Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4485/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı (Neftçilərin Hüquqlarının Müdafiə X6 iş üzrə 3-cü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: Başqasının əmlakının özbaşına sökülməsinin hüquqi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlunun məruzəsi ilə, Dadaşov İlqar Ağababaş oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı (Neftçilərin Hüquqlarının Müdafiə X6 iş üzrə 3-cü şəxs qismində cəlb edilməklə) «mənzilin və yaşayış sahəsinin bərpası, dəymiş zərərin cavabdehdən tutulması» tələbinə dair mülki iş üzrə B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2154/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 4 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Bakı şəhəri, Səbail, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən, həmin rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalard a yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların dai mi istifadəyə və icarəyə verilməsi, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binanın sökülərək, onların yerində yeni yaşayış binasını tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qərara alınmışdır.
2. Bundan sonra, “Qəzalı vəziyyətdə olan binaların sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Bakı şəhəri, Səbail rayon İHB-nın 28 fevral 2017-ci il tarixli, 21 saylı sərəncamına əsasən, Səbail rayonu, Rastrapoviç küçə si, 5, 7, 9, 11, 13 və ünvan 1 ünvanda yerləşən və uzun müddət istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının sökülməsi cavabdeh təşkilata həvalə edilmiş və həmin təşkilata sahəsi 0,6 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Eyni zamanda, həmin sərəncamla ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi, həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasını n cavabdeh təşkilatın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” DBLİ-nin ünvan 2 ünvanlarında yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında 27 fevral 2017-ci il tarixli aktı ilə Cavabdeh Mənzil Tikintiyə ayrılmış sahənin ünvan 3 ünvanda yerləşməsi, qeyd olunan ərazinin 27 ədəd 1 mərtəbəli yaşayış evindən ibarət olması, ərazidə yerləşən tikililərin XX əsrin əvvəllərində inşa edilmiş olması, yaşayış evlərinin əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtüklərinin ağac konstruksiyasından inşa edilməsi, but daşından olan divarlarda keçici çatların, ağac konstruksiyalarında çürümələrin, beton konstruksiyalarında mühafizə qatının dağılmasının, tökülməsinin, armatur millərinin açıqda qalaraq korroziyaya uğramasının müşahidə olunması, yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması, kommunikasiya xətləri və sistemlərinin yararsız vəziyyətdə olması, yaşayış evlərinin ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab verməməsi, onların məhdud işlək vəziyyətdə olması və həmin vəziyyətin yaranması təbii fəlakət və hadisələrlə əlaqəsinin olmaması müəyyən olunmuşdur. 4. xx.xx.2018-ci il tarixdə "Pilot Residence” MTK tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş ünvan 4 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binası pilot layihə çərçivəsində sökülərkən həmin yaşayış b inasına bitişik ünvan 5 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan mənzilin divarı uçmuş, həmin mənzildə olan ev əşyaları mənzilin mülkiyyətçisinin məlumatı olmadan şirkət tərəfindən mənzildən çıxarılmış və cavabdehin deməsinə görə Cavabdeh MTK-nın anbarına yerləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzilin və yaşayış sahəsinin bərpası, dəymiş zərərin cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4 ünvanında yerləşən 4 saylı mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən bərpa edilməsi, evin yerləşdiyi ərazidə hər-hansı başqa fəaliyyətin dayandırılması, mənzildə olan əmlaka görə və ev tikilənə qədər kirayədə q almaq haqqı ilə birlikdə 100.000 (yüz min) manat pulun və mənəvi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi, Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Babək İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına xəbər verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilən əsaslarla məhkəmə qaydasında xüsusi qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 4 nömrəli evin, 4 saylı mənzili mülkiyyət hüququ ilə ona və ailəsinə məxsus idi, 1999-cu ildən qeyd olunan ünvanda yaşamışdırlar. Uzun müddətdir ki, onun ailəsinin və digər sakinlərin yaşadığı Bakı şəhər, Səbai l rayonu, Nizami küçəsi ilə Rostropoviç qardaşları küçəsinin kəsişməsində Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən söküntü və tikinti işləri aparılır. O, rəsmi məktubla Cavabdeh Mənzil Tikindi Kooperativinə daxil olmadığını bildirmişdir. Bunun cavabında Cavabdeh Mənzil Tikinti Kooperativi onun evinin onların tikinti sahəsinə düşmədiyini bildirmişdilər. Qeyd olunan işlərin gecə saatlarında aparılması, səs-küy onların rahatlığını pozmuş, narazılığına səbəb olmuşdu. Bununla əlaqədar yaşadıqları ərazinin Mənzil İstismar Sahəsinə, Səbail Rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinin Başçısına, Bakı şəhər Səbail rayon Polis İdarəsinin rəisinə, Azərbaycan Respubliksı Milli Məclisinin Sədrinə, Azərbaycan Respublikasının Baş Nazirinə və digər aidiyyatı üzrə dövlət orqanlarına yazıl ı olaraq müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Son dövrlərdə, xüsusən 2018-ci ilin əvvəlindən başlayaraq, o cümlədən də Novruz bayramları günlərində onun və ailəsinin yaşamaq və istirahət hüququ, su, elektrik və qaz təminatı Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən dəfələrlə pozulmuşdur. Müəyyən fasilələrdən sonra kommunal xidmətlər bərpa olunsa da, tikinti və söküntü işlərinin aparılması ilə əlaqədar kommunal xidmətlərdə müntəzəm olaraq fasilələr yaranmışdır. 2018-ci ilin aprel ayından isə mənzillərinə gedən yol da Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən bağlanmış və mülkiyyət hüququ ilə onlara məxsus olan şəxsi mənzilə giriş-çıxış bağlanmışdır. Bu onun MTK-ya daxil olmağa təhrik etmək üçün aparılan məqsədyönlü təcavüzün bir hissəsi idi. Qeyd olunan narahatçılıq, sə s küy, elektrik, qaz və su təchizatının kəsilməsi, yollarının bağlanması və digər hallar onları mülkiyyət hüququ ilə onlara məxsus olan mənzildən köçməyə məcbur etmiş və 2018-ci ilin fevral ayından isə kirayədə qalmağa başlamışlar. 2018-ci ilin iyul ayının 8-də evlərinə gəldikdə, mənzilin böyük bir hissəsinin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən söküldüyünü, ona məxsus ev əşyalarının həyətə atıldığını görmüşdür. Bununla əlaqədar polis sahə inspektoruna müraciət etmiş, o da bu qanunsuzluğun şahidi olsa da hər hansı bir tədbir görməmişdir, yalnız hadisə yerinə baxmaqla kifayətlənmişdir. Daha sonra o, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə yazılı ərizə ilə müraciət etmişdir. Buna baxmayaq Polis operativ tədbirlər həyata keçirməmiş və söküntü işlərini dayandırmamışdır. Hal hazırda ona məxsus olan ev onun razılığı və ya məhkəmə qərarı olmadan tamamilə sökülmüş, evdə olan əmlakı küçəyə atılmışdır. Məcbur olub 9-cu Polis Bölməsinin bu fəaliyyətsizliyi haqqında Polisin 102 Qaynar xəttinə, Səbail Rayon Prokurorluğuna və digər hüquq mühafizə orqanlarına da müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mənzil və Cinayət Məcəlləsinə və digər normativ hüquqi aktlara görə vətəndaşların mülkiyyət və istirahət hüququ dövlət tərəfindən qorunur və təminat verilir. Cavabdeh Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının Qanunlarını, X4 tələblərini pozmaqla onu mülkiyyət hüququndan məhrum etmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndələri hər dəfə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 Fevral 2016-cı il 86 saylı qərarını əsas kimi gətirərək evin hər bir halda söküləcəyini bildirmişlər. Həmin qərarın 1.1 bəndində bütün işlərin "mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyin tələblərinə əməl etməklə..” yazılıb. Belə ki, Qərarın 1.2-ci maddəsində qeyd olunub ki, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyət ində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Mülki iş üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi isə onun razılığı olmadan mənzilini sökmüş və ailəsinə məxsus olan əmlakları küçəyə atmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 31, 33 37-ci maddələrinin, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin, Azərbaycan Respublikasının Ci nayət Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 Fevral 2016-cı il tarixli, 86 saylı Qərarının və qanunvericiliyin digər tələblərini pozan Cavabdeh Mənzil Tikinti Kooperativi və onun sədri Babək İsmayılov tərəfindən edilən əməllər cinayət əməlidir və bu qanunsuzluğa yol vermiş bu vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına xəbər verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilən əsaslarla məhkəmə qaydasında xüsusi qərar qəbul edilməlidir. 2018-ci ilin Fevral ayından Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən aparılan tikinti işləri ilə əlaqədar kirayədə qalırlar. Tikinti işlərinin gedişi və mülkiyyət mübahisələri göstərir ki, bu mübahisə ən azı 2-3 il çəkər. Qeyd olunanları əsas tutaraq hesab edirik ki, kirayə xərcləri cavabdehdən tutulmaqla ona ödənilməlidir. Eyni zamanda bütün bunlara görə stress və həyəcan keçirdiyindən mənəvi zərərə məruz qalmışdır.
7. Cavabdeh iddiaya etirazında göstərmişdir ki, iddia ərizəsində qeyd olunan hallar həqiqətə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının icrası ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 21 saylı, 28 fevral 2017-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi 5-13, 18 saylı və Nizami küçəsi 4 saylı evlərin yerləşdiyi məhəllədə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzal ı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilmişdir. Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi 5-13, 18 saylı və Nizami küçəsi 4 saylı evlərin yerləşdiyi məhəllədə əhalinin köçürülməsini və tikinti işlərini həyata keçirərkən Pilot Residence MTK öz fəaliyyətində qanunun aliliyini, mülkiyyətçilərin hüquqlarını, humanist prinsipləri əsas götümüş, sakinlər tərəfindən etibar və etimad qazanmış bir şirkətə çevrilmişdir. Eyni zamanda, aparılan tikinti işi Bakı şəhərinin mərkəzi ərazilərində həyata keçirilən pilot layihələrdən biri kimi paytaxtın daha da abadlaşmasına, müasirləşməsinə xidmət edir və müvafiq dövlət qurumlarının icazəsi, nəzarəti altında aparılır. Pilot layihənin həyata keçir ildiyi ərazidə 71 mənzil mövcud olmuşdur. Həmin mənzil sahiblərinin 70-i ilə qarşılıqlı razılaşma əsasında müvafiq müqavilələr bağlanaraq, onların müvəqqəti yaşayışlarının təmin edilməsi məqsədi ilə tərəflərindən kirayə edilmiş mənzillərə köçürülməsi təmin edilmişdir. Yalnız İddiaçı evinin sahəsindən qat-qat artıq sahədə ev tələbi irəli sürüb. Onun mövcud standart şərtlərlə razılaşmayan yeganə mülkiyyətçi olduğunu nəzərə alaraq, tərəflərindən ona müxtəlif formalarda sərfəli təkliflər olunub. Lakin, İddiaçı bu təkliflərin heç biri ilə razılaşmamışdır. Bundan başqa, İddiaçı öz mülkiyyətində olan mənzili ölçməyə şərait yaratmamışdır. Onlara təqdim edilmiş sənədlərə əsasən İddiaçı mülkiyyətində olmuş ünvan 6 ünvanında yerləşən mənzilin sahəsinin 43,0 kv.m-dən ibarət olduğu müəyyən edilmişdir. İddiaçı öz mənzilinin əvəzinə həmin ərazidə inşa etdikləri premium sinifli binadan 120,0 kv.m sahədən ibarət yüksək səviyyədə təmirli mənzil təklif etmişlər. Lakin, o, bu təkliflərlə razılaşmayaraq onlardan daha çox - 400,0 kv.m sahəyə malik 4 ədəd mənzil tələb edir. 06 iyul 2018-ci il tarixində müəssisə tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş ünvan 7 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binası pilot layihə çərçivəsində sökülərkən həmin yaşayış binasına bitişik ünvan 6 ünvanında yerləşən mənzilin divarı onların iradəsindən asılı olmayaraq uçmuşdur. Bu zaman onlar zəng edərək həmin mənzilin mülkiyyətçisi İddiaçı təcili olaraq əraziyə dəvət etmişlər. Lakin o, əraziyə gəlməkdən imtina etmişdir. Bundan əlavə olaraq onlar əraziyə sahə müvəkkilini və MİS-in nümayəndəsini dəvət etmişlər. On ların nəzarəti altında həmin məzildə olan ev əşyalarının xilas edilməsi üçün tərəflərindən təxirəsalınmaz tədbirlər görülmüşdür. Əməkdaşları uçmuş divarın yarığından mənzilə daxil olmuşlar və İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən mənzildən ev əşyaları çıxardılaraq tərtib edilmiş akt əsasında Cavabdeh MTK-nin anbarına təhvil verilmişdir. Qeyd edilən mənzilin bünövrəsi olmadığından və özü də qəzalı vəziyyətdə olduğundan (Evin qəzalı vəziyyətdə olması ilə bağlı FHN-in rəyi var) bir müddət keçəndən sonra həmin mənzil tamamilə uçmuşdur. İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən mənzilin uçmasına görə tərəflərindən heç bir qəsd hərəkəti edilməmişdir. Bütün bunlara baxmayaraq iddiaçı Nəsib Muxtarov öz iddia ərizəsində qeyd edir ki, guya onun mülkiyyətində olmuş mənzil şirkət tərəfindən qəsdən sökülmüş və mənzilin içərisindəki əmlaklar küçələrə atılmışdır. Həmin əmlaka görə iddiaçı şirkətdən 100 000,0 (bir yüz min) manat məbləğində pul tələb edir. Yuxarıda qeyd etdiyi kimi, əməkdaşlar öz həyatlarını böyük riskə alaraq iddiaçı Nəsib Muxtarovun mənzilində olan bütün əmlakını xilas etmişlər və həmin əmlaklar hazırda müəssisənin mühafizə edilən anbarında saxlanılır. Bir daha qeyd edir ki, CavabdehMTK digər mülkiyyətçilər kimi mövcud standart qiymətləndirmələr və reallığa uyğun sərfəli təkliflərlə İddiaçı mülkiyyət hüquqlarının təmin olunması məqsədi ilə ona həmin ərazidə inşa etdikləri yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 120,0 kv.m-dan ibarət 1 (bir) və ya 2 (iki) ədəd tam təmirli mənzil verməyə hər zaman hazırdır. Həmin mənzilin iddiaçı Nəsib Muxtarova təhvil veriləcəyi günə kimi onun və ailəsinin müvəqqəti yaşayışını təmin etmək üçün tərəflərindən ona aylıq kirayə haqqı ödəniləcəkdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, barışdırıcı mövqe nümayiş etdirərək iddiaçı Nəsib Muxtarovun iddia ərizəsini təmin edilməməsi və onunla aralarında ədalətli müqavilə bağlanmasına şərait yaradılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak etmiş cavabdeh 3-cü şəxs Neftçilərin Hüquqlarının Müdafiə X3 nümayəndəsi X7 iddiaya etiraz edərək, rədd edilməsini xahiş etmişdir
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 04 oktyabr 2018-ci il tarixli, 2(009)- 2742/2018 nömrəli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) İddiaçı iddiası qismən təmin edilərək, 2018-ci ilin fevral ayından başlayaraq Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində sökülmüş 4 saylı binanın yerində cavabdeh təşkilat tərəfindən inşa edilən yaşayış binasının yaşayış üçün hazır olduğu günədək iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədi ilə hər ay 650 manat pulun cavabdeh təşkilatdan tutulub iddiaçıya ödənilməsi, qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 086 saylı qərarının icrası ilə əlaqədar iddiaçının 4 saylı mənzilinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində istifadədə olan 43,0 ha torpaq sahəsinin üzərində 4 nömrəli evin istismar müddətinin bitməsi ilə əlaqədar onun yerləşdiyi ərazidə müvafiq söküntü işlərinin həyata keçirilməsi, sakinləri köçürməkl ə müvəqqəti kirayə pullarının ödənilməsi və sakinləri yeni tikiləcək binalarda mənzillərlə təmin edilməsi Bakı şəhər Səbail İcra Hakimiyyətinin Sərəncamı əsasında Cavabdeh MTK-ya həvalə edilmişdir. Cavabdeh MTK isə öz növbəsində binanın söküntüsünü həyata keçirmişdir. İddiaçı isə Cavabdeh MTK ilə hər hansı müqavilə, yəni müvəqqəti kirayədə yaşamaq üçün maliyyə vəsaitinin ayrılması və yeni təmirli mənzillə təmin edilməsi barədə müqavilə bağlamasından imtina etmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binanın istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin mənzilin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, həmin mənzilin sökülməsinə və iddiaçının həmin mənzildən çıxarılmasına dair cavabdeh təşkilatın hərəkətləri qanuni və əsaslı olmaqla, məhz iddiaçının özünün və binada yaşayan sakinlərin mənafelərinə uyğun olmuşdur
12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətindən olan mənzil qəzalı vəziyyətdə olmuşdur və mənzil sökülməmişdən əvvəl iddiaçı həmin mənzilin təmir və ya bərpa edilməsini həyata keçirməmiş və bununla bağlı hər hansı dövlət təşkilatına müraciət etməmişdir. Belə olan halda iddiaçının mülkiyyətində olan mənzil sökülmüşdürsə, bu halda iddiaçı mənzilinin yalnız əvvəlki qəzalı vəziyyətinin bərpa edilməsini tələb edə bilər ki, bu da həmin mənzilin həm iddiaçının özü, həm də ətrafdakılar üçün təhlükə yarada bilər. Bu səbəbdən iddiaçının mənzilini əvvəlki vəziyyətinə bərpa edilməsi başqa şəxslərə ziyan vurulması ilə nəticələnə bilər, bu isə yolverilmə zdir.
13. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən mübahisəli evin digər mənzillərinin sakinləri ilə sökülən evin yerində inşa ediləcək binadan yeni mənzillərin verilməsi ilə bağlı müqavilələr bağlanılmışdır. Belə olan halda iddiaçının mülkiyyətində olan mənzilin əvvəlki vəziyyətə bərpa edilməsi, cavabdehin digər şəxslərlə bağladığı müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsini qeyri-mümkün edə bilər ki, bu hal da başqa şəxslərə ziyan vurulması ilə nəticələ bilər.
14. İddiaçı mənzilinin sökülməsi ilə əlaqədar mənzildə olan əmlaka görə maddi və zorla mənzildən çıxarılması səbəbindən mənəvi ziyanın əvəzi olaraq ümumilikdə 100.000 (yüz min) manat maddi və mənəvi zərər dəyməsinə əsaslansa da, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir və həmin halları sübut edə bilməmişdir. Digər tərəfdən məhkəmə araşdırılması nəticəsində cavabdeh təşkilatın hərəkətlərində ümumiyyətlə hər hansı qanuna zidd davranış da müəyyən edilməmişdir.
15. İddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binanın istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin mənzilin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, həmin mənzilin sökülməsinə və iddiaçının həmin mənzildən çıxarılması məhz iddiaçının özünün və binada yaşayan sakinlərin mənafelərinə uyğun olmuşdur. İddia tələblərinin “iddiaçının mənzilinin sökülməsi nəticəsində onun müvəqqəti olaraq yaşaması üçün kirayə xərclərinin cavabdehdən tutulması” hissəsində məhkəmə qiymətləndirmə rəyinə əsaslanaraq kira yə haqqını aylıq 650 manat müəyyən etmişdir.
16. Məhkəmə eyni zamanda iddianın Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Babək İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına xəbər verilməsi barədə hissəsini araşdıraraq hesab etmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Babək İsmayılovun hərəkətlərində cinayətin əlamətləri aşkar edilmədiyi səbəbindən xüsusi qərardadın qəbul olunması üçün əsaslar müəyyən edilməmişdir
17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.3, 152.6, 1096.1, 1096.2, 1097ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 265.4-cü maddələrinə, istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi nin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, etirazda və məhkəmə qətnaməsində Cavabdeh Mənzil Tikinti Kooperativi və Səbail Rayon Məhkəməsinin əsaslandığı; “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 Fevral 2016cı il tarixli, 86 saylı Qərarında” alqı satqının hansı qaydalarda keçirilməsi təsbit olunsa da, söküntü və tikinti işləri aparan Cavabdeh Mənzil Tikinti Kooperativi bu qərarın tələblərinə də əməl etməmiş, məhkəmə tərəfindən isə bu qanunu pozuntularına hüquqi qiymət verilməmişdir. Ümumiyyətlə hakim qəbul etdiyi q ətnaməni yalnız öz mülahizələri ilə əsaslandırmışdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 21 yanvar 2019-cu il tarixli, 2(103)-1067/2019 saylı qətnaməsi ilə (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov və Zaur Əliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qətnamə tələbə münasibətdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsass ızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının tələbinin təmin edilməyən hissələrdə qiymət verilməsi mümkünsüzlüyü müvafiq icra hakimiyyəti aktları əsasında şəhərsalma üzrə hüquq münasibətlərinin mübahisələndirilməməsi və digər şəxslərin (gözlənilən) mülkiyyət hüquqlarına təsiri baxımından sadə məntiqi uzlaşmanın mövcud olmamasıdır. Belə ki, iddiaçı delikt üzrə daşınmaz əmlaka dair deyil, dəymiş zərərin evdə mövcud olmuş daşınar əmlakına dair hissədə istəyir ki, bu əmlak da cavabdehdə saxlancdadır və əmlakın məhv yaxud korlanması barədə sübutlar mövcud deyildir. Qeyd edilməlidir ki, hazırki iddia tələbinin qismən təmin edilməsi tərəflərin qarşılıqlı razılığa gəlməməsi üçün əsas ola bilməz, əksinə, tərəflər, dövlətin tikinti və şəhərsalma sahəsində hüquq siyasətini, digər şəxslərin hüquqlarını və tərəflərin maraqlarına mütənasib müzakirələr aparıb, mübahisəni qarşılıqlı razılaşma əsasında (sui-istifadəyə yol vermədən) həll etməlidirlər.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 560, 1096- 1099, 1108, 1111, 1131, 1132-ci,, Mülki Prossesual Məcəlləsinin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80 – 82.1, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhərinin Səbail, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına istinadla əsaslandırmışdır. Kassasiya i nstansiyası məhkəməsindəki birinci icraat
23. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) 14 may 2019-cu il tarixli, 2(102)-2990/2019 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
26. Məhkəmə kollegiyası apellyas iya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bundan başqa, qərarda aşağıdakılar da qeyd edilmişdir.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.4, 6.1.5, 6.1.8, 6.1.9-cu maddələrin tələblərini kobud şəkildə pozaraq, söküntüyə məruz qalan mənzilin iddiaçının mülkiyyətində olmasına, mülkiyyət hüququnun isə toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən müdafiə edilməsinə, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsinə, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədal ətli ödənilməsi şərti ilə yol verilməsinə, cavabdeh təşkilatın açıq-aşkar hüquqdan sui-istifadə edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı, eləcə də Bakı şəhəri, Səbail rayon İHB-nın 28 fevral 2017-ci il tarixli, 21 saylı sərəncamı ilə ona verilmiş hüquqlardan iddiaçıya ziyan vurmaq məqsədi ilə istifadə etməsinə diqqət yetirmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, əslində cavabdeh təşkilatın iddiaçıya birbaşa maddi, mənəvi ziyan vuran hərəkətləri üçün qanunsuz əsas yaratmışdır.
28. Cavabdeh təşkilat iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətmişdir, yəni qanunla mülkiyyət hüququ qorunan iddiaçıya birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol vermişdir. Belə ki, iş materialları ilə sübut olunur ki, 06 iyul 2018-ci il tarixdə cavabdeh təşkilat tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 4-saylı evin, 2-ci mənzilinin yerləşdiyi 4mərtəbəli yaşayış binasında pilot layihə çərçivəsində söküntü işləri aparılarkən, həmin yaşayış binasına bitişik iddiaçıya məxsus 4-cü mənzilin divarı onların iradəsindən asılı olmayaraq uçmuşdur.
29. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün bilavasitə məsuliyyət daşıyan cavabdeh təşkilatın üzərinə işin hallarına, yəni iddiaçıya məxsus mənzilin sökülərək artıq mövcud olmamasını nəzərə alıb, ona dəymiş zərərin əvəzini naturada ödəmək, yəni ona qanunvericiliyin tələblərinə uyğun olaraq eyni növlü və keyfiyyətli mənzil vermək və ya sökülən mənzilin dəyərini bazar qiymətlərinə uyğun olaraq ədalətli ödəmək vəzifəsini qoymaq əvəzinə, onun mülkiyyətində olan mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi” barədə iddia tələbini rədd etməklə, əslində iddiaçını mülkiyyətində olan mənzildən məhrum etməklə, cavabdeh təşkilatı qanunsuz olaraq bu öhdəlikdən azad etmişdir.
30. Cavabdeh təşkilatın iddiaçıya qarşı həyata keçirmiş olduğu hərəkətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının, eləcə də Bakı şəhəri, Səbail rayon İHB-nın 28 fevral 2017-ci il tarixli, 21 saylı sərəncamının tələblərinə də cavab vermir. Belə ki, həmin qərar və sərəncamla cavabdeh təşkilata, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi, eləcə də həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin verilməsi üçün maliyyə vəsaitinin ayrılması tapşırılsa da, cavabdeh təşkilat nəinki mənzil sökülənədək bu vəzifəsini yerinə yetirmiş, əksinə, mənzili sökdükdən sonra da iddiaçı ilə hər hansı müqavilə bağlamağa və ya onun əmlakına dəymiş maddi zərəri naturada və ya kompensasiya şəklində ödəməyə belə cəhd göstərməmişdir.
31. Göründüyü kimi, cavabdeh təşkilatın iddiaçıya qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd və mülki qanunvericiliyin normalarını pozan əmələ, hərəkət və ya hərəkətsizliyə yol verməsi açıq-aşka r ortadadır və cavabdeh təşkilatın törətmiş olduğu delikt nəticəsində iddiaçıya maddi, mənəvi ziyan dəyməsi mülki iş materialları ilə istisna olunmur.
32. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb onlara obyektiv hüquqi qiymət vermədən, hansı dəlillərə əsasən iddiaçının apellyasiya şikayətini təmin etmədiyini, eləcə də mənzildə olmuş əmlaklara dair iddiaçının tələbini nəyə görə təmin etməməsini qətnamədə göstərmədən, həmçinin mənzilin cavabdeh təşkilat tərəfindən sökülüb dağıdılması nəticəsində onun keçirdiyi sarsıntıları, iztirabları, əzab və əziyyəti və sair işin hallarını nəzərə almadan, iddiaçının tələb etdiyi mənzildə olmuş əmlakların, adlarını, saylarını, növlərini, qiymətlərini və sair fərdi əlamətlərini müəyyən etmədən, zərurət yarandığı halda bu barə də iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırmış rəy almadan, yalnız cavabdeh təşkilatın gətirdiyi formal mülahizələrə əsaslanaraq iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
33. Məhkəmə qərarını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1, 1115ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elşad Şamayev) 22 iyul 2019-cu il tarixli, 2(103)-9777/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tar ixli, 2(009)-2742/2018 saylı qətnaməsi qismən - “iddiaçının mənzil hüququnun bərpa edilməməsi və mənəvi ziyanın tutulmaması” hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin real sahəsinin, yəni 96,9 kvadrat metr sahənin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 120 kvadrat metr tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, Cavabdeh MTK-dan İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi olaraq 3000 manatın tutulması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh təşki lat iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətmişdir, yəni qanunla mülkiyyət hüququ qorunan iddiaçıya birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol vermişdir. Bu faktı cavabdeh təşkilat özü də inkar etmir. Belə ki, iddia tələblərinə etiraz ərizəsindən, cavabdeh təşkilatın nümayəndəsinin izahatından, həmçinin məhkəməyə təqdim edilmiş 08 iyul 2018-ci il tarixli aktdan görünür ki, həqiqətən 06 iyul 2018-ci il tarixdə cavabdeh təşkilat tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş ünvan 3 evin, 2-ci mənzilinin yerləşdiyi 4 mərtəbəli yaşayış binasında pilot layihə çərçivəsində söküntü işləri aparılarkən, həmin yaşayış binasına bitişik iddiaçıya məxsus 4-cü mənzilin divarı onların iradəsindən asılı olmayaraq uçmuşdur.
36. Kollegiya hesab etmişdir ki, hazırkı iddia tələbi iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan və ona məxsus mənzilin əvvəlki vəziyyətdə bərpa edilməsi artıq qeyri-mümkün sayıldığından iddia tələbində nəzərdə tutulmasa da, ona dəymiş zərərin əvəzinin naturada ödənilməsi və ya cavabdehin üzərinə vurulmuş zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması, Mülki Məcəllənin 1115-ci maddəsinin tələblərindən irəli gəlir. Bu hal iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Çünki, MPM-nin 218.3-cü maddəsinin mənasına görə, işə baxan məhkəmə qanunda göstərilən müstəsna hallar olduqda iddia tələblərindən kənara çıxa bilər.
37. Həmçinin işdən görünür ki, cavabdehin iddiaçıya qarşı həyata keçirmiş olduğu hərəkətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 say iı qərarının, eləcə də Bakı şəhəri, Səbail rayon İHB-nın 28 fevral 2017-ci il tarixli, 21 saylı sərəncamının tələblərinə də cavab vermir. Belə ki, həmin qərar və sərəncamla cavabdeh təşkilata, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, həmçinin qanunverciliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi, eləcə də həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin verilməsi üçün maliyyə vəsaitinin ayrılması tapşırılsa da, cavabdeh təşkilat nəinki mənzil sökülənədək bu vəzifəsini yerinə yetirmiş, əksinə, mənzili sökdükdən sonra da iddiaçı ilə hər hansı müqavilə bağlmağa və ya onun əmlakına dəymiş maddi zərər i naturada və ya kompensasiya şəklində ödəməyə belə cəhd göstərməmişdir.
38. Cavabdeh iddia tələblərinə etiraz ərizəsində iddiaçıya məxsus sökülən mənzilin əvəzinə ona yeni tikilən binadan sahəsi 120,0 kv.metr olan təmirli mənzil təklif edildiyini, lakin iddiaçının bu təkliflə razılaşmayaraq, onlardan sahəsi 400,0 kv.metr olan 4 ədəd mənzil tələb etdiyini və sair göstərsə də, işdə, bu barədə, yəni iddiaçının qeyd olunan təkliflə razılaşmamasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur.
39. İddia tələbinin mənzilin və yaşayış sahəsinin bərpası tələbinə münasibətdə Kollegiya qeyd etmişdir ki, iddiaçıya məxsus mənzilin əvvəlki vəziyyətdə bərpa edilməsi artıq qeyri- mümkündür. İddiaçı mübahisəli mənzilin üçüncü mərtəbəsini inşa etmək üçün müvafiq icra hakimiyyəti orqanın razılığını alsa da, faktiki olaraq həmin mərtəbə inşa edilməmiş və mövcud olmamışdır. Mövcud olmayan tikiliyə görə isə yalnız müvafiq icazənin alınmasına istinad etməklə kompensasiya ödənilməsini tələb etmək nə qanuna, nə də məntiqə uyğun deyil
40. İddia tələbinin mənzildə olmuş əmlaklara dair maddi ziyanın ödənilməsi tələbinə dair hissədə Kollegiya hesab etmişdir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, cavabdeh təşkilatın söküntü üzrə mühəndis vəzifəsində çalışan işçiləri tərəfindən 08 iyul 2018-ci il tarixdə akt tərtib edilmiş və 06 iyul 2018-ci il tarixdə söküntü işləri həyata keçirilərkən, mübahisəli mənzilin divarının onların iradəsindən asılı olmayaraq uçduğu, bundan sonra həmin mənzildə olan ev əşyalarının xilas edilməsi üçün müvafiq təxirəsalınmaz tədbirlər görüldüyü və mənzildə olan iddiaçıy a məxsus ev əşyalarının mənzildən çıxarılaraq cavabdeh təşkilatın anbarına təhvil verildiyi qeyd edilmişdir. İşin hallarından və iddiaçı yeni apellyasiya baxışı zamanı verdiyi izahatında əşyalarının harada olması barədə onda məlumat olmadığını bildirmişdir. İşdən iddiaçının əşyalarının cavabdehdən tələb etməsinə dair hər hansı müraciət etdiyi də görünmür. Digər tərəfdən, iddiaçı həmin əşyaların konkret olaraq nədən ibarət olmaqla hansı dəyərdə olmasına dair məhkəməyə heç bir sübut təqdim etməməklə yanaşı iddia tələbini aydın ifadə etməmişdir.
41. İddia tələbinin 100.000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə tələbə münasibətdə isə Kollegiya qeyd etmişdir ki, mülkiyyətində olan mənzilin cavabdeh təşkilat təfindən sökülüb dağıdılması nəticəsində iddiaçı dərin sarsıntı keçirmiş, bi rdən-birə gözləmədiyi hadisə ilə qarşı-qarşıya gəlmiş, yaşadığı evin əldən çıxması nəticəsində stress, əsəb və iztirab keçirmişdir. Əmlakının qanunsuz şəkildə sökülməsi, bu hüquqazidd əməlin əmlak sahibi olan iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olması aşkardır və mübahisələndirilmir.
42. Məhkəmə qərarını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5, 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci, maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
43. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
44. İddiaçı kassasiya şikayətini onunla əsaslandır mışdır ki, cavabdeh MTK-nın təqdim etdiyi vəsatətdə iddiaçıya məxsus mənzilin 97 kvadrat metr olduğu qeyd edilsə də məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısını X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin təsdiq etdiyi "Şəxsi mülkiyyətdə olan evin Texniki Pasportu ilə mübahisəli evin 2 mərtəbəli olmaqla cəmi 117,1 kvadrat metr olduğu öz təsdiqini tapmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi həmin hala hüquqi qiymət verməmişdir.
45. Bundan başqa tutulmuş mənəvi ziyanın məbləği ağlabatan deyildir.
46. Həmçinin apellyasiya instansiyası məhkəməsində MTK-nın əmlakına yerli baxışın keçirilməsi və əmlak üzərində həbs qoyulması barədə vəsatət verilsə də məhkəmə isə yalnız əmlak üzərində həbs qoyulması barədə vəsatətə münasibət bildirmişdir. H albuki iddiaçının ev əşyalarının talan edilməsi barədə də tələbi var. Məhkəmə yerində baxış keçirməklə, faktiki olan əmlakları qeydə almalı idi. İddiaçının cavabdeh tərəfindən siyahıya alınmış ev əşyaları ilə bağlı isə ümumiyyətlə araşdırma aparılmamışdır.
47. Qətnamədə evin Cavabdeh MTK tərəfindən məhkəmə qərarı və ya onun razılığı olmadan söküldüyü, yəni cavabdehin əməlində cinayət tərkibinin olduğu tanınmışdır. Buna baxmayaraq məhkəmə cavabdehin cinayət məsuliyyətinə cəlb olunması üçün prokurorluq orqanlarına xəbər verilməsi haqqında iddiaya münasibətini bildirməmişdir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Mehparə Əhmədova və Qəhrəman Allahverdiyev) 13 yanvar 2020-ci il tarixli, 2(102)-95/2020 saylı qərarı ilə kassasiya şik ayəti Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4. 4 saylı mənzilin real sahəsinin, əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 120 kv.m tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nı üzərinə qoyulması hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə mübahisələndirilən qalan hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
49. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin real sahəsinin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında tam təmirli m ənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə düzgün nəticəyə gəlsə də, məhkəmə iddiaçıya veriləcək mənzilin sahəsini müəyyən edərkən səhvə yol vermiş, bu barədə nəticəyə gələrkən iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, mənzil sahəsinə dair həm işdə olan sənədlərdə ziddiyətli məqamların olmasını, həm də tərəflərin fərqli mövqedə olmalarını diqqətdən qaçırmışdır.
50. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus mənzilin real sahəsini 96,9 kvadrat metr kimi qeyd etmişdir. Lakin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısını X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin təsdiq etdiyi Şəxsi mülkiyyətdə olan evin Texniki Pasportundan müəyyən edilir ki, iddiaçının mülki yyətində olan ev 2 mərtəbəlidir və birinci mərtəbənin ölçüsü 56,5 kvadrat metr, 2-ci mərtəbənin sahəsi 60,6 kvadrat metr olmaqla cəmi 117,1 kvadrat metrdir.
51. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan mənzilin əvəzi kimi ona yeni tikilən binadan mənzilin verilməsini qət edərkən iddiaçıya məxsus mənzilin sahəsini və nəticədə ona uyğun olaraq yeni tikiləcək binada verilməsi nəzərdə tutulan mənzilin sahəsini düzgün müəyyən etməmişdir.
52. Mənəvi ziyanın əvəzi olaraq 3000 manatın tutulmasının qanunvericiliyin tələblərinə uyğun olmaması barədə kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə mülkiyyətindən məhrum olan iddiaçıya məhkəmə qətnaməsi ilə yeni tikiləcək binadan mənzilin əvəzləşdirilərək verilməsi qət edilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdeh təşkilat tərəfindən inşa edilən yaşayış binasının yaşayış üçün hazır olduğu günədək iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədi ilə hər ay 650 manat pulun cavabdeh təşkilatdan tutulub iddiaçıya ödənilməsi qət edilmiş və bu hissədə qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi, iddiaçının pozulmuş mülkiyyət hüquqları məhkəmə qətnamələri ilə tanınaraq bərpa edilmişdir. Belə olan halda iddiaçının məruz qaldığı mənəvi zərər kompensasiya edilmişdir.
53. Cavabdeh təşkilatın rəhbəri barədə xüsusi qərardad çıxarılması barədə iddia tələbinə qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı hər hansı bir şəxs barəsində x üsusi qərardad çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edə bilməz. Şəxsin əməlində cinayət tərkibinin olmasına şübhələr olduğu halda hər bir fiziki və ya hüquqi şəxs hüquq mühafizə orqanlarına müraciət edə bilər. Mülki məhkəmə icraatı qaydasında hər hansı bir şəxsin əməllərində cinayətin əlamətləri aşkar edildiyi halda isə xüsusi qərardadın çıxarılması məhkəmənin səlahiyyətinə aiddir.
54. Bundan başqa cavabdeh kassasiya şikayətində onun əşyalarına baxılması barədə vəsatətə münasibət bildirmədiyini qeyd etmişdir. Kassasiya şikayətinin bu dəlili ilə bağlı, yəni ona məxsus əmlakların cavabdeh təşkilat tərəfindən götürülməsinə dair irəli sürülmüş dəlil iddia tələbində və apellyasiya instansiyası məhkəməsində də irəli sürülmüş apellyasiya instansiyası məhkəməsi həmin dəlilə hüquq i qiymət vermişdir. Belə ki, iddiaçı həmin əşyaların konkret olaraq nədən ibarət olmaqla hansı dəyərdə olmasına dair məhkəməyə heç bir sübut təqdim etməməklə yanaşı iddia tələbini aydın ifadə etməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddanı həmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir.
55. Məhkəmə qərarını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1115-ci, Mülki Prosessual Məcəlləsinin 88, 265.4-cü, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 46.2, 204.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
56. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzə çi, Elnur Həsənov və Fuad Babayev) 16 iyun 2020-ci il tarixli, 2(102)-3133/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)2742/2018 nömrəli qətnaməsi iddia tələbinin “mənzilin və yaşayış sahəsinin bərpası” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin İddiaçı xeyrinə təhvil verilməsi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur..
57. Kollegiya iddiaçının mülkiyyət hüququnun toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən müdafiə edilmə sini, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsini, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin sökdüyü mənzilin əvəzinə cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m ((117.1×20%)=23,42+117.1=140,52 kv.m) tam təmirli mənzil iddiaçıya təhvil verilməlidir
58. Məhkəmə öz mövqeyini Mülki Prossesual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1, 217.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası P rezidentinin 26 əsaslandırmışdır. dekabr 2007-ci il tarixli fərmanının 2.3-cü bəndinə istinadla Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
59. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, ünvan 3 evin 4 saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 233 kv.m olan(qərarda mənzil sahəsinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarının və “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların in şasına yol verilən hallar”ın təsdiq edilməsi haqqında ” 04 dekabr 2012-ci tarixli 7 saylı qərarına və bu qərarın 3.8-ci maddəsinə uyğun hesablanması barədə) tam təmirli mənzilin (və ya həmin ərazinin bazar qiymətlərinə uyğun olaraq 532 800 manat məbləğində kompensasiya verilməsi) İddiaçı xeyrinə təhvil verilməsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, talan olunmuş əmlaka görə, ev tikilənə qədər kirayədə qalmaq haqqı və dəymiş maddi ziyanla birlikdə 100 000 (yüz min) manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması, mənəvi ziyanın əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 100 000 (yüz min) manat məbləğində vəsaitin tutulması barədə yeni qərar və Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Babək İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına xəb ər verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilən əsaslarla məhkəmə qaydasında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
60. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK məhkəmə qətnaməsinin qeyri müəyyən olmasından istifadə edərək, həmin qətnamə ilə onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirmir. Qətnamənin tam olması və yerinə yetirilməsində heç bir çətinlik olmaması üçün, razılaşdırılmış mənzilin layihəsi əsasında, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış müqavilə daxil edilməlidir. Qətnaməyə o cümlədən, mənzilin iddiaçıya nəyə əsasən təhvil verilməsi, kirayə haqqının hansı hala qədər ödəniləcəyi, Mənzilin Dövlət Qeydiyyat Vəsiqəsinin MTK tərəfindən nə vaxt təqdim ediləcəyi, MTK tərəfindən yoxa çıxar ılmış elektrik, qaz, su sayğaclarının təminatı kimi məsələlər də daxil edilməlidir. Həmçinin mənzilin ümumi sahəsinin, məhkəməyə həmin məqsədlə MTK tərəfindən təqdim olunmuş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası Qanuna uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları’nın və “Qanunvericilikdə nəzərdə tutulmuş hündür hasarların inşasına yol verilən halların təsdiq edilməsi haqqında” “04” dekabr 2012-ci tarixli 7 saylı Qərarının əsasında hesablanması göstərilməsinə də ehtiyac var. Apellyasiya Məhkəməsi öz qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məc əlləsinin Cavabdeh Mənzil Tikinti Kooperativi və onun sədri Babək İsmayılov tərəfindən pozulduğunu dolayı yolla təsdiq edib. Bu qanunsuzluğa yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına xəbər verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilən əsaslarla məhkəmə qaydasında xüsusi qərardad qəbul edilməsi məsələsinə baxılmayıb.
61. İddiaçıya məxsus olan mənzil, iddiaçının razılığı və ya məhkəmə qərarı olmadan tamamilə sökülmüş, evdə olan əmlakı isə talan edilmiş və küçəyə atılmışdır. Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə və digər normativ hüquqi aktlara görə vətəndaşların mülkiyyət və istirahət hüququ dövlət tərəfi ndən qorunur və təminat verilir. Cavabdeh kooperativisə yuxarıda göstərilən normativ hüquqi aktların tələblərini pozmaqla onun mülkiyyət hüququndan məhrum etmişdir İki ildən artıq müddət keçməsinə baxmayaraq, mülki iş üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi əmlaklarının siyahı əsasında və yararlı olaraq ona verməkdən imtina edir. Bu gün də əmlakının harada saxlandığını və ya məhv edildiyini, saxlanılıbsa hansı vəziyyətdə saxlandığını, yararlı vəziyyətdə olub-olmamasından məlumatlı deyil, əşyaların yararlığının yoxlanılması üçün məlikəmə tərəfindən ekspertiza keçirilməlidir.
62. Cavabdeh Mənzil Tikinti Kooperativi 2 ilə yaxındır ki, kirayə pulunu ödəmir. Məhkəmə və icra prosesinin ən azı 3 il müddət davam etməsi nəzərə alınarsa, bu müddətdə Cavabdeh Mənzil Tikinti Kooperativinin ödəməli olduğu pulu iddiaçı ödəyir.
63. Məhkəmə qərarında əldən çıxmış faydaya da münasibət bildirilməyib.
64. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Elşanə Vəliyeva sədrlik edən və məruzəçi, Abiddin Hüseynov və Aqil Abbasov) 15 mart 2021-ci il tarixli, 2(102)- 355/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4. 4 saylı mənzilin real sahəsinin, əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nı üzərinə qoyulması hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə mübahisələndirilən qalan hissədə i ddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
65. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, idiaçıya məxsus 117,1 kvadrat metr mənzilin əvəzində cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin İddiaçı xeyrinə təhvil verilməsi Cavabdeh MTK-nın üzərinə qoyulması qənaətinə gəlsə də, cavabdeh tərəfindən inşa edilən həmin binada bu sahəyə uyğun olan mənzilin olub-olmaması, belə sahəyə uyğun mənzil olmadığı halda, qətnamənin hansı qaydada icra olunacağı məsələsinə diqqət yetirməmişdir. Halbuki, sonuncu apellyasiya baxışı zamanı aparılmış araşdırma zamanı tərəflər arasında təhvil veriləcək olan mənz ilin sahəsinin hansı qaydada hesablanmalı olması, iddiaçıya təklif edilən mənzillərin sahələrinin 140,52 kv.m-nə uyğun olmaması ilə bağlı fikir ayrılıqları mövcud olmuş, bununla bağlı iddiaçının müvafiq vəsatətləri, cavabdehin təklifləri olmuşdur. Lakin, qətnamədə məhkəmə tərəfindən bu fikir ayrılıqları öz həllini tapmamış, yekunda məhkəmə aktının gələcəkdə icrasında yarana biləcək qeyrimüəyyənliklər qalmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən qətnamə tərəflərin hüquqlarının real bərpasını təmin etmir.
66. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 407.2, 416-cı maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üz rə 28 dekabr 2011-ci il tarixli və İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarlarında formalaşdırdığı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
67. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Tofiq Səmədov sədrlik edən və məruzəçi, İkram Şirinov və Anar Tanrıverdiyev) 22 iyul 2021-ci il tarixli, 2(103)-5220/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)-2742/2018 nömrəli qətnaməsi iddia tələbinin “mənzilin və yaşayış sahəsinin bərpası” hissəsində ləğv edilmiş, həmin hissədə idd ia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 145,34 kv.m olan tam təmirli mənzilin İddiaçı təhvil verilməsi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur.
68. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ümumiyyətlə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ziddiyyətlidir. Belə ki, məhkəmə 2018-ci ilin fevral ayından başlayaraq Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində sökülmüş 4 nömrəli binanın yerində Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binası yaşayışa istifadə üçün hazır olduğu günədək dövr üçün iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədilə hər ay 650 (altı yüz əlli) manat pul vəsaitinin "xxxx" M TK-dan tutulub İddiaçı ödənilməsini qət etməklə, faktiki olaraq İddiaçı həmin binadan mənzil verilməli olmasını qəbul etmiş, lakin mənzil məsələsi ilə bağlı tərəflər arasında mübahisə olduğu halda həmin mübahisəni həll etməmişdir.
69. Kollegiya iddiaçıya məxsus sökülmüş mənzilin sahəsinin (ölçüsünün) 117,1 kvadrat metr olduğunu, həmin mənzilin əvəzində cavabdeh "xxxx" MTK tərəfindən halhazırda İddiaçı sahəsi 145.34 m2 olan üç otaqlı mənzil təklif olunduğunu, lakin iddiaçı həmin ölçüdə dörd otaqlı mənzil istədiyini, MTK tərəfindən inşa olunan sözügedən binanın lahiyələndirməsində isə 145.34 m2 ölçüdə dörd otaqlı mənzil nəzərdə tutulmadığını, bu səbəbdən iddiaçı ilə cavabdeh arasında qismən razılıq əldə olunduğunu, bununla yanaşı təklif olunan mənzilin sahəsinin (ölçülərinin) iddiaçını qane etdiyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehin təqdim etdiyi sxem cizgilərinə uyğun olaraq həmin binanın 4-cü blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 145.34 m2 olan üç otaqlı tam təmirli mənzillə təmin olunmalı və bu mübahisənin həlli üçün mümkün olan real nəticədir.
70. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80, 88, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki dördüncü icraat
71. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, Bakı şəhəri. Səbail rayonu. Nizami küçəsi ev 4. 4 saylı evinin əvəzi olaraq. Cavabdeh "xxxx" MTK tərəfindən, həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış bin asında müvafiq sahəyə və otaq sayına malik mənzil təyin edib Məhkəmə Qərarına daxil edilməyini, təmin edilmiş, ümumi yaşayış sahəsi Azərbavcan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 nömrəli qərarı əsasında müəyyən edilmiş, 145.34 kv.m. olan tam təmirli 4 (dörd) otaqlı mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsini cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması, mənzilin qanunsuz və məhkəmə qərarı olmadan sökülməsinə, talan olunmuş əmlaka görə ev tikilənə qədər kirayədə qalmaq haqqı və dəymiş maddi ziyanla birlikdə 100 000 (yüz min) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, mənəvi ziyanın əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 100 000 (yüz min) manat məbləğində pulun tutulması barədə yeni qərar qəbul edilməsini, “Pilot Residence" MTK-nın sə dri Babək İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına xəbər verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilən əsaslarla məhkəmə qaydasında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
72. İddiaçı kassasiya şikayətini əvvəlki şikayətlərinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyasının qətnaməsində olan ziddiyyətlər onun icrasını qeyri mümkün edir. Belə ki, "xxxx" MTK tərəfindən məhkəməyə təqdim olunmuş 4-cü blokun 3-cü mərtəbəsindəki mənzilin planı 3 otaqlı mənzilin devil, 2 otaqlı mənzilin planıdır. Cavabdeh MTK-nın internet satışda təqdim etdivi 2 otaqlı mənzil planı binanın 4-cü blok 3-cü mərtəbəsində olan mənzilin planı ilə eynidir. Apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi ilə iddiaçıya verilən mənzilin otaqlarının sayı isə 3 olmalıdır. Bundan başqa qətnamə ilə iddiaçıya verilməli olan mənzilin ümumi sahəsi 145.34 kvadrat metr olmalı olduğu halda Cavabdeh MTK tərəfindən məhkəməyə təqdim olunmuş binanın 4-cü blok 3-cü mərtəbəsindəki mənzil planınındakı hər bir otaq, mətbəx, eyvan, dəhliz və sair sahələrin cəmi 120.49 kvadrat metr təşkil edir.
73. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6400/2021, 23 dekabr 2021-ci il tarixli saylı qərarı ilə (hakimlər Xəlilov İsmayıl (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər və Xələfov İlqar) kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5220/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün B akı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
74. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olsa da apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinə riayət etmədən qanunazidd və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının sökülmüş evinin iki mərtəbəli, 4 otaqlı və 117.1 kv.m olması işin mübahisəsiz halı olmaqla, Cavabdeh MTK tərəfindən məhkəməyə təqdim olunmuş mənzilin planına əsasən, iddiaçıya təklif olunan həmin mənzil isə üç otaqlı deyil, 2 otaqdan ibarətdir. Təklif olunan mənzilin əslində 2 otaqdan ibarət olması mənzilin planı ilə təsdiq olunur ki, bu da qətnamənin icra oluna bilənliyini qeyri-mümkün edir.
75. Halbuki, apelyasiya məhkəməsi tərəflərin mübahisə ilə bağlı qismən də olsa razılığa gəlmələrini nəzərə alaraq cavabdeh tərəfindən təklif olunan şərtlərlə razılaşmasını qərarında qeyd etmişdir. Lakin, cavabdehin belə bir təklifinin həqiqi olması iş materialları ilə təsdiq edilmir. Cavabdehin dediyi o vaxt real təklif hesab olunur ki, o, iddiaçıya üç otaqlı mənzilin rəsmi sənədlər əsasında mövcud olmasını, sahəsinin ölçüsünü təsdiq edən sübutları təqdim etsin, real olaraq mənzili iddiaçıya təklif edərək ona baxış keçirməsini təmin etsin. Lakin, mübahisə başlanan tarixdən cavabdeh təşkilat iddiaçını inşa edilmiş evə buraxmaqdan, təklif etdiyi mənzili real olaraq ona təqdim etməkdən, həmin mənzilin mövcud olması, onun yerləşmə şəraiti ni, mövcud vəziyyəti ilə tanış etməkdən imtina edir. İddiaçı kassasiya şikayətində qeyd edir ki, hal-hazırda da həmin binaya onu buraxmırlar. Cavabdehin təklifi nümayəndənin dediyi sözdən başqa heç bir sübutla təsdiq edilmir. İddiaçı isə təklif olunan mənzilin layihəsinə dair sənədləri təqdim edərək həmin mənzilin iki otaqlı olduğunu israr edir və mənzilin vəziyyəti ilə ümumiyyətlə tanış olmadığını bildirir. Belə razılaşma çıxarılan qərarın əsasını təşkil edə bilməz. Çünki, çıxarılacaq məhkəmə qərarının icra olunacağı şübhə doğurmaqla yanaşı, gələcəkdə tərəflər arasında yeni mübahisələrin yaranmasına yol açmış olar. Ona görə işə yenidən baxılarkən məhkəmə işin məhkəmələr tərəfindən müəyyən edilən faktiki hallarından çıxış edərək mübahisəni birdəfəlik həll etməlidir.
76. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları isə ondan ibarətdir ki, cavabdeh təşkilat iddiaçının mülkiyətində olan iki mərtəbəli, 4 otaqlı, sahəsi 117,1 kvadrat metr olan evini sökmüş, içərisində olan əşyaları isə hal-hazıradək yeri məlum olmayan anbarına daşımaqla iddiaçıya ziyan vurmuşdur.
77. Kassasiya instansiyası məhkəmələri hər dəfə apelyasiya məhkəməsinin qətnamələrini ləğv edərkən mövqe ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün bilavasitə məsuliyyət daşıyan cavabdeh təşkilatın üzərinə dəymiş zərərin əvəzini naturada ödəmək, yəni ona qanunvericiliyin tələblərinə uyğun olaraq eyni növlü və keyfiyyətli mənzil vermək və ya sökülən mənzilin dəyərini bazar qiymətlərinə uyğun olaraq əda lətli məbləğ ödəmək vəzifəsini qoymalıdır.
78. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işə yenidən baxılarkən cavabdeh təşkilatın iddiaçıya barışıq təklifinin real təklif olub-olmaması ilə bağlı dəyərləndlirmə aparlmalı, cavabdeh təşkilat buna təşəbbüs göstərdiyi təqdirdə MPM-nin 14.3. maddəsinə əsasən tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməli, əks təqdirdə mübahisəyə mövcud sübutlar əsasında qiymət verməlidir.
79. Məhkəmə kollegiyası bir məsələni də xüsusi olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən, cavabdeh MTK-nın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmamasına da hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması məsələsi mütləq müzakirə edilməlidir. Belə ki, cavabd eh şirkətin əməkdaşları iddiaçının xüsusi mülkiyyətində olan evini məhv edərək orada olan əmlakları naməlum istqamətə daşımaqla ona külli miqdarda zərər vurmuşlar. Artıq neçə illərdir ki, iddiaçı hüquqlarının bərpasına nail ola bilmir. Evi sökərək məhv edən şirkət iddiaçının hüquqlarının bərpa edilməsinə təşəbbüs göstərmir. Məhkəmələr mülki işə baxarkən guya cavabdeh şirkətin işçilərinin iradəsindən asılı olmayaraq iddiaçının evinin sökülməsini bildirsələr də bu hal öz təsdiqini tapmır. Əksinə, məhkəmələr müəyyən etmişlər ki, məhz həmin evə bitişik ev sökülərkən iddiaçıya məxsus ev sökülmüşdür. Eyni zamanda, məhkəmələr onu da müəyyən etmişlər ki, iddiaçının evi qəzalı vəziyyətdə olmuş və guya qonşular üçün təhlükə törətmişdir. İddiaçının evinin qəzalı vəziyətdə olması cavabdehin məsuliyy ətini azaldan hal deyil. Əksinə, inşaat işlərini aparan şirkət bilirdi və bilməlidi ki, qəzalı vəziyyətdə olan evə bitişik olan evi sökərkən iddiaçıya məxsus olan ev də söküləcək. Deməli, cavabdeh şirkətin əvvəlcədən niyyəti hər bir halda iddiaçının evinin sökülməsinə yönəlmişdir. Hətta şirkətin israr etdiyi kimi nəzərə alınsa ki, həmin əməl ehtiyatsızlıqla törədilmişdir, yenə də Cinayət Məcəlləsinin 187-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradan hərəkətdir. Çünki özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır.
80. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının nəzərinə çatdırmışdır ki, evin sökülməsi nəticəsində əmlakının talan olunm ası ilə bağlı vurulan maddi ziyan, eləcə də ona vurulan mənəvi ziyanla bağlı hazırkı icraatda yenidən qərar qəbul edilməsi mümkün deyil. Çünki həmin tələblərlə bağlı məhkəmələrin çıxarmış olduğu qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən əvvəlki icraatda dəyişdirilmədən saxlanmışdır. Ona görə kassasiya şikayəti həmin tələblərlə bağlı əsaslı hesab oluna bilməz.
81. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 407.2, 416-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki beşinci icraat
82. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2154/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Kazımov Elşən - sədrlik edən və məruzəçi, Cəfərov Namiq və Kərimli İlham) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2742/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan - Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki 4 nömrəli evin, 4 nömrəli mənzilinin cavabdeh tərəfindən bərpa edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olmuş, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki 4 nömrəli evin, 4 saylı mənzilinin əvəzinə, həmin ərazidə inşa edilən çoxmənzilli yaşayış binasında, ümumi sahəsi 145.34 kv. metr olan 4 otaqlı tam təmirli mənzilin verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tiki nti Kooperativinin üzərinə qoyulması, bu, mümkün olmadıqda isə həmin mənzilin bazar dəyəri olan 472300 (dörd yüz yetmiş iki min, üç yüz) manat pulun Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
83. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin göstərişinin icrası ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi mübahisəni barışıq sazişi ilə tamamlamağı növbəti dəfə təklif etmiş, cavabdehin nümayəndəsi və vəkili bu dəfə ümumi sahəsi 121.29 kv. metrdən ibarət eyni 2 otaqlı, lakin otaqların bölünərək 4 otağa düzəldilmiş mənzilin planını iddiaçıya təklif etdi, eyni zamanda 145,34 kv.metr ümumi sahəsi olan həqiqi 3 yaxud 4 otaqlı mənzillərin həmin binada olmadığını bildirdi. Lakin iddiaçı cavabdehin bu təklifinin əvvəlkindən heç nə ilə fərqlənmədiyinə görə qəbul etməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri ilə bağlı tərəflərə olan barışıq təklifi heç bir nəticə vermədi. Başqa sözlə cavabdeh MTK əslində 2 otaqlı olan, ancaq otaqların sahəsinin azalması nəticəsində artırılan, ümumi sahəsi 121.29 kv. metr olan 4 otağa düzəldilmiş mənzili yaxud iddiaçının sökülmüş mənzilinin bazar dəyərini verə biləcəyini iddiaçıya təklif etdi. İddiaçı isə bu təkliflərin heç biri ilə razılaşmadı, ən azı 4 otaqlı, yaşayış sahəsi 232.2 kv. metr olan mənzilin verilməsini tələb edir. Demək, apellyasiya instansiyası məhkəməsinin bütün cəhdlərinə baxmayaraq tərəflərin mübahisəni barışıq sazişi ilə tamamlamaları baş tutma mışdır.
84. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi 09 mart 2022-ci il tarixli qərardadı ilə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinin icrası ilə əlaqədar hesab etmişdir ki, Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi ev 4 ünvanında yerləşən 4 saylı mənzilin (evin iki mərtəbəli, 4 otaqlı və 117.1 kv.m olması işin mübahisəsiz halıdır) 2018-ci ilin iyul ayının 8-də, yəni söküldüyü vaxt bazar dəyərinin yaxud sökülməsəydi bugünə olan bazar dəyərinin nə qədər təşkil etməsi, eləcə də cavabdeh tərəfindən həmin ünvanda yaxud ona yaxın ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 145,34 kv.m olan tam təmirli 3 və 4 otaqlı mənzilin ayrı-ayrılıqda bazar dəyərinin nə qədər təşkil etməsi müəyyən edilməlidir. 85. "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin 28 mart 2022-ci il tarixli 15/0289 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4 ünvanında yerləşən 4 saylı mənzilin xx.xx.2018-ci il tarixinə hesablanmış bazar dəyəri 169.000 manat; Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4 ünvanında yerləşən 4 saylı mənzilin xx.xx.2022-ci il tarixinə hesablanmış bazar dəyəri 188.500 manat; Həmin ünvanda və yaxud ona yaxın ərazidə inşa edilən hündürmərtəbəli çoxmənzilli yaşayış binasında ümumi sahəsi 145.34 kv. metr olan 3 otaqlı təmirli mənzilin bazar dəyəri 465.000 manat; Həmin ünvanda və yaxud ona yaxın ərazidə inşa edilən hündürmərtəbəli çoxmənzilli yaşayış binasında ümumi sahəsi 145.34 kv. metr olan 4 otaqlı təmirli mənzilin bazar dəyəri isə 472.300 manat təşkil edir. Qeyd olunan mənzillərin bazar dəyərinin göstərilən məbləğ təşkil etməsini tərəflər mübahisələndirməmiş, əksinə qiymətləndiricinin müəyyən etdiyi qiymətlərin həqiqi olduğu ilə razılaşmışdırlar.
86. Kollegiya hesab etmişdir ki, cavabdeh MTK iddiaçının mülkiyətində olan iki mərtəbəli, 4 otaqlı, sahəsi 117,1 kvadrat metr olan evini sökmüş, içərisində olan əşyaları isə hal-hazıradək yeri məlum olmayan anbarına daşımaqla iddiaçıya ziyan vurması işin mübahisəsiz halıdır. Buna baxmayaraq, iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün cavabdeh dəymiş zərərin əvəzini naturada ödəmək, yəni ona qanunvericiliyin tələblərinə uyğun olaraq eyni növlü və keyfiyyətli mənzil vermək və ya yeni mənzilin dəyərini ödəmək vəzifəsini icra etmək istəmir. Əgər iddiaçıya qanunsuz sökdüyü mənzilin əvəzində yeni mənzil vermək yaxud yeni mənz ilin dəyərini bazar qiymətlərinə uyğun ədalətli məbləği ödəmək vəzifəsini icra etmək istəsəydi, yəqin ki, bu ana qədər bu məsələni həll edərdi. Demək etmədiyi üçün üzərinə məhkəmə qərarı əsasında öhdəliyini məcburi icra etmək vəzifəsi qoyulmalıdır. Çünki, mübahisə birdəfəlik həll edilməlidir.
87. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının evi 4 otaqlı olmuş və bu evi artıq cavabdeh iddiaçıya zərər vurmaqla qanunsuz sökmüşdür. Cavabdeh də iddiaçıya əvvəl təklif etdiyi ölçüdə, yəni 145.34 kv. metr sahəsi olan, özü də 4 otaqdan ibarət mənzil verməlidir. Çünki, iddiaçının mənzili 4 otaqlı olmuşdur. İddiaçı sökülməsəydi öz 4 otaqlı mənzilindən və orada yaşamaqdan məmnun idi. Cavabdeh ona zərər vurub mənzilini sökməsəydi, yəqin ki, aralarında bəlkə də heç bir mülki hüquq münasibəti yaranmay acaqdı. Ancaq tərəflər arasında artıq zərər vurmadan əmələ gələn mülki hüquqi mübahisə yaranmışdır və bu mübahisə də həllini tapmalıdır. Cavabdehin mənzili verməsi mümkün olmadıqda isə ona görə 472300(dörd yüz yetmiş iki min, üç yüz) manat ödəməlidir ki, 145.34 kv. metr sahəsi olan, yeni 4 otaqdan ibarət tam təmirli mənzilin hazırki bazar dəyəri, həmin məbləği təşkil edir. Cavabdehin iddiaçıya sökülmüş mənzilin dəyərini təklif etməsi isə yolverilməzdir. Çünki, iddiaçı həmin(sökülmüş mənzilin dəyəri olan) vəsait hesabına, eyni ərazidə 145.34 kv. metr sahəsi olan tam təmirli 4 otaqlı mənzil ala bilməz. Qeyd olunduğu kimi, həmin ərazidə, 145.34 kv. metr sahəsi olan, yeni 4 otaqdan ibarət tam təmirli mənzilin hazırki bazar dəyəri 472300(dörd yüz yetmiş iki min, üç yüz) manat təşkil edir və bu faktı cavabdeh mübahisələndirməmişdir.
88. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci,, Mülki Prosessual Məcəlləsinin 384, 385, 386, 388, 390, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
89. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olmuş, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki 4 nömrəli evin, 4 saylı mənzilinin əvəzinə, həmin ərazidə inşa edilən çoxmənzilli yaşayış binasında, ümumi sahəsi 117.1 kv.m olan 4 o taqlı tam təmirli mənzilin verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, bu mümkün olmadıqda isə həmin mənzilin bazar dəyəri olan 188.500 (bir yüz səksən səkkiz min beş yüz) manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
90. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası öz qətnaməsini əsaslandırarkən yalnız Ali Məhkəmənin göstərişlərinə istinad etmiş və bu əsasla qanunsuz olaraq hesab etmişdir ki, iddiaçıya onun tələbinə uyğun olaraq 117.1 kv.m +20%, cəmi 145.34 kv. metr mənzil verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarında və ya digər normativ aktlarda sökülən və yenisi ilə əvəz olunan mənzillərin əvəzinə əlavə olaraq 20% kv.m sahənin ver ilməsi nəzərdə tutulmamışdır.
91. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı mübahisə həll edilərkən dövlət ehtiyacları üçün məcburi satınalma qaydaları tətbiq edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsi 31 may 2020-ci il tarixli qərarında da qeyd etmişdir ki, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Pre zidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
92. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlir ki, iddiaçının evi 4 otaqlı olmuş və bu evi artıq cavabdeh iddiaçıya zərər vurmaqla qanunsuz sökmüşdür. Cavabdeh də iddiaçıya əvvəl təklif etdiyi ölçüdə, yəni 145.34 kv. metr sahəsi olan, özü də 4 otaqdan ibarət mənzil verməlidir. Çünki, iddiaçının mənzili 4 otaqlı olmuşdur. İddiaçı sökülməsəydi öz 4 otaqlı mənzilindən və orada yaşamaqdan məmnun idi. Cavabdeh ona zərər vurub mənzilini sökməsəydi, yəqin ki, aralarında bəlkə də heç bir mülki hüquq münasibəti yaranmayacaqdı. Ancaq tərəflər arasında artıq zərər vurmadan əmələ gələn mülki hüquqi mübahisə yaranmışdır və bu mübahisə də həllini tapmalıdır”. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, "xxxx" MTK olaraq məqsədlər i hər hansı bir şəxsə ziyan vurmaq deyil, cənab Prezidentin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına müvafiq olaraq Səbail rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olmuşdur. İş materiallarında əlavə edilmiş AR FHN Tikintidə X2 Agentliyinin ünvan 8 ünvanlarında yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında Aktdan da göründüyü kimi iddiaçıya məxsus evin istismar müddəti başa çatmışdır. Dövlətin qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinləri n mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihədən gözlənilən məqsəd ilə apellyasiya məhkəməsinin mövqeyi uzlaşmır. Yəni Apellyasiya Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı nə qədər də qəzalı vəziyyətdə olan mənzildə yaşamaqdan özünü “məmnun” hesab etməsi, həmin evin qəzalı olmasını və gələcəkdə iddiaçının özü və ətrafdakılar üçün təhlükə törətmasini istisna etmir. İddiaçı ilə aralarındakı mübahisənin sülh yolu ilə həlli məqsədi ilə onlar tərəfindən edilmiş təkliflər müxtəlif bəhanə və əsaslarla qəbul edilməmişdir. Daha öncəki apellyasiya icraatında təqdim etdikləri yazılı etiraz və təklifdə də qeyd etdikləri kimi iddiaçıya dəymiş ziyan müəyyən edilərkən sökülən mənzilin sahəsindən əlavə 20%-in verilməsinin dövlət ehtiyyacları üçün məcburi satınalma halla rında mümkün olduğunu, hazırki mübahisədə isə bundan söhbət getmədiyini, buna baxmayaraq iddiaçı ilə mübahisənin uzanmaması üçün iddiaçıya 145.34 kv. metr mənzil təklif edildiyini, iddiaçının bu təkliflə razılaşmayacağı təqdirdə digər hüquqlarını özlərində saxlı tutduqlarını qeyd etmişlər. Lakin iddiaçı edilmiş təkliflərlə razı olmamışdır. Yəni mübahisə razılaşma - sülh yolu ilə həll edilməmişdir. Belə olan halda Məhkəmə kollegiyası ilk növbədə qanunvericiliyin tələblərini əsas tutaraq iddiaçıya dəymiş ziyanı müəyyən etməli idi. Bu baxımdan AR Mülki Məcəlləsinin 1115-ci maddəsinə müvafiq olaraq, 4 saylı mənzilin xx.xx.2018-ci il tarixinə hesablanmış bazar dəyərinin 169.000 manat; Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4 ünvanında yerləşən 4 saylı mənzilin xx.xx.2022-ci il tarixinə he sablanmış bazar dəyəri 188.500 manat olmasını da nəzərə alaraq cavabdehin üzərinə sahəsi 117.1 kv.m olan mənzilin verilməsi, bu mümkün olmadıqda isə həmin mənzilin bazar dəyəri olan 188.500 manat pulun verilməsi öhdəliyi qoyulmalı idi. Yuxarıda qeyd olunanlara və Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyinə əsasən hazırki mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
93. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
94. Maddə 6.1.4. mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərinə aiddir;
95. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə ist ifadə edilməsi yolverilməzdir.
96. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
97. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
98. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
99. Maddə 1097.3 Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçü n) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
100. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
101. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
102. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
103. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
104. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
105. Maddə 407.2 Kassasiya şikayətin də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
106. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
107. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi ş ikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
108. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
109. Qətnamə Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
110. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
111. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
112. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, xx.xx.2018-ci il tarix də "Pilot Residence” MTK tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş ünvan 4 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binası pilot layihə çərçivəsində sökülərkən həmin yaşayış binasına bitişik ünvan 5 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan mənzilin divarı uçmuş, həmin mənzildə olan ev əşyaları mənzilin mülkiyyətçisinin məlumatı olmadan şirkət tərəfindən mənzildən çıxarılmış və cavabdehin deməsinə görə Cavabdeh MTK-nın anbarına yerləşdirilmişdir.
113. Göründüyü kimi cavabdehin hüquqa zidd əməli nəticəsində iddiaçı əmlakından məhrum olmuş və ona maddi ziyan dəymişdir. Belə olan halda qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin əvəzi zərərvuran, yəni cavabdeh MTK tərəfindən tam həcmdə ödənilməlidir. (98)
114. Bu zama n mübahisənin düzgün həll edilməsi üçün vurulmuş zərərin həcmi müəyyən edilməlidir ki, bunun üçün də apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəyi alınmış və "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin 28 mart 2022-ci il tarixli 15/0289 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4 ünvanında yerləşən 4 saylı mənzilin xx.xx.2018-ci il tarixinə hesablanmış bazar dəyəri 169.000 manat; Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4 ünvanında yerləşən 4 saylı mənzilin xx.xx.2022-ci il tarixinə hesablanmış bazar dəyəri 188.500 manat; Həmin ünvanda və yaxud ona yaxın ərazidə inşa edilən hündürmərtəbəli çoxmənzilli yaşayış binasında ümumi sahəsi 145.34 kv. metr olan 3 otaqlı təmirli mənzilin bazar dəyəri 465.000 manat; Həmin ünvanda və yaxud ona ya xın ərazidə inşa edilən hündürmərtəbəli çoxmənzilli yaşayış binasında ümumi sahəsi 145.34 kv. metr olan 4 otaqlı təmirli mənzilin bazar dəyəri isə 472.300 manat təşkil edir. Qeyd olunan mənzillərin bazar dəyərinin göstərilən məbləğ təşkil etməsini tərəflər mübahisələndirməmiş, əksinə qiymətləndiricinin müəyyən etdiyi qiymətlərin həqiqi olduğu ilə razılaşmışdırlar.Ona görə də məhkəmə kollegiyası cavabdehə məxsus mənzilin 4 otaqlı olmasını, əvvəlki məhkəmə icraatı zamanı cavabdehin sahəsi 145 kv.m. olan mənzilin verilməsinə razılıq verməsini, "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin 28 mart 2022-ci il tarixli 15/0289 nömrəli rəyini, “Bakı şəhəri, Səbail, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlav ə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının əsas məqsədinin qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarət olmasını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq İddiaçı mülkiyyətində olmuş, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki 4 nömrəli evin, 4 saylı mənzilinin əvəzinə, həmin ərazidə inşa edilən çoxmənzilli yaşayış binasında, ümumi sahəsi 145.34 kv. metr olan 4 otaqlı tam təmirli mənzilin verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, bu, mümkün olmadıqda isə həmin mənzilin bazar dəyəri olan 472300 (dörd yüz yetmiş iki min, üç yüz) manat pulun Cavabdeh Mənzil Tikinti Kooperativindən tutu laraq İddiaçı ödənilməsi nəticəsinə gəlmişdir.
115. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında qeyd edir ki, hər hansı məhrumetmə qanuni olmalı və qanuni məqsəd daşımasından əlavə həmçinin mütənasiblik tələbinə uyğun olmalıdır. İctimaiyyətin ümumi maraq tələbləri və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı tələblər arasında ədalətli tarazlıq (balans) olmalıdır, bu cür ədalətli tarazlığın axtarışı bütün Konvensiyaya xasdır. Zəruri tarazlığın əldə olunması o halda mümkün deyil ki, şəxs fərdi və həddən artıq yük daşıyır (bax Sporrong və Lönnroth İsveçə qarşı, 23 Sentyabr 1982, §§ 69-74, A seriyaları no. 52; Brumaresku Rumıniyaya qarşı (GC), no. 28342/95, § 78, AİHM 1999-Vİİ; X5rşı, no. 3851/12, §§ 58-59, 11 Dekabr 2014, və həmin işlərdə istinad olunan işlər).
116. Ədalətli tarazlığın təmin olunmasının göstəriciləri kimi əsasən kompensasiyanın ödənilməsi, onun dəyərinin mülkiyyətin qiymətinə mütənasib (proporsional) olması və ağlabatan müddətdə ödənilməsi çıxış edir.
117. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
118. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2154/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.