də nənəsinin sağlığından onun uşaqlıq vaxtlarından 1980-ci illərdən həyətdə olmuşdur. Dəmir darvazanı isə dayısı Məhəmməd qoydurmuşdur. Məhkəməyə təqdim etdiyi diskdə olan video 1993-cü il tarixdə toy zamanı çəkilmişdir ki, həmin videogörüntüdədarvazının olması görünür. Miras anası tərəfindən qəbul edilmiş və nənəsinin vəfatından sonra evdə onlar yaşamış və evə sahiblənmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı qızının prosessual hüquqi varisi X3 vəkili X16 çıxış edərək bildirmişdir ki, X ilə X 1978-ci il tarixdə boşandığından demək olar ki, X anası ilə birlikdə yaşamışlıar. Bundan başqa 1993-cü il tarixdə üçüncü şəxs olan X toy mərasiminin gəlin gətirməsi videoya çəkilmişdir ki, həmin videonu diskdə məhkəməyətəqdim edirlər. Həmi n miras qalmış evin darvazasnın hazırkı darvaz ilə eyni ollmasıgörünməkdədir ki, bu da şikayət vermiş şəxsin nənəsinin vəfatından sonra darvazanı dəyişdirlmələri ilə bağlı şikayətinin dəlilinin yalan olduğunu təsdiq edir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb sürməyən üçüncü şəxs X17 izahat verib bildirmişdir ki, nənəsindən, daha sonra isə anasından miras qalmış əmlak hazırda onun mülkiyyətindədir. Maraqlı şəxs apellyasiya şikayəti isə əsassızdır. Belə ki, X miras qalmış evlə bağlı heç bir əlaqəsi olmamış, anasının vəfatından sonra miras qalmış əmlaka gəlib-getməmişdir. Mirası onlar qəbul etmişlər. Evin damı isə 1980-ci illərdə, yəni nənəsinin sağlığında vurulmuşdur. Qarşı tərəfin göstərdikləri h amısı yalandır. Evin sənədi nənəsinin sağlığından evdə olmamış, oğurlanmışdı. Nənəsi evin sənədinin itdiyini güman etmişdir. Həmişə deyirdi ki, yaşlı və huşsuz adamam ola bilsin hardasa itirmişəm. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, doğulduğu vaxtdan Göygöl rayonunun Köşkü kəndində yaşayır. X onun bacısının baldızı, X bibisi oğludur. Mərhum İddiaçı qızı ilə qonşudur. X uzun illər əvvəl, cavan vaxtlarında, mərhum X sağlığında kənddə bir neçə dəfə görmüşdür. X11 köçüb yaşamışdır. X vəfatından sonra onun kəndə gəlməsini xatırlamır. X tək yaşamış, yalnız X ona baxmış, onun vəfatından sonra isə miras qalmış evə X sahiblənmişdir. Həmin ev köhnə ev olmaqla, orada nə iş görülmüşdürsə X t ərəfindən görülmüşdür. X arvadın evi köhnə evdir. Həmin evdə X vəfatından sonra X X yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Göygöl rayonunun Köşkü kəndində yaşayır. Miras almış evlə onun evinin arasındakı məsagə təxminən 100 metrdir. Mərhum x ilə qonşu olmuşdur. Mərhum X tanımışdır. X evlənəndən sonra kənddən köçüb getmiş, bundan onra onu kənddə 1-2 dəfə görmüşdür. X vəfat edəndən sonra evə X və onun qızı sahbilənmişdir. X anası X vəfat etməsindən sonra gəlib-getməsini şahidi olmamışdır. Evlə maraqlanan, sahiblənən x və onun qızları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Göygöl rayonunun Köşkü kəndində miras qalmış evdən təxminən 400 metr aralıda onun evi yerləşir. Mərhum X həmişə qızı X və onun qızlarının baxdığının şahidi olmuşdur. Mərhum VX tanımış, isaevlənəndən sonra onu kənddə görməmişdir. Uşaqlarını tanımır. Mərhum X miras qalmış evdə hər hansı bir təmir-tikininti işləri aparmasının şahidi olmamışdır. Evin təmirini X həyata keçirmişdir. Miras qalmış evin damını X həyat yoldaşı X dəyişmişdir. Hətta o da qonşu kimi köməklik etmişdir. X da X və X baxmış, onun ölümündən sonra isə evə sahiblənmişlər. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aşıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 298 saylı arayışdan görünür ki, X13 ölən bir günə kimi Göygöl rayonu, Köşkü kəndində ona məxsus fərdi yaşayış evində qızı İddiaçı qızı və onun ailə üzvüləri ilə birlikdə yaşamışdır. Onun vəfatından sonra həmin evdə İddiaçı qızı və onun ailə üz vüləri yaşamışlar. İddiaçı qızının vəfatından sonra isə həmin evdə X9 hal-hazıradək yaşayır. X anası X6 ölümündən sonra Göygöl rayonu, Köşkü kəndində yaşamamışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.H.Hüseynzadə sədrlik edən, məruzəçi, L.S.Süleymanov və İ.T.Həsənov) 2(104)-1986/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Göygöl Rayon Məhkəməsinin 26 dekabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Göygöl rayonu, Köşkü kəndində 0,14 ha torpaq sahəsində yerləşən 39,6 kv.m. iki yaşayış otağı, 23,7 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evi mərhum X5 mülkiyyətində olmuş, xx.xx.1994-cü il tarixdə vəfat etməsi ilə qeyd olunan əml ak miras qalmışdır. Miras qalmış əmlaka qızı İddiaçı qızı faktiki olaraq sahiblənmişdir.Maraqlı şəxs nənəsindən miras qalmış əmlakı 29 may 2000-ci il tarixdə vəfat etmiş atası X tərəfindən qəbul edildiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Maraqlı şəxs nənəsinin ölümündən sonra evin dam örtüyünü dəyişdirdiklərini, giriş-çıxış darvazası qoyduqlarını, aynabənləridəyişdirdiklərini və su çəni qoyduqlarını iddia etsə də məhkəmə iclasında dindirilmiş şahidlər bu faktları təsdiq etməmişdir. Əksinə, şahidlər miras evə dair işlərin miras qoyanın vəfat etməməmişdən əvvəl İddiaçı qızı və onun əri tərəfindən görməsinə dair ifadə vermişlər ki, onların bu ifadələri əsaslı hesab olunur. Belə ki, miras qoyan X10 Vəliyeva ilə eyni kənddə yaşadığından onun anasını n qayğısını çəkməsi daha inandırıcıdır. Həmçinin, qeyd olunan işlərin isə X sağlığında görülməsi müəyyən olunmaqdadır. Bundan başqa Maraqlı şəxs evin açarlarının onlarda olduğunu və 2007-ci il tarixdə mərhum İddiaçı qızının yaşaması üçün verildiyini iddia etsə də bu barədə də məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Evin sənədlərinin hər hansı bir səbəbdən müəyyən şəxsdə olması isə mirası faktiki qəbulu kimi qəbul edilə bilməz Həmçinin, məhkəməyə təqdim edilmişGöygöl rayon İcra Hakimiyyəti Başçısının Aşıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 298 saylı arayışla da miras qalmış əmlakın İddiaçı qızı tərəfindən qəbul edilməsi təsdiq olunmaqla, X anası X6 ölümündən sonra Göygöl rayonu, Köşkü kəndində yaşamaması təsdiq olunmu şdur. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, Vəliyev İsa Həsənqulu oğlu 2000-ci il tarixdə vəfat etmişdir ki, həmin tarixədək onun miras qalmış əmlakla hər hansı bir əlaqəsinin olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Maraqlı şəxs isə 20 ildən sonra atasının mirası qəbul etdiyini iddia etmişdir ki, keçən 20 il ərzində Maraqlı şəxs hərəkətsizliyi və miras qalmış evlə əlaqəsinin olmaması mirasın atası tərəfindən qəbul edilməməsini dolayısı ilə də təsdiq etməkdədir. Mirasın qəbul edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd olunan və mübahisəyə tətbiq olunan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerd ə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Göründüyü kimi qanunvericilik mirasın faktiki qəbulunun iki üsulunu müəyyən etmişdir. Onlardan biri miras əmlaka faktiki sahiblik etməklə yiyələnmək, digəri isə miras əmlakı faktiki idarə etmək üsuludur. Faktiki sahiblik etmək üsuluna görə vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirməklə ona sahib durmalı, miras əmlakı faktiki idarə etməklə isə vərəsə öz hərəkətləri ilə öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması imkanlarını təmin etməlidir. Hazırkı iş üzrə isə X anası X4 miras qalmış evə faktiki olaraq yiyələnməsi və ya idarə etməsi, o cümlədən notariat orqanına ərizə verməsi öz təsdqiqinitapmamaqdadır. Belə ki, mirasın faktiki qəbul olunması yuxarıda qeyd olunduğu kimi miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirməklə ona sahib durmağı və faktiki idarə etməyi özündə ehtiva edir. Hərçəndki, qarşı tərəf evin sənədlərinin hələ miras qoyanın sağlığından ona olmadığını iddia etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hər iki tərəf mərhum saxlanmasına və dəfn xərcinin çəkilməsinəişrtirak etdiyini bildirmişdir ki, şəxsin yaşlı valideyninə baxması, valideynlərinin, qardaş-bacısının və ya digər qohumunun yas mərasimində iştirak etməsi, yas mərasimini təşkil etməsi və yas mərasimin xərlərini çəkməsi ailə qanunvericiliyinin o, cümlədən milli və mənəvi dəyərlərdən irəli gəlməklə, həmin dəyərlərin yerinə yetirilməsi vəfat etmiş şəxsin miras qalmış əmlakının faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Kollegiya öz hüq uqi mövqeyini əsaslndırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 529, 552-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (2(104)-1986/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti bundan əvvəlki apellyasiya şikayətində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində istifadə edilən normalara istinad edilmişdir. Tətb iq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllə Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Mddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə onun ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı gün hesab olunur. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəb ul edilməsinə yol verilmir.Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə

555. Vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İş də olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində maraqlarına toxunan şəxs apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassas iya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Göygöl rayonu, Köşkü kəndində 0,14 ha torpaq sahəsində yerləşən 39,6 kv.m. iki yaşayış otağı, 23,7 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evi mərhum X5 mülkiyyətində olmuş, xx.xx.1994-cü il tarixdə vəfat etməsi ilə qeyd olunan əmlak miras qalmışdır. Miras qalmış əmlaka qızı İddiaçı qızı faktiki olaraq sahiblənmişdir. Maraqlı şəxs nənəsindən mi ras qalmış əmlakı 29 may 2000-ci il tarixdə vəfat etmiş atası X tərəfindən qəbul edildiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Maraqlı şəxs nənəsinin ölümündən sonra evin dam örtüyünü dəyişdirdiklərini, giriş-çıxış darvazası qoyduqlarını, aynabənləri dəyişdirdiklərini və su çəni qoyduqlarını iddia etsə də məhkəmə iclasında dindirilmiş şahidlər bu faktları təsdiq etməmişdir. Əksinə, şahidlər miras evə dair işlərin miras qoyanın vəfat etməməmişdən əvvəl İddiaçı qızı və onun əri tərəfindən görməsinə dair ifadə vermişlər ki, onların bu ifadələri əsaslı hesab olunur. Belə ki, miras qoyan X10 Vəliyeva ilə eyni kənddə yaşadığından onun anasının qayğısını çəkməsi daha inandırıcıdır. Həmçin in, qeyd olunan işlərin isə X sağlığında görülməsi müəyyən olunmaqdadır. Bundan başqa Maraqlı şəxs evin açarlarının onlarda olduğunu və 2007-ci il tarixdə mərhum İddiaçı qızının yaşaması üçün verildiyini iddia etsə də bu barədə də məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Evin sənədlərinin hər hansı bir səbəbdən müəyyən şəxsdə olması isə mirası faktiki qəbulu kimi qəbul edilə bilməz Həmçinin, məhkəməyə təqdim edilmiş Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aşıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 298 saylı arayışla da miras qalmış əmlakın İddiaçı qızı tərəfindən qəbul edilməsi təsdiq olunmaqla, X anası X6 ölümündən sonra Göygöl rayonu, Köşkü kəndində yaşamaması təsdiq olunmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd e tmişdir ki, X 2000-ci il tarixdə vəfat etmişdir ki, həmin tarixədək onun miras qalmış əmlakla hər hansı bir əlaqəsinin olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Maraqlı şəxs isə 20 ildən sonra atasının mirası qəbul etdiyini iddia etmişdir ki, keçən 20 il ərzində Maraqlı şəxs hərəkətsizliyi və miras qalmış evlə əlaqəsinin olmaması mirasın atası tərəfindən qəbul edilməməsini dolayısı ilə də təsdiq etməkdədir. Mirasın qəbul edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd olunan mübahisəyə tətbiq olunan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbu l etmiş hesab olunur. Göründüyü kimi qanunvericilik mirasın faktiki qəbulunun iki üsulunu müəyyən etmişdir. Onlardan biri miras əmlaka faktiki sahiblik etməklə yiyələnmək, digəri isə miras əmlakı faktiki idarə etmək üsuludur. Faktiki sahiblik etmək üsuluna görə vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirməklə ona sahib durmalı, miras əmlakı faktiki idarə etməklə isə vərəsə öz hərəkətləri ilə öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması imkanlarını təmin etməlidir. Hazırkı iş üzrə isə X anası X4 miras qalmış evə faktiki olaraq yiyələnməsi və ya idarə etməsi, o cümlədən notariat orqanına ərizə verməsi öz təsdqiqini tapmamaqdadır. Belə ki, mirasın faktiki qəbul olunması yuxarıda qeyd olunduğu kimi miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçi rməklə ona sahib durmağı və faktiki idarə etməyi özündə ehtiva edir. Hərçəndki, qarşı tərəf evin sənədlərinin hələ miras qoyanın sağlığından ona olmadığını iddia etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hər iki tərəf mərhum saxlanmasına və dəfn xərcinin çəkilməsində işrtirak etdiklərini bildirmişdir ki, şəxsin yaşlı valideyninə baxması, valideynlərinin, qardaş-bacısının və ya digər qohumunun yas mərasimində iştirak etməsi, yas mərasimini təşkil etməsi və yas mərasimin xərlərini çəkməsi ailə qanunvericiliyinin o, cümlədən milli və mənəvi dəyərlərdən irəli gəlməklə, həmin dəyərlərin yerinə yetirilməsi vəfat etmiş şəxsin miras qalmış əmlakının faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi Maraqlı şəxs kassasiya şikayətinin dəlillərini əsassız hesab edib və yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1986/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar