Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4473/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" İKB ASC-nin (hazırkı "xxxx" İKB ASC) Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-139/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" İKB ASC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 09 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, tərəflər arasında 06.08.2012-ci il tarixli xxxx nömrəli əsas kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə 150000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya AVRO ekvivalentində 06.08.2017-ci il tarixədək kredit limiti ayırmışdır.
2. Bundan başqa iş materiallarından görünür ki, kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 06 avqust 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan xxx məhəllə xxx yerləşən, 6 otaqlı, 143,09 kv.m yaşayı ş sahədən ibarət xxx nömrəli evin xxx nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. Həmçinin iş materiallarından görünür ki, əsas kredit müqaviləsi çərçivəsində həmin tərəflər arasında 16 may 2014-cü il və 17 sentyabr 2014-cü il tarixli əlavə kredit müqavilələri bağlanmış və müqavilələrə əsasən bank tərəfindən cavabdehə illik 6%-lə müvafiq olaraq 36 ay və 34 ay müddətinə ayrı-ayrılıqda 45000 manat olmaqla, cəmi 90000 manat məbləğində kredit verilmişdir.
4. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08.05.2019-cu il tarixli 10145 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh 6-S-1-0-80512/3 nömrəli, 16.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-yə 13.02.2018-ci il tarixə (maliyyə arayışında tələb olunan günə) ödənilməli olan kredit borcu aşağı dakı kimi müəyyən olunur: əsas kredit borcu 42955,64 manat, faiz borcu 5060,56 manat; xxxx nömrəli, 17.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-yə 28.07.2017-ci il tarixə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: əsas kredit borcu 42773,31 manat, faiz borcu 8815,69 manat. 5. "xxxx" MMC tərəfindən verilmiş 10.05.2018-ci il tarixli 98/E saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdehnaya məxsus xxx yerləşən, 6 otaqlı, 143,09kv.m yaşayış sahədən ibarət xxx nömrəli evin xx nömrəli mənzilin hazırki bazar qiyməti 205000 manat təşkil edir.
6. Məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin 01 mart 2021-ci il tarixli Ç-039 saylı ekspert rəyində göstərilmişdir ki, xxx ünvanındakı 10 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən Cavabdeh mül kiyyətində olan 263,05 kv.m yaşayış sahədən ibarət nömrəli evin xxx nömrəli mənzilin bugünkü bazar qiyməti 420000 manat, likvid qiyməti isə 360000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" İKB Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" İKB ASC-nin xeyrinə 2014-cü il 16 may tarixli kredit müqaviləsi üzrə banka 42955.64 manat əsas, 5060.56 manat faiz, 15973.38 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 63989.58 manat borcuun; 2014-cü il 17 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 42773.31 manat əsas, 5649.65 manat faiz, 13718.05 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 62141.01 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki xxx nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun xxxx nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan xxx nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh xxx nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdehnın həmin mənzildən çıxarılması, həmin mənzilin boşal dılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci il 06 avqust tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “xxx” filialında 60 ay müddətinə 150000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2014-cü il 16 may tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh illik 6%-lə 36 ay müddətinə 45000 manat məbləğində və 2014-cü il 17 sentyabr tarixli əlavə kredit müqaviləsinə əsasən illik 6%-lə 34 ay müddətinə 45000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki xxx nömrəli mənzili 2012ci il 06 avqust tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dö vlət reyestrində qeydə alınmışdır. 2014-cü il 16 may və 2014-cü il 17 sentyabr tarixli kredit müqavilələrinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0.1 faiz hecmindı cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il fevralın 13-dək Cavabdeh 2014-cü il 16 may tarixli kredit müqaviləsi üzrə banka 42955.64 manat əsas, 5060.56 manat faiz, 15973.38 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 63989.58 manat borcu vardır. 2014-cü il 17 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 42773.31 manat əsas, 5649.65 manat faiz, 13718.05 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 62141.01 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən ed ilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(004)143/2019 saylı qətnaməsi ilə (hakim T.Axundov) iddia qismən təmin edilərək, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 6-S-1-0-805-12 nömrəli, 06.08.2012- ci il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı "xxxx" İKB-nin xeyrinə 2014-cü il 16 may tarixli əlavə kredit müqaviləsi üzrə əsas borc üzrə 42955,64 manat, faiz borcu üzrə 3249,8 manat, cərimə üzrə 500 manat, cəmi 46704,72 manat; 2014-cü il 17 sentyabr tarixli kredit müq aviləsi üzrə əsas borc üzrə 42773,31 manat, faiz borcu üzrə 4259,30 manat, cərimə üzrə 400 manat, cəmi 47432,61 manat məbləğində pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan xxx nömrəli mənzilinə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh "xxxx" İKB-yə borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 205000 manat müəyyən edilməsi, ipoteka predmeti olan xxxx nömrəli mən zilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" İKB-yə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 145 manat ekspertiza xərcinin Cavabdeh tutulması və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə cavabdehin bank qarşısında borcu yaranmışdır.
11. Bundan başqa məhkəmə hesab etmişdir ki, bank tərəfindən hesablanmış xxx-xx nömrəli, 16.05.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 15973.38 manat və xxxx nömrəli, 17.09.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 13718.05 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan xxx nömrəli, 16.05.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 500 manat və 6-xxxx nömrəli, 17.09.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 400 manat məbləğinədək azaldılmalıdır.
12. Həmçinin məhkəmə hesab etmişdir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan xxx nömrəli mənzilinə yönəldilməli və həmin və həmin mənzil açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir.
13. Məhkəmə iddia tələbinin Cavabdeh məxsus olan xxxx nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh xxx nömrəli mənzili nə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia tələbləri bu hissədə qismən təmin edilməlidir.
14. Belə ki, qeydiyyatda olan şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin təhvil verilməsi tələbi ilə iddia qaldırmaq, subyektiv hüquq olaraq mənzilin mülkiyyətçisinə aid olduğundan, mənzili əldə etmiş yeni mülkiyyətçisi tərəfindən qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət oluna bilər.
15. Məhkəmə eyni zamanda iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi ilə belə nəticəyə gəlmişdir ki, ipoteka və girov ilə yüklü edilmiş əmlakların satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi İcra Haqqında Qanuna əsasən icra mərhələsində həll edildiyindən iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.5, 269.7, 317.1, 319.1, 385.1, 386, 442, 445.1, 445.2.1, 445.7, 449.1, 462.1, 467, 739.1, 739.2, “İpoteka haqqında” Qanunun 33, 34.1, 39.1, 59.3-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-139/2021 nömrəli iş üzrə 19 ma rt 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Qurbanov (sədrlik edən və məruzəçi), C.Yusifov və V.Baxışova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-143/2019 saylı mülki iş üzrə qəbul etdiyi 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək ipoteka predmeti olan xxx nömrəli mənzilinin ilkin satış qiyməti 360000 (üç yüz altmış min) manat məbləğində müəyyən edilmiş, qətnamə kredit borcunun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, kredit tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır..
20. Bununla yanaşı kollegiya hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiy mətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
21. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmeti 300000 manat dəyərində qiymətləndirilmişdir. 22. "xxxx" MMC tərəfindən verilmiş 10.05.2018-ci il tarixli 98/E saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdehnaya məxsus xxxx nömrəli mənzilin hazırki bazar qiyməti 205000 manat təşkil edir. 23. "xxxx" MMC-nin 01 mart 2021-ci il tarixli Ç-039 saylı ekspert rəyində göstərilmişdir ki, xxxx nömrəli mənzilin bugünkü bazar qiyməti 420000 manat, likvid qiyməti isə 360000 manat təşkil edir. 24. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiyməti 360000 manat məbləğində müəyyən edilməlidir.
25. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri (ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi istisna olmaqla) isə əsassızdır. Belə ki, məhkəmə bildirişləri cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmçinin iddiaçının istinad etdiyi hallar kredit m üqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını və şişirdildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
28. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh iddiaç ının kassasiya şikayətinə qarşı yazılı etiraz verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Cavabdeh və vəkili izahat verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya bax ışının hədləri
33. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
34. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola b ilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı və cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
37. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. (maddə 295)
38. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
39. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
40. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
41. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
42. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
43. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
44. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
45. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun ri sk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
46. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467) “İpoteka haqqında” Qanun
47. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)
48. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)
49. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müdd ətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)
50. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. (maddə 59.3.1) Mülki Prossesual Məcəllə
51. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
52. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
53. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
54. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
55. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
56. Kassasiya instansiyas ı məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" İKB ASC (hazırkı "xxxx" İKB ASC) və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-139/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.