Məhkəmə qərarları › İş №2(102)-4494/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4494/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4494/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Abıyev Elman Oruc oğlunun, cavabdehin nümayəndəsi X2, cavabdehin vəkili Mahmudov Cahangir Fəxrəddin oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh «xxxx» MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkə məsinin xx xxx 2019-cu il tarixli, 2(012)-2086/2019 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, “xxxx” MMC tərəfindən Abşeron rayonu, X saylı mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 5388,50 manat “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi, Abşeron rayonu, X saylı mənzilinə birinci dəfə quraşdırılmış elektrik, su və qaz sayğaclarına görə ümumilikdə 700 manat pul tələbinin “xxxx” MMC tərəfindən İddiaçı tələb etməsinin əsassız hesab olunması, iddianın maddi və mənəvi tələb hissəsində rədd edilməsi, iddiaçı X1 cavabdeh “xxxx” MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən, m əruzəçi), S.Qafari və F.Məmmədov, 2(106)469/2020 saylı mülki iş) hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(012)-2086/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMC tərəfindən mənzilin satışı zamanı sahəni artıq göstərməklə ondan artıq alınmış 6500 manatın ona qaytarılması, mənzilə birinci dəfə quraşdırılmış elektrik, su və qaz sayğaclarına görə ümumilikdə 700 manat pul tələbinin əsassız olması, onun səhhəti ilə bağlı vurduğu maddi ziyana görə 10000 manat vəsaitin ödənilməsi və ona verdiyi mənəvi ziyana görə 15000 manat pul vəsaitinin onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasi ya şikayətinin dəlilləri: Cavabdeh «xxxx» MMC apelyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin ekspertizaya əsasən mənzilin sahəsi müqaviləyə uyğundur. Lakin təkrar ekspertiza düzgün rəy verməmişdir. Ona görə kompleks ekspertiza keçirilməsini tələb etsələr də vəsatət təmin olunmamışdır. Eyni zamanda mənzilə birinci dəfə quraşdırılmış elektrik, su və qaz sayğaclarına görə ödənişlərin tələb edilməməsi hissəsində də məhkəmə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 və vəkili Mahmudov Cahangir Fəxrəddin oğlu kassasiya şika yətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Abıyev Elman Oruc oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. xx xxx 2014-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən “xxxx” MMC X prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki 25 saylı küçəsində inşa edilən (inşa edilmiş) 7 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 69.4 kv. metr olan 2 otaqdan ibarət 42 saylı mənzili alıcı İddiaçı satmağı, alıcı isə va hid əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya 36 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC-nin 1669/17 saylı, xx xxxxxxxx 2017-ci il tarixli arayışından görünür ki, mənzilinin dəyəri 45110 manat İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. xx xxxxxxx 2018-ci il tarixli, 10858 saylı ekspert rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, X saylı mənzilinin faktiki ümumi sahəsinin xx xxx 2014-cü il tarixli müqaviləyə uyğun olmaqla 69.4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. xx xxxx 2019-cu il tarixli, 215 saylı ekspert rəyinə əsasən “xxxx” MMC tərəfindən inşa edilən Abşeron rayonu, X saylı mənzilinə baxış zamanı müəyyən olunmuş mövcud daxili ölçülər üzrə ümumi sahəsinin, 61,11 m2 təşkil etdiyi və mənzilin ümumi sahəsinin xx xxx 2014-cü il tarixli 1(b)/083 saylı müqavilədə göstərilən 69,4 m2 sahədən 8,29 m2 az olduğu müəyyən edilmişdir. Apelyasiya Məhkəməsi iş üzrə keçirilmiş xx xxxx 2019-cu il tarixli, 215 saylı ekspert rəyini mötəbər sübut kimi dəyərləndirilməsi ilə razılaşaraq hər kv.metr sahənin 650 manat (45110 AZN ÷ 69,4 m2) təşkil etdiyini nəzərə alaraq, “xxxx” MMC-nin İddiaçı 5388,50 manat artıq pul vəsaiti alınması ilə (8,29 m2 × 650 AZN) razılaşmışdır. Qarşı tərəf bu halı təkzib edən sübutlar təqdim edə bilməmişdir. İş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatət əsassızdır. Təkrar ekspertiza keçirilməsinin əsasları qanunla müəyyən edilmişdir. İkinci ekspert rəyinin həqiqiliyini şübhə altına alınması üçün hallar aşkar edilməmişdir. Bundan əlavə, A R Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. AR Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. AR Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”na əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakç ılara münasibətdə STKMin (su təchizatı və kanalizasiya müəssisəsinin) vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Beləliklə, iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxx 2014-cü il tarixli müqavilədə elektrik, qaz və su sayğaclarının qoyulması İddiaçı hesabına aparılması qeyd olunsa da, müqavilənin həmin şərtləri AR Nazirlər Kabinetinin qərarlarına ziddir. Bu səbəbdən cavabdehin iddiaçıdan elektrik, qaz və su sayğaclarının qoyulması üçün tələb etdiyi 700 manat pul əsassızdır. Müvafiq normativ aktlarla elektrik, qaz və su sayğaclarının quraşdırılması müvafiq icra hakimiyyət orqanları həyata keçirməli olduğundan müqavilədə həmin işlərin fiziki şəxsin hesabına quraşdırılması barədə bənd özlüyündə etibarsızdır. Çünki qeyd olunan sahələr üzrə dövlətin monopolist siyasətini yerinə yetirən və enerji resurslarını istehlakçıya çatdıran təşkilatlar onların üzərinə qoyulan vəzifələri icra edirlər. Qanunla müvafiq təşkilatlarının üzərinə qoyulmuş vəzifələrin fiziki şəxsin hesabına həyata keçirilməsi barədə öhdəlik əsassızdır. Apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan və 1-ci instansiyası məhkəməsində tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 445.2.1, 646.1, 646.2, 568.1, 649-ci maddələrini tətbiq etməklə iş üzrə nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətini n təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh «xxxx» MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar