Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4475/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev, iş 2(006)-809/2018) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh 1 qarşı kredit borcu və ipoteka predmetinə yönəldilmə tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış 06.02.2014-cü il tarixli, 09L000005008 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000010338 saylı kredit razılaşması üzrə 108816 (bir yüz səkkiz min səkkiz yüz on altı) ABŞ dolları 93 (doxsan üç) sent əsas, 16218 (on altı min iki yüz on səkkiz) ABŞ dolları 59 (əlli doqquz) sent faiz, 5000 (beş min) ABŞ dolları cərimə, cəmi 130035 (bir yüz otuz min otuz beş) ABŞ dolları 52 (əlli iki) sent, 09R000010891 saylı kredit razılaşması üzrə 4784 (dörd min yeddi yüz səksən dörd) ABŞ dolları 87 (səksən yeddi) sent əsas, 16 80 (bir min altı yüz səksən) ABŞ dolları 16 (on altı) sent faiz, 200 (iki yüz) ABŞ dolları cərimə, cəmi 6665 (altı min altı yüz altmış beş) ABŞ dolları 03 (üç) sent, 009R********** saylı kredit razılaşması üzrə 29028 (iyirmi doqquz min iyirmi səkkiz) ABŞ dolları 65 (altmış beş) sent əsas, 4756 (dörd min yeddi yüz əlli altı) ABŞ dolları 78 (yetmiş səkkiz) sent faiz, 500 (beş yüz) ABŞ dolları cərimə, cəmi 34285 (otuz dörd min iki yüz səksən beş) ABŞ dolları 43 (qırx üç) sent, ümumilikdə 170985 (bir yüz yetmiş min doqquz yüz səksən beş) ABŞ dolları 98 (doxsan səkkiz) sent kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, Tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sumqayıt şəhəri, C eyranbatan qəsəbəsi yaxınlığında yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin fərdi yaşayış evin ilkin satış qiymətinin 170000 (bir yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi, həmçinin tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1812,3 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin müəssisənin ilkin satış qiymətinin 360000 (üç yüz altmış min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1812,3 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə tutm a yönəldildikdən və o satıldıqdan bir ay sonra boşaldılması, həmçinin ipoteka predmeti olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan bir ay sonra Cavabdeh2 Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 0,06 ha torpaq sahəsini və onun üzərində yerləşən 2 saylı fərdi yaşayış evini tərk etməsi, iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və X2, 2(103)-12755/2018 saylı mülki iş) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-809/2018 saylı mülki işi üzrə 06.08.2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, 09R000010338 (07.02.2014-cü il tarixli) razılaşma üzrə 109430,09 ABŞ dolları əsas, 15870,59 ABŞ dolları faiz, 21248,77 ABŞ dolları cərimə, cəmi 146549,45 ABŞ dollarının, 09R000010891 (14.04.2014-cü il tarixli) razılaşma üzrə 12429,10 ABŞ dolları əsas, 2117,2 ABŞ dolları faiz borcu, 1717,67 ABŞ dolları cərimə, cəmi 16263,97 ABŞ dollarının, 009R********** (29.04.2015-ci il tarixli) razılaşma üzrə 28675,72 ABŞ dolları əsas, 2610,45 ABŞ dolları faiz, 3927,79 ABŞ dolları cərimə, cəmi 35213,96 ABŞ dollarının, ümumilikdə borcun 198027,38 ABŞ dolları məbləğində müəyyən edilməsi, təmin edilməyən hissədə - bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqı üçün ödənilmiş pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasının təmin edilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi (iddia tələbinin həcminin artırılması barədə) ərizə təqdim edərək, iddiaçı "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış 06.02.2014-cü il tarixli, 09L000005008 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, 09R000010338 saylı kredit razılaşması üzrə 108816,93 ABŞ dolları əsas, 30577,83 ABŞ dolları faiz, 82819,52 ABŞ dolları cərimə, cəmi 222214,28 ABŞ dolları, 09R000010891 saylı kredit razılaşması üzrə 4784,87 ABŞ dolları əsas, 1680,16 ABŞ dolları faiz, 5079 ABŞ dolları cərimə, cəmi 11544,03 ABŞ dolları, 009R********** saylı kredit razılaşması üzrə 29154,03 ABŞ dolları əsas, 8673,32 ABŞ dolları faiz, 21518,55 ABŞ dolları cərimə, cəmi 59345,91 ABŞ dolları, ümumilikdə 293104,22 ABŞ dolları kredit borcunun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumlarının və 42 manat xidmət haqlarının cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müstərək qaydada iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 saylı fərdi yaşayış evinə, Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1812,3 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə olan ümumilikdə 293104,22 ABŞ dolları kredit borcunun, məhkəməd ə iddia qaldırılması üçün ödənilmiş 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumlarının və 42 manat xidmət haqlarının ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" QSC-nin xeyrinə müştərək qaydada tutulması, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra Cavabdeh2 həmin əmlaka istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi, Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1812,3 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Mə hkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 06.02.2014-cü il tarixli, 09L000005008 saylı kredit xətti müqaviləsinin surətinə əsasən "xxxx" QSC tərəfindən Cavabdeh4 120 ay müddətinə ******* (üç milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır (səh.16), "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 07.02.2014-cü il tarixli, 09R000010338 saylı kredit razılaşmanın surətinə əsasən "xxxx" QSC tərəfindən Cavabdeh4 36 ay müddətinə aylıq 1,5 faizlə 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir (səh.17), 09R000010338SA kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 06 fevral 2014-cü il tarixli 09L000005008 saylı kredit xətti müqaviləsi üzrə 07 fevral 2014-cü il tarixdə bağlanmış 09R000010338 kredit razılaşması («Kredit Razılaşması») əsasında kredit alan, kredit razılaşma sı üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 03 may 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir, xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka etməlidir. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir. Bu saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib olunmuşdur və tərəflərdə saxlanılır. Bununla kredit alan bu sazişi oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir və bu şərtlərə razı olduğunu bildirir (səh.22-23), "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 14.04.2014-cü il tarixli, 09R000010891 saylı kredit razılaşmasının surətinə əsasən "xxxx" QSC tərəfində n Cavabdeh4 36 ay müddətinə ayiıq 1,4167 faizlə 70000 (yetmiş min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir (səh.24), 09R000010891S kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 06 fevral 2014-cü il tarixli 09L000005008 saylı kredit xətti müqaviləsi üzrə 14 aprel 2014-cü il tarixdə bağlanmış 09R000010891 kredit razılaşması («Kredit Razılaşması») əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 03 may 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir, xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyuta məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. Bu sazi ş tərəflərin onu imzaladığı andan qüvvəyə minir. Bu saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib olunmuşdur və tərəflərdə saxlanılır. Bununla kredit alan bu sazişi oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir və bu şərtlərə razı olduğunu bildirir (səh.27-28), "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 29.04.2015-ci il tarixli, 009R********** saylı kredit razılaşmasının surətinə əsasən "xxxx" QSC tərəfindən Cavabdeh4 24 ay müddətinə aylıq 1,4167 faizlə 70000 (yetmiş min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir (səh.29), 009R**********S kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 06 fevral 2014-cü il tarixli 09E000005008 saylı kredit xətti müqaviləsi üzrə 29 aprel 201 5-ci il tarixdə bağlanmış 009R********** kredit razılaşması («Kredit Razılaşması») əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 03 may 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir, xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir. Bu saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib olunmuşdur və tərəflərdə saxlanılır.Bununla kredit alan bu sazişi oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir və bu şərtlərə razı olduğunu bildirir(səh.32-33), "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 07 fe vral 2014-cü il tarixli, 09S000009412 saylı, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 07 fevral 2014-cü il tarixli, 09S000009411 saylı və "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 07 fevral 2014-cü il tarixli, 09S000009854 saylı zaminlik müqavilələrinin surətinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 borclu Cavabdeh4 qeyd olunan kredit öhdəliklərinin vaxtında və lazımınca icrası üçün bank qarşısında zamin durmuşlar (səh.34, 35, 36),"xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 06 fevral 2014-cü il tarixli, 09M000000930 saylı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1812,3 kv.metr olan əmlak kompleksi kimi müəssisəsini iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin qarşısında i poteka ilə yüklü etmişdir (səh.53), Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06.02.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən 06.02.2014-cü il tarixli, 09L000005008 saylı kredit xətti müqaviləsinin təminatı kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1812,3 kv.metr olan əmlak kompleksi kimi müəssisəsinə dair bağlanmış ipoteka müqaviləsi 06.02.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (səh.55), «AccessBank" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 09M000000972 saylı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh2 Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 0,06 ha torpaq sahəsini və onun üzərində yerləşən 2 saylı fərdi yaşayış evini iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin qarşısında ipoteka ilə yüklü etmişdir (səh.54), Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11.04.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən 06.02.2014-cü il tarixli, 09L000005008 saylı kredit xətti müqaviləsinin təminatı kimi Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 saylı fərdi yaşayış evinə dair bağlanmış ipoteka müqaviləsi 14.04.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (səh.56), Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətinin 14.04.2017-ci il tarixli qeydiyyatına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri qeydiyyata alınmışdır (səh.62-63),19.09.2017-ci il tarixli bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı(səh.62-66). İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 07 iyun 2018-ci il tarixli, 0439/18/AB saylı hesabatın surətinə əsasən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 5 otaqlı, 203,5 kv.metr ümumi, 114,1 kv.metr yaşayış və 89,4 kv.metr yardımçı sahədən ibarət 2 saylı fərdi yaşayış evi yaşayış evinin bazar dəyəri 170000 (bir yüz yetmiş min) manat təşkil edir (səh.184), "xxxx" MMC tərəfindən verilmiş 07 iyun 2018-ci il tarixli, 0 438/18/AB saylı hesabatın surətinə əsasən ünvan 1 ünvanında 0,21131 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1812,3 kv.metr və 2113.1 kv.metr tikintialtı sahədən ibarət olan əmlak kompleksi kimi müəssisəsinin bazar dəyəri 360000 (üç yüz altmış min) manat təşkil edir (səh.199). İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 24 iyul 2018-ci il tarixli, 10171 saylı maliyyə arayışın əsasən Cavabdeh4 07.02.2014-cü il tarixli, 09R000010338 saylı kredit razılaşması üzrə" "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 23.05.2018-ci il tarixə 108816,93 ABŞ dolları əsas, 30577,83 ABŞ dolları faiz, 82819,52 ABŞ dolları cərimə, cəmi 222214,28 ABŞ dolları kredit borcu hesablanmışdır (səh.199), "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 24 iyul 2018-ci il tarixli, 10170 saylı maliyyə arayışına əsasən Cavabdeh4 14.04.2014-cü il tarixli, 09R000010891 saylı kredit razılaşması üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 14.07.2018-ci il tarixə 4784,87 ABŞ dolları əsas, 1680,16 ABŞ dolları faiz, 5079 ABŞ dolları cərimə, cəmi 11544,03 ABŞ dolları kredit borcu hesablanmışdır (səh.283). İş materiallarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 24 iyul 2018-ci il tarixli, 10169 saylı maliyyə arayışından məlum olur ki, Cavabdeh4 29.04.2015-ci il tarixli, 009R********** saylı kredit razılaşması üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 24.07.2018-ci il tarixə 29154,03 ABŞ dolları əsas, 8673,32 ABŞ dolları faiz, 21518,55 ABŞ dolları cərimə, cəmi 59345,91 ABŞ dolları kredit borcu hesablanmışdır (səh.284). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2018-ci il tarixli, 11722 saylı məhkəmə - mühasibatlıq ekspertizası rəyinə əsasən Cavabdeh4 07.02.2014-cü il tarixli, 09R000010338 saylı kredit müqaviləsi üzrə 18.10.2017-ci il tarixə 110769 (bir yüz on min yeddi yüz altmış doqquz) ABŞ dolları 94 (doxsan dörd) sent əsas, 16218 (on altı min iki yüz on səkkiz) ABŞ dolları 59 (əlli doqquz) sent faiz, cəmi 126988 (bir yüz iyirmi altı min doqquz yüz səksən səkkiz) ABŞ dolları 53 (əlli üç) sent, 14.04.2014- cü il tarixli, 09R000010891 saylı kredit müqaviləsi üzrə 18.10.2017-ci il tarixə 17985 (on yeddi min doqquz yüz səksən beş) ABŞ dolları 37 (otuz yeddi) sent əsas, 5017 (beş min on yeddi) ABŞ dolları 39 (otuz doqquz) sent faiz, cəmi 23002 (iyirmi üç min iki) ABŞ dolları 76 (yetmiş altı) sent, 29.04.2015-ci il tarixli, 009R********** saylı kredit müqaviləsi üzrə 18.10.2 017-ci il tarixə 29028 (iyirmi doqquz min iyirmi səkkiz) ABŞ dolları 65 (altmış beş) sent əsas, 4756 (dörd min yeddi yüz əlli altı) ABŞ dolları 78 (yetmiş səkkiz) sent faiz, cəmi 33785 (otuz üç min yeddi yüz səksən beş) ABŞ dolları 43 (qırx üç) sent məbləğində kredit borcu olduğu müəyyən edilmişdir (səh.220), (səh.220). İş materiallarında olan"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlərə ünvanladığı xəbərdarlıq məktublarının surətinə əsasən cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıqlar edilmişdir (səh.40-51). Birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisə edilən hissələrdə (apellyasiya şikayətlərinə münasibətdə) əsaslılığını yoxlayan apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3, 59; MM-nin 21, 269.1, 269.4, 269.5, 270.1, 309.1, 319.1, 324.4, 324.5, 372, 373, 374, 375, 377, 385.1, 386.1, 399, 404, 420.1.5, 420.2, 420.3.2, 420.3.4, 420.3.5, 421.3, 425, 427.3, 439.3, 442, 445.7, 446.3, 448.1, 449.1, 458.1, 462, 527.1, 560.1-560.3, 739- 744; MPM-in14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və kredit (dəyişiklik) müqavilələri (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə mövcud olan faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv qənaətə gəlmişdir. Bankın tələbetmə hüquq (vəzifələrinə) münasibətdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kreditor borclu ilə 03.05.2016cu il tarixdə sonuncu dəfə hər üç mü qavilə üzrə restrkturizasiya müqaviləsi bağlamış, əsas, faiz və cərimə borcu üzrə konkret məbləğdə razılığa gəlmiş və bu razılaşmalara edilən dəyişikliklər mübahisələndirilməmişdir. Ona görə qeyd edilən tarixdə razılaşdırılmış məbləğlər borc kimi müəyyən edilməli və bu tarixdən sonrakı dövrə (əsas və faiz üzrə ekspert rəyində əks) edilən ödənişlər dəyişiklikdə təsbit edilmiş məbləğlərdən çıxılaraq hər bir müqavilə üzrə qalıq borclarının cəmi ümumi borcun məbləği kimi müəyyən edilməlidir (iş səh.22-23, 27-28, 32-33 və 221-223). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 09R000010338 (07.02.2014-cü il tarixli) razılaşma üzrə əsas borc 12630,98 və faiz borcu 14312,48 ABŞ dolları ödənilən məbləğlər müvafiq olaraq 03.05.2016-cı il tarixli dəyişiklikdə təsbit edilən 122061,07 əsas, 301 83,07 faiz və 21248,77 ABŞ dolları cərimə məbləğlərinə münasibətdə hesablanaraq qalıq borc üzrə 109430,09 ABŞ dolları əsas, 15870,59 ABŞ dolları faiz, 21248,77 ABŞ dolları cərimə, cəmi 146549,45 ABŞ dolları; 09R000010891 (14.04.2014-cü il tarixli) razılaşma üzrə əsas borc 14996,24 və faiz borcu 1710,98 ABŞ dolları ödənilən məbləğlər müvafiq olaraq 03.05.2016-cı il tarixli dəyişiklikdə təsbit edilən 27425,34 əsas, 3823,18 faiz və 1717,67 ABŞ dolları cərimə məbləğlərinə münasibətdə hesablanaraq qalıq borc üzrə 12429,10 ABŞ dolları əsas, 2117,2 ABŞ dolları faiz borcu, 1717,67 ABŞ dolları cərimə, cəmi 16263,97 ABŞ dolları; 009R********** (29.04.2015-ci il tarixli) razılaşma üzrə əsas borc 12258,2 və faiz borcu 3408,81 ABŞ dolları ödənilən məbləğlər müvafiq olaraq 03.05.2016-cı il tarixli dəyiş iklikdə təsbit edilən 40933,92 əsas, 6019,26 faiz və 3927,79 ABŞ dolları cərimə məbləğlərinə münasibətdə hesablanaraq qalıq borc üzrə 28675,72 ABŞ dolları əsas, 2610,45 ABŞ dolları faiz, 3927,79 ABŞ dolları cərimə, cəmi 35213,96 ABŞ dolları; Ümumilikdə 198027,38 ABŞ dolları məbləğində borc müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı biləvasitə məhkəmə xərclərinə aid edilməsədə cavabdehlərin öhdəliklərinin pozuntusu ilə bağlı xərclərdiki iddiaçı bununla əlaqədar məsrəflərə düçar olduğundan cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi məhkəmə xərcləri ilə əlaqədar qeyd etmişdir ki, MPMnin 113-119-cu maddələrinə əsasən məhkəməyə mü raciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onu ödəyən şəxslərə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4475/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4475/2019
25.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver