Məhkəmə qərarları › İş №2(102)-449/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-449/2025

27.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-449/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 55 saylı Mənzil Kommunal İstismar Sahəsi və Nərimanov rayon Nərimanov Bələdiyyəsi mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr, torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 55 saylı Mənzil Kommunal İstismar Sahəsi və Nərimanov rayon Nərimanov Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2024-cü il tarixli, 2(103)5419/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün kimi Bakıya gəlmiş və Bakı şəhəri, Nərimanov rayonu, PY-UA-38/10,ev 103 ünvanında yerləşən torpaq sahəsi onların istifadəsinə verilmişdir.

2. İddiaçılar həmin ünvanda özlərinə fərdi yaşayış evi tikərək yaşamışlar. Daha sonra İddiaçı2 tanışı Cavabdeh2 ilə razılaşaraq, müəyyən haqq müqabilində torpaq sahəsinin bir hissəsini onun istifadə və sahibliyinə verməyi razılaşdırmışlar.

3. Cavabdeh Cəbiyevə Nərgiz mübahisəli torpaq sahəsində ev inşa etdirməyə başlamış, tikinti işlərində İddiaçı1 iştirak etmişdir.

4. Tikintinin davam etdiyi dövrdə tərəflərin arasında münasibətlər pisləşmiş, iddiaçı ilə cavabdeh arasında ödənilməli pul məbləğləri ilə bağlı mübahisələr yaranmışdır. 5. 55 saylı MKİS-in 040198 saylı arayışı ilə müəyən edilir ki, İddiaçı1 PYUA 38/10 küçəsi 1037 nömrəli evdə ailə üzvü olan İddiaçı2 ilə birlikdə yaşayır.Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış İddiaçı2 ərizəsindən görünü r ki, o İddiaçı2 və qonşuları həyətində olan tikilidə məskunlaşan Cavabdeh2 və qızı Cavabdeh1 haqqlarında tədbir görülməsini xahiş edir. Onlar hər ikisi mütəmadi olaraq içtimaiyyət arasında onu, azyaşlı ilə üzvlərini, qohumlarını qonşularını təhqir edərək, küçə söyüşləri ilə şərəf və ləyaqətlərini alçaldır. Baxmayaraq ki, dəfələrlə müraciət etmir və heç bir tədbir görülmədiyi üçün hegemanluğunu çoxaldır.

6. Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilən İddiaçı1 “Azəriqaz” İB-yə ünvanlanan 21 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacının quraşdırılmasına və abonent kodu verilməsinə etiraz etmir. AR Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 28 dekabr 2022-ci il tarixli ara yışdan görünür ki, arayış ondan ötrü verilir ki, ünvan 3 ünvanda yaşayan Cavabdeh2 Sərdar qızı həqiqətən ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi ona məxsusdur. Arayış həminünvana "xxxx" ASC tərəfindən yeni işıq sayğacın qoyulması üçün Asan Kommunal Xidmətə təqdim etmək üçün verilir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh2 Sərdar qızının istifadəsində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi, iddiaçının adına abunə kodunun açılması, sayğacın quraşdırılması, onunla müqavilə bağlanması vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilmişdir.

8. Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli "xxxx" ASC-yə ünvanlanmı ş məktubundan görünür ki, iddiaçı Cavabdeh2 Sərdar qızının "xxxx" ASC-yə qarşı “abunə kodunun açılması və s.” tələbi barədə iddiası üzrə qəbul edilmiş Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı on beş gün müddətində icra olunması üçün göndərilmişdir.

9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3838/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 tərəfindən iddiaçı Cavabdeh2 Sərdar qızına ünvan 3 saylı evin inşa edildiyi torpaq sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə, ünvan 3 saylı evə kommunal xətlərin-qaz və su xəttlərinin çəkilməsinə, həmçinin sanitar qovşaqdan istifadəyə, kanalizasiya sisteminin quraşdırılmasına yaradılmış maneələr aradan qaldırılması q ət edilmişdir.

10. Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 Sərdar qızının "xxxx" ASC-yə qarşı “abunə kodunun açılması və s.” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş 3-cü şəxs qismində cəlb edilməklə məhkəmə qərarının ləğv edilməsi və icraatın təzələnməsinə dair ərizə (vəsatət) rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Nərimanov RMKTB-nin 55 saylı MKİS və Nərimanov rayon Nərimanov Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavab dehlərin MKTB tərəfindən onlara verilmiş ünvan 4 ünvanda yerləşən yaşayış evindən və yaşayış evinin yerləşdiyi torpaq sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün düşmüşlər. Mənzil komunal təsərrüfat birliyi onlara ünvan 4 ünvanda yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsini vermişlər və onlar həmin torpaq sahəsində ev tikərək yaşamağa başlamışlar. Həmin torpaq sahəsində üç ev tikmişlər. Tikdirdikləri üçüncü tikilini maddi rifahlarının yaxşılaşdırılması məqsədi ilə satmaq məcburiyyətində qalmışlar. Bu məqsədlə iş üzrə Cavabdeh2 müraciətini nəzərdən keçirib ona hissəli ödənişlə 30000 manata satılmasına razılaşmışlar. Cavabde h2 onlara həmin puldan 10000 (on min beş yüz) manat verərək pulun qalan hissəsini ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Yaşayış evi Cavabdeh2 təhvil verilmiş və o ailə üzvləri ilə həmin evdə yaşamağa başlamışdır. Cavabdeh2 üzərinə düşən öhdəliyi icra etməmiş, yaşayış evinin pulunu tələb etdikdə onlara qarşı mübahisələr etmiş, polisə şikayət etmiş, onları hədələmiş və gizlin işlər həll etməyə nail olmuşdur. Cababdeh Cavabdeh2 və onun ailə üzvləri həmin evə dair heç bir sənədləri olmasa da həmin yaşayış evinə onların razılıqları olmadan öz adına su, qaz, işiq xətti çəkdirmişdır. Bu barədə məlumat əldə edildikdən sonra cavabdehin qanunsuzluqlarına son verərək bütün xətləri ləğv etdirmişlər. Cavabdehlər nalayiq davranışlarla onları hədələyir, barələrində cinayət xaralterli hərəkətlər edirlər. Cavabdehlərin bu davranışları ilə birlikdə yaşamaqları qeyri-mümkündür. Dəfələrlə işin sülh yolu ilə həlledilməsini tələb etsələr də heç bir müsbət nəticə hasil edə bilməmişlər.

13. Məhkəmə iclasında İddiaçı1 izahat verərək, bildirmişdir ki, 1993-cü ildən həyat yoldaşı, özü və qızı ilə birlikdə o ünvana köçüb, özlərinə şərait quraraq yaşamışlar. Qızı hal-hazırda ailəlidir, həmin torpaq sahəsində başqa tikilidə yaşayır. Cavabdeh C.Nərgiz torpaq sahəsinə görə 25000 manata ödəməyi öhdəsinə götürmüşdür. Lakin o tikinti aparılması üçün 13500 manat pul, onlara isə hissə-hissə cəmi 10000 manat pul vermişdir.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, torpaq sahəsi onların istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin sahəsi təxminən 2,5-3 sot olar. Yaşadıqları müdd ətdə 2 ev inşa etmişlər. Bu evlərdən birində özləri, digərində qızı yaşyır. Həmin evlər bitişikdir. Mübahisəli tikilinin isə ayrıca qapıdı var, iddiaçının evinə bitişik deyil. Cavabdeh razılaşdırılan məbləği–30000 manat məbləğində pulu ödəməmiş və onları aldatmışdır. Tikintidə işləyən ustalar hələ də pulu iddiaçılardan tələb edirlər. Qonşuların yanında biabır olublar, hər gün həyətdə dava-dalaş, söz-söhbət olur. Cavabdeh üçün evi İddiaçı1 tikmişdir. Kommunal xəttlərinin çəkilməsinə razılıq da verilirb, lakin sonra cavabdeh öz öhdəliklərini icra etməyib və pulun qalan hissəsini ödəməmişdir. Cavabdeh tərəfindən 9720 manat pul ödənilmişdir. Onların evin tikilməsi ilə bağlı ustalara hələ də 7-8 min manat borcları qalmışdır. Cavabdehin onlara verdiyi pul xərclədiyini, onun vicdanlı olduğunu cav abdehə pulunu qaytaracağını, sadəcə olaraq cavabdehin mənzildən çıxmasını istədiyini bildirmişdir.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədiyini bildirdi. İzahatında qeyd etmişdir ki, cavabdeh İddiaçı2 ilə Facebookda tanış olmuş, bir müddət münasibətləri yaxşı olmuş, sonra iddiaçı cavabdehdən mənasız bir məsələyə görə küsmüşdür. Dörd ildən sonra Səkinə özü onu axtarıb tapdı dedi onun borcları var çox pis vəziyyətdədir ona 5000 manat pul lazımdı. Cavabdeh də cəmi 500 manat verə biləcəyini bildirdi. Sonra bir ay ərzində yanına gəlib getdi. Daha sonra ona iş qurmağı təklif etdi. Cavabdeh sonradan başa düşdü, ki bütün bunlar cavabdehin maddi vəziyyətini öyrənmək üçün atılan addımlar olub. Bir müddət sonra cavabdeh iddiaçıya dedi ki sizin yaşadığınız səmtdə 23000 manat a bir ev tapıb. İddiaçı da onu xəbərdar edib ki, onu aldadarlar, ehtiyatlı olsun. Daha sonra İddiaçı2 öz torpaq sahəsinin bir hissəsini almağı cavabdehə təklif edərək bildirib ki, onsuz da, o hissəni satacaqlar. Qiymət olaraq 30000 manat razılaşıb, lakin şərtləşiblər ki, pul ev tikilib qurtarandan, cavabdeh köçəndən sonra ödəniləcək, qiymətdə güzəşt də olunacaq. Amma belə razılaşıblar ki, usta qismində də İddiaçı1 və onun yaxınları işləyəcək. Cavabdeh bankdan kredit götürüb. Notariusa getməyi təklif etsə də iddiaçılar razı olmadılar. 20000 manat hissə hissə verib. 5000 manat məbləğində pulu may ayında verib, həmin pulu verəndə Səkinəyə dedi ki, pul barədə Çingizə deməsin, borclarının bir qismini ödəyib qızıllarını lombarddan çıxarsın, haqqhesab tamamlananda bu pulu da yoldaşına deyər. Sonr a yenə 5000 manat verib.Evin tikintisi üçün təxmini 13 mindən çox manat pul verilib. İddiaçılar deyirlər ki 13500 manat pul xərclənib. Hesab edir ki cəmi 5.000 pul xərclənib.

16. Nərimanov RMKTB-nin 55 saylı MKİS-nin nümayəndəsi X3 izahatında arayışın faktiki görünən qeydlər üzrə verildiyini, kitablarda ərazidə yaşayan şəxslərin adlarının yazıldığını və qaçqınlar şöbəsindən siyahı alındığını, həqiqətən qeyd olunan şəxslərin qeydiyyatda olduğunu, onların həmin fərdi yaşayış evinin kimlərə məxsus olduğunu qeyd etmək üçün səlahiyyətlərinin olmadığını bildirmişdir.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsində iki fərdi yaşayış evi inşa edilmiş və onlardan birində iddiaçı öz ailə üzvləri ilə birlikdə, digərində isə cavabdehlər yaşayır. Hər iki fərdi yaşayış evinin giriş-çıxışları fərqlidir. Yerli baxış zamanı Nərimanov RMKTB-nin 55 saylı MKİS-nin nümayəndəsi X3 bildirmişdir ki, onlarda olan məlumatlara əsasən qeyd edilən yaşayış sahəsində iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayırlar və eyni zamanda onların həmin fərdi yaşayış evinin kimə məxsus olmasını qeyd etmək üçün səlahiyyətləri yoxdur.

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-492/2024 nömrəli iş üzrə 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim X1) iddia ərizəsi rədd edilmişdir.

19. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Bələdiyyəsinin arayışı ilə də müəyyən edilir ki, ünvan 5 ünvana yerləşən yaşayış sahəsi Cavabdeh2 məxsusdur. Eyni zamanda mül ki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı bakı ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 ünvanında yerləşən fərdi yaşayış evinə ünvan 6 ünvan rekviziti müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, hər hansı daşınmaz əmlakın fiziki şəxsin xüsusi mülkiyyətində olması faktının müəyyən edilməsi bələdiyyə orqanlarının və ya mənzil-kommunal istismar səlahiyyətlərinin kənardır. Bu halı həmin orqanlarının nümayəndələri də məhkəmə baxışında təsdiq etmişlər.

20. Beləliklə, mülki işin materialları, yerli müayinənin nəticəsi, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi cavabdehlərin istifadə və sahibliyindədir. Eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehə həmin evə kommunal xətlərin – qaz və su xətlərinin çəkilməsinə, həmçinin sanitar qovşaqdan istifadəyə, kanalizasiya sisteminin quraşdırılmasına İddiaçı1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, Bakı İnzibati Məhkəməsinin qərarı ilə mübahisəli mənzilin yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi, Cavabdeh2 adına abunə kodunun açılması, sayğacın quraşdırılması onunla müqavilənin bağlanılması "xxxx" ASC-yə həvalə edilmişdir.

21. Məhkəmə daha sonra qeyd etmişdir ki, həmin fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin iddiaçıların razılığı ilə əvəzli şəkildə, müəyyən haqq qarşılığında cavabdehin istifadə və sahibliyində verilməsi də işin mübahisəsiz halıdır. İddiaçılar bunu özləri izahatları və iddia ərizəsində qeyd etməklə tə sdiq etmişdirlər. Eyni zamanda mülki işin materiallarında olan ərizələrdə də görünür ki, İddiaçı1 cavabdehin adına kommunal xidmətlərlə bağlı sayğacların qoyulmasına da yazılı razılığını vermişdir.

22. Məhkəmə İddiaçı2 Cavabdeh2 tərəfindən yalnız 9720 manat pul verdiyini, bununla bağlı qəbz təqdim etməsi ilə bağlı qeyd etmişdir ki, cavabdehin Cavabdeh1 tərəfindən tərtib olunduğu tərəflərin izahatları ilə müəyyənləşdirilən qəbzdə tikinti üçün pulun verilməsi deyil, müxtəlif tarixlərdə borc məbləğlərinin verilməsi qeyd edilmişdir. Digər cavabdeh İddiaçı1 məhkəmə hazırlıq iclasında cavabdeh C.Nərgiz tərəfindən tikinti aparılması üçün 13500 manat pul, bundan başqa onlara isə hissə-hissə cəmi 10000 manat pul verdiyi bildirmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, cavabdehin əvəzli ş əkildə mübahisəli torpaqdan istifadə etməsi, öz vəsaiti hesabına orada fərdi yaşayış evi inşa etməsi işin materialları ilə təsdiq edilir.

23. Məhkəmə iddiaçılar tərəfindən təqdim edilmiş qonşuların ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçılar hər ikisi məhkəmə iclaslarında mübahisəli fərdi yaşayış evinin cavabdehin maddi vəsaiti hesabına tikildiyini etiraf etmiş, lakin razılaşdırılmış məbləği tam ödəmədiyini bildirmişlər. Buna görə də həmin ərizələrdə qeyd edilən hallar öz təsdiqini tapmır.

24. Mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olsa da, yaşayış sahəsi kimi istifadə olunur. İddiaçıların isə buna maneə olunması üçün hər hansı hüquqi əsaslarının olması iş materialları ilə müəyyən olunmur.

25. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, tərəflərin bir-birinə qarşı pul tələbi i lə bağlı iddiaları varsa, bununla bağlı ayrıca icraatada iddia qaldırmaq hüquqları vardır. İddiaçının iddia tələbinin digər əsası – cavabdehin əxlaqsız ifadələrdən istifadə etməsi, dava salması, mübahisə etməsi də iddianın təmin edilməsi üçün əsas ola bilməz.

26. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarını n qorunması istiqamətində olmalıdır.

27. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki iddia tələbi üzrə iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir.

28. Qeyd edilməlidir ki, cavabdehlərin mübahisəli evə dair hüquqları qeydiyyatdan keçməsə də, onların qeyd olunan evə dair "qanuni gözlənti" hüququ var və bu səbəbdən də onların həmin evdən çıxarılması gələcəkdə yarana biləcək mülkiyyət hüquqlarından məhrum olunması ilə nəticələnə bilər. Cavabdehlər mübahisəli evdə iddiaçıların iradəsinə əsasən, Mənzil Məcəlləsinin 8-ci maddəsində göstərilən ümumi əsaslara yaşamış və tikili inşa etmişdirlər. Məhkəmə hesab etmişdir ki, onların orada yaşamaq hüququ vardır.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Azərba ycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.8, 165.1, 180.1, 180.2, 180.3-cü; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci;İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işi üzrə Qərarına;“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına; “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2, 77.1 və 216-220-ci maddələrinəistinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları, təqdim edilən sənədlər araşdırılmadan səhv nəticəyə gəlinmişdir. Torpaq sahəsinə dair müvafiq sənədlər ( rəy, alğı-satqı, kadastr planı və s.) təqdim edilsə də, məhkəmə tərəfindən müvafiq dövlət reyestrində çıxarışın olmaması əsas götürülərək ərizə təmin edilməmişdir. Lakin iddia predmeti olan torpaq sahəsi iddiaçılara ayrılmış torpaq sahəsi olmaqla, mübahisəli yaşayış evi də həmin torpaq sahəsində yerləşir. Digər bir tərəfdən məhkəmə iddiaçıya məxsus hər hansı bir sənədin olmadığını vurğulamışdır. Bu tamamilə əsassı zdır və işin natamam, bitərəfli, qərəzli mövqedən araşdırılmasını göstərir. Bunun da nəticəsində məhkəmə tərəfindən tətbiq edilməli maddi hüquq norması deyil, iddianın təmin edilməməsinə yönəldilmiş maddi hüquq norması tətbiq edilərək qətnamə çıxarılmışdır.Torpaq sahəsinin ayrılması barədə ərazi nümayəndəliyinin, mənzil komunal təşərrüfat birliyinin arayışları təqdim edilmiş və həmin torpaq sahəsinin məcburi köçkün kimi iddiaçılara verilməsi təsdiq edilmişdir. Həmçinin şahid ifadələri, işin faktiki halları, eləcədə məhkəmənin yerli baxışı zamanı qonşuların (AKT belə var), şahidlərin ifadələri ilə həmin torpaq sahəsinin və orada olan evlərin iddiaçılara məxsus olması öz təsdiqi tapmışdır. Eyni zamanda həmin ərazidə cavabdehlərə aid hərhansı bir torpağın və ya tikilinin olmaması da öz təsdiq ini tapsa da məhkəmə iddianın təmin edilməsi yönündə qanunveriçilik nörmaları deyil cavabdehlərin mövqeyindən yanaşmaqla iddianın rədd edilməsi yönündə maddi hüquq normaları tətbiq etməklə qətnamə çıxarmışdır. Cavabdehlərin evə dair heç bir hüququnun olmaması, zorla evi mənimsəmələri təsdiq olunsa da bu hallar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Torpaq sahəsi ayrılmış və iddiaçılar tərəfindən tikinti işləri aparılmışdır. Bu fakt heç bir şüphəsiz arayışlarla, şahid ifadələri ilə, cavabdehlərin özünün ifadələri ilə təsdiq olunsa da məhkəmə tərəfindən cavabdehin heç bir əsası olmayan dəlillərinə əsaslanaraq qərar (qətnamə) çıxarılmışdır. Cavabdehin əsassız dəlilləri iddiaçılar tərəfindən təqdim edilən sənədlərdən üstün tutulmaqla iddianın təmin edilməsi deyil rədd edilməsi yönündə madd i hüquq norması tətbiq edilmişdir. Doğma dədə-baba torpaqlarından didərgin düşən ailə olaraq öz əməkləri ilə min-bir əziyyətlə tikdikləri evin üzərində haqqının olmadığını iddia edilməsi həm ədalətsiz həm də qanunsuz qərardır. İddiaçılar tərəfindən verilmiş vəsatətlər təmin edilməyərək Mənzil komunal təsərrüfat birliyi tərəfindən verilmiş arayışla, ərazi üzrə bələdiyyənin verdiyi arayış arasında ziddiyətin aradan qaldırılması üçün tədbirlərin görülməsi təmin edilməmişdir. Lakin məhkəmə tərəfindən qərar qəbul edilərkən həmin ziddiyətli arayışlara əsaslanılaraq nəticə verilmişdir. Belə olan halda prosesual hüquqları pozulmuşdur. Məhkəmə tərəfindən ədalətli araşdırmanı təmin etmək məqsədi ilə ərazi nümayəndəliyi, bələdiyyə,digər cavabdeh dəvət edilməmiş və araşdırma prossesual hüquq normaları nın pozulması ilə nəticələnmişdir. Məhkəmənin gəldiyi nəticə işin bütün mühüm əhəmiyyətli hallarının aydınlaşdırılmamasına gətirib çıxartmışdır. Belə ki, iddiaçılar tərəfindən torpaq sahəsinin alınmasına, evin tikilməsinə dair ilkin sənədlər təqdim edilmişdir. Cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Bütün bunlar ədalətli, hərtərəfli şəkildə, təqdim edilən sədələrə qiymət verilməklə, vəsatətlər təmin edilərək ziddiyətli sənədlər araşdırılmaqla aparılsa idi həqiqət ortaya çıxardı. Lakin hakimin laqeyd və qərəzli, işdə maraqlı mövqeyi bütün bunların ədalətsiz nəticəyə gəlib çıxmasına səbəb olmuşdur. Ümumiyyətlə torpaq sahəsi üçün sonrakı sənədlərin alınması iddiaçının vəzifəsi deyil, onun hüququdur. Bu halların aydınlaşdırılmaması məhkəmənin gəldiyi nəticənin düzgün olmamasını bir daha təsdiq edir. Sözügedən torpağı cavabdehlə 30.000 manata danışmışalar. Həmin torpaq sahəsini 31.000 manata saytların birində satışa qoymuşdular və torpaq yaşadıqları evin həyətində yerləşirdi. Hətta içində bir otaq hazır vəziyyətdə idi. Cavabdeh Nərgiz o torpağa baxmağa gələndə bilirmişdir ki, 20000 manat pulu var və ilkin olaraq tikintinin başlanması üçün 5000 manat ödəmişdir. 2022-ci ilin may ayında iş başlamış, ümumi şəlkildə tikintiyə 13450 manat pul ödəmişdir. Həmin tikinti materiallarının (iddiçı tikintidə işlədiyi üçün tanıdığı yerlərdən münasib qiymətə tikinti materialları almışdır) alınması üçün verilən pul tikinti üçün sərf edilən materilların bir hissəsinə ancaq yetmişdir. İddiaçı1 işlədiyi zəhmət haqqını hesablamamaqla digər ustalara 8330 manat pul borcu qalmışdır. Ev t ikilən əsnada cavabdeh tərəfindən iddiaçılara hissə-hissə olmaqla ümumilikdə torpaq üçün 9720 manat pul ödənilmişdir. Ümumilikdə torpaq üçün nəzərdə tutulmuş 30000 manatdan 9720 manat ödənilmiş və qalıq borc 20280 manat olmuşdur. Ustalara olan borc 8330 manat, ümumilikdə 28610 manat borc qalmışdır. Buna baxmayaraq cavabdehlərdən borclarını tələb edərkən iddiaçılar təhqirlərə məruz qalmışlar. Belə olan halda cavabdehə borcunu vermədiyi təqdirdə evdən çıxrılacağı barədə xəbərdarlıq olunmuşdur. Bundan istifadə edən cavabdeh Nərgiz saxta sənədlər, bələdiyyədən əldə etdiyi saxta arayışlar əsasında hüquq əldə etmək istəmiş və iddiaçılar bundan xəbərdar olduqdan sonra bir hissəsinin ləğv edilməsinə nail olunmuşdur. Buna baxmayaraq cavabdeh Nərgiz həmin saxta arayışların ksero-sürətlərindən məha rətlə istifadə edərək sənədlər əldə etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5419/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X4 və X2) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(005)-492/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Apelyasiya instansiyası məhkəməsi ilk olaraq apellyatorun işin məhkəmə tərəfindən tam olaraq araşdırılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsində iki fərdi yaşayış evi inşa edilmiş və onlardan birində iddiaçı öz a ilə üzvləri ilə birlikdə, digərində isə cavabdehlər yaşayır. Hər iki fərdi yaşayış evinin giriş-çıxışları fərqlidir. Yerli baxış zamanı Nərimanov RMKTB-nin 55 saylı MKİS-nin nümayəndəsi X3 bildirmişdir ki, onlarda olan məlumatlara əsasən qeyd edilən yaşayış sahəsində iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayırlar və eyni zamanda onların həmin fərdi yaşayış evinin kimə məxsus olmasını qeyd etmək üçün səlahiyyətləri yoxdur.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi cavabdehlərin istifadə və sahibliyindədir.

34. Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin qətnaməsi ilə cavabdehə həmin evə kommunal xətlərin – qaz və su xətlərinin çəkilməsinə, həmçinin sanitar qovşaqdan istifadəyə, kanalizasiya sisteminin quraşdırılmasına İddiaçı1 tərəfindən yaradılmış maneələri n aradan qaldırılması qət edilmiş, Bakı İnzibati Məhkəməsinin qərarı ilə mübahisəli mənzilin yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi, Cavabdeh2 adına abunə kodunun açılması, sayğacın quraşdırılması onunla müqavilənin bağlanılması "xxxx" ASC-yə həvalə edilmişdir.

35. Nərimanov Rayon Bələdiyyəsinin arayışına əsasən ünvan 5 ünvana yerləşən yaşayış sahəsi Cavabdeh2 məxsusdur.

36. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı bakı ərazi İdarəsinin məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 ünvanında yerləşən fərdi yaşayış evinə ünvan 6 ünvan rekviziti müəyyən edilmişdir.

37. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, hər hansı daşınmaz əmlakın fiziki şəxsin xüsusi mülkiyyətində olması faktının müəyyən edilməsi bələdiyyə orqanl arının və ya mənzil-kommunal istismar səlahiyyətlərinin kənardır. Bu halı həmin orqanlarının nümayəndələri də məhkəmə baxışında təsdiq etmişlər.

38. Kollegiya apellyatorun cavabdehlərin evə dair heç bir hüququ olmaması, zorla evi mənimsəmələri ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddia tələbi və apellyasiya şikayətindən də müəyyən olunur ki, iddiaçılar tərəfindən mübahisələndirilən həmin fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi iddiaçıların razılığı ilə əvəzli şəkildə, müəyyən haqq qarşılığında cavabdehlərin istifadə və sahibliyinə verilmişdir. İddiaçılar bunu özləri izahatları və iddia ərizəsində, həmçinin apellyasiya şikayətində qeyd etməklə təsdiq etmişdirlər. Digər tərəfdən mülki işin materiallarında olan ərizələrdən də görünür ki, İddiaçı1 cavabdehin adına ko mmunal xidmətlərlə bağlı sayğacların qoyulmasına da yazılı razılığını vermişdir.

39. Bundan başqa İddiaçı1 məhkəmə hazırlıq iclasında Cavabdeh2 tərəfindən tikinti aparılması üçün 13500 manat pul, bundan başqa onlara isə hissə-hissə cəmi 10000 manat pul verdiyi bildirmişdir.

40. Göründüyü kimi, cavabdehin əvəzli şəkildə mübahisəli torpaqdan istifadə etməsi, öz vəsaiti hesabına orada fərdi yaşayış evi inşa etməsi işin materialları ilə təsdiq edilir.

41. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olsa da, cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçıların isə buna maneə olunması üçün hər hansı hüquqi əsaslarının olması iş materialları ilə müəyyən olunmur. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ev öz başına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

42. Beləliklə mübahisələndirilən mənzilin əvəzli şəkildə cavabdehlərin sahiblik və istifadəsinə verilməsi iş materialları ilə öz təsdiqini tapdığından cavabdehlərin həmin mənzildən çıxarılması üçün hər hansı bir qanuni əsas müəyyən edilmədiyindən kollegiya hesab etmişdir ki, iddia tələbi düzgün olaraq təmin edilməmişdir.

43. İddiaçıların iddia tələbinin əsası kimi istinad etdikləri cavabdehlər tərəfindən razılaşdırılmış pul məbləğinin tam verilməməsi ilə bağlı dəlillinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hal cavabdehlərin mübahisələndirilən mənzildən çıxarılması üçün əsas təşkil etməməklə tərəflərin bir-birinə qarşı pul tələbi ilə bağlı iddiaları varsa, bununla bağlı ayrıca icraatada iddia qaldırmaq hüquqları vardır.

44. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıların cavabdehlərin evdən çıxarılma tələbi ilə bağlı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil.

45. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, cavabdehlərin mübahisəli evə dair hüquqları qeydiyyatdan keçməsə də, onların qeyd olunan evə dair "qanuni gözlənti" hüququ var və bu səbəbdən də onların həmin evdən çıxarılması gələcəkdə yarana biləcək mülkiyyət hüquqlarından məhrum olunması ilə nəticələnə bilər. Cavabdehlər mübahisəli evdə iddiaçıların iradəsinə əsasən, Mənzil Məcəlləsinin 8-ci maddəsində göstərilən ümumi əsaslara yaşamış və tikili inşa etmişdirlər. Məhkəmə hesab edir ki, onların orada yaşamaq hüququ vardır.

46. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir.

47. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 146.1, 146.2, 159, 160, 163.1, 164.1, 165.1, 166.3, 180.1, 180.2, 180.3, 385.1, 425.1, 560.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48 (4-cü hissə), 50(1-ci hissə), 67( 1,3 və 4cü hissələr), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 385.2-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

48. İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)5419/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, qətnaməsinin ləğv edilməsi, işin düzgün araşdırılmasını təmin etmək məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

49. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları təqdim edilən sənədlər araşdırılmadan səhv nəticəyə gəlinmişdir. Tərəfindən torpaq sahəsinə dair müvafiq sənədlər ( rəy, alqı-satqı, kadastrplanı və s.) təqdim edilsə də, məhkəmə tərəfindən müvafiq dövlət reyestrində çıxarışın olmaması əsas götürülərək ərizələri təmin edilməmişdir. Lakin qeyd edir ki, iddia predmeti olan yaşayış evi və torpaq sahəsi onlara ayrılmış torpaq sahəsi üzərində olan və onlara məxsus olmuşdur. Digər bir tərəfdən iddiaçıya məxsus hər hansı bir sənəd ümumiyyətlə yoxdur. Bu tamamilə əsassızdır və işin natamam, bitərəfli, qərəzli mövqedən araşdırılmasını göstərir. Bunun da nəticəsində məhkəmə tərəfindən tətbiq edilməli maddi hüquq norması deyil, iddianın təmin edilməməsinə yönəldilmiş maddi hüquq norması tətbiq edərək qətnamə çıxarılmışdır. Torpaq sahəsinin ayrılması barədə ərazi nümayəndəliyinin, mənzil komunal təşərrüfat birliyinin arayışları təqdim edilmiş və həmin torpaq sahəsinin məcburi köçkün kimi onlara verilməsi təsdiq edilmişdir. Eyni ilə şahid ifadələri, işin faktiki hallarından göründüyü kimi, eləcədə məhkəmənin yerli baxış zamanı qonşuların (AKT beləvar), şahidlərin həmin torpaq sahəsinin və orada olan evlərin onlara məxsu s olması öz təsdiqi tapdığı kimi, həmin ərazidə cavabdehlərə aid hər hansı bir torpağın və ya tikilinin olmaması da öz təsdiqini tapsa da məhkəmə tərəfindən iddianın təmin edilməsi yönündə qanunveriçilik nörmaları deyil cavabdehlərin mövqeindən yanaşmaqla iddianın rədd edilməsi yönündə maddi hüquq nprmaları tətbiq etməklə qətnamə çıxarmışdır. Yəni ki, cavabdehlərin evə dair heç bir hüququ olmaması, zorla evi mənimsəmələri təsdqi olunsa da məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Torpaq sahəsi ayrılmış və tərəflərindən tikinti işləri aparılmışdır. Bu fakt heçbir şüphəsiz arayışlarda da, şahid ifadələrində də, cavabdehlərin (hər bir halda məhkəmə tərəfindən Cavabdeh1 məhkəmə iclaslarında iştirakı təmin edilməmiş) özünün ifadələri ilə təsdiq olunsa da məhkəmə tərəfindən cavabdehin heç bir ə sası olmayan dəlillərinə əsaslanaraq qərar (qətnamə) çıxarılmışdır. Cavabdehin əsassız dəlilləri onların tərəfindən təqdim edilən sənədlərdən üstün tutulmaqla iddianın təmin edilməsi deyil, rədd edilməsi yönündə maddi hüquq norması tətbiq edilmişdir. Doğma dədə-baba torpaqlarından digərgin düşən ailə olaraq öz əməkləri ilə min-bir əziyyətlə tikdikləri evin üzərində haqları olmadığının iddia edilməsi həm ədalətsiz həm də qanunsuz qərardır.

50. Məhkəmə tərəfindən işin faktiki olan halları müəyyən edilmədən düzgün nəticəyə gəlməmişdir. İşin faktiki halları həm birinci instansiya məhkəməsi,həm də apellyasiya məhkəməsi tərəfindən düzgün və ədalətli şəkildə araşdırılmamışdır. Məhkəmə tərəfindən belə qənaətə gəlinmişdir ki, evə cavabdeh pullar ödəməmişdir. Belə olan halda cavabdehin üzərinə qalı q pulun ödənilməsi öhdəliyi belə qoyulmamışdır. Bundan başqa təqdim edilən arayış və sənədlərin iddiaçının adına razılıq verilməsinə baxmayaraq məhkəmələr tərəfindən razılığın cavabdehə verilməsi kimi qiymət verilmişdir. Razılıq iddiaçının adına verilsə də sənəd cavabdehin adına işlənilərək göndərilir. Bu hala məhkəmələr də qiymət verməmişdir. Məhkəmə tərəfindən işin ədalətli şəkildə araşdırılmaması, etirazın nəzərə alınmaması, təkrar ekspertiza keçirilməməsi, bu kimi real hallar araşdırılmadığı üçün nəticə ədalətsiz olmuşdur. Bunun da nəticəsində bu hissədə münasibətləri tənzimləyən maddi hüquq normalarını deyil, sırf iddia ərizəsinin rədd edilməsi yönündə münasibətləri tənzimləyən qanunvericilik aktlarını tətbiq etmişdir. Maddi hüquq normalarının pozulması hissəsində məhkəmə sair bunun k imi amilləri nəzərə almamış və bunun nəticəsində də tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilmiş və sırf cavabdehlərin mövqeyinə uyğun qətnamə çıxarmışdır.

51. Tərəflərindən verilmiş vəsatətlər birinci instansiya məhkəməsində təmin edilməyərək mənzil komunal təsərrüfat birliyi tərəfindən verilmiş arayışla, ərazi üzrə bələdiyyənin verdiyi arayış arasında ziddiyətin aradan qaldırılması üçün tədbirlərin görülməsi təmin edilməmişdir. Bu barədə apellyasiya instansiyası məhkəməsində bildirsələr də yenə də bu halların araşdırılması üçün tədbirlər görülməmişdir. Əksinə olaraq məhkəmə tərəfindən qərar qəbul edilərkən həmin ziddiyətli arayışlara əsaslanılaraq nəticə verilmişdir. Belə olan halda prosesual hüquqları pozulmuşdur. Hər iki instansiya məhkəməsi tərəfindən ədalətli araşdırma nı təmin etmək məqsədi ilə ərazi nümayəndəliyi,bələdiyyə, digər cavabdeh dəvət edilməmiş və araşdırma prossesal hüquq normalarının pozulması ilə nəticələnmişdir. Göründüyü kimi prossesual hüquqları pozulmudur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Belə ki məhkəmə tərəfindən işin faktiki halları düzgün müəyyən edilmədiyindən prosessual hüquqları pozulmuşdur.

52. Məhkəmə təcrübəsindən göründüyü kimi hər bir halda məhkəmə tərəfindən işin real vəziyyəti, tələbin mahiyyəti, görülən tədbirlər ədalətli araşdırılmalı olduğu halda məhkəmələr tərəfindən birtərəfli, iddianın təmin edilməsi istiqamətində qətnamə qəbul edilmişdir. Halbuki məhkəmə təcrübəsində də və ümumiyyətlə qanunveriçilikdə məhkəmə araşdırmasında əldə edilən sənədlər əsas götürülməli və i şin faktiki hallarına uygun olaraq nəticə verilməlidir.

53. Kassasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 386, 387,390-cı maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

55. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

56. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digərqanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

57. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüq uqu həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

58. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

59. Maddə

160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

60. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

61. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaql a, əsassız güc hərəkətlərindən çəkinməlidir.

62. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

63. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

64. Maddə 180.1. Tikin ti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

65. Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

66. Maddə 180.3.Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

67. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır

68. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

69. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan RespublikasınınTorpaq Məcəlləsi

70. Maddə 48

4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.

71. Maddə 50

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur.

72. Maddə 67

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qay dada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

75. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

76. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

78. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

81. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

82. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

83. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

84. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

85. Hazırkı kassasiya ş ikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

87. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə tərəfindən evə cavabdehin pullar ödəmədiyi qənaətinə gəlindiyi halda cavabdehin üzərinə qalıq pulun ödənilməsi öhdəliyi qoyulmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, dəlil əsassızdır. Belə ki, cavabdehin üzərinə qalıq pulun ödənilməsi öhdəliyi qoyulması barədə tələb olmamış, iş üzrə iddia tələbindən kənara çıxıla bilməsi üçün isə qanunda göstərilmiş hal yoxdur.Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

88. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilmiş digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxa rıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

89. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

91. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2024-cü il tarixli 2(103)-5419/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar