Məhkəmə qərarları › İş №2(102)-449/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-449/2024

01.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-449/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin qaytarılması» tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-106/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh hüquqi varisi Quliyeva Çimnaz Kazım qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Torpağın Mülkiyyətə verilməsinə dair” JN 095F (KOD ********) saylı şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,39 ha həyətyanı torpaq sahəsi verilməsi göstərilmişdir. 2. “Torpağın Mülkiyyətə verilməsinə dair” JN 094F (KOD ********) saylı şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə Cavabdeh, X1, X2 və Quliyeva Çimnaz Kazım qızının mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsi verilməsi göstərilmişdir. İddiaçı onun torpağının bir hissəsinin qonşusu Cavabdeh zəbt edərək istifadə etməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bi rinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmədə iddia qaldıraraq, JN-095F (KOD ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında ona məxsus olan 0,39 ha torpaq sahəsinin 0,13 ha hissəsinin Cavabdeh alınıb, ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan onun nümayəndəsi Vəkil1 iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN-095F (KOD ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə üzrə 0,39 ha torpaq sahəsinin sərhədlərinin sənəd üzrə yerində müəyyən olunması və Cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin azad edilərək iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Göygöl Rayon Məhkəməsinin 2(066)-253/2019 nömrəli, 08 fevral 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspe rtizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC Gəncə Layihə Tədqiqat İdarəsinin 10 aprel 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan 0,39 ha həyətyanı torpaq sahəsinə dair JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə sahəsi və eləcə də Cavabdeh mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinə dair JN 094F (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə arasında konfiqurasiya və ölçü cəhətdən uyğunsuzluq halı müəyyən olunmuşdur. İddiaçının mülkiyyətində 0,39 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,26 ha dək torpaq sahəsi vardır. Cavabdehin mü lkiyyətində olan 0,08 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,116 ha-ya dək torpaq sahəsi vardır. Bununla yanaşı iddiaçı və cavabdehin Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamələrində torpaq sahələrinin yerləşmə koordinatları öz əksini tapmadığından həmin torpaq sahələrinin mülkiyyət sənədlərinə istinadən dəqiq yerləşmə mövqeyini müəyyən etmək olmur. Bu səbəbdən də yuxarıda qeyd ounan uyğunsuzluq hallarına nəzərən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,13 ha hissəsinin cavabdehin istifadəsində olub-olmadığını müəyyən etmək olmamışdır.

5. Göygöl Rayon Məhkəməsinin 2(066)-253/2019 nömrəli, 10 iyun 2019-cu il tarixli qərardadı ilə əlavə məhkəmə ekspertizası təyin edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 20 19-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC Gəncə Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan 0,39 ha həyətyanı torpaq sahəsinə dair JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə sahəsi və eləcə də Cavabdeh mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinə dair JN 094F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə arasında konfiqurasiya və ölçü cəhətdən uyğunsuzluq halı müəyyən olunmuşdur. İddiaçının mülkiyyətində 0,39 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,26 haya dək torpaq sahəsi vardır.Cavabdehin mülkiyyətində olan 0,08 h a torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,116 ha-ya dək torpaq sahəsi vardır. Bununla yanaşı iddiaçı və cavabdehin Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamələrində torpaq sahələrinin yerləşmə kordinatları öz əksini tapmadığından həmin torpaq sahələrinin mülkiyyət sənədlərinə istinadən dəqiq yerləşmə mövqeyini müəyyən etmək olmur. Bu səbəbdən də yuxarıda qeyd ounan uyğunsuzluq hallarına nəzərən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,13 ha hissəsinin cavabdehin istifadəsində olub-olmadığını müəyyən etmək olmamışdır.

7. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən təqdim olunmuş “X4”nin 06 fevral 2020-ci il tarixli, 158 nömrəli ekspert rəyinə əsasən, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən İddiaçı məxsus olan JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.39 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək, torpaq sahəsinin şimal-qərb tərəfindən 0.06 ha hissəsinin Cavabdeh tərəfindən tutularaq, istifadə olunduğu müəyyən edilmişdir.

8. Göygöl Rayon Məhkəməsinin 2(066)-319/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia tələbi rədd olunmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, “X4”nin ekspert rəyi işin faktiki hallarına uyğun olmadığından əsas götürülə bilməz.

10. Məhkəmə əlavə ekspertiza rəyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin iddiaçının torpaq sahəsini zəbt etməsi müəyyən olunmur. Buna görə də, iddia əsassızdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddəl ərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 88, 103.1, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2368/2020 nömrəli, 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. 14. “X4”nin 16 yanvar 2021-ci il tarixli, 431 nömrəli ekspert rəyinə əsasən, JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı məxsus 0.39 ha həyətyanı torpaq sahəsinin şimal-qərb tərəfində n 0.04 ha hissəsinin Cavabdeh tərəfindən tutularaq, istifadə olunduğu müəyyən edilmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər- Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) 16 mart 2021-ci il tarixli, 2(104)-434/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Göygöl Rayon Məhkəməsinin 2(066)-319/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilərək cavabdehin iddiaçıya məxsus olan 0.04 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.

16. Apellyasiya məhkəməsi hesab etmişdir ki, “X4”nin xx.xx.2021-ci il tarixli, 431 nömrəli rəyi torpaq sahələrinin koordinatları göstərilməklə, kifayət qədər aydın tərtib edildiyindən həmin rəy işin faktiki halların ın müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Rerspublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiya məhkəməsində birinci icraat

18. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə alınmış ekspert rəyləri arasında olan ziddiyyətlər apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

19. Azərbaycan Respublikas ı Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4559/2021 saylı qərarı ilə (sədrlik edən və məruzəçi İsmayıl Xəlilov, hakimlər Ələsgər Əliyev və Mehparə Əhmədovadan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(104)-434/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

20. Kassasiya icraatı zamanı məlum olmuşdur ki, kassator vəfat etmişdir. Onun hüquqi varisi-arvadı Quliyeva Çimnaz Kazım qızı prosesə cəlb edilməsini xahiş etmiş, məhkəmə vəsatəti qəbul edərək vərəsəni hüquq varisi kimi prosesə cəlb etmişdir.

21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz halı bundan ibarətdir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının eyni tarixli, eyni nömrə li qərarları əsasında iş üzrə tərəflərə qonşu torpaq sahələri verilmişdir.

22. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni “X4”nin xx.xx.2021-ci il tarixli, 431 nömrəli rəyi ilə əsaslandırmışdır.

23. Həmin ekspertiza mərkəzinin işdə iki rəyi vardır. Hər iki ekspert rəyi eyni ekspertlər tərəfindən tərtib edilmişdir. Hər iki ekspertiza rəylərinin giriş və əsaslandırıcı hissələri sözbəsöz eynilik təşkil edir, ancaq rəylər nəticə hissəsində fərqlənir.

24. Belə ki, “X4”nin xx.xx.2021-ci il tarixli, 431 nömrəli rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin şimal-qərb tərəfindən 0.06 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunması müəyyən olunmuş, həmin Mərkəzin 06 fevral 2020-ci il tarixli, 158 nömrəli ekspert rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin şimal-qərb tərəfindən 0.04 ha hissəsinin ca vabdeh tərəfindən zəbt olunması müəyyən olunmuşdur.

25. Göründüyü kimi, “X4”nin eyni ekspertləri tərəfindən verilmiş iki rəyin nəticə hissələri fərqli olsa da işə baxan Apelyasiya Məhkəməsi bu fərqliliklə bağlı dəyərləndirmə aparmamışdır. Eyni şəxsin vermiş olduğu, müxtəlif nəticələr nəzərdə tutan rəyin hansı əsaslarla mötəbər rəy hesab olunması əsaslandırılmamışdır.

26. Eyni zamanda kollegiya qeyd etmişdir ki, Apelyasiya Məhkəməsinin istinad etdiyi rəy işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC Gəncə Layihə Tədqiqat İdarəsinin 10 aprel 2019-cu il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2019-cu il tarixli ekspert rəyi ilə də z iddiyyət təşkil edir. Belə ki, həmin rəylərlə müəyyən edilir ki, iddiaçının mülkiyyətində 0,39 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,26 ha-ya dək torpaq sahəsi vardır. Cavabdehin mülkiyyətində isə 0,08 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,116 ha-ya dək torpaq sahəsi vardır. Cavabdeh, “X4”-nin rəylərində göstərilən həcmdə (birində 0.6 sot, digərində 0.4 sot torpaq sahəsi) torpaq sahəsi zəbt etmişdirsə, onda cavabdehin faktiki istifadəsində daha çox torpaq sahəsi olması vacibdir. Çünki iddiaçının 0.8 sot mülkiyyətində olan torpaq və əlavə olaraq 06 və yaxud 04 sot torpaq sahəsi, onda cavabdehin müvafiq olaraq istifadəsində faktiki ya 0.14 sot, və yaxud 0.12 sot torpaq sahəsi olmalıydı.

27. Qeyd olunanları nəzərə alaraq kassasiya kollegiyası hesab edir ki, i şə baxan Apelyasiya Məhkəməsi işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələbləri baxımından dəyərləndirmədən qərar qəbul etmişdir ki, bu da yekun məhkəmə qərarının obyektivliyini şübhə altına alır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlərL.S.Süleymanov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və Ş.Q.Rzaquliyev) 2(104)106/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-319/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh hüquqi varisi Quliyeva Çimnaz Kazım qızı “Torpağın Mülkiyyətə verilməsinə dair” JN 095F (KOD ********) saylı Şə hadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,39 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 0,04 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh hüquqi varisi Quliyeva Çimnaz Kazım qızından tutularaq, Dövlət xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında birbirindən fərqlənən müxtəlif (dövlət və özəl ekspertiza rəyləri) rəylər mövcuddur və birinin nəticəsi di gərini təkzib edir. Hazırkı mübahisənin obyektiv və tam araşdırılması, həll edilməsi üçün sübutların qiymətləndirilməsi baxımından mötəbər - təkzibedilməzlik qüvvəsinə malik sübut növünün olması vacibdir.

30. Buna görə də, ikinci apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar tikinti-texniki ekspertizası təyin edilmiş və mübahisəli əraziyə baxış keçirilməsi zamanı iddiaçı tərəf Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ekspertizanın keçirilməsinə etiraz etdiyindən ekspertizanın keçirilməsi mümkün olmamış, buna görə də ekspertiza qərardadı icra olunmadan geri qaytarılmışdır.

31. X5 Mülki Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2(104)-1075/2022 saylı qərardad ı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir.

32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 01 iyun 2023-cü il tarixli, mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan 0.26 ha torpaq sahəsinin naturada olan faktiki istifadə vəziyyəti ilə Torpağın mülkiyyətə verilməsinə dair JN 095F kod ******* saylı şəhadətnaməyə əsasən Xanlar rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.39 ha həyətyanı torpaq sahəsinin konfiqurasiya fərqi və ölçüləri arasında uyğunsuzluqlar olduğu aşkar olundu. Torpaq sahəsinin naturada olan faktiki parsel cizgiləri ilə şəhadətnamədə göstərilən cizgilər müxtəlif konfiqurasiyalarda və ölüçülərdədir.Cavabdehin istifadəsində olan 0.1178 ha-dək torpaq sahəsinin naturada olan faktiki istifadə vəziyyəti ilə Torpağın mülkiyyətə verilməsinə dair JN 094F kod ******* saylı şəhadətnaməyə əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə Cavabdeh və ailə üzvləri-X6, X7 və Quliyeva Çimnaz Kazım qızının mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinin konfiqurasiya fərqi və ölçüləri arasında uyğunsuzluqlar olduğu aşkar olundu. Torpaq sa həsinin naturada olan faktiki parsel cizgiləri ilə şəhadətnamədə göstərilən cizgilər müxtəlif konfiqurasiyalarda və ölüçülərdədir.Həm iddiaçı, həm də cavabdeh tərəfin mülkiyyətində olan torpaq sahələrinin naturada müəyyən edilən faktiki ölçüləri həmin torpaq sahələrinin konfiqurasiya fərqlərinin və faktiki istifadə ölçülərinin arasında olan uyğunsuzluqlara əsasən İddiaçı məxsus 0.39 ha torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh X3 (Quliyeva Çimnaz Kazım oğlu) tərəfindən istifadə olunduğunu müəyyən etmək mümkün olmamışdır.

33. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi olan Vəkil1 yazılı vəsatətini kollegiyaya təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rey estri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən rəyin verilməsindən qərəzli olaraq imtina edildiyini, ona görə də mübahisəli əraziyə mütəxəssisin iştirakı ilə məhkəmə kollegiyasının yerli baxış keçirilməklə, rəy əldə edilməsini xahiş etmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin yerqurluşunun təşkili şöbəsinin mühəndisi Elmar Aslanovun mütəxəssis qismində iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş, iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edilmiş, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzər ində dəqiqləşdirilmiş və uyğun olaraq xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əldə edilmişdir.

35. Həmin rəylə müəyyən olunmuşdur ki, İddiaçın mülkiyyətində olan 0,39 ha həyətyanı torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-095F (kod********) nömrəli Şəhadətnaməsində öz əksini tapmış olduğu ərazinin kompleks yerquruluşu layihəsi ilə həmin torpaq sahəsi və qonşuluqda yerləşən torpaq sahələrinin naturada(yerində) faktiki yerləşmə vəziyyətləri arasında ciddi uyğunsuzluq halları müəyyən olunmuşdur. Bu səbəbdən də JN-095F(kod-********) nömrəli Şəhadətnaməsində öz əksini tapmış olduğu ərazinin kompleks yerquruluşu layihəsi ilə həmin torpaq sahəsi və qonşuluqda yerləşən torpaq sahələrinin naturada(yerində) müəyyən etmək mümkün olmamışdır. Lakin Azərbaycan Respublikasında torpa q münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarında göstərilən sənəd nömrəsi 95F saylı Şəhadətnaməyə əsasən 0,36 ha həyətyanı torpaq sahəsinə istinad edilmişdir Belə ki, 95F saylı Şəhadətnaməyə əsasən 0,36 ha həyətyanı torpaq sahəsi naturada(yerində) müəyyən olunmuşdur. İddiaçı faktiki olaraq təqdim etdiyi torpaq sahəsi 0,26 ha təşkil edir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu inf ormasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən 95F saylı Şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,36 ha həyətyanı torpaq sahəsinin müəyyən hissəsinin cavabdehlərin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən İddiaçı mülkiyyətində olan 0,36 ha həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsinin cavabdehlərin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.Üst-üstə düşən 0,05 ha torpaq sahə sinin 0,01 ha hissəsi **********22- 10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur.

36. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, üst-üstə düşən 0,05 ha torpaq sahəsinin 0,01 ha hissəsi **********22-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən olunduğundan, qalan 0,04 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunur.

37. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi işin hallarına uyğun gəlməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh hüquqi varisi Quliyeva Çimnaz Kazım qızı kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli 2(104)-106/2023 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sonuncu mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinn 0,01 ha hissəsi mənə və ailə üzvlərimə verilən torpaq sahəsi üzrəində mülkiyyət hüququna dair Çıxarışda öz əksini tapmışdır. Lakin həmin torpaq sahəsi üzərində mənim və ailə üzvlərimin mülkiyyət hüququ dövlət tərəfindən qeydə alınmışdır. Bu zaman iddiaçının torpaq s ahəsi ilə qeydin daha doğru olması, mənim torpaq sahəmlə bağlı qeydin yanlış olması fikrini anlamaq mümkün deyil. Çünki bu zaman daşınmaz əmlakın dövlət reyestrinin prezumpsiyası pozulmuş olur.

40. Göygöl rayonu Aşıqlı kəndində 0.08 ha torpaq sahəsi onların mülkiyyətindədir. Hazırda məhkəmənin qeyd edilən qətnaməsi ilə mülkiyyət hüquqları pozulur. Çünki məhkəmənin qətnaməsindən sonra mülkiyyətlərində 0,08 ha torpaq sahəsi deyil, daha az torpaq sahəsi qalmış olacaqdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylıŞəmkir Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli rəydən bəlli olur ki, “İddiaçı məxsus 0.39 ha torpaq sahəsinin hər hansı hissəsin in Cavabdeh (Quliyeva Çimnaz Kazım oğlu) tərəfindən istifadə olunduğunu müəyyən etmək mümkün olmamışdır.” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir: “JN-095F (kod-********) nömrəli Şəhadətnaməsində öz əksini tapmış olduğu ərazinin kompleks yerquruluşu layihəsi ilə həmin torpaq sahəsi və qonşuluqda yerləşən torpaq sahələrinin naturada (yerində) müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, mütəxəssis rəyləri iddiaçının torpaq sahəsinin onlar tərəfindən zəbt edilməsini tam təsdiq edə bilmirlər.

41. Gəncə Apelyasiya Məhkəməsi sübutların siyahısına daxil edilməyən mütəxəssis rəyini əsas g ötürməklə iddianı təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

45. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

46. Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsu z istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 407.2. Kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 418.3. Prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayə tinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin yerqurluşunun təşkili şöbəsinin mühəndisi Elmar Aslanovun mütəxəssis qismində iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş, iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edilmiş, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş və uyğun olaraq xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əldə edilmişdir.

60. Həmin rəylə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarında göstərilən sənəd nömrəsi 95F saylı Şəhadətnaməyə əsasən 0,36 ha həyətyanı torpaq sahəsinə istinad edilmişdir Belə ki, 95F saylı Şəhadətnaməyə əsasən 0,36 ha həyətyanı torpaq sahəsi naturada(yerində) müəyyən olunmuşdur. İddiaçı faktiki olaraq təqdim etdiyi torpaq sahəsi 0,26 ha təşkil edir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən 95F saylı Şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,36 ha həyətyanı torpaq sahəsinin müəyyən hissəsinin cavabdehlərin faktiki istifad ələrində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən İddiaçı mülkiyyətində olan 0,36 ha həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsinin cavabdehlərin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.Üst-üstə düşən 0,05 ha torpaq sahəsinin 0,01 ha hissəsi **********22- 10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur.

61. Apellyasi ya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, üst-üstə düşən 0,05 ha torpaq sahəsinin 0,01 ha hissəsi **********22-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən olunduğundan, qalan 0,04 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunur.

62. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və ə saslandırma ilə razılaşır.

63. Məhkəmə kollegiyası kassasiya şikayətinin Gəncə Apelyasiya Məhkəməsi sübutların siyahısına daxil edilməyən mütəxəssis rəyini əsas götürməklə iddianı təmin etdiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi mütəxəssisin iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirmiş, yəni yerində müayinəı aparılmış və həmin baxışın (yerində müayinənin) nəticəsi olaraq müvafiq mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir.Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normasının pozuntusuna yol verməmişdir.Çünki Azərbaycan Respublikasının MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən də tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mö vcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

64. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

65. Ona görə də kassasiya şikayəti təmin olun mamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh hüquqi varisi Quliyeva Çimnaz Kazım qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli 2(104)-106/2023 nömrəli qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar