Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4495/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 25 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Z.Rzayev, iş 2(008)-825/2018) ilkin iddianı n qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı xeyrinə 18055 manat və 47.000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pulun tutulması, ilkin iddia ərizəsinin verilməsi ilə əlaqədar verilmiş 40 manat dövlət rüsumunun 30 manatının Cavabdeh1 İddiaçı xeyrinə tutulması, qalan 10 manatının İddiaçı qaytarılması, ilkin iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh1 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 yanvar 2019-cu il tarixli, 2(103)-1501/2019 saylı qətnaməsi ilə (E.M.Həsənov (sədrlik edən və məruzəçi), hakimlər X.A.Mərdanova və F.F.Babayev) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsinin Cavabdeh1 İddiaçı xeyrinə 47.000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində ləğv olunması, həmin hissədə ilkin iddianın rədd edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə (Cavabdeh1 İddiaçı xeyrinə 18055 manat məbləğində pulun tutulması və həmçinin qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində)dəyişdirilmədənsaxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 84.700 (səksən dörd min yeddi yüz) ABŞ dolları və 6.355 (altı min üç yüz əlli beş) manat məbləğində birgə borcun illik 5 faiz miqdarında əlavə faiz hesablanmaqla cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22.900 manat m əbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, 04 sentyabr 2013-cü il tarixində Bakı şəhəri 23 saylı notariat kontorunda təsdiq olunmuş və İddiaçı (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış kredit müqaviləsinə əsasən borc verən borc alana 18.055 (on səkkiz min əlli beş) manat məbləğində pulu 3 ay müddətində qaytarmaq şərti ilə borc vermiş, borc alan isə həmin məbləği qeyd edilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. İşin mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, İddiaçı tanışıarı Cavabdeh2 və Cavabdeh1 iş görmək adı altında ondan ümumilikdə 37.500 manat və 57.000 ABŞ dolları pulu alaraq dələduzluq etmələri ilə əlaqədar müraciəti Xətai RPİ-də araşdırılmış, araşdı rma nəticəsində cavabdehlərin əməllərində Azərbaycan Respublikasının CM-nin 178.2.1 -ci və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin əlamətləri adığı üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 oktyabr 2017-ci il tarixli qərar qəbul edilmiş, qərarla müəyyən edilən hallar mülki və kommersiya xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan və ilkin iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi rus dilindəki 20.10.2013-cü il tarixli qəbzə əsasən, İddiaçı tərəfindən 47.000 (qırx yeddi ABŞ dolları rubroid sexinin inkişafı məqsədilə 5 ay müddətinə qaytarılmaq şərti ilə "xxxx" MMC-nin direktoru qismində Cavabdeh1 verilmiş və sonuncu tərəfindən firmanın direktoru qismində imzalanmaqla həmin cəmiyyətin möhürü ilə təsdiqlənmişdir. İşdə olan 21 oktyabr 2013-cü il tarixli xəzinə mədaxil orderinə görə, İddiaçı "xxxx" MMC-nin "xxxx" ASC-nin Xətai filialındakı bank hesabına 17 237 (on yeddi min iki yüz otuz yeddi) manat pul köçürmüşdür. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi 04 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə və 20.10.2013-cü il tarixli qəbzə əsaslanmaqla, İddiaçı Cavabdeh1 qaytarılmaq şərtilə 04.09.2013-cü il tarixdə 18 055 manat, 20.10.2013-cü il tarixdə isə 47 000 ABŞ dolları pul verdiyinin öz təsdiqini tapdığı qənaətinə gəlmiş, mübahisəyə mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri ilə bağlı müddəalarını tətbiq etməklə müvafiq qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 İddiaçı xeyrinə 18 055 manat pulun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflərin 04 sentyabr 2013-cü il tarixdə notariat qaydada borc müqaviləsi bağladıqları mübahisə mövzusu deyildir, Cavabdeh1 işin bu halını mübahisələndirməmiş, bununla belə İddiaçı həmin məbləğdən 1 aylıq faiz kimi 3000 manatı götürməklə məhz yerdə qalan 15055 manat pulu ona verdiyini, sonradan isə qalan məbləğin rubroid sexinin istehsalatına qoyulması barədə razılaşdıqlarını irəli sürmüşdür. Cavabdeh1 bu arqumentinin ********* saylı cinayət işinin materialları ilə təsdiq olunduğunu irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi müvafiq sorğusu əsasında əldə edilmiş həmin işin materiallarından qeyd edilən xüsusatlar müəyyən əmişdir. Həmin cinayət işinin araşdırılması zamanı dindirilmiş şahidlərin if adələrinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, prosessual qanunvericiliyin tələblərinə görə sözügedən arqumentlər yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda qəbzlər, müqavilə və s.) sübut olunmalıdır, belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81 -ci maddəsinə əsasən, qanuna və ya digər ativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallan sübutlarla təsdiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 İddiaçı xeyrinə 47.000 ABŞ dolları məbləğində pulun tutulması nəticəsinə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi, eləcə də sübutetmə yükünün bölüşdürülməsi baxımından prosessual qanunvericiliyin müəyyənləşdirdiyi prinsiplərə əməl etməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun d igər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. -404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. -324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Apellyasiya instansiyası məhkəməsini qənaətinə görə, qeyd edilən hissədə tərəflər arasında borc müqaviləsinin bağlanmış olduğu (yaxud, həmin pulun Cavabdeh1 şəxsi borc kimi verildiyi ) qənaətinə gəlmək mümkün deyildir; əvvəla tərəflər arasında notarial və ya sadə yazılı borc müqaviləsinin bağlandığı müəyyən edilməmiş, şifahi borc müqaviləsini n mövcudluğunu isə cavabdeh sözügedən qəbzin "xxxx" MMC-yə aid sexə çəkilən xərclərə görə yazıldığını irəli sürməklə təkzib etmişdir. Digər tərəfdən, yalnızca 20.10.2013-cü il tarixli sadə yazı qəbzə əsaslanmaqla tərəflər arasında borc müqaviləsinin bağlandığı və 47 000 ABŞ dolları məbləğində pulun borc müqaviləsinə əsasən məhz şəxsi borc kimi Cavabdeh1 verildiyi qənaətinə gəlmək də mümkün deyildir. Çünki sözügedən qəbzdə Cavabdeh1 həmin subroid sexinin inkişafı məqsədilə "xxxx" MMC-nin direktoru qismində aldığı göstərilmiş həmçinin o, həmin qəbzi məhz adıçəkilən cəmiyyətin direktoru qismində imzalamış və qəbz mənz cəmiyyətin möhürü ilə təsdiqlənmişdir. Apellyasiya instansiyası məhkəməsinin müvafiq sorğusu əsasında əldə edilmiş ********* saylı cinayət işinin materialları ilə də müəyyən edi lmişdir ki, Cavabdeh1 məxsus rubroid istehsalı ilə məşğul olan "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqədar (İddiaçı ilə Cavabdeh1) biznes əlaqələri (şəriklik) yaranmış, İddiaçı istintaq orqanına verdiyi izahatında həmin müəssisəyə aid sexin fəaliyyətinin bərpa edilməsi üçün lazım olan xammalın alınması məqsədilə 50.000 ABŞ dolları pulu, yəni həmin dövrün məzənnəsi ilə 39.000 manatı verdiyini, bu barədə yazılmış qəbzdəisə məbləğin 47.000 ABŞ dolları kimi göstərildiyini bildirmişdir.Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddiaçının Cavabdeh1 verdiyini iddia etdiyi 22.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 17 237 manat) pulun da sonuncuya deyil, hüquq şəxs "xxxx" MMC-yə verildiyi (onun bank he sabına köçürdüyü) müəyyən edilərək, həmin hissədə ilkin iddia təmin edilməmiş və yuxarıda da qeyd edildiyi kimi ilkin iddiaçı, həmin hissədə qətnamə ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ağlabatan mühakimə əsasında ilkin iddiaçı tərəfindən 47.000 ABŞ dolları pul vəsaitinin Cavabdeh1 şəxsi borc kimi verildiyi qənaətinə gəlmək məntiqli deyildir. Əksinə, həmin pulun tərəflərin fəaliyyətində birgə iştirak etdikləri MMC-yə və məhz cəmiyyətə aid sexin istehsalatının inkişafı məqsədi ilə verilmiş olc-ğ aətinə gəlmək hazırkı işin qeyd edilən faktiki halları baxımından daha ağlabatandır Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticəni əsaslı hesab etmiş və qeyd etmişdir ki, həmin nəticənin doğru olmadığı qən aətinə gəlməyə əsas verəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4495/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4495/2019
25.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver