Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4481/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4169/2023 nömrəli iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayət inə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh xx.xx.2022-ci il tarixli K- 1190 saylı əmrinə əsasən “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.4-cü, 13.5-ci bəndlərinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmiş və Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunmuşdur. 2. 19 dekabr 2022-ci il tarixli Cinayət işinin başlanması barədə qərara görə, xx.xx.2022-ci il tarixdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri X1 şəhər prokurorluğuna ərizə ilə müraciəti əsasında Gəncə şəhər 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı dövlət əmlakını mənimsəməsi və həmin məkt əbdə qanunsuz hərəkətlərə yol verməsi faktı əsasında Gəncə şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır.
3. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhər üzrə Təhsil Sektorunun Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 10/10 saylı məktubuna görə, İddiaçı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin ünvanlandığı 06 oktyabr 2022-ci il tarixli **-01-1021/10 saylı təqdimatı ilə əlaqədar 12 oktyabr 2022-ci il tarixdə saat 16:**-da Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar iclasında iştirak etməsi xahiş olunmuşdur.
4. Həmkarlar İttifaqı Komitəsinin 12 oktyabr 2022-ci il tarixli 92 №-li protokolundan çıxarışa əsasən, Gəncə şəhəri İ.Qayıbov adına 1 nöm rəli tam orta məktəbin direktoru İddiaçıyla bağlanmış əmək müqaviləsibnə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh xx.xx.2022-ci il tarixli K1190 saylı əmrinin ləğv edilərək, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)-743/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim A.Novruzova) ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnamə sinin əsaslarına görə, “... iddiaçı tərəfindən əmək müqaviləsinə əsassız və qərəzli olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini mübahisələndirmiş və işə bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş aktla sübut olunur ki, İddiaçı öz vəzifə səlahiyyətlərini lazımında icra etməmiş, direktor olduğu dövr ərzində aktda göstəriən pozuntulara yol vermişdir. Bundan başqa iddiaçı tələbinin əsası kimi göstəmişdir ki, həmkarlar təşkilatının iclası keçirilmiş və həmin vaxt iddiaçı həmkarlar ittifaqı iclasından məlumatı olmamış, iştirakı təmin olunmamışdır. Məhkəmə iddiaçının bu əsasına münasibətdə qeyd edir ki, əmək qanunvericiliyində işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmə k müqaviləsinə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi imperativ norma olaraq qeyd olunsa da, işçinin həmin iclasda iştirakının mütləq təmin olunması, olmadağı halda həmkarlar ittifaqı iclasının keçirilməsini qadağan edən norma mövcud deyildir. İddiaçının digər tələbi ona məcburi işburaxmaya görə ala bilmədiyi əmək haqqınının ona ödənilməsidir. Məhkəmə hesab edir ki, iddiaçının əmrin ləğvi və işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən, onun məhrum edildiyi vəsait də məcburi işburaxmaya görə maddi itki hesab edilə bilməz. Odur ki, məhkəmə iddiaçının məcburi iş buraxmaya görə əmək haqq tələblərini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Birinci instansi ya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4169/2023 nömrəli iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə (İ.Şirinov (sədrliyi və məruzəsi ilə), hakimlər K.Əkbərov və N.Cəfərov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 29.12.2**6-cı il tarixdən Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş, qeyd edilən əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 20 oktyabr 2022-ci il tarixdən ləğv edilmişdir. Belə ki, Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılarkən məktəbin direktoru tərəfindən təhsil müəssisəsində tədrisin təşkili, əmək intizamına riayət olunması və digər sahələrdə bir sıra nöqsanlar aşkar edilmişdir. Qeyd edilən nöqsanlarla bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilmiş, aktda İddiaçı tərəfindən yol verilmiş nöqsanlar ayrı-ayrılıqda qeyd edilmişdir. Həmçinin həmkarlar ittifaqının 12 oktyabr 2022-ci il tarixli 92 saylı iclas protokolu təqdim olunmuş, bu barədə razılığın alınması müəyyən olunmuşdur. Bundan əlavə, mülki iş materiallarında olan 19 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanması barədə” qərarın m əzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə GəncəDaşkəsən Regional Təhsil İdarəsinin müdiri X2 şəhər prokurorluğuna ərizə ilə müraciət edərək, Gəncə şəhər 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı dövlət əmlakını mənimsəməsi və həmin məktəbdə qanunsuz hərəkətlərə yol verməsi faktı əsasında Gəncə şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. Eyni zamanda, cavabdehin nümayəndəsi məhkəmə iclasında cinayət işi ilə əlaqədar istintaqın gedişində təsərrüfat işləri üzrə direktor müavini büdcəyə 10.**0 manat ödəyib, bundan başqa 18** manat, 1**0 manat, 3** manat məbləğlərində ödəmələr edildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məzuniyyət hüququ ilə bağlı dəlillərinə münasibətdə qe yd edir ki, həmin dəlil hazırkı işin həlli üçün əhəmiyyət kəsb etmir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, o, sonuncu məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etsə də, rayon məhkəməsinin onun vəsatətini təmin etməmiş, lakin qətnamədə onun iştirakını qeyd etmişdir. Kollegiya bununla bağlı bildirir ki, mülki iş materiallarından görünür ki, iddiaçı və onun nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixli hazırlıq iclasında, xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iştirak etmiş, yalnız sonuncu xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınması barədə iddiaçı xx.xx.2023-cü il tarixdə vəsatət göndərmiş, lakin vəsatətə üzrlü səbəblə bağlı sübut əlavə edilmədiyindən rayon məhkəməsi onun iştirakı olmadan işə baxılması qərarına həlməkdə haqlı ol muşdur. Belə ki, MPM-in 185.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məcəllənin 185.5- ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmçinin birinci instansiya məhkəmə araşdırmaları zamanı iddiaçı öz vəkili Vəkil ilə məhkəmə iclaslarında iştir ak etdiyindən, rayon məhkəməsi qətnamədə onun iştirakını qeyd etməkdə haqlı olmuşdur, bu səbəbdən də apellyasiya şikayətinin həmin dəlili əsassızdır. İdidaçının apellyasiya şikayətinin digər dəlili “GDRTİ”-nin rəhbərinin ona qarşı qərəzli münasibəti olması barədə dəlilləri üzrə sübut təqdim etmədiyindən, onun həmin dəlili də əsassızdır. Apellyasiya şikayətinin digər dəlili iddiaçının iştirakı olmadan 12 oktyabr tarixdə həmkarlar təşkilatının qeyri obyektiv və qanunsuz qərar çıxarmasıdır. Kollegiya bununla bağlı bildirir ki, mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə keçiriləcək həmkarlar ittifaqının iclasına dəvət olunsa da, iclasa gəlməkdən imtina etmişdir, aktın doğruluğu imzalarla təsdiq olunmuşdur (i/v 42). Mü lki iş materiallarında olan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhər üzrə Təhsil Sektorunun Həmkarlar İttifaqı Komitəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 10/10 saylı məktubun məzmunundan görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri X2-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə Təhsil Sektorunun Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlandığı 06 oktyabr 2022-ci il tarixli **-01- 1021/10 saylı təqdimatı ilə əlaqədar 12 oktyabr 2022-ci il tarixdə saat 16:**-da Gəncə- Daşkəsən Regional İdarəsinin Gəncə Şəhəri üzrə Təhsil Sektorunun Həmkarlar İttifaqı Komitəsinin növbədən kənar iclasında iştirak etməsini xahiş olunmuş, həmçinin iclasda iştirak etməyəcəyi təqdirdə, Həmkarlar İttifaqı Komitəsinin heyəti tərəfindən onun iştirakı olmadan qə rar qəbul ediləcəyi bildirilmişdir (i/v 43). Bununla da məlum olur ki, iddiaçının iştirakı olmadan 12 oktyabr tarixdə həmkarlar təşkilatının qeyri obyektiv və qanunsuz qərar çıxarması barədə dəlili əsassızdır. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında qeyd etdi ki, həmkarlar təşkilatının iclasında iddiaçının işdən kənarlaşdırılması barədə qərar qəbul edilib, halbuki bu təşkilat yalnız işdən çıxarılma barədə təqdimata rəy bildirə bilər. Bununla bağlı bildirilir ki, “GDRTİ” Həmkarlar İttifaqı komitəsinin 12 oktyabr 2022-ci il tarixli 92 №-li protokoldan çıxarışa əsasən, Gəncə şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru İddiaçıyla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir (i/v 46). Bundan başqa Kollegiya qeyd edir ki, iddiaçı “GDRTİ” Həmkarlar İttifaqı komitəsinin 12 oktyabr 2022-ci il tarixli 92 №-li protokolunu mübahisələndirməmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlillərinə görə, mülki işə əlavə edilmiş qəbzdən göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə teleqram vasitəsilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə olacaq məhkəmə iclasının təxir edilməsini xahiş etmişdir. Lakin məhkəmə teleqramı nəzərə almayaraq mülki işə iddiaçı, onun nümayəndəsi və vəkilinin iştirakı olma dan baxaraq, qətnamə qəbul etmişdir. Qeyd edilənlə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razı deyil, prosessual pozuntuya yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir;
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqav iləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehs alın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə
186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; Maddə
294. Fərdi əmək mübahisələrinə baxan orqanlar
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar; Maddə 185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını t əxirə sala bilər; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcə llənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu po zuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır. 2
0. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayə tinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüşdür.
23. İlk olaraq, əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək münasibətlərinin bir tərəfi olan fiziki şəxs, yəni işçi əmək qanunvericiliyinin tələblərinə və intizam qaydalarına tabe olmalı və əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını yerinə yetirməlidir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçiyə müvafiq işi təqdim etməli, onun sağlam və təhlükəsiz əmək şəraitində işləməsini təmin etməli və əməyinin q arşılığını ödəməlidir. Qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir.
24. Kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı və onun nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixli hazırlıq iclasında, xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iştirak etmiş, yalnız sonuncu xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınması barədə iddiaçı xx.xx.2023-cü il tarixdə vəsatət göndərmiş, lakin vəsatətə üzrlü səbəblə bağlı sübu t əlavə edilməmişdir (BAM MK qətnamə, §42-43).
25. Göründüyü kimi, məhkəmənin iddiaçının iştirakı olmadan işə baxması MPM-in 185-ci maddəsinin (§17) tələblərinə uyğun olmuşdur.
26. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4169/2023 nömrəli iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə min