Məhkəmə qərarları › İş №2(102)-4489/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4489/2023

30.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4489/2023 30.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Haxverdi oğluna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 20 iyul tarixli, 2(104)360/2023 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi Mustafayeva Hürcahan Hüseyn qızı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh Haxverdi oğluna qarşı əmlak, əşyalar olmadıqda isə onların dəyəri 17706 manatın alınıb verilməsi tələbi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qazax Rayon Məhkəməsinin 2(023)-1015/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim F. Məmmədov) iddia qismən təmin edilərək cəmi dəyərləri 17556 manat olan əmlakların özləri və ya dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

3. Cavabdeh Haxverdi oğlu qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin (hakim A. Bayramov, R. Mamedov və A. İsgəndərova) 2023-cü il 20 iyul tarixli, 2(104)-360/2023 nömrəli qətnaməsi ilə Cavabdeh Hax verdi oğlunun apellyasiya şikayəti təmin edilmiş, Qazax Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçının prosessual hüquq varisi Mustafayeva Hürcahan Hüseyn qızının cavabdehə qarşı iddiasının təmin edilməməsi qət olunmuşdur.

5. Həmin qətnamədən iddiaçının hüquqi varisi Mustafayeva Hürcahan Hüseyn qızı kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

6. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.2. əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə.

7. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

8. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 9. 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;. “Dövlət rüsumu haqqında” Azər baycan Respublikasının Qanunu

10. Maddə 1.1. Dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

11. Maddə 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır.

12. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlə t rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq belə hesab edir ki, iddiaçının hüquqi varisinin Mustafayeva Hürcahan Hüseyn qızının kassasiya şikayəti qeyri mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

14. Belə ki, Mustafayeva Hürcahan Hüseyn qızı tərəfindən kassasiya şikayəti verilərkən prosessual normaların tələbinə tam əməl olunmamışdır. Cavabdeh Haxverdi oğluna yönəlmiş iddianın qiyməti 17706 ( on yeddi min yeddi yüz altı) manatdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3 və 8.6-cı maddələrinin tələbinə uyğun olaraq kassasiya şikayəti verilərkən iddianın göstərilən qiymətinə müvafiq hesablanmalı ola n dövlət rüsumunun məbləği 71,56 manat (17706-10000=7706, 7706x0,3%=23,12, 120+23,12=143,12, 143,12x50%=71,56) təşkil etdiyi halda, cəmi 50 (əlli) manat (qəbz N:**********) məbləğində dövlət rüsumu ödənilmişdir.

15. Beləliklə, iddiaçının hüquqi varisi Mustafayeva Hürcahan Hüseyn qızı tərəfindən kassasiya şikayəti verilməsi ilə əlaqədar qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi müəyyən olunmur. Yəni MPM-in 407.4-cü maddəsinin tələbinə tam əməl olunmamışdır.

16. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, iddiaçının hüquqi varisi tərəfindən kassasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməməsini araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

17. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün p rosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.

18. Beləliklə, iddiaçının hüquqi varisi Mustafayeva Hürcahan Hüseyn qızı tərəfindən kassasiya şikayəti verilərkən müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə kassasiya şikayəti icraata qəbul edilə bilməz.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

20. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri- mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə iddiaçının hüquqi varisi Mustafayeva Hürcahan Hüseyn qızının kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.

22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 7 iyul tarixli, 2(104)-360/2023 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi Mustafayeva Hürcahan Hüseyn qızı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şi kayəti qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar