Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4496/2023 25.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X5 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4378/2023 nömrəli, 14 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Xətai rayonu Botanika küçəsi 9 saylı evin 41,03 yaşayış sahəsindən ibarət 5 saylı mənzili İddiaçı (bundan sonra-iddiaçı) adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. Cavabdeh (bundan sonra-cavabdeh) Bakı şəhəri, Botanika küçəsi ev 9, mənzil 5-də 10 yanvar 2018-ci il tarixdən qeydiyyatdadır.
3. X10 Bakı şəhəri, Botanika küçəsi ev.9, mənzil 5-də 28 mart 2002-ci il tarixdən qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər xx.xx.1939-cu il təvəllüdlü İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.1989-cu il təvəllüdlü Cavabdehdır.
4. Xətai rayon Məhkəməsinin e-2(011)-3027/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddia təmin edi lmiş, iddiaçının oğlu Vüqar Əhmədovla Cavabdeh Dilqəm qızı arasında 16.2.2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 149 nömrə ilə qeydə alınmış nikah pozulması, boşanmadan sonra 31.5.2012-ci il təvəllüdlü X2 anası Cavabdeh Dilqəm qızının yanında qalması müəyyən edilməsi, iddiaçı X3 birgə nikahdan anadan olmuş 31.5.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh Dilqəm qızına verilməsi, alimentin tutulmasına 13 may 2022-ci il tarixdən başlanması qət edilmişdir. 5. xx.xx.2010-cu il təvəllüdlü X6 doğulduğu vaxtdan 2 nömrəli uşaq poliklinikasında qeydiyyatdadır, 4 aylığından nevropatoloqun müalicəsini alıb, diaqnoz: “xroniki hipoksiya”, xx.xx.2014-cü ildə “hipospadiya fistulasının ləğvi” əməliyyatı icra olunub, xx.xx.2022-ci il tarixində USM-də “sol testisin bir neçə venalarında genişlənməsi” aşkarlanmışdır, 14.1.2023-cü il tarixində baş ağrıları, özünə qapanma, sarsıntı şikayətləri ilə nevropatoloqun müayinəsindən keçib və psixoloqa məsləhət görülüb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və məhkəmə qətnaməsi əsasında cavabdehin himayəsində saxlanılan xx.xx.2012-ci il təvəllüdlü X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Botanika küçəsi 9 saylı evin 5 saylı mənzilində istifadə hüququna xitam verilməklə onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yazılı ərizə təqdim edərək, iddia t ələbinin cavabdehin və onun himayəsində olan 2010-cu il təvəllüdlü Elmar Əhmədzadənin 6 ay möhlət verilməklə Xətai rayonu, Botanika küçəsi 9 saylı evin 5 saylı mənzilinə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmaları kimi qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Botanika küçəsi 9 saylı evin 5 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, 2006-cı ildə oğlu Vüqarla rəsmi nikah bağlamaqla ailə qurduqdan sonra cavabdeh də onun mülkiyyətində olan mənzilə gəlin köçmüş, 2010-cu ildə uşaqları olmuşdur. Elmar adlı uşağın hazırda 13 yaşı var, əməliyyat olunmuşdur. Hazırda oğlunun cavabdehlə olan nikahı pozulmuşdur, nikah pozulandan sonra da cavabdehlə eyni ünvanda yaşayarlar. Bu hal söz-söhbətlərə, münaqişəl ərə səbəb olur, artıq onun üçün yad olan keçmiş gəlini bir mənzildə yaşamaq alınmır, ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur oliuşdur.
9. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 2006cı ildən Bakı şəhəri, Xətai rayonu, Botanika küçəsi 9 saylı evin 5 saylı mənzilinə gəlin köçmüş, 2018-ci ildə həmin ünvana qeydiyyata düşmüşdür. 1 övladı var, o da hal-hazırda xəstədir. Bu barədə məhkəməyə sənədlər də təqdim etmişdir. İddiaçı ilə qohumdurlar, qaynanası öz anasının dayısı qızıdır. Bir aydır ki, ondan evdən çıxmasını tələb edirlər. Qaynanasının adına 2 otaqlı ev alınmışdır, o evi verərlərsə, evdən çıxar. 1 ildir ki, keçmiş yoldaşının başqa ailəsinin olduğunu öyrənmişdir, onun başqa 2 uşağı var. Mənzildən çıxarılarsa, övladı ilə bi rlikdə yaşayacaq başqa yeri yoxdur, iddiaçı tərəf bunu fikirləşmir, övladı, iddiaçının da nəvəsidir. İddianın rədd edilməsini xahiş edir.
10. Məhkəmə iclasında dindirilən şahid X7 göstərmişdir ki, tərəfləri tanıyır, cavabdehin anasıdır, iddiaçı tərəflə də qohumdurlar. Hal-hazırda iddiaçı tərəflə münasibətləri gərgindir. Qızının qaynanası qapısına gələrək “qızına bağ evi tikirik” deyə pul isətmiş, onlar da 5000 dollar pul vermişlər. Qızı 2006-cı ildən mübahisəli evə gəlin köçmüşdür, hələ də orada yaşayır, bir uşağı var.
11. Məhkəmə iclasında şahid kimi dindirilən X8 göstərmişdir ki, tərəfləri tanıyır, qohumdurlar, cavabdehin bacısıdır. Bacısı Ülviyə və iddiaçının oğlu Vüqar 2006-cı ildə ailə qurmuşdurlar, nikahdan bir uşaqları var, bacısı iddiaçının evinə 2006-cı ildə gəlin köçmüşdür, rəsmi nikahları isə 2010-cu ildə qeydə alınmışdır. Bacısı hazırda da uşağı ilə mübahisəli evdə yaşayır.
12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 fevral 2023-cü il tarixli, 2(011)-609/2023 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, cavabdeh mənzilə gəlin köçən zaman (2006-cı il) həmin mənzil iddiaçının mülkiyyətində olmuş, onun tərəfindən isə cavabdehin mənzilə istifadə hüququna dair mülkiyyətçinin notariat qaydada razılığı olmadığından, mülki qanunvericiliyin tələblərinə (MM-nin 228-ci maddəsi) əsasən, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Belə ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şə rtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir və şəxsin (digər ailə üzvlərinin) mülkiyyətçinin şifahi razılığı əsasında mənzilə köçməsi və həmin ünvana pasport qeydiyyatına alınması onun həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
14. Məhkəmə, iddia tələbinin “2010-cu il təvəllüdlü Elmar Əhmədzadənin mənzildən çıxarılması və istifadə hüquqlarına xitam verilməsi” hissəsinə münas ibətdə isə qeyd etmişdir ki, E.Əhmədzadə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxs olduğundan və o, məhkəmə qətnaməsinə əsasən anası cavabdehin yanında (himayəsində) saxlandığından onun yaşayış yeri cavabdehin yaşayış yeri hesab edilir. Hazırki halda da sonuncunun iddiaçıya məxsus mənzildən çıxarılması (yaşayış yerinin dəyişməsi) 2010-cu il təvəllüdlü E.Əhmədzadənin də onunla - anası ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılması üçün əsasdır.
15. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29.2-ci maddəsinə, Mülki Məcəllənin (bundan sonra-MM) 228.1, 228.2 və 228.5-c i maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 14.2, 77.1, 88 və 217.4–cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbininin təmin edilməməsini xahiş etmişdir.
18. Cavabdeh MM-nin 228-ci, MPM-nin 4.1, 4.2, 8, 77, 88 və 217.1-ci maddələrinə istinadən apellyasiya şikayətində qeyd edilmişdir ki, hazırkı iş üzrə cavabdehin sübutları nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadalanan maddi hüquq normalarının təl əbi tam şəkildə pozulmaqla iddia əsassız olaraq təmin edilmişdir. İddiaçı iddiaya qarşı irəli sürdüyü dəlilləri ilə bağlı istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmişdir. Belə bir sübutlar olmadan birinci instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilməsi nəticəsində MPM-in 77-ci maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilmə sinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş MM-nin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququnun qüvvədə olan qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, MM-nin 228.5 maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricindən və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslə onun arasında etibarlı ailə ələqalərinin mö vcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binansının tərkib hissəsindən onunla bərəbər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq olması. Belə ki, MM-nin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. MM-nin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə sevituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından MM-nin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. MM-nin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və ya mənzilin digər sakinləri həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquq yalnız müvafiq kompensassiyanın ödənilməsi şərti il ə xitam verilə bilər. Hazırkı iş üzrə cavabdehin sübutları nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadalanan maddi hüquq normalarının tələbi tam şəkildə pozulmaqla iddia əsassız olaraq təmin edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4378/2023 nömrəli iş üzrə 14 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qə tnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, hazırkı mülkiyyətçiyə münasibətdə cavabdehin mübahisələndirdiyi dəlillərin qanunvericilik nəzərindən aidiyyatı müəyyən edilmir.
21. Məhkəmə qeyd etmişdir ki, hazırkı mülki münasibətlər üzrə cavabdehin (münasibətlər yaranan və hazırkı dövrdə) mülkiyyətçi ilə yaranan münasibətləri Mülki Məcəllənin qanuni qüvvəsini aldığı zamandan olduğundan qüvvədə olan mülki qanunvericiliklə tənzimlənir. Tərəflər arasında razılaşma olmadığından, mənzildə yaşamış əri ilə nikah münasibətlərinə son qoyulduğundan, yeni mənzil qanunvericiliyinə əsasən də keçmiş ərinə münasibətdə hüquqları olmadığından apellyasiya şikayətinin dəlillərinin hər hansı hüquqi nəticələr doğurmadığı müəyyən edilir. Qeyd edilən iddia üzrə işə baxılması və mül ki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət, sahiblik və istifadə hüquqlarına əsassız müdaxilə, hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Nəzərə alınmalıdır ki, iddiaçının qeyd edilən ünvana istifadə hüququ üzrə hər hansı faktoloji və hüquqi əsaslar müəyyən edilmir və bu sahəni tənzimləyən maddi hüquq normalarının münasibətlərə təfsiri baxımından, hüququn anologiyası üzrə belə, mülki hüququn fəlsəfəsinə ziddir. İddiaçının iddiasının əsasını cavabdehin onun oğlu ilə ailə münasibətlərinə xitam verilməsi təşkil edir və cavabdehin iddiaçının oğlu ilə birgə təsərrüfatının olmaması səbəbindən mülkiyyətdən istifadə etmək zəruriliyinə son qoyulması ifadə edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla qeyd edilmşidir ki, məhkəmə cavabdeh tərəfin təqdim etdiyi sübutları nəzərə alınmamış, maddi hüquq normalarının tələbi tam şəkildə pozulmaqla iddia əsassız olaraq təmin edilmişdir.
24. Qətnamə qanunsuz və əsassız qəbul edilmişdir. Hakim yalnız iddiaçının təqdim etdiyi iddia ərizəsini qətnaməyə köçürməklə, cavabdeh tərəfindən təqdim olunan sübütları araşdırmamışdır və lazımı qiymət verməmişdir. Bununlada MPM-nin tələblərini pozmuşdur.
25. Cavabdeh göstərmişdir ki, iddiaçının cavabdehə qarşı qaldırmış olduğu iddia ərizəsinin imza qrafasnda olan imza iddiaçının özü tərəfindən icra edil məsi kifayət qədər şübhəlidir. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsində “Vəsiqə sahibinin imzası” qrafasında olan imza ilə, iddia ərizəsinin “İmza” qrafasında olan imzanın bir birindən fərqləndiyi açıq gözlə baxanda da hiss olunur. Həmçinin həmin işə mahiyyəti üzrə baxılarkən məhkəmə iclasında nümayəndə kimi Vüqar Əhmədov iştirak etmiş, iddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısında isə onun saləhiyyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Bu hal isə iddia ərizəsində olan imzanın iddiaçının özünə məxsus olmadığını və iddia ərizəsi imzalanan vaxt buna səlahiyyəti olmayan şəxs tərəfindən imza edilməsi şübhələrini artırır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə etiraz göndərmişdir. Kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Mülki Məcəllə
27. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının t ərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
29. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsi
30. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
31. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
32. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
33. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər
34. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsi ndən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
35. Maddə 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.
36. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya şikayətində də irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
50. İddia ərizəsində olan imzanın İddiaçı aid olmaması, Vüqar Əhmədovun etibarnamə olmadan iddiaçının adından məhkəmədə çıxış etməsi barədə dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia ərizəsindəki imzanın ona məxsus olmaması ilə bağlı mübahisə açmamış, kassasiya şikayəti etiraz göndərməlkə iddianın onun tərəfindən verildiyini bir daha təsdiq etmiş, iddiaçının adından məhkəmədə çıxış edən Vüqar Əhmədovun adına verilmiş etibannamə isə iş materiallarında mövcuddur (i.v.32).
51. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4378/2023 nömrəli iş üzrə 14 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.