Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4477/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh Ağamməd oğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: texniki pasportun etibarsız hesab edilməsi, aidiyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh Ağamməd oğluna qarşı texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1547/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərardadından İddiaçı Hümbət qızının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasi ya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X3 Cavabdeh Ağamməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Daşkəsən rayonu Xoşbulaq kəndində 0,10 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair Cavabdeh Ağamməd oğlunun adına yazılmış texniki pasportun etibarsız hesab edilməsi, ödənmiş 100 manat dövlət rüsumunun Cavabdeh Ağamməd oğluna aid edilərək tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daşkəsən Rayon Məhkəməsinin (sədrlik edən hakim M.Mustafayev ) 26 aprel 2023-cü il tarixli, 2(030)-218/2023 nömrəli qərardadı ilə iddiaçı X1 Cavabdeh Ağamməd oğluna qarşı yaşayış evinə dair verilmiş texniki pas portun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülk işin ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qət edilmişdir.
3. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Ağamməd oğlunun qeydiyyat ünvanı ünvan 1 alındığı yerin məhkəməsinə verilməlidir.
4. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 35.1., 37, 32.4., 32.5., 32.7., və 31.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. İddiaçı şikayət verərək, Daşkəsən Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(030)-218/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
6. Daşkəsən Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(030)-218/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyər ək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin adına verilmiş texniki pasport onun ailə həyatı qurduqdan sonra, yəni 61 il müddətində yaşadığı evə dair verilmiş, bununla da, onun həmin evə sahiblik və gözlənilən mülkiyyət hüququ pozulmuşdur.
8. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1547/23 nömrəli iş üzrə xx.xx.2023-ci il tarixli qərardadı ilə (hakimlər – L.S.Süleymanov (sədrlik edən və məruzəçi), İ.T.Həsənov və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-218/2023 nömrəli qərardadı ləğv edilmiş, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilərək iddiaçıya qeyd etdiyi texniki pasportda düzəliş etməklə bağlı həmin orqana müraciət etməsi, narazı qaldığı halda müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tələblərə mülki məhkəmə icraatında baxmaqda haqlı olmamışdır.
10. Hazırkı tələb inzibati orqan olan DTİ və MHQ idarəsi tərəfindən verilmiş müvafiq texniki pasportun etibarsız hesab edilməsi ilə bağlıdır.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənlə şdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki mübahisə inzibati xarakter daşıyır.
13. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarının 31.1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanı kimi müəyyən olunmuşdur. 14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 0 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. Məhkəmə kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməmişdir. Belə ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin qeyd edilən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. 16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməy ə müraciət etmək hüququ izah olunmalıdır.
17. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Daşkəsə Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(030)-218/2023 nömrəli qərardadı ləğv edilməli, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya qeyd etdiyi texniki pasportda düzəliş etməklə bağlı həmin orqana müraciət etməsi, narazı qaldığı halda müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 24.2, 31.1, 384.0.4, 387.2cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 32.1, 33.1, 33.2-ci maddələrinə də istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər i
19. İddiaçı tərəf (Vəkil ) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1547/2023 №-li qərardadını və Daşkəsən rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-218/2023 №-li qərardadını ləğv edib, işin mahiyyəti üzrə baxılması üçün Daşkəsən rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətinində işin faktiki hallarına istinad olunaraq qeyd edilmişdir ki, inzibati məhkəməyə mübahisə inzibati orqanla əlaqədar olduğu halda müraciət edilə bilər. İddiaçının mübahisələndirdiyi sənəd isə inzibati orqan tərəfindən tanınmamış saxta sənəddir. Apellyasiya məhkəməsinin iddiasının inzibati məhkəməyə aid olmasını bildirməsi yanlış fikirdir.Ərazi idarəsi Elmanın onun evinə güman edilən hüququnu tanımamışdır. Əraz i İdarəsinin tanımadığı texniki pasportu ləğv etmək hüququ yoxdur.Onun tanımadığı sənədi ləğv etməyə məcbur edilməsi qanuni sayıla bilməz. Tələbi texniki pasportun ləğvi yox, etibarsızlığı barədədir.Apellasiya məhkəməsi MPM-nin 24.2-ci maddəsinə istinad etsə də, həmin maddənin mahiyyətinə vara bilməmiş, iş materiallarını araşdırmadığından iddianın hansı məhkəməyə aid olmasını müəyyən edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət etsə də etiraz imzalanmadığından nəzərə alınmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
22. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb e də bilər.
23. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
24. Maddə 33.2. bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin pre dmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
27. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgü n tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Hümbət qızının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 iyun 2023-cü il tarixli 2(104)1547/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.