Məhkəmə qərarları › İş №2(102)-4476/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4476/2019

13.06.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4476/2019 13.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, nümayəndəsi X3, vəkili X4, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-6623/2018, hak im A.S.Məmmədov)İddiaçı Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı işə bərpa olunma və məcburi işləmədiyi dövr üçün kompensasiya ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12659/2018, hakimlər F.Ş.Talışinski, R.Ə.Eyvazov, Z.Ə.Əliyev)İddiaçıapellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 26 iyul 2018-ci il tarixdə İddiaçı Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı “işə bərpa olunma və məcburi işləmədiyi dövr üçün kompensasiya ödənilməsi ” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, onun işə bərpa olunması, iyun ayının 5-dən 6-na keçən gecə üçün hesablanmamış əmək haqqının bərpası və məcburi işburaxmaya görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68, 70-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 80, 82, 88, 106-cı maddələrini pozulmuş, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kass ator, nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfin dən araşdırılmış sübutarın məcmusu ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ASC-nin Cavabdeh2 ilə İddiaçı arasında 11.02.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən sonuncu Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinə 11-ci dərəcə ilə usta vəzifəsinə təyin edilmişdir. 06.06.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı 01.06.2018-ci il tarixdən 02.06.2018-ci il tarixinə keçən gecə və 05.06.2018-ci il tarixdən 06.06.2018-ci il tarixinə keçən gecə işdə olmamışdır. İş materiallarında olan 06.07.2018-ci il tarixli, 47 saylı intizam tənbehi haqqında əmrdən görünür ki, sahə rəisi X2 əmək funksiyasını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “Töhmət” verilmişdir. Ona həvalə edilmiş vəzifələrin icrasına diqqəti bi r daha artırması və tabeliyində olan işçilərə nəzarəti artırması bildirilmişdir. 06.07.2018-ci il tarixli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmçinin 21.12.2017-ci il tarixdən 06.07.2018-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 16 təqvim gününün pul əvəzinin ödənilməsi qeyd edilmişdir. İddiaçı onun bir neçə dəfə işə gecikdiyini və işində başqa bir qüsur olmadığını bildirərək, verilmiş əmrin qanunsuz olduğunu iddia etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçının dəfələrlə əmək intizamını pozduğunu, gecə növbəsində işlədiyini, 02.06.2018-ci il tarixdə iş yerində olmadığını, dəfələrlə şifahi xəbərdarlıq ed ildiyini, 05.06.2018-ci il tarixdə yenidən iş yerində olmadığını, ona humanistlik göstərilərək öz ərizəsi ilə işdən azad edilməsinin təklif edildiyini bildirmişdir. İşə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksi yasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcələnin 72-ci maddəsi ilə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, gündəlik iş rejimi gecə vaxtı 12 saat olan iddiaçının 5 saat işə gecikməsini adi hal kimi qeyd etməsi onun əmək mü nasibətlərinə etinadsızlığının göstəricisi kimi qiymətləndirilməlidir. Bu hal, özü-özlüyündə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin nəzərdə tutulan əmək və icra intizamının normal ahənginin pozulmasına dəlalət edir. Bu halda iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əmək qanunvericiliyinin tələblərinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosesual hüquq norm aları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar