Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-448/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağstafa Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) İddiaçı Cavabd eh qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 65000 (altmış beş min) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məmmədov, hakimlər R.Muradov və Ə.Şəfiqə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx xxxxx 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehıı 65000 (altımış beş min) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, Ağstafa rayonu Həsənsu kəndində yerləşən ümumi sahəsi 2381,4 kv.metr olan Əmlak kompleksi kimi müəssisə X4 adına qeydə alınmaqla, 1190,7 kv.metr X4 və 1190,7 kv.metr X8 birgə mülkiyyətlərindədir. 2017ci il sentyabrın 15-də «xxxx» MMC-nin nizamnaməsinə dəyişiklik edilmiş və bu dəyişiklik nəticəsində cəmiyyətin təsisçisi İddiaçı olmuşdur. xx xxxxxxxx 2017-ci il tarixindən xx xxxxxx 2018-ci il tarixinə kimi İddiaçı «xxxx» MMC-nin direktoru işləmişdir. Həmçinin o da mübahisə olunmur ki, xx xxxxxx 2018-ci il tarixində X6 «xxxx» MMCyə icraçı direktor vəzifəsinə, X9 2018-ci il yanvarın 08-dən, X1 2019-cu il aprelin 26-dan, X12 2018-ci il yanvarın 08-dən «xxxx» MMC-yə mühafizəçi təyin olunmuşlar. Bundan başqa o da mübahisə olunmur ki «xxxx» MMC-dən haqqı ödənilmədən 2017-ci il dekabrın 12-dən 2018-ci il aprelin 03-dək 17,796 (on yeddi min yedi yüz doxsan altı ) manatlıq mal çıxmışdır. Birinci instansiya məhkəmsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, İddiaçı həyat yoldaşı, Cavabdeh isə onlarla birlikdə işləyən vaxtdan tanıyır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllii ifadə vermək istəyir. Belə ki, həyat yoldaşı İddiaçı Cavabdeh 2017-ci il sentyabrın 06-da Ağstafa rayonunun Həsənsu kəndində yerləşən şərab zavodunda birgə spritli içkilərin istehsal olunması üçün onun və Fəridə Şəfiyevanın yanında 100.000 (bir yüz min) manat pul vermiş, Cavabdeh həmin pulun üstündən müəyyən hissəsini götürmüş, qalan hissəsini isə Fəridə Şəfıyevaya vermiş, sonuncu isə həmin pulu müəssisədə olan seyfə qoymuş, bundan sonra notariat kontoruna gedərək alqı-satqı müqaviləsi bağlamışlar. İddiaçı həmin pulu Cavabdeh verməkdə məqsədi isə şərikli müəssisəni işlətmələri olmuşdur. Həyat yoldaşı İddiaçı ona Bakı şəhərində Cavabdeh səriştəsi olduğundan onunla razılaşmalarını, bunun üçün Tofiq Hüsevnova 100.000 (bir yüz min) manat pul verəcəyini. Cavabdeh isə zavodun bir hissəsini onlara satacağını bildirmişdir. Cavabdeh İddiaçı 100.000 (bir yüz min) manat pul almış, ona 48.000 (qırx səkkiz min) manatlıq şüşə butulka və butulkaları qablaşdırılması üçün kağız qutuları vermiş, həyat yoldaşı pulun 50.000 (əlli min) manatını ona verdiyi şüşə butulka və butulkaları qablaşdırılması üçün kağız qutuları ilə əvəzləşdirmişdir. Bundan başqa Cavabdeh 17.000 manatlıq şüşə butulkalarda spirtli içki götürmüş və 2.000 manatını hissə-hissə ödəmişdir. Hal-hazırda Cavabdeh həyat yoldaşı İddiaçı 65.000 manat borcu qalmışdır. Birinci instansiya məhkəmsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki. o, 2018-ci il yanvarın 08-dən Ağstafa rayonunun Həsənsu kəndində yerləşən şərab zavodunda mühafizəçi işləyir. Həmin müəssisədə üç nəfər növbəli mühafizəçi işləyir. Hər mühafizəçi öz növbəsində müəssisədən çıxan bütün malların qeydiyyat kitabında qeydiyyalım aparılır. O. növbədə olan zaman Cavabdeh müəssissədən spirtli içki aparıb və həmin malların aparılması barədə qeydiyyat kitabında qeyd etmişdir. Birinci instansiya məhkəmsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki. o. bir il dörd aydır Ağstafa rayonunun Həsənsu.kəndində yerləşən şərab zavodunda mühafizəçi işləyir. Həmin müəssisədə üç nəfər növbəli mühafizəçi işləyir. Hər mühafizəçi öz növbəsində müəssisədən çıxan büt ün malların qeydiyyat kitabında qeydiyyatı aparılır. O, növbədə olan zaman Cavabdeh mtiəssissədən spirtli içki aparıb və həmin malların aparılması barədə qeydiyyat kitabında qeyd etmişdir. Birinci instansiya məhkəmsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, bir il bir aydır Ağstafa rayonunun Həsənsu kəndində yerləşən şərab zavodunda sex rəisi işləyir. Həmin müəssisədən Cavabdeh mal aparıb və həmin malları maşına o, yükləmişdir. Tofiq malları bir dəfə «Ford», bir dəfə «VAZ 2106», bir dəfə də Opel» markalı avtomobillə aparmışdır. Bu barədə mühafizəçilərin qeydiyyat kitabında aparılan (malların savı barədə qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəmsində şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, özünə məxsus «Ford» markalı avtomobillə Bakı-Qazax istiqaməti üzrə sifarişlə yük daşımaqla məşğuldur. Dəfələrlə Ağstafa rayonunun Həsənsu kəndində yerləşən şərab-zavodundan İddiaçı tərəfindən Bakı şəhərinə mal aparması barədə sifarişlər edilmiş, həmin malların sayı yadında deyil, lakin mallar çıxdıqda mühafizəçi kitabında qeydiyyat aparmış və həmin malları Bakı şəhərində Cavabdeh təhvil vermişdir. Birinci instansiya məhkəmsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki. o. 1987-ci ildən 2018-ci il martın 19-dək Ağstafa rayonunun Həsənsu kəndində yerləşən şərab zavodunda icraçı direktor və sex rəisi işləmişdir. Tofiq müəssisədən satış məqsədi ilə mal çıxarmış və çıxmış bütün malların kitabda qeydiyyatı aparılmışdır. O. İddiaçı Cavabdeh 100.000 (bir yüz min) manat pul verməsini görməmiş, İddiaçı Cavabdeh şərikli bizneslə məşğ ul olmaları üçün Ağstafa rayonunun Həsənsu kəndində yerləşən şərab zavodunda onun və Tünzalə Musayevanın yanında yalnız 20.000 manat pul vermişdir. Həmin pulu verən zaman o. Cavabdeh. İddiaçı və onun arvadı Tünzalə Musayeva orada olmuşlar. İddiaçı Cavabdeh 20.000 manat pul verdikdən sonra notariat kontoruna gedərək alqı-satqı müqaviləsini rəsmiləşdirmişlər. Alqı-satqıda o iştirak etmiş və tərəflər müəssisəni şərikli işlətməyə razılaşmışlar. Yəni, qazanca İddiaçı və onun arvadı Tünzalə Musayeva, özü və Türkan Rzazadənin ailə üzvləri şərik olmalı idi. Lakin İddiaçı və onun arvadı Tünzalə Musayeva şərti pozaraq onlara təhvil verilmiş inventarı mənimsəmək istəmiş, həyətdə olan və onlara qətiyyən aidiyyəti olmayan, onun tərəfindən inşa edilmiş sexi də zəbt etmişlər. Sonra ona məlum olmuşdur ki, İddiaçı qeyri-rəsmi olaraq ondan gizli araq və konyak satır. Ona görə də sexdən çıxmasını və inventarı geri qaytarması ondan tələb edilmiş, sonra qızı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia qaldırılmışdır. İddiaçının qeyd etdiyi 100.000 (bir yüz min) manat pul isə həmin müəssidən şərikli mal istehsal etmək üçün xərclədiyi puldur. Cavabdeh həmin müəssisədən mal aparmışdır. O, işlədiyi müddətdə kim nə aparırdırsa hamısını kitaba qeyd etmişdir. Pul məsələləri ilə bağlı bütün qeydiyyatları İddiaçı aparırmışdır. İddiaçı bildirir ki, Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixdə 100.000 (bir yüz min) manat borc pul vermiş, həmin borc pulun 50.000 (əlli min) manatını əvəzləşdirsə də, qalan 50.000 (əlli min) manatı verməkdən imtina etmişdir. O, Ağstafa rayonunun Həsənsu kəndin də yerləşən əmlak kompleksi kimi müəssisə olan xxxxnun rəhbəri olmuş, pulu alan zaman istifadəsində olmuş həmin zavodun fəaliyyətini quracağını demişdir. Pulu qeyd olunan tarixdə həyat yoldaşı X10 və cavabdehin qonşusu X2 yanında nəğd şəkildə birbaşa cavabdehə vermişdir. 2017-ci ilin sentyabr ayında qeyd olunan sexin rəhbəri özü olduqdan sonra işini qurmuş, 2018-ci ilin yanvarın 8-də cavabdeh ondan vergilər daxil 17.000 manatlıq şüşə butulkalarda spirtli içki götürmüş və 2000 manatını hissə-hissə ödəmiş, lakin 15.000 manatı ödəməkdən boyun qaçırnnşdır. Cavabdehin apardığı malların qeydiyyatı aparılmışdır. Cavabdeh bildirir ki, iddiaçı və onun arvadı Tünzalə Musayevanın əsas məqsədi məhkəmədə olan işlərdən diqqqəti yayındırmaqdır. Ağstafa Rayon Məhkəməsində X3 ona və İddiaçı qarşı əmlak təl əbinə dair iddiası, X8 İddiaçı və qeyrilərinə qarşı alqı- satqı müqaviləsinin, çıxarışın etibarsız sayılması, tikilidən çıxarma və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş vardır. İddiaçı arvadı Ağstafa rayonunun Həsənsu kəndində yerləşən və X8 mülkiyyətində olan keçmiş şərab zavodu binasının yarısını almışdır. Alqı-satqıda o, iştirak etmiş və müəssisəni şərikli işlətməyə razılaşmışlar. Yəni qazanca İddiaçı və onun arvadı Tünzalə Musayeva, özü və Türkan Rzazadənin ailə üzvləri şərik olmalı idi. Lakin İddiaçı və onun arvadı Tünzalə Musayeva şərti pozaraq onlara təhvil verilmiş inventarı mənimsəmək istəmiş, həyətdə olan və onlara qətiyyən aidiyyəti olmayan. Türkan Rzazadənin anası tərəfindən inşa edilmiş sexi da zəbt etmişlər. Sonra ona məlum olmuşdur ki. İddiaçı vergidən yayı nır, qeyri-rəsmi olaraq ondan gizli araq və konyak satır. Ona görə də sexdən çıxmasını və inventarı geri qaytarmasını ondan tələb edilmiş, sonra alqı-satqı müqaviləsinin etibarsız sayılması, tələbinə dair iddia qaldırılmışdır. O. iddiaçıdan heç vaxt 100.000 (bir yüz min) manat pul almamış və 17.000 (on yeddi min) manatlıq içki götürməmişdir. Əgər iddiaçı ona 17.000 (on yeddi min) manatlıq içki vermişsə, həmin içkilər barəsində bütün müvafiq sənədləri təqdim etsin, həmin içki barədə vergi idarəsinə hesabat verib-vermədiyini bildirsin, onun imzası olan sənədi göstərsin. İddiaçı istənilən kağıza istədiyini yaza bilər, lakin həmin kağız birtərəfli və qərəzli olduğuna görə sübut sayıla bilməz. Eyni zamanda borc müqaviləsinin qiyməti 3.000 manatdan çoxdursa yazılı bağlanmalıdır. O, Bakı şəhəri ndə malı verdiyi şəxslə İddiaçı tanış etmiş və ondan gələn malların pulunu İddiaçı verməsini xahiş etmişdir. Mühafizəçinin kitabında qeyd olunan malların hamısı onun tərəfindən götürülmüş, lakin iddiaçıya istehsal etmək üçün hazır konyak məhsulu verməsinə baxmayaraq həmin məhsulu qablaşdıraraq satmış və əldə olunan, gəliri ona verməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi 15000 manat məbləğində nisyə satılmış malların dəyərinin qaytarılması tələbinin rədd edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Çünki apelliyasi ya instansiyası məhkəməsinin qətnaməsi 15000 manat məbləğində nisyə satılmış malların dəyərinin qaytarılması tələbinin rədd edilməsi hissəsində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz idd ia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1 -ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni h əmin faktın varlığı barədə guvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-in 81 -ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə sübut edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» işüzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki. Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqaçşəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə Borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsindən bəhs edən 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsin ə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1 -ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsinin məbləği 3000 manatdan çoxdum və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (xx xxx 2016-cı il tarixli qanunla maddənin mətni yeni redaksiyada verilmişdir). İddia ərizəsindən müəyyən edilir ki, iddiaçının tələb etdiyi 50000 manat məbləğində borcun verilmə tarixi kimi 2017-ci il göstərilir və iddia edilən borcun məbləği üç min manatdan yuxarı məbləğdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin və Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinin tələblərinə uyğun qadada həll edilməlidir. Yəni, iddiaçının iddia etdiyi əlli min manat məbləğində cavabdehə borc verildiyi barədə işdə yazılı sübutların olmadığı halda, həmin borcun verilməsi fakti iddiaçının izahatına və şahid ifadələrinə əsaslanmaqla müəyyən edilə bilməz. Öz növbəsində cavabdeh də həmin məbləğdə iddiaçıdan borc aldığını etiraf etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qərara gəlir ki, iddiaçının cavabdehə əlli min manat məbləğində borc verməsini təsdiq edə bilən, Mülki Məcəllənin 740.2-ci maddəsində göstərilən, yazılı formada tərtib edilmiş heç bir sübut olmadığından, irəli sürülən iddi a əlli min manat məbləğində borcun qaytarılması tələbi hissədə əsaslı sayıla bilməz, ona görə də apellyasiya məhkəməsi iddianı həmin hissədə təmin edilməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddia tələbinin ikinci hissəsi olan iddiaçının rəhbəri olduğu müəssisədə istahsal olunmuş və cavabdehə nisyə satılmış spirtli içkilərin dəyəri olan 15000 manat pulun ödənilməsi tələbinə gəldikdə isə məhkəmə kollegyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı həmin hissədə rədd etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddianı rədd edən apellyasiya instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə 15000 manat dəyərində nisyə mal verdiyini yalnız şahid ifadələri ilə əsaslandırmış və qanunda göstərilən sübut növlərindən heç birini məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prossesual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi qanunverici şahid ifadələrini əsas sübut növlərindən biri kimi müəyyən etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini sübut kimi qəbul etməyərək onlara hüquqi qiymət verməmiş, məsələnin həlli üçün mühüm əhəmiy yət kəsb edən işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi 15000 manat məbləğində nisyə satılmış malların dəyərinin qaytarılması tələbinin rədd edilməsi hissədə maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019- cu il tarixli qətnaməsi 15000 manat məbləğində nisyə satılmış malların dəyərinin qaytarılması tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir..
Məhkəmə qərarları › İş №2(102)-448/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-448/2020
14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver