Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4488/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X1 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında 2013-cü ilin may ayında əldə olunmuş şifahi razılaşmaya əsasən Cavabdeh, İddiaçı məxsus Lənkəran şəhərində yerləşən “Lyuks Lənkəran” otelində qapı və mebellərin quraşdırılmasını öz öhdəsinə götürmüş, bu məqsədlə İddiaçı 2014-cü ilin müxtəlif vaxtlarında hissə-hissə 56.200 manat məbləğində pul almışdır. Bunlar işin mübahisəsiz hallarıdır.
2. İddiaçı bildirir ki, cavabdeh sifarişi vaxtında və keyfiyyətlə yerinə yetirmədiyinə müqavilədən imtina etmiş, quraşdırdığı bəzi qapıları söküb aparmasını, işi dayandırmasını və verdiyi pulun da qaytarmasını tələb etmişdir. Cavabdeh isə buna əməl etməmişdir.
3. Cavabdeh isə bildirir ki, mebel və qapının yığılması 2014-cü ilin may ayına qədər başa çatmalı idi. Lakin qapılara elektron kartlı qıfıllar qoyulmadığından işlər müəyyən müddət gecikmişdir. Həmin qıfılları da iddiaçı alıb ona verməli idi. 2014-cü ilin may ayında iddiaçı onun otelə qoyduğu qapı və mebelləri bəyənmədiyinə görə əşyaları oteldən çıxarıb həyətə atmışdır. Bir neçə gündən sonra o, həmin qapı və mebellərin iddiaçının tanışı, İlham adlı şəxsin evinin zirzəmisinə yığdırıldığını bilmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən görülən bütün işlərin müqabilində Samir ona 107.000 manat ödəməli idi. Samir isə ona hissə-hissə cəmi 56.200 manat pul ödəmiş və o, həmin pulu Samirdən aldığı sifarişə əsasən otel üçün hazırlanmış qapı və mebelin xammalına, işlətdiyi ustalara əmək haqqı olaraq vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçının nümayəndəsi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 56.200 manat məbləğində pulun, 20.000 manat maddi və 5.000 manat mənəvi ziyanın tutularaq ona ödənilm əsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Lənkəran Rayon Məhkəməsinin (hakim M.İsayev) xx xxxxx 2018-ci il tarixli, 2(049)-611/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 47.200 manat pul və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. Belə ki, cavabdeh podrat müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Zeynalov (sədrlik edən və məruzəçi), İ.Əsədov və Q.Kərimov) xx xxxxxx 2018-ci il tarixli, 2(106)-2516/18 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Ə.Şadıyev) 2(102)-3988/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin olunması, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən apelyasiya qaydasında baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında olan sübutlarla mübahisəsiz olaraq təsdiq edilir ki, cavabdeh iddiaçının verdiyi pula qapı və mebel düzəldilməsi üçün xammal almışdır və həmin xammalın yeni tədqiqat orqanı tərəfindən müəyyən edilmişdir. Belə olan vəziyyətdə tədqiqat obyektinin olmaması və buna görə ekspertiza keçirilməsi mümkün olmamasına dair dəlillər əsassız olmaqla iş materiallarına uyğun deyildir. Ona görə də işin yeni apelyasiya baxışı zamanı cavabdehin sübutlarına obyektiv qiymət verilməsi üçün əmtəəşünaslıq və tikinti texniki ekspertizası təyin edilməli, xammal və materialların qiyməti müəyyən edilməli, əldə edilmiş nəticəyə uyğun olaraq qərar qəbul edilməlidir. ç) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Babayev (sədrlik edən və məruzəçi), N.Mirzəyev və M.Həsənov) xx xxxxxx 2020-ci il tarixli, 2(106)-142/20 nömrəli qətnaməsi ilə Cavabdeh və onun vəkili X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-611/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi, Cavabdeh və onun vəkili İbarət Həsənov tərəfindən verilmiş apelyasiya şikayətinə əsаsən dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi yenə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi qətnamədə göstərmişdir ki, guya Cavabdeh lazımi qaydada məhkəmə iclasının vaxtı barədə əvvəlcədən xəbərdar edilmişdir. Onun atasının, yaxud da başqa birinin hansısa bir məhkəmə bildirişi və qərarını alması o demək deyildir ki, vətəndaş şəxsən xəbərdar edilib. Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, tədqiqat obyektinə xx xxxxxx 2019-cu il tarixdə baxış vaxtı təyin olunmuş, həmin tarixdə ekspert Lənkəran rayon məhkəməsinə ezam olunmuş, iş üzrə tədqiq olunan ünvanda olarkən qərarda adları qeyd edilən əmlak, o cümlədən də divarlara vurulmuş taxtalar yerində mövcud olmamış, bu səbəbdən də tədqiqat aparıb rəy verilməsi mümkün olmamışdır. Həmin məktubda o da yazılmışdır ki, tədqiqat zamanı iddiaçı və cavabdeh iştirak etməmişdir. Görəsən cavabdehi kimsə dəvət etmişdirmi ki, ekspertiza təyin edilib, gəlin siz də iştirak edin. Əlbəttə ki, yox. Qeyd edildiyi kimi cavabdeh ümumiyyətlə respublika ərazisində belə olmamışdır. Bundan əlavə maraqlıdır, Lənkəran rayon məhkəməsində işə baxılarkən müvafiq ekspertiza təyin edilməsi və xx xxxxxx 2017-ci il tarixdə tədqiqat obyektinə gedilib baxılmasına və mübahisəli qapılar olmadığı üçün baxış keçirilməsinin mümkün olmadığı halda yenidən kompleks əmtəəşünaslıq, tikinti-texniki ekspertizasının keçirilməsi nəyi dəyişməli idi ki. Yəni artıq 2017-ci ildə həmin materiallar İlham adlı şəxs tərəfindən İddiaçı ona olan 50.000 manat borcunun müqabilində götürülmüş və sonradan ola bilsin satılmışdırsa, yaxud da hansı məqsədlərlə əlaqədar oradan götürülüb başqa yerə qoyulmuşdursa, təkrar ekspertiza keçirilməsi nəyi dəyişə bilərdi ki, İlham adlı şəxs, yenidən haradan o qədər materialı gətirib oraya qoyası deyildir ki? Cavabdeh kassasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, Ali Məhkəmənin qərarında da göstərildiyi kimi artıq Bakı şəhəri, Səbail rayon polis idarəsində istintaq şöbəsində araşdırma aparılaraq cinayət işinin rədd edilməsi barədə iş materiallarında olan fotoşəkillərdən və cavabdehin məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də görünür ki, həqiqətən də Cavabdeh tərəfindən qapı və mebel i şləri görülməsi üçün kifayət qədər material və xammal alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 389.1. mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
20. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri bar əsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
22. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
23. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında i cra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə
752. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
27. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
28. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
29. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
30. Maddə
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
31. Maddə 767.1 Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 2013-cü ilin may ayında əldə olunmuş şifahi razılaşmaya əsasən Cavabdeh İddiaçı məxsus Lənkəran şəhərində yerləşən “Lyuks Lənkəran” otelində qapı və mebellərin quraşdırılmasını öz öhdəsinə götürmüş, bu məqsədlə İddiaçı 2014-cü ilin müxtəlif vaxtlarında hissə-hissə 52.000 manat məbləğində pul almış, lakin razılaşdıqları kimi həmin işləri lazımi keyfiyyətdə, tam şəkildə və vaxtında təhvil verməmişdir. İddiaçı verdiyi sifarişi onun istədiyi kimi və tam olaraq vaxtında yerinə yetirmədiyi üçün Cavabdeh gördüyü işindən narazı qalaraq ondan pulunu geri tələ b etmiş, lakin cavabdeh pulu qaytarmadığı üçün iddiaçı onun barəsində Bakı şəhər, Səbail rayon Polis İdarəsinə və Bakı şəhər prokurorluğuna şikayət etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2016-cı il tarixli qərara əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və İddiaçı yaranmış mülki mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh polis idarəsində verdiyi izahatında iddiaçıdan sifariş edilmiş işin görülməsi üçün 52.000 manat pulu qəbul etməsini etiraf etmişdir. Cavabdeh iddiaçının sifarişini yerinə yetirmək məqsədilə əlavə işçi qüvvəsi cəlb edərək onlara görülmüş işlərin müqabilində 9.000 manat məbləğində əmək haqqı ödəmiş, digər xərclər barəsində sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı cavabdehdən pulu tələb etsə də, cavabdeh həmin pulu könüllü qaydada ödəmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
38. Bu baxımdan məhkəmə kоllegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olmuş podrat müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulmasını əsas götürərək Cavabdeh 47.200 manat məbləğində pulun alınıb İddiaçı verilməsi qənaətinə gəlməkdə haqlı оlmuşdur.
39. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 2005-ci ildən dülgər işləyir. Cavabdeh tanıyır, onun həyətində sexi var. Həmin sexdə qapı və mebel işlərini görür. 2013-cü ilin may ayında Anar ona Lənkəranda yerləşən “Lyuks” otelin qapı və mebel işlərinin sifarişini götü rdüyünü, onu və ondan başqa iki nəfəri, x və x adlı ustaları da həmin otelin işlərini görmək üçün dəvət etdiyini demişdir. Həmin oteldə 24 otağa qapı qoymuşlar. Gördükləri işin əvəzində Anar onlara zəhmət haqqı olaraq, üç nəfərə cəmi 9.000 manat pul vermişdir. Xeyli müddət işləmişlər. Lakin tam olaraq nə qədər vaxt olduğunu dəqiq xatırlamır. Sonradan eşitmişdir ki, otelin sahibi qapıları bəyənmir, o, otelin yanında çay evində çay içərkən qapıları otelin qarşısında görmüşdür.
40. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, uzun müddətdir Ləkəranda qapı düzəldən usta kimi fəaliyyət göstərir. Anarı da bu işə görə tanımışdır. Anar təxminən 2013-cü ilin may ayında Lənkəranda “Lyuks” otelin mebellərini düzəltmək üçün sifariş götürmüş və həmin oteli n qapılarını düzəltməyi ona, Qadir və Aqşin adlı şəxsə tapşırmışdır. Razılaşdıqları üçün onlar otelin qapılarını düzəltməyə başlamışlar. Anar onlara işlərini bitirdikdən sonra cəmi 9.000 manat pul vermişdir. Onlar oteldə təxminən 2 aya yaxın işləmişlər və oteldə onlardan başqa digər ustalar da işləmişdir. Sonradan otelin sahibinin onların gördüyü işlərini bəyənmədiyini, qapıları sökdürdüyünü və İlham adlı şəxsin evinin zirzəmisinə yığdırdığını eşitmişdir. O, Anarın Samirdən nə qədər pul almasını və sifariş üçün xammala nə qədər pul xərcləməsini bilmir. Oteldə qurduqları qapıları otelin qarşısında görməmişdir.
41. İş materiallarında olan, Lənkəran Rayon Məhkəməsinin xsaylı, xx xxx 2017-ci il tarixli qərardadından görünür ki, hazırki mülki iş üzrə məhkəmə əmtəəşünslıq və tikinti-texniki komp leks ekspertizası təyin edilmiş və mülki iş həmin ekspertizanın keçirilməsindən ötrü Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir.
42. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli x saylı məlumatından görünür ki, xx xxxxxx 2017-ci il tarixə təyin edilmiş tədqiqat obyektinə gedilməsinə baxmayaraq, mübahisəli qapılar olmadığı üçün tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
43. İş materiallarında olan, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X3 HK-1/287 saylı material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxx 2016-cı il tarixli qərarının s urətindən görünür ki, və x adlı şəxslərin ona məxsus olan Lənkəran şəhərində yerləşən “Lyuks Lənkəran” otelinə mebel quraşdırmaq adı ilə aldadaraq ondan 56.200,0 manat pul alması barədə İddiaçı xx xxxxx 2016-cı il tarixdə Səbail rayon prokurorluğuna ünvanladığı ərizəsi üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və İddiaçı yaranmış mülki mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
44. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 24801 saylı məlumatından görünür ki, tədqiqat obyektinə xx xxxxxx 2019-cu il tarixdə baxış vaxtı təyin olunmuş, həmin tarixdə ekspert Lənkəran Rayon Məhkəməsinə ezam olunmuşdur. İş üz rə iddiaçının (cavabdeh tərəf iştirak etmədi) iştirakı ilə tədqiq olunan ünvanda olarkən, qərardadın suallarında sadalanan əmlak, o cümlədən qapılar, divarlara vurulmuş taxtalar yerində mövcud deyildir. Bu səbəbdən də qərardadla ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparıb rəy verilməsi mümkün deyil.
45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddianın əsassız olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər, məhz iddiaçının verdiyi pulla hansı xammal, materialları alması barədə sübut təqdim etməmişlər, həmçinin cavabdeh sifarişi iddiaçının təqsiri üzündən gecikdirməsi, iddiaçının qəbul etməyərək otelin həyətinə yığdırdığı qapıları və materialları iddiaçıdan qəbul etməməsi, sonradan həmin materialların iddiaçının işçisi olmuş İlham adlı şəxs tərəfindən aparılıb öz zirzəmisinə yığılması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, qeyd etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, dəfələrlə təxirə salınmış apelyasiya məhkəməsinin iclaslarında iştirak etməmiş, şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, həmçinin apelyasiya məhkəməsi tərəfindən təyin edilmiş kompleks məhkəmə əmtəəşünaslıq və tikinti-texniki ekspertizasının keçirilməsinə heç bir köməklik göstərməmiş, qapıların və materialların qiymətləndirilməsi üçün onların yerinin müəyyən edilməsi üçün hər hansı tədbir görməmişdir.
46. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da bildirir ki, tərəflər şifahi formada podrat hüquq münasibətlərinə girmişlər. Eyni zamanda cavabdehin sifarişin yerinə yetiriməsi üçün iddiaçıdan 56.200 manat muzd alması işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdeh aldığı sifariş üzrə işi vaxtında və keyfiyyətlə yerinə yetirdiyini sübuta yetirmək yükünü daşıyır. Tərəflər arasında razılaşma üzrə işin keyfiyyətinə dair xüsusi yazılı şərtlər mövcud olmadığına görə sifarişi orta keyfiyyətdə və ağlabatan müddətdə icra etdiyini sübuta yetirmək yükü cavabdehin üzərinə düşür.
47. Cavabdeh, sifarişin icrası vaxtının gecikdirildiyini etiraf etmiş və bunu qapılar üçün elektron kilidlərin vaxtında əldə edilməməsi ilə izah etmişdir. Cavabdeh eyni zamanda bildirmişdir ki, razılaşmaya görə həmin kilidləri məhz iddiaçı ona təqdim etməli olduğu halda bunu gecikdirmişdir. Buna baxmayaraq cavabdeh belə bir razılaşma şərtinin mövcudluğunu, gecikmənin məhz iddiaçının təqsirindən baş verdiyini, sifarişi vaxtında və keyfiyyətlə yerinə yetirdiyini, buna baxmayaraq iddiaçının lazımi icranı qəbul etmədiyini təsdiqləyən mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir.
48. Bundan əlavə, işdən görünür ki, iş üzrə əhəmiyyət kəsb edən xüsusatların müəyyənləşdirilməsi üçün təyin edilmiş ekspertiza tədqiqatında cavabdeh tərəf iştirak etməmiş, qərardadda sadalanan əmlak, o cümlədən qapılar, divarlara vurulmuş taxtalar yerində olmadığından rəy verilməsi mümkün olmamışdır. Cavabdehin və ya özü ölkədə olmasa belə nümayəndəsinin həmin tədqiqatın aparılmasına kömək etməməsi onun xeyrinə yoxlanılan faktın məhkəmə tərəfindən rədd edilmiş sayılması üçün əsasdır.
49. Belə ki, Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə görə, tərəf ekspertizan ın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
50. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.