Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4471/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qəsdə son qoyma və zəbt edilmiş torpaq sahəsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-20/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassas iya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xxx X2 rayonu, ünvan 1ndə yerləşən 0,03 ha həyətyanı torpaq sahəsini və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evini 27 yanvar 2020-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən İddiaçı (bundan sonra “iddiaçı”) 25.000 manat satmışdır. Müqavilə Zaqatala rayonunun 2 saylı notariat ofisində təsdiq edilmişdir.
2. Torpaq sahəsi və ev 04 fevral 2020-ci il tarixli Çıxarışa iddiaçının adına rəsmiləşdirilmişdir.
3. Cavabdeh1 27 yanvar 2020-ci il tarixli ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız hesab edilməsi və iddiaçıya verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. İş üzrə qə bul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan Zaqatala rayonu, ünvan 1ndə yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evindən istifadə və sahibliyə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlərin zəbt etdikləri həmin əmlaklardan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Zaqatala Rayon Notariat Ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 27 yanvar 2020-ci il tarixli, ***** ** nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən iddiaçı cavabdehlərdən Cavabdeh1 məxsus Zaqatala rayonu, ünvan 1ndə yerləşən 0,03 ha həyətyanı torpaq sahəsini və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evini almışdır. Qeyd olunan daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqları 04 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq Çıxarışla rəsmiləşdirilmişdir. Müqavilənin rəsmiləşdirilməsinin üzərindən 4 (dörd) ay müddət keçməsinə baxmayaraq, cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən çıxmırlar.
6. İddiaçı cavabdehlərdən həmin əmlakdan çıxmalarını tələb etsə də, sonuncular heç bir əsas gətirmədən evdən çıxmır, həmçinin qapını bağlamaqla iddiaçının həmin əmlaka girişinə də maneçilik törədir lər. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. İddiaçı tələbinin hüquqi əsas kimi Mülki Məcəllənin 152.1, 152.5, 157.2 və 157.4cü maddələrinə istinad etmişdir.
8. Cavabdeh1 iddiaya etiraz edərək göstərib ki, mübahisələndirilən ev onun mülkiyyətində olmuşdur. Onun evi satmaq niyyəti olmamışdır, pula ehtiyacı olduğundan iddiaçıdan pul almış və əvəzində 27 yanvar 2020-ci il tarixli, ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ni imzalamışdır. Aldığı pulu keçmiş həyat yoldaşı iş üzrə cavabdeh olan Cavabdeh2 vermişdir.
9. Cavabdeh4 iddia tələbinə etiraz edərək göstərib ki, Zaqatala rayonu, ünvan 1ndə yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evi iddiaçıya satılmayıb. Oğlu olan Cavabdeh1 borc məqsədi ilə iddiaçıdan 25000 manat pul almış, əvəzində isə 27 yanvar 2020-ci il tarixdə müqavilə bağlamışdır. Oğlu aldığı 25000 manat pulu keçmiş həyat yoldaşı olan Cavabdeh2 vermişdir. Cavabdeh2 həmin pulu aldıqdan sonra Cavabdeh1la boşanması üçün məhkəməyə ərizə vermişdir. İddiaçı ilə əlaqə saxlayıb danışdıqda pulun ona geri ödəndiyi təqdirdə evi geri qaytaracağını bildirmişdir.
10. Cavabdeh2 iddia tələbini qəbul edərək göstərib ki, keçmiş həyat yoldaşı olan Cavabdeh1 iddiaçıdan 25000 manat pulu bank vasitəsi ilə almış və əvəzində Zaqatala rayonu, ünvan 1ndə yerləşən 0,03 ha həyətyanı torpaq sahəsini və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evini 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. Cavabdeh1 25000 manatı aldıqdan sonra ona vermişdir.
11. Zaqatala rayon Məhkəməsinin 2(033)-620/2020 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehlərin iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, ünvan 1ndə yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evindən istifadə və sahibliyə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlərin Zaqatala rayonu, ünvan 1ndə yerləşən 0,03 ha həyətyanı torpaq sahəsindən və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. (hakim Tural Həsənov)
12. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən edib ki, Zaqatala rayonu, ünvan 1ndə yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan f ərdi yaşayış evi 27 yanvar 2020-ci il tarixli 4Ə-137 nömrə ilə reyestrdə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən Cavabdeh1 tərəfindən 25000 (iyirmi beş min) manata İddiaçı satılmışdır. Həmin daşınmaz əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 04 fevral 2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.
13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı Zaqatala rayonu, ünvan 1ndə yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala rayonu, ünvan 1ndə 0,03 ha torpaq sahəsindən və 118,95 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evindən cavabdehlərin çıxmamaları, torpaq sahəsini və fərdi yaşayış evini boşaltmamaları iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehlərin belə hərəkətləri qanunsuz sayılmalıdır.
14. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi üzərində cavabdehlər hər hansı hüquqa malik olmadığı halda, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə qapını bağlamaqla və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlər iddiaçının həmin torpaq sahəsindən və fərdi yaşayış evindən sahiblik və istifadə etməsinə uzun müddətdir ki, maneçilik yaradır. Buna görə də cavabdehlərin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdehlər tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
17. A pellyasiya şikayətinin dəlilləri: - mübahisəli ev Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 Yusil oğlu Cavabdeh1 valideynləri, digər Cavabdeh2 isə keçmiş həyat yoldaşıdır; - iddiaçı və iddiaçının həyat yoldaşı X1 şəhərində lombard fəaliyyəti ilə məşğul olurlar. İlkinin keçmiş həyat yoldaşı Gülnar bəzi şəxslərin təsiri və maddi rifahını yaxşılaşdırmaq üçün İlkinin ona qarşı xoş və səmimi münasibətindən istifadə edərək İlkindən lombarddan müəyyən məbləğdə pul götürərək ona verməsini, həmin pulla tanışları vasitəsilə Türkiyədən mal alıb gətirib burada sataraq gəlir əldə edə biləcəklərini bildirmiş, İlkin də onun təklifi ilə razılaşmış və onlar birlikdə iddiaçının həyat yoldaşı ilə işlətdiyi lombarda getmişlər. Danışıqlar zamanı iddiaçı və həyat yoldaşı onla ra pul verə biləcəklərini, lakin bunun əvəzində evinin onun adına rəsmiləşdirilməsini təklif etmişlər. Pulu faizi ilə birlikdə ödədikdən sonra isə evi yenidən İlkinin adına keçirəcəklərini bildirmişlər. İlkin bununla razılaşmamışdır. Lakin sonradan keçmiş həyat yoldaşı Gülnarın israrlı xahişləri nəticəsində İlkin valideynlərinin xəbəri və razılığı olmadan həmin evin sənədlərinin lombarddan götürdükləri pulun əvəzinə iddiaçının adına rəsmiləşdirilməsinə razılıq vermişdir ki, pulu ödəyən kimi evini yenidən öz adına qaytarsın. Sonradan İlkin həmin məbləği qaytarıb evinin sənədlərinin öz adına keçirilməsini tələb etdikdə, iddiaçı İlkinin həyat yoldaşı Gülnarın dayısının və digər qohumlarının da lombarda xeyli borclarının olduğunu və həmin borclar da tam ödənildikdən sonra evi onun adına keçirə cəyini bildirmişdir. Buna görə də aralarında mübahisə yaranmışdır; - məhkəmədən onlara hazırkı işlə bağlı bildiriş gələn zaman İlkinə bəlli olmuşdur ki, həyat yoldaşı Gülnar, iddiaçı və digər ortaq tanışları ilə əlbir olaraq, onun inamından istifadə edərək, öz məqsədləri üçün onun evini əlindən bu formada alıb satmaq və əldə olunan pulu aralarında bölmək barədə əvvəlcədən plan qurmuşlar. Həm bu məsələyə, həm də başqa bəzi bənzər məsələlərə görə İlkinlə Gülnarın münasibətləri pisləşmiş və tərəflərin nikahı məhkəmə qaydasında pozulmuşdur; - ümumiyyətlə, iddiaçı tərəfindən Cavabdeh4 və Cavabdeh3 hazırkı iddia üzrə cavabdeh kimi qoyulması da düzgün olmamışdır. Belə ki, mübahisəli evdə cavabdeh İlkin və keçmiş həyat yoldaşı Gülnar yaşamışdır. Digər cavabdehlər özlərinə məxsus başqa evdə yaşamış lar. Hazırda da mübahisəli evdə yalnız İlkin yaşamaqdadır; - əslində tərəflər arasında mübahisəli evlə bağlı hər hansı alqı-satqı münasibəti olmamışdır. Zaqatala Rayon Məhkəməsi isə mübahisəli evə dair çıxarışın formal olaraq iddiaçının adına olmasına əsaslanaraq iddianı təmin etmişdir.
18. Cavabdeh1 apellyasiya baxışında vəsatət verərək, torpaq sahəsi və evin alqısatqı müqaviləsinin etibarsız sayılması ilə bağlı məhkəmədə iddia qaldırmasını bildirmiş və hazırki işin icraatının dayandırılmasını xahiş etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi 21 oktyabr 2020-ci il tarixli qərardadla icraatı dayandırmışdr.
20. Cavabdeh1 torpaq sahəsi və evin alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair iddiası son nəticədə rədd edildiyi üçün işin icraatı təzələnmiş və Şəki Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(107)-20/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov)
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı və X3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(033)- 103/2021 nömrəli qətnaməsi ilə təmin edilsə də, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1085/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş və iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 2(1 02)902/2022 nömrəli qərarı ilə də Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə mübahisəli evlə bağlı alqı-satqı müqaviləsi etibarlıdır. İddiaçının həmin evdən və torpaq sahəsindən istifadəsinə bütün cavabdehlər mane olurlar. Eyni zamanda həmin evi iddiaçıya təhvil verməyərək ondan istifadə edirlər.
23. Apellyasiya instansiya məhkəməsi cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək göstərib ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bu nu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi əsаslаr yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan zaman, əslində işin faktiki hallarına düzgün qiymət verməmiş, fərdi yaşayış evinin formal olaraq iddiaçının adına rəsmiləşdirilməsini, reallıqda isə evin iddiaçıya hər hansı aidiyyətinin olmamasını araşdırmayaraq, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
26. Kassator şikayətində Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin pozuntusuna istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasi ya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu bax ımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
34. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, əmlaka mülkiyyət hüquqlarına yaradılan maneələrin aradan qaldırılması barədədir.
35. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən torpaq sahəsi və üzərindəki ev 27 yanvar 2020-ci il tarixli 4Ə-137 nömrə ilə reyestrdə qeyd edilmiş AN-İ seriyalı ******* nö mrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən Cavabdeh1 tərəfindən 25000 (iyirmi beş min) manata iddiaçıya satılıb, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Üstəlik, cavabdehin qeyd edilən müqavilənin etibarsız sayılması barədə iddia tələbi təmin edilməyib.
36. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keç irilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
38. Fərdi yaşayış evinin formal olaraq iddiaçının adına rəsmiləşdirilməsi, reallıqda isə evin iddiaçıya hər hansı aidiyyətinin olmamasının araşdırılmaması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsinin e tibarsız hesab edilməsi barədə cavabdehin iddiasına baxılanadək işin icraatını dayandırmış, cavabdehin həmin iddiası təmin edilmədiyindən apellyasiya instansiyası məhkəməsi hazırki qətnaməsini qəbul etmiş və gəldiyi nəticəni də məhz cavabdehin həmin iddiasının təmin edilməməsi ilə əsaslandırmışdır. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-20/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.