Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4492/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli 2(103)-11829/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qətnaməsi ilə (hakim A.Z.Şirinov, iş № 2(008)-393/2015) İddiaçı Cavabdeh qarşı N saylı mənzilinin bölünərək ½ hissəsinə onun pay hüququnun tanı nması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, F.F.Babayev və E.M.Həsənov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh payı müəyyən olunmuş, qalan hissədə iddia təmin olunmamışdır. İşin halları: Tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan iki uşaqları olmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 27 dekabr 2013-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlardan biri iddiaçının, digəri isə cavabdehin yanında saxlanılmışdır. Birgə nikahda olduqları dövrdə tər əflər 2007-ci ildə yuxarıda göstərilən mənzili əldə etmişlər. 2014-cü ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi onların arasında bərabər bölünməklə onun ½ hissəsinə pay hüququnun müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək mənzilin onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasını və bununla əlaqədar mənzilə iddiaçının pay hüququnun müəyyən olunmasının Mülki Məcəllənin 178-ci maddəsinin tələbinə zidd olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mübahisəli mənzil “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş və mənzilin pay haqqı Cavabdeh tərəfindən ödənilməklə Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən Cavabdeh arvadı İddiaçı və iki uşağı ilə birlikdə mənzilə köçmək üçün 15 may 2009-cu il tarixdə order verilmişdir. Mənzilin pay haqqı tam ödənilmiş və mənzil istismara qəbul olunmaqla tərəflərin istifadəsinə verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 25 noyabr 2010-cu il tarixli qərarına əsasən Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1, 146.2, 178.1 və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəa larına uyğun olaraq tətbiq edilməlidir. Kooperativ üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə pay yığımı ödənilməklə əldə edildiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin əmlak onların ümumi birgə mülkiyyəti hesab olunmalı və mübahisə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 36, 37.1–ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1 və 225.1-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş ü zrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4492/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4492/2019
19.06.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver