Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4476/2020 13.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, №vruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı ASC “Xalq” Bankının vəkili X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-1278/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İmran Burcayev) 2(008) -67/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus Ünvani, X5 küçəsində, istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 9 otaqlı, 201,7 kvadrat metr yaşayış, 134 kvadrat metr köməkçi sahədən ibarət 54 mənzil, 1 nömrəli fərdi yaşayış evinə və Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus olan, Ünvanində istifadədə olan 0,0527 ha torpaq sahəsində yerləşən 54 nömrəli binanın 1-ci mərtəbəsində 147,8 kvadrat metr ümumi, 147,8 kvadrat metr əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, dəbbə pulunun məbləği ödənilən andan manata olan məzənnə ilə 40000 ABŞ dolları, Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus Ünvani, X5 küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəl i, 9 otaqlı, 201,7 kvadrat metr yaşayış, 134 kvadrat metr köməkçi sahədən ibarət 54 mənzil, 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 550000 manat, Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Ünvanində istifadədə olan 0,0527 ha torpaq sahəsində yerləşən 54 nömrəli binanın 1-ci mərtəbəsində 147,8 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin satış qiyməti 750000 manat müəyyən edilməsi, qeyd edilən ipoteka predmetlərinin açıq hərracda satılması və xx.xx.2012-ci il tarixli **********12 №-li kredit müqaviləsi üzrə borc alan "xxxx" firmasının iddiaçı ASC "Xalq" Bankı qarşısında xx.xx.2016-cı il tarixinə (kreditin verilməsi müddətinin bitməsi tarixinə) kimi əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış 85622,65 ABŞ dolları məbləğində adi faiz borcu və 400 00 ABŞ dolları məbləğində hesablanmış penya, eləcə də ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 60 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 74 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "Xalq" Bankın xeyrinə tutulması, ipoteka predmetlərinin satışı ilə əlaqədar qeyd edilən məbləğlər ödənildikdən sonra qalan məbləğlər müvafiq olaraq mülkiyyətçilər Cavabdeh2 və Cavabdeh1 qaytarılması qərara alınmışdır. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləİddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qism ən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-67/2019 saylı, xx xxxxxxxx 2019-cuiltarixli qətnaməsi qismən, dəbbə puluna aid hissədə dəyişdirilmiş, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulunun məbləği 64853, ABŞ dolları müəyyən edilmiş, qətnamə cavabdehin apelyasiya şikayətinə əsasən qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı "İddiaçı" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxs "xxxx" Firması olmaqla xx.xx.2012-ci il tarixli **********12 №-li kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borc alan " xxxx" firması tərəfi dən kredit üzrə ümumilikdə 1427077,06 ABŞ dolları məbləğində ödəniş həyata keçirildiyini (qeyd edilən ödənişin 1336005,34 ABŞ dolları vaxtı keçmiş əsas borcun tam şəkildə qaytarılmasına, 50000,59 ABŞ dolları xx.xx.2016-cı il tarixədək əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun bir hissəsinin, 41071,13 ABŞ dolları isə xx.xx.2016-cı il tarixdən (kreditin verilməsi müddətinin bitdiyi tarixdən) xx.xx.2019-cu il tarixədək (əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək) vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın (zərərin) bir hissəsinin ödənilməsinə yönəldilmişdir) nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü («İddianın dəyişdirilməsi») maddəsinin tələbl ərini rəhbər tutaraq xx.xx.2016-cı il tarixli iddia ərizəsində (iddia ərizəsinə dəyişikliklər nəzərə alınmaqla) göstərilmiş tələblərimin 1-ci bəndinə müvafiq dəyişikliyi edib "xx.xx.2012-ci il tarixli 003001/0209/12/12 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus Ünvani, X5 küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 9 otaqlı, 201,7 kvadrat metr yaşayış, 134 kvadrat metr köməkçi sahədən ibarət 54 mən. 1 nömrəli fərdi yaşayış evinə („1-ci Əmlak") və xx.xx.2013-cü il tarixli **********12/01 ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan digər Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Ünvanində istifadədə olan 0,0527 ha torpaq sahəsində yerləşən 54 nömrəli binanın 1-ci mərtəbəsində 147,8 kvadrat metr ümumi, 147,8 kvadrat metr əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə (“2-ci Əmlak”) tutma yönəldilsin, ipoteka predmetləri açıq hərracda satılsın və xx.xx.2012-ci il tarixli **********12 №-li kredit müqaviləsi üzrə borc alan " xxxx"fFirmasının iddiaçı ASC "Xalq" Bankı qarşısında xx.xx.2016-cı il tarixinə (kreditin verilməsi müddətinin bitməsi tarixinə) kimi əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanmış 85622,65 ABŞ dolları məbləğində adi faiz borcu, xx.xx.2019-cu il tarixinə (əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixə) qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 648530,83 ABŞ dolları məbləğində hesablanmış penya, xx.xx.2016-cı il tarixdən (kreditin verilməsi müddətinin bitdiyi tarixdən) xx.xx.2019-cu il tarixədək (əsas borc m əbləğinin tam şəkildə qaytarıldığı tarixədək) vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 587287,83 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 1321441,31 ABŞ dolları məbləğində pul vəsaitinin, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 60 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 74 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "Xalq" Bankının xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı ASC "Xalq" Bankı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnamə sinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi, iddia tələbinin xx.xx.2019-cu il tarixinə (əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixə) qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 648530,83 ABŞ dolları məbləğində hesablanmış penya əvəzinə yalnız 64853,083 ABŞ dolları hissəsini təmin etmiş, yəni bu tələbin 10 dəfədən də çox hissəsini təmin etməmişdir. Bununla bağlı məhkəmənin dəlilləri qanunvericiliyə və tərəflərin sərbəst iradə ifadəsi olan müqavilə şərtlərinə tamamilə zidd olmaqla, əsaslı hesab edilə bilməz.Məhkəmə, bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ‘‘Mülki Məcəllənin399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarmdakı hüquqi mövqelərə və Azərbaycan Respublikası MM-in 467-ci maddəsinin tələblərinəistinad etsə də, əslində gəldiyi nəticə həmin hüquqi mövqelərlə ziddiyyət təşkil etmişdir. Tərəflərin izahatları: İddiaçı ASC “Xalq” Bankının vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh və üçüncü şəxsin nümayəndəsi gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq №rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasasiya şikayətinin həddləri ilə bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı bank kasasiya şikayəti vermiş və qətnaməni iddia tələbinin rədd edilən hissədə, yəni iddia tələbinin dəbbə pulunun və əldən çıxmış faydanın rədd edilməsini mübahisələndirir. Cavabdehlər isə qətnamədən kassasiya şikayəti verməmişlər. Ona görə də, qətnamə iddiaçının kasasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə kassasiya qaydasında yoxlanıldı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara gör ə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx xxxxx 2018-ci il tarixli 5282 saylı ekspertizanın rəyinə əsasən xx xxx 2012-ci il tarixli **********12 saylı kredit xətti müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2016-ci il tarixə «xxxx» firmasının "İddiaçı" ASC-yə olan borcu 1459233,63 ABŞ dolları məbləğində müəyyən edilmiş, o cümlədən: əsas kredit borcu 1336005,34 ABŞ dolları, faiz borcu 123228,29 ABŞ dolları, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək iliik 5% dərəcəsi ilə hesablanan faizin həcmi 27276,78 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Beləliklə, xx.xx.2016-ci il tarixə «xxxx» firmasının "İddiaçı" ASC-nə olan borcu 1486510,41 ABŞ dolları məbləğində, o cümlədən: əsas kredit borcu 1336005,34 ABŞ dolları, faiz borcu 150505,07 (123228,29+272,76) ABŞ dolları müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi alınandan sonra, cavabdehlər tərəfindən ödənişlər edilmiş, bununla əlaqədar iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması barədə iddia ərizəsinə əlavə verilmişdir. Həmin hallar nəzərə alınmaqla cavabdehlərin hazırki iddia tələbləri çərçivəsində illik 15% hesablanmış penyanın, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın düzgün hesablanıb-hesablanmaması barədə sualların cavablandırılmasına zərurət yaranmışdır. Ona görə də həmin sualların cavablandırılması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 18106 saylı rəyinə əsasən hesabdan çıxarış məlumatları xx xxx 2012-ci il tarixli **********12 saylı kredit xətti müqaviləsinin qeyd olunan şərtləri, xx.xx.2018-ci il tarixdə aparılan ödəniş nəzərə alınmaqla xx.xx.2016-ci il tarixə «xxxx» firmasının "İddiaçı» ASC-yə olan borcu 1596205,8 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 1286105,34 ABŞ dolları (1336005,34-49900,0), faiz borcu 73228,29 ABŞ dolları (123228,29 - 50000,0), əldən çıxmış fayda üzrə borcu 98196,4 ABŞ dolları, peny a üzrə borcu 138675,77 ABŞ dolları, xx.xx.2016-cı il tarixdən ekspertizanın təyini haqqında qərardadın tarixinə - xx.xx.2018-ci il tarixədək illik 18% dərəcəsi ilə hesablanan əldən çıxmış faydanın həcmi 377421,5 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Beləliklə xx.xx.2018-ci il tarixdə aparılmış ödəniş nəzərə alınmaqla məhkəmənin ekspertiza təyini haqqında qərardadının tarixinə xx.xx.2018-ci il tarixə «xxxx» firmasının "İddiaçı" ASC-yə olan borcu 2288145,2 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən: əsas kredit borcu 1286105,34 ABŞ dolları (1336005,34-49900,0) faiz borcu 73228,29 ABŞ dolları (123228,29 - 50000,0) əldən çıxmış fayda üzrə borc 475617,9 (98196,4 + 377421,5) ABŞ dolları, penya üzrə borc 453193,67 ABŞ dolları. Birinci instansiya məhkəməsində işə baxılan zaman borc alan “xxxx” firması tərəfindən edilmiş ödənişlərlə əlaqədar iddiaçı bank dəfələrlə iddia tələblərinin həcminin azaldılması və dəyşiklik edilməsi barədə məhkəməyə müraciitə etmiş, sonuncu xx xxxxxx 2019-cu il tarixlə ərizəsində göstərilmişdir ki, xx xxxx 2019-cu il tarixədək əsas borc məbləği tam şəkildə qaytarılmış, öədəməlrin bir hissəsi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın (zərərin) bir hissəsinin ödənilməsinə yönəldilmiş, xx.xx.2012-ci il tarixli **********12 №-li kredit müqaviləsi üzrə borc alan "xxxx" firmasının iddiaçı ASC "Xalq" Bankı qarşısında xx.xx.2016-cı il tarixinə (kreditin verilməsi müddətinin bitməsi tarixinə) kimi əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanmış 85622,65 ABŞ dolları məbləğində adi faiz borc u, xx.xx.2019-cu il tarixinə (əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixə) qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 648530,83 ABŞ dolları məbləğində hesablanmış penya, xx.xx.2016-cı il tarixdən (kreditin verilməsi müddətinin bitdiyi tarixdən) xx.xx.2019-cu il tarixədək (əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək) vaxtı keçmiş əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanmış 587287,83 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 1321441,31 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmin borcun ödənilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsini xahiş edik. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiy i və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apelyasiya instansiyası məhkəməsi dəbbə pulunun azaldılması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci nnddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdiri lərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarım və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsu liyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Baxılan iş üzrə birinci instansiya məhkəməsi işin araşdır ılmış faktiki hallarına hüquqi qiymət verərək götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edib, əsas borcun və ona hesablanmış faizlərin cavabdehin ödəyə bilməməsini, gələcəkdə qətnamənin icrasının mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, iddiaçının 648530,83 ABŞ dolları məbləğində cərimə pulu hesablanması, cavabdeh tərəfin maddi vəziyyətinə uyğun olmadığından, həmin məbləğ azaldılaraq, iddiaçının tələb etdiyi məbləğdə deyil, 40000 ABŞ dollarının ödəniləcək günə manata olan məzənnəsi məbləğində tutulmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin xx.xx.2016-cı il tarixdən (kreditin verilməsi müddətinin bitdiyi tarixdən) xx.xx.2019-cu il tarixədək (əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 16% dər əcəsi ilə hesablanmış 587287,83 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin tutulması hissəsində iddia tələbini rədd edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasım nəzərdə tutur. Həmçinin həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsa itindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4. başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanm anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xü susi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb e dir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər” Məhkəmə həmçinin iddia tələbinin vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanması ilə bağlı dəlillərinə qiymət verərək qeyd etmişdir ki tələb əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilm işdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək h üququna malikdir. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək apelyasiya şikayətiin dəlillərini əsassız hesab etmişdir. Apelyasiya şikayətində qeyd edilən hallar əsaslandırılmamış, məhkəmənin qənaəti istinad edilən Plenum qərarlarının tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq №rmaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apelyasiya şikayətində də qeyd edilmiş, məhkəmə həmin dəlilləri tam, hərtərəfli və obyektiv qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı ASC "Xalq" Bankının kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-1278/2020 nömrəli iş üzr ə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4476/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4476/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver