Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4472/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4472/21 (Açar sözlər: özbaşına tikiliyə köçürülmə və pul) Bakı şəhəri, 17 iyul 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh2, onun və digər cavabdeh X1 nümayəndəsi X2 və vəkilləri Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-424/2021 nömrəli iş üzrə 09 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və X6 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 17 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “özbaşına tikiliyə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun E otaqlı evə köçürülməsi və cavabdehlərin həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət erdərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 50000 manat məbləğində pulun tutularq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinc i instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən 2009–cu ildə 50.000 manat məbləğində pul xərclənərək Bakışəhəri, 3 otaqlı ev inşa edilmişdir. Cavabdeh1 20 iyul 2006–cı ildə onun oğlu Pə rəsmi nikaha daxil olmuş, 2009–cu ildən isə mübahisəli özbaşına tıkiliyə köçərək orda yaşamağa başlamışdır. 2016-cı ildən sonra oğlu Xanverdiyev İdris işləmək üçün Rusiyaya getmiş və geri qayıtmamışdır. 30 avqust 2018–ci il tarixdə isə Cavabdeh1 boşanma tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh1 və onun qardaşı olan Cavabdeh2 onu Xəzər rayonu Binə qəsəbəsi, X8 100 kv.m sahədə inşa edilmiş 3 otaqlı evə buraxmamış və evi Cavabdeh3 satmışlar. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Qeyd edilməlidir ki, mübahisəl i ev daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Mübahisəli torpaq sahəsi onundur. Həmin torpaq sahəsini 2009-cu ildə Zöhrabın dostundan almışdır. Orada 2009-2010-cu illərdə ev tikiləndən sonra oğlu və gəlini Kəmalə 5-6 il həmin evdə yaşadılar. O özü həmin evdə heç vaxt yaşamamışdır. O, həmin fərdi yaşayış evini oğlu İdris üçün tikmişdir ki, orada arvadı ilə birlikdə yaşasın. O, evin tikintisi üçün daşı nisyə almışdır, həmçinin evin tikintisi zamanı bəzi təmir-tikinti işlərini onun qohumları da orada işləmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 mart 2020-ci il tarixli 2(003)-422/2020 nömrəli qətnaməsi ilə (hakim Emin Məmmədl i) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının özü üçün fərdi yaşayış evini cavabdehə məxsus torpaq sahəsində inşa etməsi ağlabatan deyil. İddiaçının özü üçün ev tikmək niyyəti olsa idi, cavabdehə məxsus deyil, başqa sahədə özü üçün fərdi yaşayış evi inşa etdirə bilərdi. Bütün bunlar onu göstərir ki, fərdi yaşayış evi iddiaçının özünün yaşaması üçün deyil, oğlu İdris və gəlini Kəmalənin birgə yaşaması üçün tikilmişdir. Lakin bununla yanaşı, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı həmin fərdi yaşayış evinin tkintisi üçün müəyyən tikinti materiallarının alınmasına və müəyyən işçi qüvvəsinin əməyinin ödənilməsinə pul vəsaiti xərcləmişdir. Cavabdeh2 iddiaya etirazını onunla əsaslandırmışdır ki, həm o, həm də iddiaçı, həmin evi İdris və Kəmalənin yaşamaları üçün tikdiklərindən həmin evin tikintisinə müəyyən miqdarda vəsait xərcləmişlər. O, həm torpaq sahəsini təqdim edib, həm də tikinti üçün material alınmasına və tikinti işlərinin aparılmasına maddi köməklik göstərmişdir Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, tikintiyə istifadə olunan materialın alınması, işçi qüvvəsinin əməyinin ödənilməsi və digər xərclər iddiaçının və cavabdehlər Cavabdeh2 gələcəkdə həmin vəsaitin qaytarılması ilə bağlı hər hansı qeyd-şərt olmadan xərclənib. Yəni həmin vəsait bağışlama müqaviləsi çərçivəsində iddiaçı və Cavabdeh2 tərəfindən ər-arvadın birgə yaşaması üçün tikilən fərdi yaşayış evinin tikintisinə hədiyyə olaraq xərclənmişdir. Həmçinin, iddiaçı özü də məhkəmədə verdiyi iza hatında mübahisəli fərdi yaşayış evini özü üçün deyil, oğlu və gəlinin birgə yaşaması üçün tikdiyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iddiaya bağışlama müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində qiymət verilməklə iddiaçının sonradan oğlu və gəlini arasındakı nikah münasibətlərinin pozulması həmin pul vəsaitinin geri qaytarılmasına əsas ola bilməz. İş üzrə sübutlarla iddiaçının fərdi yaşayış evinin tikintisinə xərclədiyi vəsaitin, o cümlədən aldığı materialın gələcəkdə qaytarmaq şərti ilə tikintiyə sərf etməsi halı sübut edilməmişdir. Məhkəmə belə olan halda hesab edir ki, İddiaçıtərəfindən mübahisəli mənzilə çəkilmiş xərclər bağışlanma müqaviləsindən irəli gələn münasibətlər olduğundan iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 666.1, 666.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 2(103)-5330/2020 saylı, 21.08.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası və əmtəəşünaslıq təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/2607 saylı, 26.01.2021-ci il tarixli ekspert rəyi nə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8 yerləşən, tədqiqat obyekti olan fərdi yaşayış evi üzrə aparılan təmir-tikinti işləri olaraq təqdim edilmiş işlərə çəkilən xərclərin orta bazar qiyməti (2009-cu il) 12866.2 manat olduğu müəyyən edildi. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 2(103)-424/2021 saylı, 09.04.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin, 2(003)-422/2020 saylı, 06.03.2020 -ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Bakı şəhəri, 3 otaqlı fərdi yaşayış evinin təmir-tikintisinə sərf olunmuş 12866.2 manat məbləğin ½ hissəsinin (6433.1 manat) cavabdehlər X6 və Cavabdeh2 mü ştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatının İddiaçı, 25 manatının isə cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddiasında və apellyasiya şikayətində ona istinad edir ki, mübahisəli yaşayış sahəsi iddiaçının oğlu X7 və onun keçmiş həyat yoldaşı Cavabdeh1 yaşaması üçün İddiaçı tərəfindən və onun vəsaiti hesabına inşa edilmiş, Cavabdeh2 həmin evi iddiaçının razılığı olmadan başqa şəxsə satmaqla iddiaçının hüquqlarını pozmuş, ona maddi ziyan vurmuşdur. Birinci instansiya məhkəməsində şahid kimi izahat vermiş şəxslər mübahisəli evin tikintisində İddiaçı də iştirak etməsini, onun tikintidəki işlərə xərc çəkməsini təsdiq etmişlər. Cavabdehlər X6 və Cavabdeh2 nümayəndəsi X5 apellyasiya instansiyası məhkəməsindəki izahatında bildirmişdir ki onlar iddiaçıya 3000 manat pul təklif ediblər. Lakin hazırda 1000-2000 manat verə bilərlər. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, hazırda mübahisələndirilən yaşayış sahəsi həm iddiaçı, həm də cavabdeh tərəfin birgə vəsaiti əsasında ailə qurmuş övladları X6 və X4 yaşaması üçün tikilmişdir. Hər iki tərəfin evin tikintisinə vəsait xərcləməsi birinci instansiya məhkəməsində verilmiş şahid ifadələri və tərəflərin kollegiya iclasında verdikləri izahatlarında öz əksini tapır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər yuxarıda qeyd edildiyi kimi, iddiaçının evin dam örtüyünü, kafel və metl ax döşəməsini vurmasını, evin tikintisinin (daş hörgüsünü) usta kimi iddiaçının aparmasını, iddiaçının təxminən 7-8 maşın daş və qum almasını, ustanın zəhmət haqqı pulunu iddiaçının verməsini və s. bildirmişlər. Kollegiya həmçinin qeyd edir ki, apelyasiya icraatı zamanı cavabdehlərin nümayəndəsi R və vəkili Vəkil iddiaçıya 1000-2000 manat pul ödəməyə razı olduqlarını bildirməklə dolayısı ilə iddiaçının mübahisəli evin tikintisinə vəsait xərcləməsini təsdiq etmişlər. Məhkəmə kollegiyası işin hallarına əsasən qeyd edir ki, mübahisəli yaşayış sahəsinin tikintisinə həm iddiaçı, həm də cavabdeh tərəfin vəsait xərcləməsi müəyyən edilsə də, onlardan hansının dəqiq nə qədər məbləğdə vəsait xərcləməsini müəyyən etmək mümkün deyildir. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən yaşayış sahəs inin tikintisinə xərclənmiş vəsaitin yarısı, cavabdehlər X6 və Cavabdeh2 tərəfindən İddiaçı ödənilməlidir. Həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman işin halları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, sözügedən yaşayış sahəsi cavabdehlər tərəfindən Cavabdeh3 15000 manata satılmışdır. Cavadehlərin nümayəndəsi və vəkili Vəkil izahatında sözügedən yaşayış sahəsinin cavabdehlər tərəfindən satılmasını etiraf etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçı sözügedən yaşayış sahəsinin inşa edilməsinə vəsait xərclədiyində orada oğlunun və ailəsinin yaşamasına dair gözləntisi olmuşdur. Lakin hal-hazırda onun oğlu X7 həmin evdə yaşamadığından və ca vabdehlə olan nikahı pozulduğundan iddiaçı həmin evə xərclədiyi pulu cavabdeh tərəfdən tələb etməkdə haqlıdır. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, evin tikintisinə xərclənmiş vəsaitin hədiyyə kimi qiymətləndirilməsi və hazırki iddiaya bağışlama müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində qiymət verilməsi Mülki Məcəllənin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 668.1.1-ci maddəsinə görə, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Lakin, iş materiallarında hər hansı bağışlama müqaviləsi mövcud olmadığından birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) K asasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2 və X6 (vəkilləri Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmamışdır. Çünki iddiaçı Cavabdeh2 məxsus Donuzkökəltmə Sovxozunun 29 aprel 1998-ci il tarixli, 27 saylı əmri ilə ayrılmış torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, onun tərəfindən iddiaçı ilə müvaf iq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Cavabdeh2 Donuzkökəltmə Sovxozunun 29 aprel 1998-ci il. tarixli, 27 saylı əmri ilə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bacısının yaşamaq üçün yeri olmadığından torpaq sahəsini bacısına vermiş və həmin torpaq sahəsindəki ev onun və anası tərəfindən bacısına edilmiş maddi yardımlar nəticəsində inşa edilmişdir. Bakı Apeilyasiya Məhkəməsi maddi hüquq normaları düzgün tətbiq etməmiş sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi qətnamədə mübahisələndirilən yaşayış sahəsinin həm iddiaçı, həm də cavabdehlər tərəfindən birgə vəsaiti əsasında ailə qurmuş övladları X6 və X4 yaşaması üçün tikildiyini, hər iki tərəfin evin tikintisinə vəsait xərcləməsinin birinci instansiya məhkəməsində verilmiş şahid ifadələri və tərəflərin kollegiya iclasında verdikləri izahatlarında öz əksini tapdığını, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərin qeyd etdiyi kimi, iddiaçının dam örtüyünü, kafel və metlax döşəməsini vurmasını, evin tikintisinin (daş hörgüsünü) usta kimi aparmalarını, iddiaçının təxminən 7-8 maşın daş və qum almasını, ustanın zəhmət haqqı pulunu iddiaçının verməsini və.s bildirdiklərini qeyd etmişdir. Birinci instansiya və apelyasiya instansiya məhkəmələri şahid ifadələrinə obyektiv qiymət verməmişdir. Şahid ifadələrinə əsasən İddiaçı mübahisəli evin tikintisinə vəsait xərcləməsi sübut olunmur. İddiaçı iddia ərizəsində və izahatında 2009-cu il tarixdə mübahisəli evin tikintisinə 50000 manat məb ləğində pul xərclədiyini və həmin məbləği cavabdehdən tələb etdiyini qeyd etmişdir. Lakin AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2021-ci il tarixli, 10/2607 saylı ekspert rəyində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 yerləşən, tədqiqat obyekti olan fərdi yaşayış evi üzrə aparılan təmir tikinti işləri olaraq təqdim edilən işlərə çəkilmiş xərclərin orta bazar qiymətinin (2009-cu il) 12 866,20 manat olduğu qeyd edilmişdir. İddiaçının tələb etdiyi məbləğlə ekspert rəyi arasında yuxarı məbləğdə fərqin olması iddiaçının həmin evin tikintisində iştirak etmədiyini, həmçinin evin tikintisinə nə qədər vəsaitin xərclənməsi barədə məlumatsız olduğunu təsdiqləyir. Həmçinin İddiaçı oğlu və gəlini üçün ev inşa etmək istəyirdisə həmin mübahisəli evi cavabdehə məxsus torpaq sahəsində deyil, özü nə aid torpaq sahəsində inşa edərdi. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən torpaq sahəsi Cavabdeh2 məxsus olmuşdur. Cavabdehlər Cavabdeh2 və K.X.Məmmədova həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiya məhkəmələrində keçirilən məhkəmə iclasları zamanı yuxanda qeyd olunan halları, həmin evin Cavabdeh2 və analarının maddi cəhətdən köməkliyi nəticəsində tikilməsini məhkəmənin diqqətinə çatdırsalar da, hər iki məhkəmə bu halları nəzərə almamış və iclas protokolunda qeyd etməmişdir. Mübahisəli evin İddiaçı tərəfindən inşa olunması və hansı məbləğdə vəsaitin xərclənməsi şahid ifadələri, tərəflərin verdikləri izahatlar ilə sübut olunmur. Sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olm ayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Hazırkı mübahisədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallar barədə, yəni həqiqətən iddiaçı tərəfindən tikilinin onun tərəfindən inşa olunması, hansı məbləğdə vəsaitin xərclənməsi, tərəflər arasında hansı mülki hüquq münasibətlərinin olması və tikinti materiallarının alınması ilə bağlı sənədləri təsdiq edən sübutlara malik olmalıdır. Lakin iddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya və apeliyasiya məhkəmələri yalnız iddiaçı tərəfin təqdim etdiyi dəlillərə hüquqi qiymət verərək qərar qəbul etmişdir. Həmçinin AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 26,01.2021-ci il tarixli, 10/2607 saylı ekspert rəyində Bakı şəhəri, Xəzər ray onu, Binə qəsəbəsi, X8 yerləşən, tədqiqat obyekti olan fərdi yaşayış evi üzrə aparılan təmir tikinti işləri olaraq təqdim edilən işlərə çəkilmiş xərclərin orta bazar qiymətinin (2009-cu il) 12 866,20 manat olduğu qeyd edilmişdir. Tərtib olunmuş smeta xərcinə diqqət yetirdikdə məlum olur ki, ekspert tikinti materiallarının və təmir-tikinti işlərinin (ustalara sərf edilmiş vəsait və.s) qiymətini fərdi yaşayış evinin hazırkı vəziyyətinə uyğun olaraq qiymətləndirmişdir. Smeta xərcində divarın suvanması 308kv.m x3 = 924 manat, sement 48 kisə x 5= 240 manat, qum 11 kub metr x 10 = 110 manat, taxta 5kub metr x 240 = 1200 manat, plastik qapı və pəncərələr 8.5m2 x 60 = 510 manat və s. qiymətlər qeyd olunmuşdur. Halbulki, fərdi yaşayış evinin 3-cü Cavabdeh3 satıldığı anda 1 yaşayış otağı, mətbəxi, hamamı, sanitar qovşağı və dəhlizi qismən təmirli olmuşdur. Evin digər 2 otağı tam təmirsiz olmuş, çöl divarı suvanmamış və pəncərələr isə yenilənməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillər bu halları təsdiq edir. Evin hazırkı sahibi Cavabdeh3 fərdi yaşayış evini aldıqdan sonra əsaslı təmir işlərinə başlamış, digər 2 otağı təmir eləmiş, evin çöl divarını suvamış, pəncərələri dəyişmiş və digər təmir-bəzək işləri görmüşdür. Bütün bu hallar evə baxış keçirilən zaman həm cavabdehlər tərəfindən, həm də Cavabdeh3 tərəfindən ekspert Elməddin Aslanlıya bildirilmişdir, lakin ekspert rəyindən göründüyü kimi o, qeyd olunanları nəzərə almamışdır. Bununla da ekspert fərdi yaşayış evini hazırkı vəziyyətinə uyğun qiymətləndirmiş və tikinti materiallarını və təmir tikinti işlərinin qiymətini d aha çox hesablanmışdır. Həmçinin qərardadda qiymətlərin evin inşa edildiyi zaman (2009)-cu ilə nə qədər olması sualı qoyulmuşdur. Smetada qeyd olunanlar qiymətlərdən göründüyü kimi qiymətlər 2009-cu ilə uyğun deyil, hazırkı dövrə, yəni 2021-ci ilə uyğun hesablanmışdır. Fotoşəkillərdən də göründüyü kimi evin inşası zamanı ucuz, yüngül həcmli, Binə qəsəbəsində 0,17- 0.21 qəpiyə satılan mişar daşından istifadə olunmuşdur. Lakin ekspert mişar daşının qiymətini (6 317 x 0,30 - 1895 manat) 1895 manat qeyd etmişdir. Həmçinin ekspert digər tikinti materiallarının qiymətini şişirdilmiş qiymətlərlə hesablamışdır. Bununla bağlı təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlə apelyasiya məhkəməsinə müraciət edilsə də, məhkəmə vəsatəti nəzərə almamış və ümumiyyətlə münasibət bildirməmişdir. b) Kasasi ya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun və digər cavabdeh X1 nümayəndəsi X5 və vəkilləri Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1 -ci maddəsinin tələblərinə uyğun olarq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apel yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubo lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki ko legiyasının 09 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası iddianın qismən edilməsi qənaətinə gələrkən qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsinin tikintisinə həm iddiaçı, həm də cavabdeh tərəfin vəsait xərcləməsi müəyyən edilsə də, onlardan hansının dəqiq nə qədər məbləğdə vəsait xərcləməsini müəyyən etmək mümkün deyildir. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən yaşayış sahəsinin tikintisinə xərclənmiş vəsaitin yarısı, cavabdehlər X6 və Cavabdeh2 tərəfindən İddiaçı ödənilməlidir. Buradan göründüyü kimi, ilkin olaraq apelyasiya kollegiyası tərəflərdən hansının nə qədər məbləğdə vəsait xərcləməsinin müə yyən edilmədiyini qeyd etsə də, hansı əsasla yaşayış sahəsinin tikintisinə sərf olunmuş vəsaitin tərəflər arasında yarı-yarıya bölünməli olmasını əsaslandıra bilməmişdir. Digər tərəfdən apelyasiya kollegiyası iddiaçının yaşayış sahəsinə vəsait sərf etməsi qənaətini birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrinə istinadən əsaslandırsa da, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, istinad edilən şahid ifadələri tədqiq edilərkən dindirilmiş şahidlərdən Cavanşir Məmmədov iddiaçının onlara kömək etməsini bildirmiş, Hüseyn Məmmədov da iddiaçının onlara kömək etdiyini və onun təxminən 7-8 maşın daş və qum aldığını bildirmiş, Ayaz Quliyev iddiaçının qaynı olmasını, materialların kim tərəfindən alınmasını bilmədiyini, özünün köməklik etdiyi və ona heç kimin pul vermədiyini bil dirmişdir. Belə olan halda apelyasiya kollegiyasının şahid ifadələri ilə iddiaçının yaşayış sahəsinin tikintisinə vəsait sərf etməsinin müəyyən edilməsini göstərməsi anlaşılan deyildir. Digər tərəfdən, iddiaçının və cavabdeh tərəfin iş materiallarında olan izahat və dəlillərindən aydın olur ki, mübahisəli ev iddiaçının oğlu ilə cavabdeh Kəmalənin birgə yaşaması üçün tikilmişdir. Tikintiyə istifadə olunan materialın alınması, işçi qüvvəsinin əməyinin ödənilməsi və digər xərclər iddiaçının və cavabdehlər Cavabdeh2 gələcəkdə həmin vəsaitin qaytarılması ilə bağlı hər hansı qeyd-şərt olmadan xərclənmişdir. İdDiaçı oğlu ilə cavabdeh tərəf arasında nikah pozulduqdan sonra qeyd olunan tələblə çıxış etmişdir. Belə olan halda, apelyasiya kollegiyası həmçinin tərəflər arasında mövcud olmuş münasibətl ərin bağışlama müqavilə münasibətlərindən əmələ gələn münasibətlər olmadığı barədə mövqeyini də əsaslandırmamış və tərəflər arasında qeyd edilən münasibətin (bağışlama) olmaması mövqeyini bildirməklə məhkəmə araşdırmasını yekunlaşdırmışdır. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hall arını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının və işdə olan sübutların tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin, ədalətli məhkəmə araşdırmasının, dövlət təminatı verilən mülkiyyət hüququnun qorunmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2021-ci il tarixli, 2(107)-22/2021 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09.04.2021-ci il tarixli, 2(103)-424/2021 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.