Məhkəmə qərarları › İş №2(102)-4480/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4480/2019

12.06.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4480/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübaiz qızının katibliyi ilə, İddiaçı vəkili *** iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.01.2019-cu il tarixli, 2(103)-1788/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində 0,015 ha torpaq sahəsində yerləşən özbaşına tikilidən cavabdehin və onun ailə üzvlərinin çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim E.Z.Ağayev) 25 dekabr 2017-ci il tarixli, 2(010)-7472/2017 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.N.İmanov, E.Q.Nəbiyev və H.Ü.Həmidov) 04.04.2018-ci il tarixli, 2(103)-3732/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.M.Rüstəmov, M.T.Əhmədova və Ə.G.Nurməmmədov) 17.09.2018-ci il tarixli, 2(102)-5947/ 2018 nömrəli qətnaməsi ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və X.Ə.Sarıyev) 04.01.2019-cu il tarixli, 2(103)-1788/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili*** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili*** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 04.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, əgər qeyd olunan tikili iddiaçıya məxsus torpaq sahəsində yerləşməsəydi bu halda iddiaçının subyektiv hüquqa malik olmamasından danışmaq olardı. Hazırkı işdə isə həmin tikili məhz iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində yerləşir. Cavabdeh isə hazırda həmin tikilidə heç bir hüququ və qeydiyyatı olmadan yaşamaqla iddiaçının mülkiyyət hüquqlarına xələl gətirir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili*** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.01.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkə n maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MA seriyalı, ******* nömrəli “Çıxarış”a əsasən, mübahisəli torpaq sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 05.10.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin Xidmət tərəfindən “Çıxarış”la birlikdə “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinin qərardadı əsasında verilmiş 04.12.2017-ci il tarixli, 24052 nömrəli r əyə əsasən, cavabdehin ailə üzvləri ilə birlikdə yaşadığı mübahisəli tikili iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25.02.2013-cü il tarixli qətnaməsinə (İş №2(010)356/2013) əsasən, (hazırki iş üzrə iddiaçı) İddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh qarşı sonuncunun ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmaları qət edilmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli torpaq sahəsində yerləşən tikili özbaşına tikilidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi və yuxarıda qeyd olunan 17.09.2018-ci il tarixli qərarında qeyd olunur ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarının düzgün tətbiq edilməsi üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdı rma aparmayaraq mübahisəli tikilini iddiaçı, yoxsa cavabdehin tikməsini, həmin tikilidə cavabdehin ailə üzvləri ilə torpaq sahəsi iddiaçıya satılana kimi, yoxsa sonradan yaşamasını, əgər torpaq sahəsi iddiaçıya satıldıqdan əvvəl yaşamağa başlamışdırsa belə vəziyyətdə iddiaçının qeyd olunan tikiliyə hər hansı hüququnun olub-olmaması və iş üçün mühüm əhəmiyyət kəsb edən digər xüsusatlar aydınlaşdırılmamış, nəticədə işin həqiqi halları müəyyən edilmədən qalmışdır. Qeyd olunanlardan əlavə apellyasiya instansiyası məhkəməsi iddia tələbi hüquq və vəzifələrinə toxunmasına baxmayaraq iddiaçının ailə üzvlərini işə cəlb etmədən onların da mübahisəli tikilidən çıxarılmasını qəbul etdiyi qətnamə ilə qət etmiş, nəticədə onların hüquqları pozulmuş, bununla da mülki prosessual qanunvericiliyinin bir sıra normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 420-ci maddəsinin tələbinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 25.02.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı tərəf olan (hazırki iş üzrə iddiaçı) İddiaçı özü bəyan etmişdir ki, (hazırki iş üzrə cavabdeh) Cavabdeh ev almaq üçün ona 20.000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişdir. İddiaçı həmin məbləği Cavabdeh verməyə razı olmuş və əvəzində mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi Cavabdeh onun qarşısında yaranan borc öhdəliyinin təminatı kimi iddiaçını n mülkiyyətinə keçirilmişdir. 25.02.2013-cü il tarixli qətnamədə qeyd edilir ki, iş materiallarına əlavə edilmiş 02.04.2011-ci il tarixli “Borc müqaviləsinə” əsasən İddiaçı Cavabdeh 20.000 ABŞ dolları məbləğində borc vermişdir. Borcun təminatı kimi borcgötürən (Cavabdeh) tərəfdən vətəndaş X1 alınmış mübahisəli torpaq sahəsi borcverənlə (İddiaçı) rəsmiləşdirilir. Müqaviləyə görə, borc qaytarılmazsa, yuxarıda qeyd olunan torpaq sahəsi satılır və borcverən (İddiaçı) verdiyi borc məbləğini əldə olunmuş məbləğdən götürür və qalan məbləğ borc götürənə verilir. Cavabdeh isə öz növbəsində müvafiq borc məbləğini qismən etiraf etmiş və həmin borcdan 2.000 manatının İddiaçı ödənildiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, göstərilən xüsusatlar müəyyən etməyə imkan veri r ki, özbaşına tikili, torpaq sahəsi iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl orada mövcud olmuş və həmin tikilinin inşa edilməsinə və yaxşılaşdırılmasına iddiaçının hər hansı vəsaiti sərf edilməmişdir ki, iddiaçı özü də bu halı mübahisələndirməmişdir. Əksinə bu tikilinin alınması üçün cavabdeh müəyyən məbləğdə vəsait xərcləmişdir və bu xüsusat işə apellyasiya qaydasında baxılan zaman cavabdeh tərəfindən səsləndirilərkən iddiaçı tərəf hər hansı etiraz bildirməmişdir. Digər tərəfdən nəzərə alınsa ki, iddiaçı yalnız torpaq sahəsi üçün pul ödəmişdir, bu zaman onun üzərində yerləşən tikili üçün tələb olunan vəsaitin cavabdeh tərəfindən ödənilməsi inandırıcı hesab olunur. Bundan başqa, məhz mübahisəli torpaq sahəsi iddiaçıya satıldıqdan sonra, cavabdehin öz ailə üzvləri ilə birlikdə mübahisəli tikilidə yaşamağa başlaması da iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, müəyyən olunur ki, iddiaçı, ümumiyyətlə, həmin tikilidə heç vaxt yaşamamışdır. Bu hal nə onun özü tərəfindən iddia edilmiş, nə də iş materialları ilə təsdiq olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, işin araşdırılmış müvafiq halları ilə iddiaçının mübahisəli tikiliyə hər hansı bir hüququnun mövcud olması və ya sonradan yaranması istisna olunur. Belə olan halda, heç bir hüququnun olmadığı tikilidən başqa şəxsin çıxarılmasını tələb etmək üçün, başqa sözlə hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ da yaranmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbayc an Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xar ici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan əlavə, iddiaçı iddia ərizəsində cavabdeh və onun ailə üzvlərinin mübahisəli tikilidən çıxarılmasını xahiş etsə də, cavabdeh olaraq ya lnız Cavabdeh göstərmişdir. O, nəinki digər şəxlərin (onun ailə üzvlərinin) şəxsiyyətini müəyyən etməyə imkan verən zəruri məlumatları göstərməmiş, ümumiyyətlə, həmin şəxsləri cavabdeh olaraq qeyd etməmişdir. MPM-nin 149.2.2-ci maddəsinin mənasına görə, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Kassasiya kollegiyası ilk növbədə iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmayaraq, hesab edir ki bu qənaətə gələrkən məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasından ibarət işin mühüm halını nəzər ə almamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Göründüyü kimi, tikilinin yerləşdiryi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması onun özbaşına tikilmiş həmin tikiliyə dair mülkiyyət hüququnun tanınmasını mümkün etdiyindən, onun həmin tikilidən cavabdehlərin çıxarılması tələbi üzrə subyektiv hüququnun olması mübahisəsizdir. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı qənaəti ilə yanaşı işdə olan sübutlara qiymət verməklə iddiaçının iddiasının əsasını təşkil edən halları sübut edə bilməməsi ilə bağlı əsaslandırması da özüözlüyündə zid diyyətlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin t əmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Apell yasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallardan göründüyü kimi, iddiaçının cavabdeh və onun ailə üzvlərinə qarşı hazırda mübahisə predmeti olan tikilinin inşa edildiyi torpaq sahəsindən çıxarılma ilə bağlı qanuni qüvvəsini almış qətnamə mövcuddur. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh Məhərrəm oğlunun ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yeni məhəllədə yerləşən sahəsi 0,015 ha olan İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması qət edlmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, əslində torpaq sahəsi cavabdeh tərəfindən alınsa da, pulun bir hissəsi iddiaçıdan götürülmüş borc hesabına ödənildiyindən torpaq sahəsinin mülkiyyət hüququ üzrə iddiaçının adına rəsmiləşdirilmışdir. Məhkəmələr cavabdehin ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılmasına dair iddianı təmin edərkən torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına və cavabdehlərin həmin torpaq sahəsinə dair hər hansı hüquqlarının olmamasına istinad etmişlər. Hazırki iş üzrə apellyasiya icraatında da müəyyən edilmişdir ki, torpağın alqı-satqısı zamanı həmin tikili mövcud olmuşdur, sadəcə olaraq cavabdeh alqı-satqıdan sonra evdə öz hesabına yenidənqurma-təmir işləri aparmışdır. Göründüyü kimi, istinad edilən məhkəmə qətnamələri ilə hazırki iş üçün preyudisial əhəmiyyət kəsb edən kifayət qədər mühüm faktları müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə eyni tərəflər arasında əvvəlki işlə sıx bağlılığı olan hazırki mübahisəyə baxarkən işin hallarına qanuni qüvvəsini almış qərarın prey udisiallığı baxımından qiymət verməməklə, qərarlarda yanaşmanın sabitliyi və hüquqi müəyyənliyinin təmin edilməsinə dair prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı yuxarıda qeyd edilənlərin araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yeni dən baxılan zaman nəzərə alınmalıdır ki, torpaq sahəsinin alqı-satqısına dair müqavilənin, habelə onun əsasında torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydin qüvvədə olduğu qədər, tikiliyə münasibətdə torpaq sahəsinə dair cavabdehlərin hər hansı hüquqlarını n olmaması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə sərgilənmiş mövqedən fərqli mövqeyin bəyan edilməsi hüquqi müəyyənlik prinsipinə zidd olacaqdır. Cavabdeh tərəfin istinad etdiyi hallar isə öz təsdiqini tapdığı halda, iddiaçıya qarşı vurulmuş zərər və yaxud əsassız varlanma üzrə pul tələbi ilə müraciət etmək hüquqlarının əsasını təşkil edə bilər. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.01.2019-cu il tarixli, 2(103)1788/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar