Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4485/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın yekunlarının etibarsızlığı, hərrac barədə məlumatlandırma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-987/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsindən İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 nömrəli iş üzrə 26 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) X3 qarşı kredit müqaviləsi üzrə borcun Bankın xeyrinə tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, tutmanın Bank ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 15.09.2014-cü il tarixli 5107/f-14-01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25V saylı evin 1-ci mərtəbəsində yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı 16 saylı mənzilə (bundan sonra – mübahisəli mənzil) yönəldilməs i, mübahisəli mənzilin hərracda ilkin satış qiymətinin 52.000 manat müəyyən edilməsi, mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olan məbləğ hesabına 117.103,6 ABŞ dolları borcun (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) Bankın xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına Banka olan borc ödənildikdən sonra qalan məbləğin X3 qaytarılması qət edilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin (bundan sonra - İcra İdarəsi) 03.06.2016-cı il tarixli sifarişinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 nömrəli, 26 yanvar 2016-cı il tarixli icra vərəqəsi üzrə ipotekaya qoyulan mübahisəli mənzilin ilkin satış qiyməti 52.000 manat müəyyən edilərək hərracın keçirilməsi "xxxx" Məhdud Məsuliyyətli C əmiyyətinə (bundan sonra – Hərrac təşkilatı) sifariş olunmuşdur. Hərracın yekunları barədə 14.06.2017-ci il tarixli, 36/01 nömrəli protokola əsasən, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 43.7-ci maddəsinə əsasən, ipoteka saxlayan Bank iddiaçıya məxsus mübahisəli mənzili 33.150 manata almışdır. Hərracın yekunları üzrə Hərrac təşkilatı ilə Bank arasında əmlakın alqı-satqısı barədə 14 iyun 2017-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmış və Bank iddiaçıya məxsus mübahisəli mənzili 33.150 manata almışdır. Bundan sonra mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə Bankın adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25.07.2017-ci il tarixdə qeydə alınmışdır. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Banka, Hərrac təşkilatına və İcra İdarəsinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərrac təşkilatının mübahisəli mənzilin hərracdan satılmasının nəticələri haqqında 14 iyun 2017-ci il tarixli, 36/01 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 14 iyun 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququ uzrə Bankın adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, 14.06.2017-ci il tarixli qeydiyyatın əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzil qanunvericiliyin tələbləri pozulma qla mülkiyyətindən çıxarılmışdır. Belə ki, hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onun ünvanına gəlməmiş və hərracın keçirilməsindən onun xəbəri olmamışdır. Bankın 05 avqust 2016-cı il tarixli məktubu ilə İcra İdarəsindən və Hərrac təşkilatından iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Lakin buna baxmayaraq İcra İdarəsi hərracın keçirilməsi ilə bağlı Hərrac təşkilatına məktub göndərmişdir. Eyni zamanda, İcra İdarəsi tərəfindən 11 iyul 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 2 saylı Ərazi İdarəsinə göndərilmiş məktubda mübahisəli mənzilin açıq hərracda satılaraq mənzilin üzərində olan qadağanın götürülməsi və həmin mənzilin Bankın etibarnamə üzrə nümayəndəsi X1 adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin mənzil açıq hərrac keçirilərək satıl mışdır. Mübahisəli mənzilin hərracdan satılmasının nəticələri haqqında yekun protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olmaqla etibarsız olduğundan, həmin müqavilə əsasında Bankın adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Bankın nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun olmaqla keçirilmiş, ipoteka predmeti tələbkara təklif edildikdən sonra onun tərəfindən alınmışdır. İddiaçı iddia ərizəsində hərracın keçirilməsi barədə məlumatlı olmadığını qeyd etsə də, o vaxtı-vaxtında hərrac haqqında xəbərdar edilmişdir. İddiaçının belə bir iddia qaldırmaqda yeganə məqsədi vaxt qazanmaq, prosesləri suni surətdə yubatmaqdır. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş Hərrac təşkilatının 28 aprel 2017-ci il tarixli, 01/1662 nömrəli bildirişinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 nömrəli, 26 yanvar 2016-cı il tarixli icra vərəqəsi üzrə ipotekaya qoyulmuş mübahisəli mənzil ilkin satış qiyməti 52.000 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın 30 may 2017-ci il tarixdə, saat 11:00-da ünvan 1 ünvanında keçirilməsi barədə Banka və iddiaçıya bildiriş ünvanlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(060)-1962/2020 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim – G.Tanrıverdiyeva) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 30 may 2017-ci il tarixdə keçirilmiş hərracla bağlı 28.04.2017-ci il tarixdə iddiaçıya bildiriş ünvanlanmış, həmin bildiriş 365701 saylı qaiməyə əsasən 04.05.2017-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir (i.v.40). Bundan əlavə, iddiaçı iddia ərizəsində Bankın 05 avqust 2016-cı il tarixli məktubla İcra İdarəsindən və Hərrac təşkilatından iş üzrə icraatın dayandırılması xahiş etdiyini, eyni zamanda İcra İdarəsinin DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə göndərdiyi 11 iyul 2016-cı il tarixli məktubunda mübahisəli mənzilin açıq hərracda satılaraq mənzilin üzərində olan qadağanın götürülməsini və həmin mənzilin Bankın etibarnamə üzrə nümayəndəsinin adına rəsmiləşdirilməsini xahiş etdiyini bildirsə də, sözügedən sənədləri məhkəməyə təqdim e tməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 42.1, 43.7, 43.8-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiada qeyd olunmuş eyni dəlillərlə əsaslandırmış, “İpoteka haqqında” Qanunun 36.1, 36.4.2 və Mülki Məcəllənin 416.1-ci m addələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş Hərrac təşkilatının 08 iyul 2016-cı il tarixli, 01/2913-1 nömrəli bildirişinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 nömrəli, 26 yanvar 2016-cı il tarixli icra vərəqəsi üzrə ipotekaya qoyulan mübahisəli mənzil ilkin satış qiyməti 52.000 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın 08 avqust 2016-cı il tarixdə, saat 12:00-da ünvan 1 ünvanında keçirilməsi barədə tələbkar Banka və borclular İddiaçı, həmçinin X3 bildiriş göndərilmiş, bu barədə kütləvi informasiya vasitələrində elan dərc edilmişdir. Bankın İcra İdarəsinə və Hərrac təşkilatına göndərdiyi 05 avqust 2016-cı il tarixli, 3186 saylı məktubuna əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, 26 yanvar 2016-cı il t arixli icra vərəqəsi üzrə icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi yuxarı instansiya məhkəməsində mübahisələndirildiyi üçün icra icraatının dayandırılması xahiş edilmişdir. Hərrac təşkilatının 12 avqust 2016-cı il tarixli, 01/2776 nömrəli bildirişinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 nömrəli, 26 yanvar 2016-cı il tarixli icra vərəqəsi üzrə ipotekaya qoyulan mübahisəli mənzilin ilkin satış qiyməti 15% aşağı salınaraq 44.200 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın 12 sentyabr 2016-cı il tarixdə, saat 12:00-da ünvan 1 ünvanında keçirilməsi barədə tələbkar Banka və borclular İddiaçı, həmçinin X3 bildiriş göndərilmiş, bu barədə kütləvi informasiya vasitələrində elan dərc edilmişdir. İcra İdarəsinin 04.04.2017-ci il tarixli məktubuna əsasən, Sumq ayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 nömrəli, 26 yanvar 2016-cı il tarixli icra vərəqəsi üzrə icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi yuxarı instansiya məhkəməsində dəyişdirilmədən saxlandığından, yəni icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdığından, ipoteka predmeti barəsində nəzərdə tutulmuş hərracın davam etdirilməsi Hərrac təşkilatından xahiş edilmişdir. Hərrac təşkilatının 02 iyun 2017-ci il tarixli, 01/2364 saylı məktubuna əsasən, mübahisəli mənzil üzrə hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 02 iyun 2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İcra İdarəsindən məhkəmə qərarını yekunlaşdırarkən ipoteka saxlayana ipoteka predmeti haqqında qəbul etdiyi son qərarla Hərrac təşkilatına məlumat verilməsi xahiş olunmuş, məktub müvafiq icra qurumuna və icra icraatının tərəflərinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-987/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı halda sübut etmə yükü üzərinə düşən iddiaçı öz dəlillərinin əsasını təşkil edən halları sübut etməyə borclu olduğu halda bunu edə bilməmişdir. Belə ki, Hərrac təş kilatı tərəfindən hərracın keçirilməsi qaydaları pozulmamışdır. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsinə dair bildiriş və elanlardan, habelə işin faktiki hallarından da aydın görünür ki, mübahisəli mənzilə dair hərrac mövcud qanunlar çərçivəsində, o cümlədən “İpoteka haqqında” qanunun 43-cü maddəsinin tələblərinə riayət edilməklə keçirilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılm ışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Kassasiya şikayətinin əsası kimi “İpoteka haqqında” Qanunun 36.1, 36.2, 36.4.2, Mülki Məcəllənin 416.1, MPM-in 217.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etirazında Bank şikayətin əsassız olduğunu qeyd edərək göstərmişdir ki, iddiaçı formal əsaslar tapmaqla, qaldırdığı iddiaya hüquqi don geyindirməyə çalışmışdır. İddiaçının tələbinin əsası da, apellyasiya şikayətinin əsası da məhz hərraca dair bildirişin ona verilməməsi, keçirilmiş hərrac barədə iddiaçının məlumatlandırılmaması olmuşdur. İddiaçı apellyasiya şikayəti versə də, işdə iştirak etmək üçün məhkəmə iclasına gəlməmiş və yenidən eyni əsasları qeyd etməklə kassasiya şikay əti vermişdir. Bu isə şikayətlərin formal xarakter daşıdığı anlamına gəlir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şi kayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialları nda olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Qanun Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipotekaqoyana verilməsini təsdiqetmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərrac keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildi rişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər (maddə 42). Hərraca iki nəfərdən az alıcı gəldikdə: hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə: hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər (maddə 43). Mülki Məcəllə Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır (maddə 415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaql a keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğu qeyd edilərək bir sıra maddi və prosessual hüquq normalarının mətninə istinad olunsa da, həmin normaların pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəl ir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-987/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4485/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4485/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver