Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4480/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənzilə köçürülmə) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 04.03.2016-cı il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə köçürülmələri tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2054/2020 nömrəli, 19 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilm iş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər keçmiş ər-arvaddır. Onların nikahı 30.10.2012-ci il tarixdə bağlanıb, 12.11.2020-ci il tarixli qətnamə ilə nikah pozulub. Nikahdan 1 uşaq var: 04.03.2016-cı il təvəllüdlü Elyaz Hüseynov. Nikahın pozulmasına barədə qətnamədə qət olunub ki, nikahın pozulmasından sonra uşaq anasının yanında qalsın. Ailə münasibətləri pozulduqdan sonra İddiaçı atasının Kürdəmirdə olan evinə qayıtmış və hazırkı mübahisəni başlayaraq ərinin yaşadığı mənzilə köçmək istəyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı 04.03.2016-cı il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə köçürülmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: iddiaçı cavabdehlə 30.10.2012-ci ildə nikaha daxil olmuş və cavabdehin yaşadığı Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə gəlin köçmüş, bütün cehiz əşyalarını bu mənzilə gətirmiş, birgə nikahlarından 04.03.2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzili Xocavənd rayonundan məcburi köçkün olan cavabdehə ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış sahəsi kimi verilmişdir. Onlar 4 il bir yerdə mehriban ailə münasibətlərində yaşamış, birgə təsərrüfat aparmış, cavabdehin atası onu qeydiyyatda olduqları ünvana qeydiyyata salmış, lakin həyat yoldaşının qardaşı onun ailə münasibətlərinə mü daxilə etdiyindən onların ailə nikah münasibətləri pozulmuşdur. Cavabdeh aprel ayının 20-də onu övladı ilə birlikdə valideynlərinin evinə aparıb 10-15 gündən sonra onun arxasınca gələcəyini demişdir. Lakin sonradan cavabdeh onu və övladını yaşadığı mənzilə buraxmamışdır. Onun və övladının başqa yaşayış yeri yoxdur. Ona və övladına məxsus əşyalar həmin mənzildə qalmışdır.
4. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(001)-5466/2020 nömrəli qətnaməsi ilə (hakim S.Səlimova) iddia ərizəsi təmin edilmiş; İddiaçı 04.03.2016-cı il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə köçürülməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2, 68.4, 91.1, 91.1.5, 96, 99.5-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 19 mart 2021-cu il tarixli qətnaməsi ilə (hakimlər- N.Cəfərov (sərlik edən və məruzəçi), E.Nağıyeva və E.Mehdiyev) apellyasiya şikayəti təmin olunmuş; Binəqədi Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə barədə” iddiası rədd edilmişdir
8. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddələrinə ilə əsaslandırmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh və üçüncü şəxs lər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsi
15. Maddə.
96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur
16. Maddə. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
22. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Xocavənd rayonundan məcburi köçkün olan cavabdehin ailəsinə Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzili ayrılmış, cavabdeh nikaha daxil olduqdan sonra iddiaçı məcburi köçkünlərin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyata alınaraq cavabdehin və ailə üzvlərinin razılığı ilə Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilə köçürülməklə mənzildə yaşayan məcburi köçkün ailəsi ilə birgə təsərrüfat aparmış, bu ünvanda tərəflərin birgə nikahlarından bir övladları anadan olmuş, lakin tərəflərin ailə nikah münasibətləri pozulduqdan sonra iddiaçıya övladı ilə birlikdə mənzildə yaşamağa icazə verilməmişdir.
23. Hazırda mənzildə aşağıda göstərilən şəxslər yaşayır: 1) Cavabdeh; 2) cavabdehin qardaşı X5; 3) cavabdehin qardaşı arvadı X1; 4) cavabdehin qardaşının övladı X6; 5) cavabdehin qardaşının övladı X3; 6) cavabdehin qardaşının övladı X2; 7) cavabdehin qardaşının övladı X7.
24. Cavabdeh və cavabdehin qardaşı məcburi köçkün statusuna malikdirlər. İddiaçı və onun uşağı məcburi köçkün statusuna malik deyillər. İddiaçı 2012-ci ildə, yəni cavabdehlə ilə ailə qurduqdan sonra mənzilə gəlin köçüb, orada yaşadığı müddətdə uşağı olub, 2020- ci ilin aprel ayında mənzili tərk edib, hazırda uşağı ilə birlikdə Kürdəmir rayonunun Xınıslı kəndində - valideynlərinin evində yaşayır
25. Apellyasiya Məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 96-cı maddəsinə görə məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Göründüyü kimi, şəxsin mənzildə yaşamaq hüququ onun statusunadan irəli gəlir: əgər şəxsin məcburi köçkün və ya qaçqın statusu varsa mənzildə yaşamaq hüququ var, əgər statusu yoxdursa mənzildə yaşamaq hüququ yoxdur. İddiaçının məcburi köçkün və ya qaçqın statusu olmadığına görə mənzildə yaşamaq hüququ yoxdur. İd diaçının uşağının statusunun olub olmamasının əhəmiyyəti yoxdur, çünki nikahın pozulması barədə qətnamə ilə qət olunub ki, uşaq anasının yanında qalsın, ana isə mənzildə yaşamaq hüququna malik deyil.
26. Mübahisəli mənzilə dair cavabdehlərlə bağlanmış müqavilədə həmin mənzilin müvəqqəti, onların yaşadığı Xocavənd rayonu işğalçılardan azad olunanadək verilməsi nəzərdə tutulmuşdur. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu məcburi köçkünlərin yaşayış məskənini azad etmişlər. Qarabağın bərpası prosesinə başlanmış, məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılması üçün geniş miqyaslı tikintiquruculuq işləri aparılır. Məcburi köçkünlərin məskunlaşdıqları mənzillərin isə Vətən müharisəsində Şəhid olanların ailələrinə, qazilərin ailələrinə verilməsi nəzərdə tutulmuşdur. Ona görə məcbur i köçkünlərin məskunlaşdıqları mənzillərə həmin statusa malik olmayan digər şəxslərə hüquq verən qərarların qəbul edilməsinin qanuni əsasları yoxdur.
27. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2054/2020 nömrəli, 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.