Məhkəmə qərarları › İş №2(102)-4481/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4481/2022

28.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4481/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4481/2022 (Açar sözlər: mənzildən çıxarılma, əmlakın qanunsuz sahiblikdən qaytarılması) Bakı şəhəri 28 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qeyri-qanuni zəbt olunmuş mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-503/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" MTK-nın direktoru X14 ilə X13 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 105 saylı müqaviləyə əsasən kooperativ ünvan 1 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasında 2-ci blok, 2-ci mərtəbədə ümumi sahəsi 101.2 kv.metr olan 2 otaqlı 109 saylı mənzili payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 40480 manat təşkil edir və müqavilə bağlandıqda ödənilməlidir. Müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, həmin məbləğ xx.xx.2010-cu il tarixdə payçı tərəfindən kooperativə tam olaraq ödənilmişdir. 2. xx.xx.2013-cü il tar ixli AR-1 № 938714 saylı etibarnaməyə əsasən X13 "xxxx" MTK tərəflndən xx.xx.2010-cu il tarixdə verilmiş 105 nömrəli müqaviləyə əsasən adına olan ünvan 1 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasında, Blok 2, mərtəbə 2, ümumi sahəsi 101.2 kv.m olan, 2 otaqlı 109 saylı mənzilə dair "xxxx" MTK -ya ərizə ilə müraciət etməyi, mənzilin müqaviləsini dəyişdirməyi, həmin mənzilə dair özəlləşdirmə sənədləşdirmə işlərini aparmağı, bununla əlaqədar onu bütün dövlət orqanlannda təmsil etməyi, orderi addan-ada keçirməyl, sənədləri imzalamağı, Azərbaycan Respublikası Əmlak X16 yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən çıxarış, texniki pasport almağı, DƏDRX-nin Bakı.əhər Ərazi İdarəsindən 1 sayiı arayışı aldıqdan sonra həmin mənzilin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ip oteka (girov) qoymağı, pulunu almağı, buna dair notariat kontorunda müqaviləni imzalamağı, alqı-satqı üçün bank əməliyyatlartnı aparmağı və bu tapşırığın yerinə yetmlməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. 3. "xxxx" MTK-nın sədri X22 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 95 saylı müqaviləyə əsasən kooperativ ünvan 1 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasında 2-ci blok, 2-ci mərtəbədə ümumi sahəsi 101.2 kv.metr olan 2 otaqlı 109 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin müqavilə ilə müəyyənləşdirilmiş dəyərini müqavilə şərtlərinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 50600 manat təşkil edir və müqavilə bağlandıqda ödənilməlidir. 4. xx.xx.2012-ci il tarixli, 19 saylı m aliyyə arayışından və eyni tarixli, 06 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasında 2-ci blok, 2-ci mərtəbədə ümumi sahəsi 101.2 kv.metr olan 2 otaqlı 109 saylı mənzilin dəyəri tam ödənilmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(011)81/2013 saylı hökmünün surətindən görünür ki, X23, X24, X30, X14, X25 və X17 tərəfindən təsis edilmiş və nizamnaməsi xx.xx.2005-ci ildə qeydiyyata alınmış "xxxx" MTKnın saxta möhürünü hazırlayaraq tərtib etdiyi rəsmi sənəd olan müqavilələrə vuraraq həmin müqavilələri MTK-nın müdiri kimi imzalayıb rəsmi sənədləri saxtalaşdırdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 10% pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Həmin hökmlə müəyyən edilmişdir ki, X23 "xxxx" MTK-nın sədri X14 ilə bağladıı xx.xx.2009-cu il tarixli podrat müqaviləsi bağlasa da,öhdəlikərini vaxtında icra etməmiş, MTK-nın ikinci möhürünü hazırlamış, saxta möhürdən istifadə etməklə tırtib etdiyi rəsmi sənə olan müqavilələrə vuraraq həmin müqavilələri MTK-nın müdiri kimi imzalayaraq tikiləcək mənzillərin bir qismini satmışdır.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qeyri qanuni zəbt etdiyi ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli, 2 bloklu yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən 109 saylı mənzildən ailəsi ilə birlikdə çıxarılması b arədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, dəfələrlə həmin əraziyə baxan polis bölməsinə müraciət etsə də, onu mənzilindən çıxara bilmirlər. Həmin şəxs ona məxsus olan mənzildən çıxmaq üçün pul tələb edir. Belə çıxır ki, iki dəfə bu mənzilə görə pul ödəməlidir. Qeyd etdiyi mənzil şəxsi mülkiyyətində olduğu halda kirayədə qalır. Polis işçiləri ilə birlikdə cavabdehi qeyd olunan mənzildən çıxarmağa gedəndə 10-15 nəfər fiziki qüsurlu adamları ora yığır və hərəkət etmələrinə heç cür imkan vermirlər.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərdi ki, mübahisəli mənzil müqavilə əsasında X2 və onun tərəfindən verilmiş etibarnaməyə əsasən Cavabdeh sahibliyi nə və istifadəsinə verilmişdir. Cavabdeh həmin mənzildə təmir işləri aparmaqla qanuni əsaslarla ailəsi ilə birlikdə uzun müddətdir ki, yaşayır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.

9. Məhkəmənin qərarı ilə "xxxx" MTK iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Məhkəmə iclasında üçüncü şəxs "xxxx"MTK-nın nümayəndəsi X14 izahat verərək göstərdi ki, mübahisəli mənzil hazırki iş üzrə İddiaçı satılmışdır. X13 adlı şəxsi tanımır, ona MTK tərəfindən heç bir mənzil satılmamışdır. Həmin mənzil Bəhruz adlı şəxs tərəfindən MTK-nın möhürü saxtalaşdırılmaqla qeyri-qanuni satılmışdır.

11. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə xətçünaslıq və sənədlərin texniki ekspertizaları təyin edilmişdir.

12. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2020- ci il tarixli, 3880 saylı ekspert rəyinə əsasən: 13. "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 95 saylı müqavilənin, xx.xx.2012-ci ii tarixli 19 saylı maliyyə arayışının və "xxxx" MTK ilə X13 arasında xx.xx.2010-cu iİ tarixdə bağlanmış 105 saylı müqavilənin, eyni tarixli ödəniş cədvəlinin üzərlərində olan möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərinə bir başa vurulmuşdurlar. 14. "xxxx" MTK ilə X13 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış 105 saylı müqavilənin, eyni tarixli ödəniş cədvəlinin üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil-Tikinti Kooperativi "xxxx" MTK” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2012-ci il t arixdə bağlanmış 95 sayiı müqavilənin 1-ci səhifəsinin aşağı sağ hissəsində olan və müqavilənin 2-ci səhifəsinin orta hissəsində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil-Tikinti Kooperativi "xxxx" MTK” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər.

15. Tədqiqata təqdim edilmiş "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 95 saylı müqavilənin 2-ci səhifəsində “Sədr” sözünün üzərində olan və xx.xx.2012-ci il tarixli 19 saylı maliyyə arayışındakı “AZƏRBAYCÄN RESPUBLİKASİ Mənzil-Tikinti Kooperativi "xxxx" MTK” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil ediriər.

16. Tədqiqata təqdim edilmiş Tural-A MTK ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 95 saylı müqavilənin, xx.xx.2012-ci il tarixli 19 saylı maliyyə arayışının və Tural-A MTK ilə X13 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış 105 saylı müqavilənin, eyni tarixli ödəniş cədvəlinin üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ MənzilTikinti Kooperativi "xxxx" MTK” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil etmiriər.

17. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2020-ci il tarixli, 3881 saylı ekspert rəyinə əsasən "xxxx" MTK ilə İddiaçı aralarında olan 20 iyul 2012-ci il tarixli 95 saylı “Müqavilə”nin “Kooperativ” qrafalarında olan imzalar; mülki işin 120-ci vərəqəsində olan 20 iyul 2012-ci il tarixli 19 saylı “Maliyyə arayışı”nın aşağı hissəsində “Tural-A MTK-nın sədri:” qrafasında “X22” yazılarının qarşısında olan imza - X22 tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, mülki işin 115-116-cı vərəqələrində "xxxx" MTK ilə X6 adlarından olan 14 avqust 2010-cu il tarixli 105 saylı “Müqavilə”də “Tərəflərin ünvani” hissəsində “Kooperativ” qrafasında olan imza; mülki işin 117-ci vərəqəsində olan 7. xx.xx.2010-cu il tarixli ”Ödəniş cədvəlin”də “İmzalar (direktor kassir)” hissəsində “2” qrafasında olan imza - X14 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-468/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia tələbi təmin edilməmişdir.

19. Birinci instansiya məhkəməsi hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli, 2 bloklu yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbə sində yerləşən 109 saylı mənzili qanunsuz olaraq zəbt etməsini iddia etsə də, bu fakt məhkəmə prosesində öz təsdiqini tapmamışdır.

20. Belə ki, Cavabdeh mübahisəli mənzilə dair X6 adına olan xx.xx.2010-cu il tarixli, 105 saylı etibarsız hesab edilməmiş və ya ləğv edilməmiş müqavilə əsasında verilmiş xx.xx.2013-cü il tarixli AR-1 № 938714 saylı etibarnaməyə əsasən qeyd olunan mənzilə qanuni əsaslarla sahiblik və istifadə etməsi müəyyən olunmuşdur.

21. Sadalanalara əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, "xxxx" MTK-nın rəhbər şəxslərinin və digər şəxslərin əməllərində “dələduzluq” (Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan) və “vəzifə saxtakarlığı” (Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan) cinayə tlərinin əlamətlərinin aşkar olunması barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi barədə xüsusi qərardad çıxarılmalıdır.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 157.2, 157.8, 521-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh bildirmişdir ki, guya mübahisəli mənzil müqavilə əsasında X2 və onun tərəfindən verilmiş etibarnamə əsasında mənzil Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. Məhkəmə nin qərarı ilə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MTK-nın rəhbəri və nümayəndəsi X14 izahat verərək, mübahisəli mənzilin hazırki iş üzrə İddiaçı satıldığını, X13 adlı şəxsi tanımadığını, ona MTK tərəfindən heç bir mənzil satılmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilən materiallardan, ekspertiza rəylərindən və eləcə də, məhkəmə iclası zamanı dindirilən "xxxx" MTK-nin rəhbəri və nümayəndəsi X12 ifadəsinə əsasən tam aydın olmuşdur ki, mübahisəli mənzil "xxxx" MTK tərəfindən X1, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən müqavilələr saxtadır və belə bir müqavilə ümumiyyətlə bağlanmamışdır.

25. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. o, Məlahətə 49.000 manat pul vermişdir. Müqavilələri d ə notariusda təsdiqlənib. Bu illər ərzində iddiaçı niyə müraciət etməyib? O, pulunu verib ev almışdır. 10 ildir ki, orada yaşayır. Mənzildə o, arvadı, 2 uşağı və anası yaşayır. X4 xx.xx.1981-ci il təvəllüdlü, Bərdə rayonunda anadan olub. X10 xx.xx.2001-ci il təvəllüdlüdür, Tərtər rayonunda anadan olub. Nəvəsi də onlarla yaşayır. X11, xx.xx.2002-ci il təvəllüdlüdür, Bərdə rayonunda anadan olub. Hazırda Şuşada şəhərində hərbi xidmətdədir. X7 1947-ci il tarixdə Tərtər rayonu, Buruc kəndində anadan olub.

26. Məhkəmə tikinti texniki ekspertizasının 14 aprel 2021-ci il tarixli, 10/3089 saylı rəyinə əsasən ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli, 2 bloklu yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən 109 saylı mənzildə aparılmış təmirtikinti işlərinin bazar qiymətlərinə uyğun ola raq ümumi dəyəri təqribən 24632,0 manat məbləğində müəyyən olunur. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-503/21 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlham Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək Cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942B məhəllə, 109 nömrəli(yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 2 68, M2, m4) mənzildən çıxarılması, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, əvvəla, mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququ artıq 15 fevral 2021-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin mənzilin tam mülkiyyətçisidir. Buna baxmayaraq, cavabdeh həmin evdə yaşayır, iddiaçı isə bu mənzildən onun çıxarılmasını istəyir.

29. İkincisi, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış xüsusi qərardad üzrə Azərbaycan Respublikası Baş prokuroru yanıda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış və müəyyən edilmişdir ki, Baş İdarənin İstintaq İdarəsində "xxxx" MTK-nın vəzifəli şəxsləri X23 və X28 barəsində Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2- ci maddələri ilə ibtidai istintaq aparılaraq İddiaçı və Cavabdeh mübahisələndirdikləri mənzillə bağlı hallar araşdırılmış, xx.xx.2018-ci ildə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə X23 məhkum edilmiş, X28 isə təqsirli bilinsə də öldüyünə görə CPM-in 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Bununla da xüsusi qərardadda qeyd olunan faktlara yekun hüququ qiymət verildiyi müəyyən edilmişdir.

30. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 139/2019 saylı, 25 iyul 2019-cu il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X28 qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə etibardan sui istifadə etmə və aldatma yol u ilə özgənin külli miqdarda əmlakını vahid məqsədlə ələ keçirmiş, qabaqcadan əlbir olan bir qrup halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırıb bilə-bilə saxta sənəddən istifadə etmiş... cinayət əməlini davam etdirərək vahid niyyətlə mənzil almaq üçün müraciət etmiş X9 2010-cu ilin yay aylarında həmin binanın 2-ci blok 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 161,2 kvadrat metr olan 109 nömrəli 2 otaqlı mənzil satılmasına dair sonuncunun tanışı X13 ilə Kooperativin direktoru Vidadi Bayramov arasında bağlanması görüntüsü yaradan hüquq verən rəsmi sənədləri-14 avqust 2010-cu il tarixli 105 nömrəli mənzil alqı-satqı müqaviləsini və 40480 manat pul vəsaitinin guya həmin Kooperativə ödənilməsi görüntüsü yaradan saxta ödəniş cədvəlini istifadə etmək məqsədilə istintaqa m əlum olmayan şəraitdə qanunsuz hazırlayaraq inşa olunan binanın yerləşdiyi ünvan 3 ünvanda ofis kimi istifadə edilən tikilidə təqdim etməklə həmin tarixdə Zülfüqar Kazımovun 40.480 manat pul vəsaitini... alıb qabaqcadan əlbir olduğu Bəhruz Quliyevlə aralarında bölərək şəxsi məqsədləri üçün xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmiş, hüquq verən rəsmi sənədi istifadə etməklə saxtalaşdırıb bilə-bilə saxta sənəddən istifadə etmişdir.

31. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə X28 və X23 tərəfindən mübahisəli mənzillə bağlı X9 qarşı dələduzluq və digər cinayətlər törədildiyi, yəni saxta müqavilənin X13 ilə bağlandığı görüntüsü yaradılsa da cinayət işi üzrə Zülfüqar Kazımovun zərər çəkdiyi müəyyən olu nmuş və sonuncu isə məhkəməyə notarial qaydada ərizə ilə müraciət edərək qeyd olunan mənzillə bağlı ona dəymiş zərər ödənildiyindən X15 qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir.

32. Cinayət işi üzrə şahid olan X13 da Zülfüqar Kazımovun ifadələrini təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Bu hökmlə eyni zamanda, hazırki iş üzrə də mübahisə predmeti olan mənzilə dair X6 adına "xxxx" MTK adından yazılmış, cinayət işi üzrə maddi sübut kimi tanınmış, saxta müqavilə və ödəniş cədvəlləri cinayət işinin materiallarında saxlanması qərara alınmışdır.

27. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci inatsniya məhkəməsi hazırki iş üzrə də keçirilmiş məhkəmə sənədlərin texniki ekspertizası və məhkəmə xətşünaslıq ekspertizalarının rəyləri ilə X6 adına olan xx.xx.2010-cu il t arixli, 105 saylı saxta müqavilənin "xxxx" MTK tərəfindən tərtib edilmədiyini, onun möhürü ilə təsdiq olunmadığını və səlahiyyətli şəxsi tərəfindən imzalanmadığını müəyyən etsə də, nədənsə bu müqavilənin etibarsız hesab edilməmiş və ləğv edilməmiş müqavilə kimi qiymətləndirmişdir.

34. Apellyasiya baxışı zamanı mübahisəli mənzilin cavabdeh tərəfindən təmir edildiyi müəyyən edilsə də bununla bağlı tərəflər arasında olan münasibətlərə bu barədə tələb olmadığından hazırki işin çərçivəsində hüquq qiymət verilə bilməz.

35. Bununla yanaşı, iddiaçı tələbində mübahisəli mənzildən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmasını tələb etmişdir. Ancaq iddiaçı ailə üzvləri dedikdə kimləri nəzərdə tutduğunu iddia ərizəsində yaxud onun nəticə hissəsində konkret göstərməmiş, məhkəmə tədqiqi zamanı ailə üzvlərinin kimlər olduğunun müəyyən olunmasına da cəhd və təşəbbüs göstərməmişdir. Düzdür, iddia ərizəsinin nəticə hissəsində ailə üzvlərinin də çıxarılmasını göstərmişdir. Ancaq apellyasiya baxışı zamanı cavabdehin izahatından bəlli oldu ki, həmin şəxslərin əksəriyyəti yetkinlik yaşına çatmış şəxslərdir və iddiaçı onları cavabdeh kimi göstərməmiş, birinci instansiya məhkəməsi də onları cavabdeh qismində işə cəlb etməmişdir. Bununla da cavabdehin “ailə üzvləri” olan şəxslərin birinci instansiya məhkəməsində iştirak edib məhkəmə müdafiəsindən istifadə etmək, qarşılıqlı iddia vermək və s. hüquqları pozulmuşdur.

36. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə bu cür tələb həm qeyrimüəyyəndir, həm də bu cür tələbin təmin olunması qətnamənin icrası zamanı qeyrimüəyyənlik və ziddiyyətli vəziyyət yarada bilər. MPM-in 220.5, 223.1, 365, 392-ci maddələrinin tələbinə görə məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərməlidir.

37. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, 29cu maddəsinin İV hissəsinə, Mülki Məcəllənin 43, 152.1, 203.5, Mənzil Məcəlləsinin 5.1, 5.3, 560.2 və 560.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

33. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin mənzildən çıxarılması hissəsində rədd edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Bununla bağlı olaraq bildiririk ki, Cavabdeh mübahisəli mənzili X3 almışdır. X13 isə həmin mənzili xx.xx.2010-cu il tarixli 105 saylı müqavilə əsasında almışdır. Mənzilə dair X13 tərəfindən cavabdehə xx.xx.2013-cü il tarixli etibarnamə verilmiş və bu yolla mənzil cavabdehə satılmışdır. Bildirir ki, X13 ilə MTK arasında bağlanılan müqavilə bu gün də qüvvədədir, ləğv və ya etibarsız hesab edilməmişdir. Odur ki, Cavabdeh mübahisəli mənzilin qanuni sahibi və mülkiyyətçisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fa yd a götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153-cü maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan RespublikasıKonstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan RespublikasıKonstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MənzilMəcəlləsinin 2-ci maddəsinə (Mənzilhüquqlarının əsasları) əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. İşə baxan apellyasiya instansiyasıməhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini kobud şəkildə pozmuş, Cavabdeh mübahisəli mənzilə dair hüquqlarını nəzərə almamış, işdə olan və X13ilə bağlanılan xx.xx.2010-cu il tarixli müqavilənin bu günədək qüvvədə olmasına düzgün hüquqi qiymət verməmişdir. b)

40. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilm əsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş ha llara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi həmin hissədə yoxlanılır.

53. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. İddiaçının kassasiya şikayətində göstərilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

57. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

58. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

59. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahi sələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

60. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona g örə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

61. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

62. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir..(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı)

63. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mənzilə hüquqlarını sübut etmək üçün istinad etdiyi əqd etibarsız əqddir və buna görə də, cavabdehin həmin əqdə istinad edərək mənzildən istifadəsi qanuni hesab edilə bilməz.

64. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq pros sesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

65. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-503/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar