Məhkəmə qərarları › İş №2(102)-4493/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4493/2022

31.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4493/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: istifadə hüququnun olmaması, pasport qeydiyyatından çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sahiblik və istifadə hüququ olmayan hesab edilmə, pasport qeydiyyatından məcburi qaydada çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3235/2022 nömrəli, 24 may 2022 -ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən evə dair 1992-ci ildə İddiaçı (bundan sonra “iddiaçı”) adına “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” tərtib edilmişdir. İddiaçı, Cavabdeh1, X1, Cavabdeh2, X2, X5 və X3 həmin ünvanda pasport qeydiyyatındadırlar.

2. Cavabdeh1 iddiaçının bacısı, X1 və Cavabdeh2 isə iddiaçının həmin bacısının uşaqlarıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra “cavabdeh”) ünvan 2 ünvanında yerləşən fərdi evə sahi blik və istifadə hüququ olmayan hesab edilmələri, pasport qeydiyyatından çıxarılmalarının Nəsimi rayon Polis İdarəsi Pasport Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırılmışdır ki, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu əsasında ünvan 3 ünvanında yerləşən fərdi ev iddiaçının istifadəsindədir. Nəsimi rayon İcra Hakimiyyətinin 17 aprel 1996-cı il tarixli 721 saylı sərəncamı ilə iddiaçı bu evə qeydiyyata alınmışdır. İddiaçı 1992-ci ildən öz ailəsi ilə birlikdə bu ünvanda yaşayır.

5. Son zamanlar iddiaçıya məlum olmuşdur ki, bacısı və onun övladı bu fərdi evə iddiaçının xəbəri olmadan qeydiyyata düşüb. Bacısı Cavabdeh1 1997-ci ildə X4 ilə nikaha daxil olub və onunla birlikdə müxtəlif ünvanla rda yaşayıb, hazırda isə ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayırlar. Dəfələrlə cavabdehədn evdən çıxması tələb olunsa da, o, evdən çıxmayacağını bildirmiş və hətta, evin bölünməsini də tələb etmişdir.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2, 5 və 9-cu maddələrinə istinad etmişdir.

7. Cavabdehin Cavabdeh1 iddiya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - qeyd edilən evi iddiaçının və cavabdehin atası onların Bakı şəhərində təhsil aldıqları müddətdə yataqxanada yaşamamaqları məqsədilə dayılarının adına almış, həmin vaxtdan da onlar bu evdə yaşamışlar; - daha sonra tevin texniki pasporti iddiaçının adına dəyişilib və iddiaçı evə qeydiyyata alınıb. Sonradan iddiaçı ailə qurub həmin evdən getmi ş və bir daha bu evdə yaşamamışdır; - 1996-cı ildən validenləri də Bakıya köçüb onlarla birgə bu evdə yaşamış, ataları xx.xx.2021-ci ildə vəfat etmişdir; - Cavabdehlər 03 iyul 2002-ci tarixdə iddiaçını razılığı ilə bu evə qeydiyyata alınıblar; - Bu ev 2003-2004-cü illərdə kirayayə verilmiş, kirayə pulu cavabdeh İddiaçı ilə iddiaçı arasında bölünmüşdür; - 2021-ci ilin ortalarından məlum olub ki, həmin ev "xxxx" MMC tərəfindən sökülüb. MMC ilə əlaqə saxlanılarkən o da məlum olub ki, sökülən evin yerində inşa ediləcək çoxmərtəbəli yaşayış binasından hər birinin sahəsi 80 kv.metr olan 2 ədəd təmirli mənzilin və binanın tikintisi başa çatana kimi aylıq 400 manat kirayə haqqının iddiaçıya verilməsi ilə bağlı iddiaçı ilə 20 fevral 2021-ci il tarixdə ayrı-ayrı 2 müqavilə bağlanmışdır; - cavabdeh b u barədə "xxxx" MMC-yə müraciət etmiş, nəticədə MMC iddiaçıya müraciət edərək aylıq kirayə haqqının bölünməsini təklif etmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddianı vermişdir; - bundan əlavə sözügedən ev xüsusi mülkiyyət hüquqi ilə qeydə alınmayıb, iddiaçı evin mülkiyyətçisi deyil. Cavabdehlər də iddiaçı ilə bərabər hüquqlu şəxs kimi evə qeydiyyatdadırlar. Buna görə də iddiaçının belə bir iddianı qaldırmağa subyektiv hüququ yoxdur; - həmçinin cavabdeh İddiaçı ərindən boşanıb, faktiki olaraq Azadlıq prospekti, ev 108, mənzil 38-də qeydiyyatsız yaşayır, onun yeganə qeydiyyat yeri bu evdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-351/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Natavan Tağıyeva)

9. Birinci instansiya məhkəməsinin mövqeyi be lə olub ki, iddiaçının istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olduğundan onun tələbi əsassızdır və təmin edilməməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.3, 139.1, 152.1, 178.1 və 180-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bacısı Cavabdeh1 onun sahiblik və istifadəsində olan ünvan 2 ünvanında heç vaxt yaşamayıb, onun sahiblik və istifadəsində olan evdə qeydiyyatda qalmaqla onun mülkiyyət hüquqlarını pozur. Məhkəmə həmin evin özbaşına tikili olduğunu bildirməklə iddia tələbini rədd etmişdir. Lakin yaşayış evinin texniki pasportuna və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 17 aprel 1996-cı il tarixli 721 saylı sərəncamına əsasən həmin fərdi evin qanuni əsaslarla onun sahiblik və istifadəsində olduğu öz təsdiqini tapır, lakin məhkəmə bunu nəzərə almamışdır. Həmçinin bu illər ərzində evin kommunal xərcləri də onun tərəfindən ödənilmişdir. Məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(103)-3235/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), A zad İmanov, Fuad Talışinski)

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, eləcə də Cavabdeh1 iddiaçının sahiblik və istifadəsində olan ünvan 2 ünvanında heç vaxt yaşamaması, cavabdehlərin iddiaçının sahiblik və istifadəsində olan evdə qeydiyyatda qalmalarının iddiaçının hüquqlarını pozması, evin kommunal xərclərinin də iddiaçı tərəfindən ödənilməsi barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, sözügedən fərdi yaşayış evi özbaşına tikili olduğundan və iddiaçının həmin tikiliyə hüquqları dövlət qeydiyyatına alınmadığından, apellyatorun həmin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz.

15. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 17 aprel 1996-cı il tarixli 721 saylı sərəncamına əsasən həmin fərdi evin qanuni əsaslarla mənim sahiblik və istifadəmdə olduğunu nəzərə almamış, məhkəmə tərəfindən sübutl ar düzgün qiymətləndirilməmişdir. Məhkəmə qətnamə çıxararkən MPM-in 217-ci maddəsinin tələblərini də pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reye strində həyata keçirilir. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə

180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq i xtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Mad də 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiy a məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Ma ddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

20. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Birinci instansiya məhkəməsi və həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə mahiyyətcə düzgün nəticəyə gəlib. Bu baxımdan, məhkəmə kollegiyası əlavə şərhə zərurət görmür.

24. Məhkəmə kollegiyası evin kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi barədə kassasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etmir. Kommunal xidmətlərdən istifadə edən şəxsin həmin xidmətlərə görə haqq ödəməsi xidmət müqaviləsindən irəli gələn bir məsələdir.

25. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3235/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar