Məhkəmə qərarları › İş №2(102)-4482/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4482/2019

01.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4482/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Əhliman oğlunun, vəkili Rnın, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ciiltarixli, 2(103)12342/2018 nömrəli qətnaməsindən İddiaçı Əhliman oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim A.Rzayev ) 08.01.2018-ci il tarixli, 2(001)-534/2018 nömrəli qətnaməsi ilə İddiaçı Əhliman oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, İddiaçı Əhliman oğlunun, X1 və X4 E saylı mənzili ilə üzbəüz inşa edilmiş ünvan 1 ünvanına köçürülmələri, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 18.04.2018-ciiltarixli, 2(103)-3965/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08.01.2018-ci il tarixli, 2(001)-534/2018 nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə qəbul edilməs i, iddianın qismən təmin edilməsi, İddiaçı Əhliman oğlunun E saylı mənzili ilə üzbəüz inşa edilmiş ünvan 1 ünvanına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli, 2(102)-5544/2018 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2018-ciiltarixli qətnaməsinin ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, X.Sarıyev, E.Şamayev) 21.12.2018-ciiltarixli, 2(103)-12342/2018 nömrəli qətnaməs i ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti apellyasiya baxışının predmetini təşkil edən hissədə təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08.01.2018-ci il tarixli, 2(001)-534/2018 nömrəli qətnamənin apelyasiya baxışının predmeti olan hisədə, yəni “İddiaçı Əhliman oğlunun E nömrəli mənzili ilə üzbəüz inşa edilmiş 10 “B” nömrəli evə köçürülməsi” barədə tələbin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın apelyasiya baxışının predmetini təşkil edən hissəsinin-İddiaçı Əhliman oğlunun E nömrəli mənzili ilə üzbəüz inşa edilmiş 10 “B” nömrəli evə köçürülməsi barədə hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Əhliman oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ciil tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Əhliman oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin və övladlarının inşa etdiyi evdən əmlakları ilə birgə çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə 02.08.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və övladları X9 ilə birgə E saylı mənzili ilə üzbəüz inşa edilən mənzildən əmlakları ilə birgə çıxarılmaları barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X7 iddia ərizəsinə əalvə ilə məhkəməyə müraciət edərək, onun, həyat yoldaşı X1, oğlu X4, bacısı X2, bacısı qızı X5 və bacısı oğlu X3 E saylı mənzili ilə üzbəüz inşa edilən ünvan 1 ünvanına köçürülmələri barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı Əhliman oğlu və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ididaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən 1 saylı evin yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı, 2 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Bundan başqa, həmin mənzildə iddiaçının həyat yoldaşı, oğulları, bacısı, bacısı qızı və bacısı oğlu qeydiyyatdadır. 2 saylı mənzilin orderi iddiaçının atası Əhliman Əhmədovun adına olduğu üçün mənzilin icarə müqaviləsi 7 nəfər ailə üzvü ilə iddiaçının adına dəyişdirilmiş və həmin mənzilin icarədarı iddiaçı hesab edilmişdir. 2000-ci ildə həmin mənzilin qabağında ailə üzvləri çox sayda olduğu üçün iddiaçı ev inşa etmək qərarına gə lmiş, qohumları, yəni qardaşı, bacısı və ailə üzvləri ilə birlikdə öz vəsaiti ilə 2 otaqlı mənzil inşa etmişdir. Həmin tikilinin qaz, işıq və su sayğacları iddiaçının oğlu Cavabdeh1 adınadır. Oğlu Cavabdeh1 Cavabdeh2 ilə 2012-ci il tarixində ailə həyatı qurduğu üçün iddiaçı inşa etdiyi özbaşına tikilidə onların müvəqqəti olaraq yaşamalarına imkan vermişdir. Oğlu boşanma tələbi ilə məhkəməyə müraciət etdikdən sonra isə Cavabdeh2 iddiaçının oğlu Pərviz Əhmədov və qızı S.Solmazova tərəfindən döyülməsi barədə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə şikayət etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən araşdırma apardığını göstərsə də, əslində heç bir araşdırma aparmamış, mübahisəli evin kim tərəfindən tikilməsi araşdırılmamış, tikilinin iddiaçıya məxsus olmasının üzərindən sə thi keçilmiş, həmçinin cavabdehin iddiaçının ailə üzvü olub-olmaması, onların birgə təsərrüfat aparıb aparmaması araşdırılmamışdır. Cavabdeh iddiaçının ailə üzvü deyildir, birgə təsərrüfat aparmadıqları halda iddiaçının vəsaiti hesabına tikilmiş ev cavabdeh tərəfindən zəbt edilmişdir və iddiaçı həmin evə buraxılmır. Apellyasiya kollegiyası Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərini pozmuş, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunanlara əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ciiltarixli qətnaməsinin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Əhliman oğlu və vəkili R kassasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, mübahisəli ev özbaşına tikilidir. İş materiallarından və şahid ifadələrindən o da məlum olur ki, iddiaçı həmin evdə yaşamamışdır. İddiaçı özü də bunu apellyasiya baxışı zamanı təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə göstərilən maddi hüquq normalarının tələblərini nəzərə almaqla hesab etmişdir ki, hər han sı bir şəxsin başqa bir şəxsə qarşı “özbaşına tikiliyə köçürülmə barədə” tələbi o zaman təmin edilə bilər ki, həmin tikili nə vaxtsa birincinin istifadəsində olsun və o, istifadədən qanunsuz şəkildə məhrum edilsin. Hazırki halda, iddiaçının mübahisəli evdə yaşaması və buna müvafiq olaraq evdən istifadə etməsi təsdiq olunmur. İddiaçı özü də bildirir ki, o özü mübahisəli evdə yaşamamışdır. Orada cavabdehlər, yəni onun oğlu və gəlini yaşamışlar. Belə olan halda müəyyən edilmişdir ki, mübahisəli tikili iddiaçının yaşayış yeri olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisəli evə köçürülməsi üçün hər hansı bir əsas yaranmır. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsasında apelyas iya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanı lmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Əhliman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli, 2(103)-12342/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar