Məhkəmə qərarları › İş №2(102)-4497/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4497/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4497/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Tutu Nazim qızının katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh2 və vəkili X3 iştirakı ilə, İddiaçı “xxxx” QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” QSC BOKT tə rəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddia təmin edilmiş, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli,XXX saylı kredit müqaviləsi üzrə 18100 manat əsas borc, 15723 manat faiz borcu, 22500 manat dəbbə pulu, cəmi 54378 manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 ipotekaya qoyulmuş fərdi yaşayış evindən çıxarılması, ödəmənin ipotekaya qoyulmuş fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, fərdi yaşayış evinin satışından əldə olunmuş pul vəsaitindən cəmi 54378 (əlli dörd min üç yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 «xxxx» ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Abasov, hakimlər A.Abbasov və T.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinin əsas, cərimə borcuna və torpaq sahəsinin həcminə dair hissədə dəyişdirilməsi, Cavabdeh1 əsas borc üzrə 11192,71 manat, cərimə borcu üzrə 100 manat pulun tutularaq xxxx QSC BOKT-a ödənilməsi, “İpotekaya qoyulmuş yaşayış evinin yerləşdiyi X cümləsində torpaq sahəsinin həcminin 10 h a yox, 0,10 ha kimi oxunması, qətnamənin faiz borcuna və mənzilin boşaldılmasına dair hissələrdə ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, həmin hissələrdə iddianın rədd olunması, ipoteka predmetinin ilkin satış qiymətinin 166 000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə - 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq iddiaçı banka ödənilməsi, ödəmənin ipotekaya qoyulmuş fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, fərdi yaşayış evinin satışından əldə olunmuş pul vəsaitindən borcun tutulması, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 verilməsi hissəsində dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rü sumunun 15 manatının cavabdehin özünə aid edilməsi, 5 manatının isə iddiaçıdan tutularaq ona ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 manat pulun iddiaçı “xxxx” QSC BOKTdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” QSC BOKT kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış dəyərini müəyyənləşdirərkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi xx.xx.2019-cu il tarixli ekspert rəyinə sübut növü kimi qiymət verərkən səhv nəticəyə gəlmiş və qan unsuz qətnamə qəbul etmişdir. Belə ki qeyd edilən ekspert rəyində hesablama düzgün aparılmadığından həmin rəy əsassızdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bankın xeyrinə 18.100 manat əsas kredit borcunun, 15.723 manat faiz borcunun, 22.500 manat dəbbə pulunun, cəmi 54.378 (əlli dörd min üç yüz yetmiş səkkiz) manat məbləğində borcun tutulmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipotekaya qoyulmuş fərdi yaşayış evindən çıxarılmalarını, ipotekaya qoyulmuş fərdi yaşayış evinin ilkin sat ış qiymətinin müəyyən etməklə açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 54.378 (əlli dörd min üç yüz yetmiş səkkiz) manat məbləğində borcunun ödənilməsinə yönəldilməsini və 30 2 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə Cavabdeh1 «xxxx» ASC illik 19 % ödəmək şərti ilə 12 ay müddətinə 100.000 (yüz min) manat məbləğində kredit götürmüş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2015-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixə əsas və faiz borcunun bank tərəfindən düzgün hesablanması, əsas borcun 18100.00 manat, faiz borcunun 15723.00 manat, cəmi 33823.00 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2009-cu ilədək iddiaçı banka 45000 manat ödəniş etmiş, xx.xx.2009-cu il tarixə əsas borcu 66101,49 manat, faiz borcu 2803,11 manat, cəmi 68904,71 manat olduğu müəyyən olunmuş, xx.xx.2009-cu ildən sonra isə, 54908,78 manat əsas, 2803,28 manat fazi borcuna olmaqla, cəmi 57712 manat ödəniş etmişdir. Qalıq borcu 11192,71 manatdır, faiz borcu yoxdur. xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə tələb hüququ xxxx QSC BOKTa güzəşt edilmişdir. İddiaç ının nümayəndəsi bildirir ki, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən, bank Cavabdeh1 12 (on iki) ay müddətinə 100.000 (yüz min) manat məbləğində kredit xətti açmışdır. Müqavilələrin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 19% illik faiz borcu hesablanmalı və hər ay borc verənə ödənilməli idi. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, kredit müqaviləsinin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazimi qaydada ödəməmişdir. Cavabdeh1 hazırda Banka olan əsas kredit borcu 18100 manat, faiz borcu 15.723 manat, dəbbə borcu 22.500 manat, cəmi borcu 54.378 (əlli dörd min üç yüz yetmiş səkkiz) manat təşkil edir. Borclunun kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin tələblərinin vaxtında və düzgün icra edilməsi haqqında bank tərəfindən dəfələrlə xəbərdar olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Ona görə də iddia təmin olunmalıdır. Cavabdeh1 bildirir ki, ödənişləri vaxtında icra etsə də sonradan maddi vəziyyəti pisləşdiyindən ödəniş edə bilməmişdir. İddiaçı bank isə kredit borcunu şişirtmiş, ona əlavə faizlər hesablamışdır. Cərimə borcu isə ölçüyəgəlməz dərəcədə yuxarı həddə yazılmışdır. Həmçinin, onun borc öhdəliyi müvafiq Fərmanın təsiri dairəsinə düşür. Cavabdeh2 bildirir ki, bank tərəfindən kredit borcu şişirdilmişdir. Təkrar keçirilən ekpertizanın rəyi ilə də razı deyildir. Həmin rəy ilə də yenə 4000 manat əlavə borc hesabla nmışdır. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, kreditin alınmasına baxmayaraq, Cavabdeh1 kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 166 000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya insta nisyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 166 000 manat məbləğində müəyyən edilməsi hissəsi istisna olmaqla qalan hissələrdə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyal ara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayıl ır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cəriməni n ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin xx.xx.2019-cu il tarixli ekpertizanın nəticəsində Cavabdeh1 iddiaçı banka 11192,71 manat məbləğində əsas borcu olduğu və heç bir faiz borcu qalmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı banka 11192,71 manat məbləğində əsas borcu yaranmışdır, faiz borcu isə qalmamışdır. Bu borc işdə olan obyektiv sübutlar, ekspert rəyi ilə təsdiq olunur. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini əsas borca dair hissədə dəyişdirmiş, faiz borcuna dair hissədə i sə ləğv etmişdir, həmçinin, AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, cərimə borcu azaldılaraq 100 manat müəyyən etmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Bununla yanaşı, işə baxan birinci instansiya məhkəməsi, Cavabdeh1 mülkiyyətində ol an Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində yerləşən torpaq sahəsi 0,10 ha olduğu halda, qətnamədə 10 ha göstərmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qətnamədə getmiş bu yanlışlığı aradan qaldırmışdır. Bundan başqa apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməli olması barədə də düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin lkin s atış qiymətinin müəyyənləşdirilməli olması hissələrində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilmiş məbləği hissəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbi qi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şə raitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ipo teka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 166 000 manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Bundan başqa kassatorun xx.xx.2019-cu il tarixli ekspert rəyinin əsassız olması barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən xx.xx.2019-cu il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. “X2r şı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” QSC BOKT-un kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 166 000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar