Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4479/2020 19.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, “xxxxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativi, Cavabdeh2, X8, X5, xüsusi notarius XXX oğlu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXX İddia tələbi: ümumi yığıncağın qərarının, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən boşaldılması Açar sözlər: yeni tikilidə mənzilə hüquq, əqdin etibarsızlığı, daşınmaz əmlakı vicdanlı əldə etmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun k atibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2472/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1nə (bundan sonra – MMC), “xxxxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativinə (bundan sonra – MTK), Cavabdeh2, X7, X3, xüsusi notarius XXX oğluna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXXnə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə, XXX XXX küçəsi, ev 3, giriş 2, 75 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) cavabdeh XXXX4 və onun MTK üzvlüyünə qəbul olunması barədə “xxxxxxxxxxxxxxxxx” MTK-nın üzvlərinin xx.xx.2018-ci il tarixli ümumi iclasının qərarının, cavabdeh X6 adına verilən RX seriyalı, ******* saylı, qeydiyyat nömrəsi **********, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər X8 və X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X2 adına olan RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, xx.xx.2018 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər X6 və X2 bütün ailə üzvləri ilə birlikdə mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə cavabdehlər Cavabdeh2 və “xxxxxxxxxxx xxxxxx” MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-4820/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-2472/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, "Cavabdeh1" MMC ilə sifarişçi İddiaçı arasında Bakı şəhəri, Yasa mal rayonu, A.XXX küçəsi, 1055-ci məhəllədə tikilən hündür mərtəbəli binada 2 saylı blokda 3-cü mərtəbədə sahəsi 170 kv.metr olan 4 otaqlı mənzilin tikintisi barədə xx.xx.2008-ci il tarixli sifariş müqaviləsi bağlanmış, mənzilin dəyəri 98770 manat sifarişçi tərəfindən icraçıya ödənilmişdir. “xxxxxxxx” ASC-nin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məktublarına əsasən qeyd edilmiş ünvanla bağlı abonent kodu (**********10075) xx.xx.2012-ci il tarixdən etibarən ASC-nin məlumat informasiya bazasında İddiaçı adına, daha sonra X6 (abonent kodu: **********50750) adına xx.xx.2014-cü il tarixdə qeydiyyatda alınmışdır. "Cavabdeh1" MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolu ilə XXXX1 üzv qəbul olunmaqla mübahisəli mənzilin payçısı olması təsdiq edilmiş, sənədlərin d aşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXXnə göndərilməsi qərara alınmışdır. Təqdim olunmuş sənədlər əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXX tərəfindən qeyd olunan mənzilə X6 mülkiyyət hüququ qeydiyyata alınmış və ona bu barədə RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X8 mülkiyyətində olan mübahisəli mənzili 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1504 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X3 bağışlamış, müqavilə əsasında mənzil sonuncunun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Cavabdeh MTK iddiaçıya məxsus müqavilə və maliyyə arayışının saxta olduğunu, həmin müqavilənin şirkətin direktoru tərəfindən imzalanmadığını, imzanın başqa şəxsə məxsus olduğunu bildirərək, iddianı qəbul etməmişdir. İşə birinci instansiyada baxılarkən iştirakı iddiaçı tərəfindən təmin edilmiş həmin binanın sakini şahid X14 bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi binanın sakinidir və yaşadığı mənzilə dair 2008-ci ildə Cavabdeh1 MMC ilə müqavilə bağlamış, onların müqaviləsini də Cavabdeh2 müavini Natiq imzalamış və möhür vurmuşdur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 152.1, 157.4, 157.8-ci maddələrin tətbiq etməklə belə qənaətə gəlmişdirki, mübahisəli mənzilin pay haqqı (dəyəri) ilk dəfə iddiaçı X10 tərəfindən tam olaraq ödənilərək satın alınmışdır. Müqavilə bağlandıqdan sonra iddiaçı həmin mənzil üzərində istifadə və sahiblik hüquqları əldə etmişdir. Cavabdeh1 MMC (daha sonra isə MTK) mülkiyyətində olmayan mənzilə dair cavabdeh X6 həmin mənzillə bağlı payçı olması ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxx” MTK üzvlərinin ümumi iclasının (yığıncağının) 41 nömrəli, xx.xx.2018-ci il tarixli protokolu və qərarı qəbul etməyə səlahiyyətli olmamış, həmin protokolun (qərarın) qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün iddiaçının mübahisəli mənzilin ona təhvil verilməsi tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, şəxsin kooperativə üzv qəbul olunmasına dair ümumi yığıncağın qərarı o halda qəbul olunur ki, tərəf pay haqqını ödəsin və həmin kooperativdə paya sahib olsun. Bu hallar isə müqavilə və maliyyə arayışı ilə təsdiq olunur ki, hazırda həmin sənədlər mövcud deyil. Qeyd olunan hallar və həmin mənzilə artıq iddiaçının hüququnun yaranması həmin qərarın, eyni zamanda X6 adına verilən xx.xx.2018-ci il tarixli çıxarışın ləğvi üçün əsasdır. Eyni zamanda Məhkəmə kollegiyası hesab etmişdir ki, XXXXXXvə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli və cavabdeh X2 adına olan çıxarış ləğv edilməlidir. XXXXXXilə XXX arasında bağlanmış müqavilənin etibarlılığı X6 adına verilən xx.xx.2018-ci il tarixli çıxarışdan asılıdır. Belə ki, bağışlama müqaviləsi çıxarışın yaratdığı hüquqi nəticəyə - XXXXXXin mənzilə olan mülkiyyət hüququna əsaslanır. Həmin çıxarış ləğv olunduğundan onun yaratdığı hüququ nəticə, yəni Nərgiz Əyyubovanın mənzilə olan mülkiyyət hüququ da etibarsızdır. XXXXXXmənzilin mülkiyyətçisi olmadığına görə on un mənzil üzərində sərəncam vermək hüququ olmamışdır. Belə ki, Mülki Məcəllənin 152-ci maddəsinə görə əşya üzərində sərəncam vermək hüququ mülkiyyətçiyə aid olan hüquqdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X6 mənzilin payçısı olması barədə ümumi yığıncağın qərarı (protokolu) ləğv edilməli, X6 mülkiyyət hüququna dair çıxarış ləğv edilməli, X2 adına olan bağışlama müqaviləsi etibarsız hesab edilməli və onun əsasında mülkiyyət hüququna dair çıxarış ləğv edilməlidir. Çünki iddiaçıya satılmış mənzil barəsində MTK-nın qəbul etdiyi qərar (ümumi yığıncağın qərarı (protokolu) özlüyündə etibarsız, əhəmiyyətsiz əqddir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənzil qanuni əsaslarla 2008-ci ildə iddiaçıya satıldığı üçün qeyd olunan protokolun əsassızlığı ilə bağlı əlavə araşdırma apa rılmasına zərurət yoxdur. Birinci instansiya məhkəməsi mübahisəyə baxarkən işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş, mənzilə hüquq əldə edən şəxsin iddianı irəli sürməyə subyektiv hüququnun olmaması barədə əsassız nəticəyə gəlmişdir. İddiaçı mənzilin dəyərini ödədikdən sonra onun həmin mənzilə mülkiyyət hüquqları yarandığından Məhkəmə kollegiyası iddiaçının hazırkı tələbi irəli sürməsi üçün iddia müddətini ötürməsi barədə cavabdehin etirazını qəbul etməmiş və bununla bağlı əlavə araşdırma aparılmasına zərurət görməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 MMC (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barə də yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır və məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Məhkəmə işin hallarını tam araşdırmamış, Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini nəzərə almamış, mübahisəyə iddia müddətini tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, “xxxxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXXnin nümayəndələri, Cavabdeh2, X8, X5, XXX “ASAN xidmət” mərkəzində xüsusi notarius XXX oğlu hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Kassator məhkəməyə teleqram göndərərək yeni vəkillə müqavilə bağlamaq üçün ona vaxt verilməsini, işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 MMC şikayət verdiyindən qətnamə yalnız həmin hüquqi şəxsə qarşı təmin olunmuş hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mü bahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiya) Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamış dır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə, həmçinin mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı dəlilə əsaslandırılmış qiymət verilmişdir. Mülki Məcəllənin 140-cı maddəsinin nəzərə alınmaması barədə dəlilə münasibətdə qeyd olunmalıdır ki, baxılan iş üzrə cavabdehlər X8 və X5 qətnamədən kassasiya şikayəti vermədiklərindən həmin dəlilə qiymət verilməsi hazırkı kassasiya baxışının predmetindən kənardır. Bununla yanaşı, qeyd olunmalıdır ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməy incə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunan maddənin mənasına görə reyestrin həqiqiliyi və tamlığı, yəni əldə edənin vicdanlılığı prinsipi əmlaka ilkin qeydiyyat əsasında mülkiyyət hüququ əldə etmiş şəxsə deyil, reyestrdə digər şəxsin adına mülkiyyət hüququ ilə qeydə alınmış əmlakı əvəzli qaydada əldə edənə şamil edilir. Daşınmaz əmlak ilkin qeydiyyata alınanadək reyestrdə həmin əmlak barədə qeyd olmadığından hüququ sahibinin də olmayan qeydin həqiqiliyi və tamamlığı prezumpsiyasına istinad etməsi mümkün deyildir. Həmçinin vicdanlı əldə edən institutunun ümumi qəbul olunmuş prinsipinə əsasən daşınmaz əmlakı yalnız əvəzli qaydada əldə etmiş şəxsin bu prinsipə istinadla öz hüquqlarını müdafiə etmək imkanı vardır. Diqqətəlayiqdir ki, Mülki Məcəllənin daşınar əşyalara vicdanlı əldə etmə qaydalarını tənzimləyən 182-ci maddəsinə əsasən də əldə edən əşyanı əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilm iş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2472/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1nə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4479/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4479/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver