Məhkəmə qərarları › İş №2(102)-4478/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4478/2021

23.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4478/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinin və yenidən sübut edilməsinin yol verilməzlyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1847/2021 nömrəli iş üzr ə 03 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, xxx saylı mənzili 16.02.2017-ci ildə Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 4 saylı Asan xidmət mərkəzi tərəfindən verilmiş 09.02.2017-ci il tarixli arayışdan müəyyən olunur ki, X4, X3, X6, X1, X5 və Cavabdeh X xxx saylı mənzilində qeydiyyatdadırlar.

3. X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı 15.02.2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, xxxx saylı mənzilinin Cavabdeh adına özəlləşdirilməsinə və ç ıxarış verilməsinə etirazı olmadığını bildirmişdir.

4. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 106 saylı MKİS tərəfindən verilmiş 23.05.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, xxxx saylı mənzilin icarədarı Cavabdeh X, həmin mənzildə Cavabdeh X 1986-cı ildən, X4 1986-cı ildən, X8 1986-cı ildən, X5 2014-cü ildən, X6 2016-cı ildən, X1 2016-cı ildən, X3 2016-cı ildən və İddiaçı 03.04.2018-ci il tarixdən daimi qeydiyyatdadır.

5. Qeyd edilən şəxslərdən İddiaçı mənzilə Bakı Apellyasiya Məhkəməsinin 11.05.2017-ci il tarixli qətnaməsi əsasında qeydiyyata alınmışdır.

6. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvədə olan 11.05.2017-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 10.02.2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş a pellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.02.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı xxx saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir.

7. Göstərilənlərlə yanaşı iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.05.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma barədə iddia ərizəsi təmin olunaraq xxxx saylı mənzilindən cavabdeh İddiaçı istifadə hüququna 15000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, cavabdeh İddiaçı 3 azyaşlı uşağı ilə birlikdə həmin mənzildən çıxarılması, mənzildən çıxarılma ilə kompensasiyanın verilməsinin eyni vaxt da icra olunması, İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv olunması, mənzilə payların müəyyən edilməsinə dair qarşılıqlı iddia ərizəsi, yəni 16.02.2017-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv olunması və onun və 3 azyaşlı uşaqlarının xxx saylı mənzilinə paylarının müəyyən olunaraq paylı mülkiyyət kimi verilməsinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvədə olan 25.07.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.05.2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2633/2018 saylı iş üzrə 04.05.2018-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməsi h issəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı xxxx saylı mənzilinə dair verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh X gəlinidir. Cavabdehin oğlu ilə 01.06.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 3 uşaqları dünyaya gəlmişdir. Uşaqlarından biri Daun sindromlu xəstədir. O, 2007-ci ildə xxx saylı mənzilini təmir etdirmiş və həmin mənzilə onun cehiz əşyaları yerləşdirilmişdir. Mənzilə gəlin köçd üyü gündən, yəni 2007-ci ildən bu günədək fasiləsiz olaraq o, övladları və həyat yoldaşı ilə birlikdə bu mənzildə yaşamış, mənzildə onun ailəsindən başqa heç kim yaşamamışdır. Həyat yoldaşı isə qazanc əldə etmək məqsədi ilə Rusiya Federasiyasına gedib-gəlmişdir. Onlar ailə həyatı qurduqdan sonra iş üzrə cavabdeh olan qayınatası mübahisəli mənzili onlara verdiyini açıqlamış və o, bütün cehiz əşayalarını mənzilə köçürərək faktiki olaraq ailəsilə birlikdə orada yaşamağa başlamış, mənzilə qeydiyyata alınmışdır. Cavabdeh onun həyat yoldaşının Rusiya Federasiyasında olmamasından istifadə edərək, məhkəmə vasitəsi ilə onun həyat yoldaşının mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasına nail olmuşdur. Daha sonra onun və övladlarının da mübahisəli mənzildən çıxar ılması üçün məhkəməyə müraciət etsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4748/2017 saylı qətnaməsi ilə 10 ildən artıq müddətdə faktiki olaraq həmin mənzildə yaşamaları sübut olunaraq onun və övladlarının sözügedən mənzilə istifadə hüquqları tanınmışdır. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti versə də, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-7323/17 saylı qərarı ilə şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin onun mübahisəli mənzilə dair istifadə hüququnun tanınması barədə qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İstifadə hüququnun tanınması ilə bağlı məhkəmə prosesi davam edən zaman cavabdeh tərəfindən mübahisəli mənzilə RX seriyalı ******* saylı çıxarış alınmışdır. Halbuki, çıxarış alınan zaman ev mübahisəli mənzil olduğundan həmin mənzildən istifadə hüququ tanınmış biri olaraq onun hüquqları ciddi şəkildə pozulmuşdur. Belə ki, cavabdeh 16.02.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi evi adına rəsmiləşdirən zaman onların arasında məhkəmə çəkişmələri gedirdi. Deməli, cavabdeh müvafiq icra hakimiyyəti orqanına mənzilin mübahisəli olmasına dair məlumat verməmiş, onun həmin mənzilə qanuni əsaslarla istifadə hüququnun olmasını bildirməmiş və belə bir çıxarışın alınmasına nail olmuşdur. Cavabdeh tərəfindən nə Bakı Apellyasiya, nə də Ali Məhkəmədə məhkəmə çəkişmələri gedən zaman məhkəməyə evin hüquqmüəyyənedici sənədi təqdim edilməmişdir. Sözügedən mənzil yerli icra hakimiyyətinə məxsus olmuşdur. Cavabdeh həmin mənzilin icarədarı, o isə istifadə hüququ tanınmış istifadəçi olduğundan cavabd eh tərəfindən mənzilin öz adına onun payı müəyyən olunmadan rəsmiləşdirilməsi qanunsuzdur. Məhkəmə qətnaməsi ilə onun istifadə hüququ tanındığından daşınmaz əmlaka dair çıxarışda hüquq sahibləri qismində onun da adı qeyd edilməli və mənzilə payı müəyyən edilməli idi. Həmçinin Mənzil Fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuşdur ki, mənzilin özəlləşdirilməsinə dair razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin ərizəsi mütləq olmalıdır. Daşınmaz əmlaka dair çıxarış alınan zaman mənzil sahəsinə hüququ olan şəxs qismində onun heç bir razılığı alınmamışdır. Hazırda Cavabdeh onun və övladlarının mənzilə olan hüquqlarına 20000 manat kompensasiya verilməklə xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Cavabdehin təklif etdiyi 3 otaqlı ev onun və himayəsində olan xəstə uşağın yaşaması üçün yararlı deyildir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(001)4933/2020 nömrəli qətnaməsi ilə (hakim S.Səlimova) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh xxx saylı mənzilinə mülkiyyət hüququ qeydə alınarkən, yəni dövlət mülkiyyətində olan mənzil əvəzsiz olaraq cavabdehin adına özəlləşdirilərkən qanunun tələblərinə əməl edilməsi qanuni qüvvəsini alan məhkəmə aktı ilə təsdiq olunduğundan, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin iş də iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə və yenidən sübuta yetirilməsinə yol verilmədiyindən iddia ərizəsi təmin edilə bilməz.

13. Məhkəmə öz mövqeyini Mülki Prossesual Məcəllənin 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1847/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Z.Şirinov, F.Talışinski və R.Eyvazov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4933/2020 saylı iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti olan mənzilə dair Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair işə hazırkı icraatdan əvvəl baxılmaqla, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə həmin çıxarışın verilməsi zamanı mənzillərin özəlləşdirilməsi ilə bağlı qanunvericiliyin pozulmadığı təsdiq olunmuşdur. Odur ki, həmin hallar tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür.

17. İddiaçı, apelyasiya şikayətində məhkəmə tərəfindən cavabdehin adına mübahisəli mənzilə dair çıxarış verilərkən qanunvericiliyin tələblərinin pozulubpozulmadığının araşdırılmadığını bildirsə də, nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəs ini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiy a instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

28. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)

29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyy ən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

30. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasi ya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassas iya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1847/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar