Məhkəmə qərarları › İş №2(102)-4496/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4496/2020

01.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4496/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1, vəkili Vnın və digər Cavabdeh2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.İsmayılov) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova, A.Abbasov, G.Tağızadə) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xxx saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 4 mkr., 14/21 saylı evin 39 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Cavabdeh1 iş üzrə Sumqayıt Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 4 mkr., 14/21 saylı evin 39 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərin pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh1 mübahisəli mənzilə ailə üzvü qismində tarixdə gəlin gəlmiş və dövlət fon dunda olan bu mənzilə istifadə hüququ Sumqayıt şəhər məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən tanınmışdır. Cavabdeh və himayəsində olan azyaşlı oğlu bu mənzilə pasport qeydiyyatına alınmış və köçürülmüş, lakin dəfələrlə iddiaçı və onun ailə üzvləri tərəfindən bu mənzildən qovularaq çıxarılmış və hətta mənzilin giriş-çıxış qapısının açarı cavabdeh tərəindən dəyişdirildiyi və o, mənzilə buraxılmadığı üçün yenidən 2011-ci il tarixdə məhkəməyə müraciət edilmiş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən həmin mənzilin çöl giriş-çıxış qapısının açarının cavabdehə verilməsi barədə qətnamə qəbul edilmiş, həmin qətnamə dəfələrlə icra olunmuş, hər dəfə də qarşı tərəf icra hərəkətlərindən sonra yenidən onu bu mənzilə buraxmamış və açarı dəyişmişdir. Cav abdehə məxsus bütün əmlakların həmin mənzildə olmasına və oğlunun pasport qeydiyyatında qalmasına baxmayaraq qarşı tərəf həmin mənzili qeyri-rəsmi olaraq başqa bir şəxsə satmış və cavabdeh bu barədə həmin evə girmək istəyərkən xəbər tutmuşdur. Belə ki, bu mənzildə kənar şəxsləri gördükdə onlar mənzilin yarı dəyərini iddiaçıya ödədiklərini və mənzil onların adına rəsmiləşdirilən vaxt qalan pulu da verəcəklərini bildirmişlər. Cavabdehin bundan xəbər tutduğunu görən iddiaçı məhkəməyə müraciət edərək onun və oğlunun həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsini iddia etmişdir. Məhkəmə qərarları və həmin qərarların icrası ilə bağlı aparılan icra hərəkətləri ona dəlalət edir ki, Cavabdeh1 mübahisəli mənzildə son vaxtlar yaşamaması iddiaçının onu həmin mənzilə buraxmaması ilə bağlı olmuşdur. Hətta Cavabdeh1 bu mübahisələrə son qoymaq üçün həmin mənzilin bölgüsü və evin çöl tərəfindən ayrıca giriş-çıxış qapısının qoyulması ilə bağlı Sumqayıt şəhər İcra hakimiyyətinə və inzibati məhkəməyə də müraciət etmiş, lakin ərizəsinin mümkünsüz olduğu bildirilmişdir. Cavabdeh1 epilepsiya xəstəsi olmaqla İİ qrup əlildir, oğlu Yaşar da epilepsiya xəstəliyindən əziyyət çəkir, dəfələrlə bu mənzildə cavabdehlərin etdikləri təzyiqlər nəticəsində cavabdehdə epilepsiya tutmaları olmuş, həmin şəxslər ona yardım da etməmişlər. İddiaçı tərəfin cavabdehin bu mənzildə yaşamasına əngəl yaratması göz qabağındadır. Lakin məhkəmə bu halları nəzərə almamış, cavabdehin həmin mənzili könüllü olaraq tərk etdiyini sübuta yetirən bir dənə də olsun əsaslı dəlilin olmamasına baxmayaraq bu əsassız iddianı təmin etmişdir. Cavabdehlərin başqa daimi yaşayış yerləri yoxdur. Onlar müvəqqəti olaraq Cavabdeh1 qardaşına məxsus evdə yaşayırlar. İddiaçı özü mübahisəli mənzildə yaşamadığı və həmin mənzili sataraq həyət evi tikdiyi halda özü bu mənzilə hüququnu itimişdir. Məhkəmə işə birtərəfli baxmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, yalnız qarşı tərəfin əsassız dəlillərinə istinad edərək hazırki qətnaməni çıxarmışdır. Bu qətnamə cavabdehlərin mənzil hüquqlarının pozulmasına xidmət edir. İşə baxan məhkəmə qeyd olunan halları, Cavabdeh1 həmin mənzilə istifadə hüququnu təsdiqləyən qətnamənin olmasını, onun həmin mənzildən qovularaq çıxarılmasını, həmin mənzilə buraxılmadığını, özünün və oğlunun epilepsiya xəstəliyindən əziyyət çəkdiyini, başqa bir daimi yaşayış yerlərinin olmamas ını, bu mənzilə köçürülmə ilə bağlı dəfələrlə icra hərəkətlərinin aparıldığını təsdiq edən hallara və sübutlara göz yumaraq qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddia tələbini təmin etməklə hüquqlarını itirilmiş hesab etmişdir. Cavabdeh1 həmin mənzildə 1996-cı ildən yaşamaqla məhkəmə qətnaməsinə əsasən 2003-cü ildən qeydiyyata alınmış, mənzil dövlət fondundadır. Tərəflər arasında hüquq münasibətləri xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına əsasən tənzimlənməlidir. İddiaçı cavabdehin daimi yaşayış yerinin olmasını, onun oğlu ilə daimi olaraq başqa yaşayış yerində yaşamağını sübuta yetirə bilməmişdir. Beləliklə apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Göstəril ənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qebul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbayca n Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın təmin edilməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2-78-2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh1 E saylı mənzilinə yaşayış sahəsindən istifadə hüququ tanınmış və o, azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülmüşdür. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xxx saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin sur ətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, E saylı mənzilin giriş-çıxış qapısının açarının Cavabdeh1 verilməsi bərədə tələb təmin edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, cavabdehlər 2003cü ildən E saylı mənzilində yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları İdarəsinin cavabdehə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi xx.xx.2003-cü il tarixdə icra olunmuş, icra sənədi məhkəməyə qaytarılmışdır. Sonrada təkrarən mənzilə köçürülmə tələbinə dair müraciəti Sumqayıt şəhər məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə təmin edilmiş, bu barədə akt tərtib olunmuş, cavabdeh heç bir narazılıq bildirmədən imza etmişdir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə Şöbə Sumqayıt şəhəri üzrə İcra şöbəsi MİQ2-MQ95 saylı, xx.xx.2012-ci il tarixli və əlavə olaraq xx/xx-12756 saylı, xx.xx.2012-ci il tarixli məktublarla bildirmişdir ki, E saylı mənzilin giriş-çıxış qapısının açarlarının verilməsinə dair Sumqayıt şəhər məhkəməsinin 2(060)-4527 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi xx.xx.2012-ci il tarixdə İcra şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanmış, qərar və bildiriş tərəflərə göndərilmişdir. İcra sənədi üzrə borclu İcra şöbəsinə müraciət edərək məhkəmə qətnaməsinin icrasına heç bir etirazı olmadığını və icranı könüllü həyata keçirəcəyini bildirmişdir. Cavabdeh1 İcra şö bəsinə müraciət edərəkxx.xx.2012-ci il tarixə qədər icra hərəkətlərinin təxirə salınması xahiş edilmişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdə icra sənədində göstərilən tələb icra edilərək bu barədə akt tərtib olunmuş və Sumqayıt şəhər məhkəməsinin 2(060)-4527 saylı, 19,07.2012-ci il tarixli qərardadı ilə icraata xitam verilmişdir. Həmin icra sənədi xx.xx.2012-ci il tarixdə yenidən icraya yönəldilmiş və həyata keçirilmiş icra tədbirləri nəticəsində mübahisəli mənzilin giriş-çıxış qapısının açarı Cavabdeh1 təhvil verilmiş, bununla bağlı müvafiq akt tərtib edilmiş, lakin o, həmin mənzildən borclu tərəfindən çıxarılacağını və bununla da orada yaşayıbyaşamayacağını bilmədiyini əsas gətirərək aktı imzalamaqdan imtina etmiş, sonradan şifahi olaraq İcra şöbəsinə müraciət edərək xx.xx.2012-ci il də yenidən onun mənzilə köçürülməyi və giriş-çıxış qapısının açarının ona verilməsi xahiş edilmişdir. Onun şifahi xahişi nəzərə alınaraq icranın həyata keçirilməsi həmin tarixə təyin edilmişdir. Lakin razılaşdırılmış tarixdə o, Sumqayıt şəhəri üzrə İcra şöbəsinə müraciət etmədiyindən icra sənədi “İcra haqqında” AR "ununun 23.1.5-ci maddəsinə əsasən xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə qaytarılmışdır. Yəni iş materiallarından görünür ki, məhkəmə qətnamələri dəfələrlə icra olunmasına, mənzilin açarının verilməsinə, həmin işlər üzrə cavabdehin qətnamənin icrasına razı olmasına baxmayaraq hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 indiyədək mübahisəli mənzilə köçərək orada yaşamamışdır. Apelyasiya kollegiyasının iclasında cavabdehlər mübahisəli mənzildə iddiaçı və onun ailə üzvlə ri ilə birlikdə yaşamağın mümkün olmadığını, ona kompensasiya kimi pul verilməsi və ya yataqxana ilə təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan qətnamələrdən görünür ki, Cavabdeh1 1996-cı ildə iddiaçının qardaşı ilə faktiki nikah münasibətinə daxil olmuş, mübahisəli evə köçərək 1998-ci ilə qədər orada yaşamış, sonra oradan çıxıb getmişdir. Sumqayıt şəhər məhkəməsinin 2-78/2003-cü il saylı, xx xxxxxx 2003-cü il tarixli qətnaməsinə əsasən cavabdehin mübahisəli mənzilə yaşayış hüququ tanınmışdır. Lakin buna baxmayaraq indiyədək orada yaşamır. İş materiallarından görünür ki, mübahisəli mənzil dövlət fonduna məxsusdur, özəlləşdirilməyib. Bundan başqa iş materiallarından görünür ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ 1996-cı ildən yaranmışdır. Bundan başqa onun həmin mən zilə istifadə hüququ 2003-cü ildə tanınmasına baxmayaraq o və oğlu mübahisəli mənzildə yaşamamışdır. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Qeyd edilənlərə əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, iddia əsaslıdır. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd ed ir ki, Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərkən göstərdiyi əsasları hazırda kasasiya şikayətində dəlil olaraq göstərmişdir. Kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, cavabdeh iddiaçının ucbatından mübahisəli mənzildə yaşaya bilmədiyini iddia etsə də, cavabdehin və oğlunun həmin mənzilə köçürülməsinə dair məhkəmə qətnaməsinin icrası üçün dəfələrlə tədbirlər görülmüş, icraya maneə olmamış, hətta qapı açarının verilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrası zamanı da cavabdeh tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. Apelyasiya baxışı zamanı da o, həmin mənzildə yaşamaq istəmədiyini, pul kompensasiya ödəniləcəyi halda iddia tələbi ilə razı olacağını bildirmişdir. Apelyasiya kollegiyası tərəflər arasında münasibətlər üzrə xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərba ycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsini tətbiq edib iddianı təmin etməkdə maddi hüquq normasının pozuntusuna yol verməmişdir. Belə ki, cavabdehlərin uzun müddət mübahisəli mənzildə yaşamamaları öz təsdiqini tapmışdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirHəmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişikl ik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar