Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4487/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarlı hesab edilməsi 23.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1168/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xxx saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus 0,90 ha torpaq sahəsindən 7199,86 kv.metr bağ sahəsinin 24 yanvar 2005-ci il tarixdə ona satılmasına dair əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınaraq adına dövlət qeydiyyatına alınıb reystrdən çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin materiallarından görünür ki, iddiaçının təqdim etdiyi xxx saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Quba rayon İqriq kəndi ərazisindən 0,90 ha torpaq sahəsinin Cavabdeh1, Cavabdeh2, X8 və X11 verildiyi qeyd edilmişdir.
3. Eyni zamanda iş materiallarından görünür ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xxx saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Quba rayon İqriq kəndi ərazisindən 0,90 ha torpaq sahəsinin X4, X12, X1 və X3 verildiyi qeyd edilmişdir.
4. Həmçinin iş materiallarından görünür ki, 24 yanvar 2005-ci il tarixli müqavilə ilə Cavabdeh1 və Cavabdeh2 torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında onlara verilmiş 0,90 hektar torpaq sahəsindən 7199,86 kv.metr bağ hissəsini İddiaçı1 razılaşdıqları qiymətə satm ışlar. Həmin müqavilədə qeyd edilmişdir ki, torpağın pulunu İddiaçı1 tam almışlar. Ondan heç bir tələbləri qalmamışdır. Ona görə də, müqavilənin doğruluğunu imzaları ilə təsdiq edirlər.
5. İddiaçı bildirir ki, 2005-ci ilin yanvar ayında cavabdehlər Cavabdeh1və Cavabdeh2 Dövlət aktı əsasında onlara ayrılmış 0,90 ha torpaq sahəsinin 7199,86 kv.metr bağ sahəsi hissəsinin pulunu ödəməklə ona satmışlar və aktın əslini də ona vermişlər. Alqı-satqı barədə aralarında həmin tarixdə müqavilə bağlanmış və həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Bağ sahəsinə qulluq edir və becərmə işləri aparır. Cavabdehlər bağ sahəsini ona satarkən bildirmişlər ki, aralarında olan alqı-satqını bu yaxınlarda notariat kontorunda rəsmiləşdirəcəklər. O, da cavabdehlərin sözünə inanmış, bir müddətdən sonra o, cavabdehlərə notariat kontoruna getməyi təklif etdikdə onlar hər dəfə onun təklifindən yayınmışlar.
6. Cavabdehlər bildirirlər ki, həqiqətən o və həyat yoldaşı X 24 yanvar 2005-ci ildə mülkiyyətlərində olan 0.90 ha torpaq sahəsindən 7199.86 kv metr bağ sahəsini İddiaçı1 satmışlar və sonuncu torpaq sahəsinin dəyərini onlara ödəmişdir. Lakin sonradan şəxsiyyət vəsiqələri olmadığından notariat kontoruna gedə bilməmişlər. Hal-hazırda iddianın təmin edilməsinə heç bir etirazları yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Quba Rayon Məhkəməsinin 01 aprel 2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsi ilə (hakim F.N.Pənahov) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab olunması tələbinə dair iddiası təmin edilmiş, cav abdehlər Cavabdeh1 və Cavabdeh2, onların iki azyaşlı uşaqları X8 və X11 xxx saylı Torpağın mülkiyyət verilməsinə dair Dövlət aktı ilə məxsus olan 0,90 ha torpaq sahəsindən 7199,86 kv.metr bağ sahəsinin İddiaçı1 24 yanvar 2005-ci il tarixdə alqı-satqı qaydasında satmalarına dair aralarında bağlanmış əqd etibarlı hesab edilmiş və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, həmin torpaq sahəsinin İddiaçı1 adına Dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə aldığı vaxtdan qulluq göstərərək istifadə etmiş, aldığı torpağın dəyərini cavabdehlərə tam ödəməklə aralarında bağlanmış əqdi icra etmişdir. Cavabdehlər isə alqı-satqı müqaviləsini notariat orqanında təsdiq etdirməkdən yayınmışlar.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci, Mülki Prosessual Məcəllənin 191.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Birinci instansiya məhkəməsinin qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1168/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev - sədrlik edən və məruzəçi, G.Tağızadə və L.Məmmədova) X verdiyi apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 01 aprel 2008-ci il tarixli qətna məsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların iki azyaşlı uşaqları X9 və X11 xxx saylı Torpağın mülkiyyət verilməsinə dair Dövlət aktı ilə məxsus olan 0,90 ha torpaq sahəsindən 7199,86 kv.metr bağ sahəsinin İddiaçı1 24 yanvar 2005-ci il tarixdə alqı-satqı qaydasında satmalarına dair aralarında bağlanmış əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, həmin torpaq sahəsinin İddiaçı1 adına Dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsinə dair iddia ərizəsi təmin edilməmiş, iddia ərizəsi verilməsi üçün ödənilmiş 19,80 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətn aməni onunla əsaslandırmışdır ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil vermiş Dövlət aktlarının qeydiyyatı kitablarında, o cümlədən kadastr məlumat bazasında olan pay torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında, aktın nüsxəsində xxx saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı digər şəxslərin X6, X16, X5 və X2 adlarına qeydə alınmışdır. 13. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 9.1.2 və 9.1.3-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməklə aparılır.
14. Eyni zamanda tərəflər məhkəmə kollegiyasının iclasında izahat verərək göstərdilər ki, tərəflər arasındakı mülki münasibətlər 2005-ci ildə deyil, 2007-ci ildə baş vermişdir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməklə maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmiş və əsassız bir nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işi n yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil vermiş Dövlət aktlarının qeydiyyatı kitablarında, o cümlədən kadastr məlumat bazasında olan pay torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında, aktın nüsxəsində xxxx saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı digər şəxslərin X6, X16, X5 və X2 adlarına qeydə alınması ilə əsaslandırsa da, tərəfimizdən məhkəməyə təqdim edilmiş Cavabdeh1, Cavabdeh2, X7 və X10 adına verilmiş JN 113, kod 30304038 saylı torpağın mülkiyyətə veril məsinə dair dövlət aktını nəzərə almamış. İş materiallarında olan aktlardan hansının qanuni olub-olmamasını araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ka ssasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o va xt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxla nılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə (2005-ci il noyabrın 1-dək qüvvədə olmuş redaksiya)
25. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. (maddə 335.2) Mülki Prosessual Məcəllə
26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
29. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
30. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
32. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
34. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (29)
35. İş materialları ilə müəyyən olunur ki, hazırkı mübahisə torpağın alqı-satqısına dair müqavilənin etibarlı hesab edilməsi, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət qeydiyyatına alınıb reyestrdən çıxarış verilməsindən ibarətdir.
36. Həmçinin iş materiallarından görünür ki, həmin tələb üzrə iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsindən üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd etmişdir.
37. X apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə daşınmaz əşyaların alqı-satqı müqavilələri notarial qaydada bağlanmalıdır və həmin müqavilələri təsdiq etmək səlahiyyəti notariusa məxsusdur. Ona görə də bu qəlibdən olan əqdlərin məhkəmə qətnaməsi ilə etibarlı sayılmasına yol verilmir. 3
8. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi X belə bir məzmunda apelyasiya şikayəti verməyə subyektiv hüququnun olub-olmamasını yoxlamamışdır.
39. Halbuki, apelyasiya instansiyası məhkəməsi ilk olaraq şikayət vermiş şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
40. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
41. Bundan başqa apelyasiya instansiyası məhkəməsi X əqdlərin məhkəmə qaydasında etibarlı sayılmasının yol verilmədiyi barədə dəlilini əsaslı sayarkən 2005-ci il noyabrın 1-dək qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinin tələblərinə hüquqi qiymət verməmişdir.
42. Həmin maddəyə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. (25)
43. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd edilən halları araş dırmalı və həmin araşdırmanın nəticəsinə uyğun mübahisəyə hüquqi qiymət verməlidir.
44. Bundan başqa mübahisəli torpaq sahəsinin Dövlət aktlarının qeydiyyat kitabında və kadastr məlumat bazasında torpaq sahəsi almış subyektlərin siyahısında xxx saylı Dövlət aktında X6, X16, X5 və X2 qeyd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasına münasibətdə nəzərə alınmalıdır ki, həmin şəxslər hazırkı iş üzrə qəbul edilmiş qətnamə nəticəsində pozulmuş hüquqları ilə bağlı apelyasiya şikayəti verməmişlər.
45. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, işə yeni apelyasiya baxışında məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin hüquqverici sənədlərlə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, yaxud X4, X12, X1 və X3 aid olubolmamasını da araşdırmalı, qətnamə qəbul edərkən həmin hallara da hüquqi qiymət verməlidir.
46. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
47. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
48. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1168/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş ye nidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.