Məhkəmə qərarları › İş №2(102)-4481/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4481/2021

31.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4481/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, Cavabdehin vəkili Kazımova Nərgiz Kazım qızının iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “əmək müqaviləsinə edilmiş qoşmanın etibarsız hesab edilməsi, əvvəlki işinə bərpa edilməsi tələbi barədə” iddiasına dair Bakı Apelyasiya Məhkəməsi Mülki koll egiyasının 2(103)-7997/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı uzun müddətdir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Təmizlik Şöbəsində Menecer Asistenti vəzifəsində çalışmışdır. 18.06.2020-ci il tarixdə iddiaçıya ştat vahidinin ixtisarı haqqında xəbərdarlıq məktubu təqdim edilmişdir. Daha sonra, iddiaçı şirkətin kadrlar şöbəsinə dəvət olunmuş və iddiaçı ilə cavabdeh arasında 432/4 saylı əmək müqaviləsinə 29.06.2020-ci il tarixli 1 nömrəli qoşma imzalanmış və “təmizlik şöbəsinin qrup rəhbəri” vəzifəsinə keçirilmişdir. İddiaçı başqa işə keçirilməsini qanunsuz hesab edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddia cavabdeh Təşkilata qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Təşkilat arasında bağlanmış 432/4 saylı “Əmək müqaviləsinə” olan 29.06.2020-ci il tarixli 1 nömrəli qoşmanın etibarsız hesab edilməsi, onun əvvəlki işinə, yəni cavabdeh X1 menecer assistenti vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.06.2013-cü il tarixli 432/4 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Təmizlik Şöbəsində Menecer Asistenti vəzifəsində işləmişdir. 18.06.2020-ci il tarixdə iddiaçıya təsir altı nda ştat vahidinin ixtisarı haqqında xəbərdarlıq məktubu təqdim edilmişdir. Həmin xəbərdarlıq məktubunda göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.06.2013-cü il tarixli 432/4 nömrəli əmək müqaviləsinə 20.08.2020-ci il tarixdən xitam veriləcəkdir. Daha sonra, iddiaçı şirkətin kadrlar şöbəsinə dəvət olunmuş və iddiaçı ilə cavabdeh arasında 432/4 saylı əmək müqaviləsinə 29.06.2020-ci il tarixli 1 nömrəli qoşma imzalanmışdır. Qoşmanın şərtlərinə əsasən İddiaçı yeni vəzifəsi “X3 Rəhbəri” adlandırırdı, onun illik əmək haqqının məbləği 14.400 manata bərabər olunmuş və işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günü təşkil etmişdir. İddiaçı yeni vəzifəsinə təyin olunmasına məcburi qaydada razılıq vermiş, ərizəyə və qoşmaya təsir altında imza etmişdir. İddiaçı 24.06.2020-ci i l tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində olmamışdır, 24.06.2020-ci il tarixli razılıq ərizəsinə 18.06.2020-ci il tarixdə iddiaçıya imza etdirmişlər. Çünki, iddiaçıya bildirilmişdir ki, əks halda o, işdən çıxarılacaq. İddiaçı həyat yoldaşı, övladı və anası ilə birlikdə yaşayır. İddiaçının əri ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyində mühafizəçi vəzifəsində işləyir. İddiaçının Məmmədov Vadim Eminoviç adlı bir qardaşı var, lakin qardaşı öz ailəsi ilə başqa ünvanda yaşayır. Birinci qrup əlil olan anası X2 iddiaçının himayəsində yaşayır. İddiaçıya anasına qulluğa görə ömürlük 50 manat Prezident təqaüdü təyin olunmuşdur. İddiaçı işdə olan zaman anasına dayə qulluq edir və iddiaçı dayəyə xidmət haqqı ödəyir. İddiaçı himayəsində birinci qrup əlil anası olm ası barədə cavabdehə məlumat vermişdir, lakin bu məlumata əhəmiyyət verilməmiş, ona qəyyum təyin olunması barədə məhkəmə qətnaməsi olduğu təqdirdə bu imtiyazdan istifadə edə biləcəyi bildirilmişdir. Halbu ki, Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Kadrlar şöbəsində iddiaçıya bildirilmişdir ki, onun əvvəlki işlədiyi ştat vahidi ixtisar olunmuşdur. Bu səbəbdən iddiaçı başqa vəzifəyə keçməyə məcburi olaraq razılaşmışdır. Əgər razılıq verməsəydi, tamamilə işsiz qal a bilərdi. İddiaçıya 18.06.2020-ci il tarixdə bildiriş verilən zaman, 24.06.2020-ci il tarixli ərizəyə də imza etdirilib. Lakin Şirkətinin departamentlər üzrə personalın sayı üzrə aylıq hesabatında göstərilir ki, iddiaçının əvvəlki işlədiyi Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Təmizlik Şöbəsində Menecer Asistenti vəzifəsi 2 ştat vahidi olub, onlardan iddiaçının işlədiyi ştat ixtisar olunub, digər işçi isə ixtisar olunmayıb. Bu isə ştatların ixtisarı deyil, işçilərin sayının azaldılması hesab olunur. İddiaçını aldadaraq, razılıq ərizəsi almaqla iddiaçını başqa işə keçiriblər. Hesab edir ki, iddiaçı ilə təsir altında bağlanmış 432/4 saylı əmək müqaviləsinə 29.06.2020-ci il tarixli 1 nömrəli qoşma etibarsız hesab edilməli və iddiaçı əvvəlki vəzifəyə bərpa olunmalı dır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(004)-4073/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim V.Hacıyev) iddia tələbi rədd edilmişdir.

5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1 və 2-ci hissələri; 79-cu maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- M.Məmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov, iş No 2(103)-7997/20 saylı mülki iş) ddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 sentyabr 2020-ci il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti iddia tələbində qeyd olunanlara uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar ı aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.” b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin vəkili Kazımova Nərgiz Kazım qızının kassasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, kassasia şikayətində qeyd olunan dəlillər işçinin ixtisarı ilə bağlı olan hallara aidir. İddiaçının ixtisarla bağlı işdən azad edilməsi barədə əmr verilməmişdir, tərəflərin razılığı ilə iddiaçı başqa işə keçirilmişdir. Ona görə məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etmişlər.

14. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məh kəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin;

15. Maddə.

59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin”əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya”yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

16. Maddə. 78. hissə

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

17. Maddə. 78. hissə

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir.

18. Maddə. 79. hissə

1. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktə b yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

24. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, işçilərin və ştat vahidlərinin ixtisarı ilə əlaqədar Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Təmizlik Şöbəsində olan iki ştat vahid Menecer Asistenti vəzifəsinin biri ixtisara düşmüş, bu səbəbdən Menecer Asistenti vəzifəsində çalışan İddiaçı 18.06.2020-ci il tarixdə ştat vahidinin ixtisarı haqqında xəbərdarlıq məktubu təqdim edilməklə, ştat vahidinin ixtisarı ilə bağlı onunla bağlanmış 01.06.2013-cü il tarixli əmək müqaviləsinə 20.08.2020-ci il tarixdən xitam v eriləcəyi barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq müddəti ərzində İddiaçı “X3 Rəhbəri” vəzifəsinə keçməsi təklif olunmuş, İddiaçı yeni vəzifənin əmək şərtləri ilə tanış olmuş və yeni vəzifəyə keçməsinə öz razılığını könüllü şəkildə vermişdir. Bu fakt iddiaçının 24.06.2020-ci il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Kadrlar Şöbəsinə ünvanlandığı ərizə və 24.06.2020-ci il tarixdə kadrlar şöbəsində keçirilmiş iclasın protokolu, tərəflər arasında imzalanmış 29.06.2020-ci il tarixli 1 nömrəli qoşma(əmək müqaviləsinə dəyişiklik), əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 29.06.2020-ci il tarixli əmək müqaviləsi bildirişi, həmçinin iddiaçının 29.06.2020-ci il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin kadrlar şöbəsinin rə hbəri Arzu Əsgərovaya ünvanladığı müraciətlə təsdiq edilir. Əmək müqaviləsinə dəyişiklik edilməsi tərəflərin iradəsi ilə baş vermişdir. İddiaçı könüllü şəkildə digər vəzifəyə keçməyə razılıq vermişdir. İddiaçı kadrlar şöbəsinin rəhbəri Arzu Əsgərovaya ünvanladığı yazılı müraciətdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyinə və başqa vəzifəyə keçirilməsinə görə öz minnətdarlığını bildirmişdir. Yəni, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir təsir göstərilməmiş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.

25. Apellyasiya instansiya məhkəməsi iddiaçının iki dəlilinə münasibətdə haqqlı olaraq qeyd etmişdir ki, İddiaçı anasının onun himayəsində olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Həmçinin əmək müqaviləsinə “əlavə” və ya “qo şma” kimi adlandırılmasından asılı olmayaraq həmin sənədin (protokolun) məzmundan görünür ki, o, iddiaçı ilə cavabdeh Təşkilat arasında bağlanmış “Əmək müqaviləsinin” müəyyən şərtlərinin dəyişdirilməsini özündə ehtiva edir. Əmək Məcəlləsinin “Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları” adlı 12-ci Fəsilində nəzərdə tutulmuşdur. Bu kimi razılaşmanın adının bu və ya digər qaydada qoyulması səbəbindən işçi ilə işəgötürən arasında əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə əldə olunmuş razılaşmanın ləğv edilməsi və ya etibarsız hesab edilməsi Əmək Məcəlləsi ilə müəyyən edilməmişdir. Belə olan halda hesab edilməlidir ki, müzakirə edilən dəlil əsassızdı.

26. Məhkəmə kollegiyası belə dəyərləndirmə ilə razılaşır. Tərəflər arasında işçinin başqa işə keçirilməsi ilə bağlı razılıq əldə edilmiş və bununla bağlı müvafiq rəsmiləşmə aparılmışdır. Bundan sonra işçinin keçmiş ştatı ixtisar edilmişdir. Hətta iş yerinin sonradan ixtisar edilməsi o anlama gəlməyə əsas vermir ki, işçi özünün ixtisar olunması təhlükəsindən çəkinərək başqa işə keçməyə məburən razılıq vermişdir. Çünki müəssisədə işçilərın sayının və ştatların ixtisarı bir sağlamlaşdırma tədbiri kimi tətbiq olunur. Müəssisənin maliyyə-təsərrüfat fəaliyətində müəyyən çətinliklər yarandıqda, işin ahəngi pozulduqda, eyni işi görən işçilərin sayının ixtisara salınması və maliyyə itkisinin qarşısının alınması yolu ilə müəssisənin dirçəldilməsinə zərurət yarandıqda belə tədbirlər qaçılmaz olur. Baş verən pandemiya şəraitində turist axımının kəsilməsi fonunda hotelçilik bi znesinin hazırkı durumu hamıya bəlli olan haldır. Belə bir şəraitdə işçilərin saxlanması, müəssisənin fəaliyyətinin davam etdirilməsi tədbirləri anlaşılandır. Müəssisənin işçiləri mövcud vəziyyəti başqalarında fərqli olaraq daha yaxşı qiymətləndirməyə imkanları var. Ona görə qarşılıqlı mənafeləri hesablayaraq iş yerini saxlamaq üçün başqa işə keçməyə razılıq vermə məcburi razılıq hesab oluna bilməz.

27. İddiaçının anasının 1-ci qrup əlil olması ilə bağlı dəlilə münasibətdə qeyd edilməlidir ki, əvvəla, məhkəmələr haqlı olaraq qeyd etmişlər ki, iddiaçının iş yeri könüllü olaraq dəyişdirildiyi üçün həmin hal mübahisənin həllində əhəmiyyət kəsb etmir. Çünki öhdəsində sağlamlıq imkanları məhdud İ dərəcə əlilliyi olan”ailə üzvü olan işçilərin ƏM-nin ”70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Hazırkı halda işçi ƏM-nin 59-cu maddəsi ilə işdən azad edilmişdir. Bundan başqa, iddiaçı İ qrup anasına onun tərəfindən qulluq göstərilməsi halını sübuta yetirə bilməmişdir. 28. “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il tarixli fərmanı qəbul edilmişdir. Həmin Fərman əsasında “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 01 aprel 2019-cu il tarixli Qərarı qəbul edilmiş v ə Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi qadaları təsdiq edilmişdir. 29. 1-ci qrup əlilə qulluq göstərməsi həmin qanunvericilik normalarında nəzərdə tutulan qaydalar üzrə həyata keçirilir və təyin edilmiş 50 manat təqaüd məhz qulluq göstərən şəxsə verilir. Əlilə qulluq göstərməli olan şəxs əlilin sənədlərini, ona qulluq göstərməli olan şəxsin sənədlərini, müvafiq ərizələri və qohumluğu təsdiq edən sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməklə müvafiq rəsmiləşmə aparılır və əlilə qulluq göstərən şəxsə hər ay 50 manat təqaüd verilir. İddiaçı həmin sənədləri məhkəməyə təqdim etməklə əli lə məhz onun tərəfindən qulluq göstərilməsini sübuta yetirə bilərdi.

30. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7997/2021 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar