Məhkəmə qərarları › İş №2(102)-4497/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4497/2022

28.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4497/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4497/2022 (Açar sözlər:işə bərpa və ezamiyyə xərclərinin ödənilməsi) Bakı şəhəri 28 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2264/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləmiş, "xxxx" MMC İddiaçı1 (2005-ci il) və İddiaçı4 (2005-ci il) işə qəbul edilən zaman “7 saylı İDYM-si”, İddiaçı3 (2010-cu il), İddiaçı2 (2008-ci il) və İddiaçı5 (2011-ci il) işə qəbul edilən zaman isə "xxxx" ASC-nin "xxxx" Müəssisəsi adlanırdı. 2. 2020-ci ilin sentyabr ayında ölkədə X13 başlanan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən verilmiş tapşırığa əsasən 44 ədəd avtonəqliyyat vasitəsi 63 nəfər sürücü ilə birlikdə cəbhə bölgəsinə göndərilmişdir. İddiaçılar İddiaçı1 (147 gün), İddiaçı3 (112 gün), İddiaçı2 (100 gün), İddiaçı4 (147 gün) və İddiaçı5 (44 gün) da həmin sürücülər sırasında olmuşlar.

3. Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin "xxxx" MMC-nin direktoruna ünvanlanmış təşəkkür məktubudan görünür ki, N nömrəli hərbi hissənin komandiri Klos Abbasov tərəfindən müəssisəyə İddiaçı4, İddiaçı1 və digər 11 sürücünün qorxmadan və çəkinmədən təminatı vaxtında çatdırılmasında böyük səy göstərdiklərinə görə və müəssisə tərəfindən sürücülərin zəhmətinin qiymətləndirilməsinə görə təşəkkür bildirilmişdir.

4. N nömrəli hərbi hissənin komandiri Klos Abbasov tərəfindən imzalanmış Fəxri Fərmandan görünür ki, İddiaçı4 Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad olunması zamanı aparılan döyüş əməliyyatlarında sürücü kimi göstərdiyi nümunəvi xidmətinə görə təltif olunmuşdur.

5. N nömrəli hərbi hissənin komandiri Klos Abbasov tərəfindən imzalanmış Fəxri Fərmanlardan görünür ki, İddiaçı1 və İddiaçı4 Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad olunması zamanı aparılan döyüş əməliyyatlarında sürücü kimi göstərdikləri nümunəvi xidmətlərinə görə təltif olunmuşlar. 6. 888 nömrəli hərbi hissənin komandiri Elzamin Behbudov tərəfindən imzalanmış Fəxri Fərmandan görünür ki, İddiaçı5 “Vətən Müharibəsi” zamanı döyüş tapşırığının layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. Eyni zamanda İddiaçı5 valideynlərinə də təşəkkür məktubu ünvanlanmışdır. 7. xx.xx.2021-ci il tarixd ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən 16 fərqli nömrələrlə sərəncamlar qəbul edilmiş (məhkəməyə 22, 24 28, 29 və 30 nömrəli sərəncamların surətləri təqdim edilmiş) və həmin sərəncamlara əsasən, "xxxx" MMC-nin balansında olan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin vəsaiti hesabına alınmış bir sıra avtomobillər əvəzsiz olaraq digər yol istismarı müəssisələrinin balansına verilmişdir 8. xx.xx.2021-ci il tarixdə yuxarıda qeyd olunan sərəncamlara istinad edilərək "xxxx" MMC tərəfindən iddiaçılara xəbərdarlıq məktubları ünvanlanmışdır: “... Sizin ştatınız ixtisara düşmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddətinin əvəzinə əmək stajından asılı olaraq Sizə birdəfəlik müavinət ödənilməklə əmək müq avilənizə xitam verilə bilər”

9. Eyni zamanda həmin tarixdə iddiaçıların istifadəsində olan möbil nömrələrə aşağıdakı məzmunda messajlar göndərilmişdir: “... sərəncama əsasən Sizin idarə etdiyiniz avtomobil başqa yol idarəsinə verilmişdir. Sizin təcili İdarəyə gəlib işdən azad olunmağınız barədə ərizə ilə müraciət etməyiniz xahiş edilir”.

10. Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin "xxxx" MMC-nin X15 Komitəsinin 22 iyul 2021-ci il tarixli 09 nömrəli Protokolunda aşağıdakılar göstərilmişdir: “... iclasın sədri Mahmudov Məzahir çıxış edərək məlumat verdi ki, AAYDA İdarə Heyəti sədrinin xx.xx.2021-ci il tarixli 22, 24, 25, 28, 29, 30 nömrəli sərəncamlarınına əsasən müəssisənin balansında olan 49 ədəd TATRA markalı avtomaşınları istehsalat zərurəti ilə əlaqədar olaraq birdəfəlik AA YDA-nın tabeliyində olan digər Yol İstismarı müəssisələrinin balansına verimişdir. Eyni zamanda həmin sərəncamlara əsasən avtomaşınlara təhkim olunmuş sürücülərin ştat vahidi müəssisədən alınaraq müvafiq qaydada avtomaşınların verilmiş olduğu müəssisələrə verilmiş və həmin sürücülərin işlə təmin olunmaları nəzərdə tutulmuşdur.... 49 ədəd sürücüdən 35 nəfəri öz xahişləri ilə işdən azad olunmuş və onların öz istəyinə uyğun olaraq əksəriyəti təhkim olunduqları avtomaşınların verildiyi müəssisədə öz avtomaşınının idarə etməklə işlə təmin olunmuşdur. 11. "xxxx" X4 tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli 100, 91, 97, 92 və 101 nömrəli əmrlərin surətlərindən görünür ki, həmin əmrlərlə iddiaçıların idarə etdikləri avtomobil balansdan çıxarılıb başqa yol istismarı müəssisəsinin balansına verildiyi üçün xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyi üçün “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin "xxxx" MMC-nin sürücüləri vəzifəsindən azad edilmiş və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. 12. 10.05.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-yə 10 nəfər ehtiyat sürücü işə qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (bundan sonra iddiaçılar) cavabdeh "xxxx" MMC-yə (bundan sonra cavabdeh) qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdirlər. 14. 12.10.2021-ci il tar ixdə iddiaçılar tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə daxil olmuş və onlar cavabdeh tərəfindən onlara ödənilməmiş - İddiaçı1 – 6933 manat, İddiaçı3 – 5568 manat, İddiaçı2 – 5100 manat, İddiaçı4 – 6933 manat və İddiaçı5 – 2916 manat ödənilməmiş ezamiyyə xərclərinin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdirlər.

15. İddiaçılar ərizəsini onunla əsaslandırılmışdırlar ki, onlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-nin əməkdaşları olmuşlar. Hər biri müxtəlif vaxtlardan uzun illərdir bu təşkilatın işçiləri kimi əmək fəaliyyətini həyata keçirmişlər. 2020-ci ilin sentyabrın 27-də Vətən Müharibəsi başladıqdan sonra oktyabr ayından etibarən qismən səfərbərliyə cəlb edilərək peşəkar sürücü olaraq müvafiq hərbi hissəyə ezam edilmişlər. Hamı ya məlum olduğu kimi, müharibədə intensiv və fasiləsiz hərbi əməliyyatlar getdiyindən iddiaçıların da fəaliyyəti qısa istirahət saatları istisna olmaqla fasiləsiz olub. Hərbi əməliyyatlar bitdikdən sonra yenidən əvvəlki iş yerinə qayıtmışlar və işlərini görməyə davam etmişlər. Bununla belə müharibə ilə əlaqədar ezamiyyətdə olduqları dövrdə onlara verilməsi nəzərdə tutulan vəsait verilmədiyi üçün rəhbərlik qarşısında müvafiq məsələ qaldırmışlar. Müraciətlərinə lazımi diqqət yetirilmədiyi və məsələ həll edilmədiyi üçün müvafiq qurumlara, o cümlədən X16 və Azərbaycan Respublikasının Prezidentinə şikayət ərizələri ilə müraciət etmişlər. Məhz bu müraciətlərdən sonra nəzərdə tutulan ezamiyyə xərcləri qismən ödənilmiş, bununla belə yuxarı orqanlara müraciət etdikləri üçün iş yerində rəhbərlik tər əfindən şifahi təzyiqlərə və hədələrə məruz qalmağa başlamışlar. 01 iyun 2021-ci il tarixdə iddiaçıların mobil telefonlarına SMS göndərilmiş və mesajın məzmunu ondan ibarət olmuşdur ki, iddiaçıların ştatı ixtisara düşüb. Eyni məzmunlu məktublar poçt vasitəsilə də iyun ayı ərzində iddiaçılara çatmışdır. İddiaçılardan bəziləri artıq mayın sonlarından, bəziləri isə iyun ayının əvvəlindən iş yerinə tam buraxılmamışdırlar, ümumi iş sahələrinə daxil ola bilsələr də, qaraja girişi ya tam qadağan edilmiş ya da məhdudlaşdırılmışdır. 2021-ci ilin iyul ayında iddiaçıların ünvanına məktub göndərildi ki, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilib. İddiaçıların işdən kənarlaşdırılmasına səbəb olan hallar onlara nə elan edilmiş, nə də izah olunmuşdur. İxtisarla bağlı və ya yenidən qiymətləndiril mə ilə bağlı iş yerində heç bir məlumat və ya xəbərdarlıq olmayıb. Hazırda həmin iş yerində əvvəldən işləyən əməkdaşlar fəaliyyətini davam etdirməkdədir və heç kimin attestasiyası təşkil olunmamışdır. Eyni zamanda yaşla və ya başqa səbəblə əlaqədar ixtisara düşmə ehtimalı olan əməkdaşların heç biri işdən kənarlaşdırılmamışdır. İddiaçıların işdən kənarlaşdırılmaqlarına səbəb iş yerində işə götürəndən öz haqlarının tələb edilməsi ilə bağlıdır.

16. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, 2021-ci ilin 19 may tarixində müəssisədən 50 maşın alınaraq digər yol istismar müəssisələrin balansına verilmişdir. Eyni zamanda həmin sərəncama əsasən avtomaşınlara təhkim olunmuş sürücülərin ştat vahidi müəssisədən alınaraq müvafiq qaydada avtomaşınların verilmiş olduğu müəssisələrə verilmiş və həmin sürücülərin işlə təmin olunmaları nəzərdə tutulmuşdur. Müəssisədə ştat sayı maşınların sayına bərabər olduğu üçün, hal-hazırda 98 maşın və 98 ştat var. Müəssisədə sürücülərin iş fəaliyyəti də sırf maşınlara bağlı olduğu üçün maşınlar olmadan sürücülərin işləməsi qeyri-mümkündür. Bütün sürücülərə maşınların göndərildiyi rayonlarda işləmək təklif olunmuş və hal-hazırda maşınları digər idarələrə verilmiş sürücülərdən 35 nəfər həmin idarələrdə işləməyə davam edir, 5 nəfər öz ərizələri ilə işdən çıxıb, 9 nəfər isə ştatların ixtisar olunması ilə əlaqədar işdən azad ediliblər. Avtomobillərin sayının azalması idarənin özünə də sərf eləmir. Yəni bütün bu baş verənlər "xxxx" MMC-dən asılı olan səbəblərdən olmayıb. Hətta müəssisənin rəhbəri İddiaçı1 və digər nümunəvi sürücüləri işə geri götürməyə qərarlı idi. Belə ki, onların təcrübəsinə və iş bacarığına heç kim bir söz deyə bilməz. Lakin iddiaçılar müxtəlif qurumlara yazdıqları böhtan xarakterli ərizələrlə rəhbərliyi onlara doğru hər hansı addım atmaqdan çəkindirdilər.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində məhkəməyə bildirmişdir ki, o, iddiaçıların hüquqlarının pozulmasına şahiddir. O, özü də iddiaçılarla birlikdə X5 iştirak etmişdir. Eyni zamanda müharibədən sonra onlara ödənilməli olan ezamiyyə xərcləri ödənilmədiyi üçün şikayət ərizəsini imzalayan sürücülərdəndir. O, halhazırda da həmin müəssisədə sürücü vəzifəsində işləyir və hansı əsaslarla iddiaçılar ixtisar olunduqda işdə saxlanmasını bilmir.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, müəssisədə i ddiaçıların hüquqlarının pozulmasının şahid olmuş, eyni zamanda o da həmin hüquqları pozulan şəxslər sırasındadır. Müəssisənin özbaşınalıqları nəticəsində iddiaçılar, eyni zamanda onlar kimi o özü də işdən azad olunmuşdur. X13 başlayan zaman sürücüləri maşınları ilə birlikdə müharibəyə yola saldılar, əlbəttə ki, müharibədə iştirak etmək onların borcu idi. O, anası xəstə olduğuna görə dərman almaq üçün evə gedib, müəssisəyə geri qayıtdığı zaman, ona Məzahir Mahmudov “Vətən xaini” damğası vuraraq, guya o, müharibədə iştirak etmək istəmir deyə onu məcburən ərizə yazdıraraq işdən azad etmişdir. Həmçinin müəssisədə işləyən zaman onlara hər ay ağ boş kağızı imzaladırdılar. Eyni zamanda müəssisə rəhbərliyinin X5 iştirak etdikdən sonra haqqlarını tələb edən sürücülərin, məhz şikayət ərizələri yazd ıqları üçün işdən azad edilmələrinin şahidi olmuşdur.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, iddiaçılardan İddiaçı4 onun qardaşıdır. O, özü də iddiaçılarla birlikdə X5 iştirak etmişdir. Həmçinin ştatın ixtisara düşməsi ilə əlaqədar işdən azad olunan sürücülərdəndir. Qardaşı ona zəng edib bildirəndə ki, bir sıra sürücü müəssisədən müvafiq orqanlara şikayət etmək istəyir, ona demişdir ki, şikayət etmək lazım deyil. Lakin bir qrup sürücü eyni zamanda qardaşı İddiaçı4 da daxil olmaqla şikayət ərizəsini hazırlamışdırlar. Hal-hazırda cavabdehin nümayəndəsi qismində çıxış edən Nümayəndə onu çağırıb bildirmişdir ki, sən şikayət məsələsinə qarışma səni işə geri qaytaracam. Lakin, vədlərinə əməl etməmişdir. Növbəti dəfə müəssisəyə qayıdan zaman ona bildirilmi şdir ki, səni qardaşın Zaurun şikayətinə görə işdən çıxardılıbsan. Eyni zamanda müəssisə rəhbərliyi ona bildirmişdir ki, şikayət ərizəsi yazan şəxsləri onsuz burda işləməyə imkan verməyəcəklər. Beləliklə iddiaçılar, eyni zamanda onlar kimi digər sürücülər müəssisənin qanunsuz hərəkətləri nəticəsində işsiz qalıb.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o da iddiaçılar kimi həmin müəssisədə sürücü vəzifəsində işləmişdir. Eyni zamanda iddiaçılar ilə X5 iştirak etmişdir. O, öz ərizəsinə əsasən işdən azad edilmişdir. Lakin bunu istəyərək etməmişdir. Belə ki, iddiaçılar kimi o da işləməyə başqa rayona göndərilmişdir. Bu zaman həmişə işlədikləri şərtlərdən fərqli olaraq heç bir xərclərini müəssisə qarşılamırdı. Bu hal özü də məqsədli olub. Belə ki, 300 man at maaşla yemək, qalmaq, və digər xərclərin qarşılanmadığı yerdə işləmək qeyri-mümkündür. O və digər sürücülər müharibədən sonra öz haqqlarını tələb etdikləri üçün onları məqsədyönlü Bakıldə idarədən uzaqlaşdırdılar. Müəssisədə işləyən zaman hər ay gəlib ağ blankları imzalayıb gedirdilər. Həmin ağ kağızı imzalamadıqları təqdirdə onları ezam etmirdilər. Daha sonra həmin kağız müəssisə rəhbərliyi tərəfindən doldurulurdu. Eyni zamanda müəssisə rəhbərliyi tərəfindən icarəyə maşınların verilməsindən xəbərdar idi, lakin özü icarə haqqı verməmişdir.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o da iddiaçılar kimi həmin müəssisədə sürücü vəzifəsində işləmiş, və iki il əvvəl işdən azad edilmişdir. Səbəb kimi isə maşını işlədən zaman müəssisə rəhbərliyinə icarə haqqı ödəməməyi olmuşdur. Hər ay müəssisə rəhbərliyi sürücülərdən 1000 manat icarə haqqı tələb edirdi. Yəni bu müəssisə rəhbərliyiynin birinci qanunsuz hərəkəti deyil. İddiaçıları da öz haqqlarını tələb etdikləri üçün işdən azad edildiyi barədə məlumatı var. İddiaçılara qarşı törədilən qanunsuz hərəkət barəsində onu müəssisədə işləyən qohum sürücülər də məlumatlandırmışlar.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, iddiaçılara qarşı olunan qanunsuz hərəkətlərin şahidi olmuşdur. O da müəssisədə 10 il sürücü işləmiş və eyni zamanda iddiaçılarla birlikdə X5 iştirak etmişdir. Müharibədən qayıtdıqdan sonra onlara bildirildi ki, işlə təmin olunacaqlar. Bir sıra sürücünü aldatdılar ki, sizləri Zəfər yolunun salınmasında sürücü kimi işləməyə göndərəcəyik, m aşınınızı təmir edin. O, işlətdiyi maşına 2000 manatdan artıq pul qoymuşdur. Lakin vədləri yalan oldu və ştatın ixtisara düşməsini əsas gətirərək onu və iddiaçıları işdən azad etdilər. Eyni zamanda bu müəssisənin ilk qanunsuz hərəkəti deyil. Müəssisə rəhbəri Məzahir Mahmudov ondan ayda 1000 manat icarə haqqı alırdı. Həmçinin hər ay ağ boş blanka imza atırdılar.

23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)-7767/2021 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia qismən təmin olunmuş, "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” X4 tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, 100, 91, 97, 92 və 101 nömrəli əmrlər ləğv edilmiş, iddiaçıların "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” X2 sürücü vəzifəsinə işə bərpa edilməsi, 23 iyul 2021-ci il tarixdən işə bərp a olunduqları günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçılara ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” X1 dövlət rüsumuna görə 30 manat məbləğində pulun dövlət nəfinə tutulması, iddiaçılar tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərcin "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” X1 tutularaq iddiaçılara (hər birinə 50 manat olmaqla) ödənilməsi qət edilmişdir.

24. Məhkəmə işin mübahisəsiz halları üzrə müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləmiş, "xxxx" MMC İddiaçı1 (2005-ci il) və İddiaçı4 (2005-ci il) işə qəbul edilən zaman “7 saylı İDYM-si”, İddiaçı3 (2010-cu il), İddiaçı2 (2008-ci il) və İddiaçı 5 (2011-ci il) işə qəbul edilən zaman isə "xxxx" ASC-nin "xxxx" Müəssisəsi adlanırdı. 2020-ci ilin sentyabr ayında ölkədə X13 başlanan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən verilmiş tapşırığa əsasən 44 ədəd avtonəqliyyat vasitəsi 63 nəfər sürücü ilə birlikdə cəbhə bölgəsinə göndərilmişdir. İddiaçılar İddiaçı1 (147 gün), İddiaçı3 (112 gün), İddiaçı2 (100 gün), İddiaçı4 (147 gün) və İddiaçı5 (44 gün) da həmin sürücülər sırasında olmuşlar. Müharibədən qayıtdıqdan sonra onlara 4 ay möhlət verilmişdir ki, dincəlsinlər, bərpa olunsunlar və müəssisə tərəfindən (cavabdehin nümayəndəsi bunları izahatında təsdiq etmişdir) sürücülərə imkan yaradılmışdır ki, həmin dörd ay ərzində onlarda olan nəqliyyat vasitələrini özləri üçün istifadə etsinlər. Sonradan sürücülə rlə müəssisə arasında ezamiyyə xərclərinin məbləği ilə əlaqədar mübahisəli vəziyyət yaranmış və xx.xx.2021-ci il tarixdə 42 nəfər sürücü tərəfindən imzalanmış şikayət ərizələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, ombudsman Səbinə xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş X17 və "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin sədri Saleh Məmmədova göndərilmişdir. Həmin ərizə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə daxil olmuş və hər iki tərəfin təsdiq etdiyinə görə, həmin tarixdən iddiaçılar işlədiyi idarəyə buraxılmamışlar.

25. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların on ildən çox əmək stajı var və onlar əmək müqavilələri ləğv edilməmişdən azı doqquz təqvim həftəsi əvvəl rəsmi xəbər dar edilməli idi. Yalnız onların razılığı ilə həmin müddət əmək haqqının 2 misli ilə əvəz edilə bilərdi. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə bildirdi ki, iddiaçıların qeyd olunan məsələyə dair razılığı alınmamış və buna heç zərurət də yox idi.

26. İş materiallarından göründüyü kimi, iddiaçılara (hər iki tərəfin məhkəmə iclasında təsdiq etdiyi kimi, onlar xx.xx.2021-ci il tarixdən müəssisəyə buraxılmadığı halda) xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən əmək müqavilələrinə xitam verilməsi haqqında əmrlər qəbul edilmişdir. Həmin əmrlərdə əsas olaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli sərəncamlarına istinad edilmiş, halbuki həmin sərəncamla rda işçilərin sayının və ya ştatlarının ixtisar edilməsinə dair hər hansı qeyd mövcud deyil. Sürücünün müəssisədə sırf yalnız konkret qeyd olunan avtomobili idarə edə bilməsi və həmin avtomobil müəssisənin balansında olmadığı halda işçinin mütləq qaydada həmin müəssisədən işdən çıxarılmalı olmasının hüquqi əsasları nə iddiaçılar tərəfindən, nə də ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdə öz əksini tapmır. Sürücülər 10 ildən artıq müddətdir ki, qeyd olunan müəssisədə işləmiş, onların təcrübəli sürücü olması cavabdehin nümayəndəsi tərəfindən də məhkəmə iclaslarında dəfələrlə səsləndirilmiş, onlara münasibətdə işlədikləri müddət ərzində işəgötürən tərəfindən hər hansı intizam tənbehinin tətbiq edilməsi iş materialları ilə təsdiq olunmur, əksinə onların X5 sürüc ü kimi göstərdikləri nümunəvi xidmətləri Fəxri Fərmanlarda qeyd olunub. Eyni zamanda müəssisədə ümumiyyətlə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib olunmuş müvafiq sənədlər məhkəməyə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməmişdir.

27. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçılar işdən azad olunarkən onların işdə saxlanması məsələsi ümumiyyətlə müzakirə olunmamışdır. Halbuki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır.

28. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir. Kiminsə hər hansı dövlət orqanına və ya vəzifəli şəxsə ərizə ilə müraciət etməsinə görə dolayı yolla cəzalandırılması qanuni və əsaslı hesab edilə bilməz.

29. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin ezamiyyə xərcləri ilə bağlı hissəsi əsaslı deyil. Belə ki, “X6”nın İ bölməsinin 1-ci bəndində qeyd olunur ki,... daimi işi yolda keçən və gediş gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.

30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəllə sinin 70-ci maddəsinin “a” və “b” bəndinə, 78-ci maddəsinə, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin 1-ci hissəsinə, 57-ci maddəsinin 1-ci hissəsinə,”İnsan hüquqlarına dair Ümumi bəyannamənin” 23-cü maddəsinin 1-ci,2-ci,3-cü hissələrinə, “İqtisadi,Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzasına və 3-cü bəndin müddəalarına, “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci, 2-ci bəndinə, ”Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci, MPM-nin 216-220,360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və ezamiyyət xərclərinin tam həcmdə ödənilməsi tələbinin təmin olunmasına dair məhkəmə aktının çıxarılmasını xahiş etmişdirlər

32. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində əsassızdır və məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçıların qanunvericiliyin tələblərinə uyğun olaraq işdən azad edilməsi, hazırkı iş üzrə iddiaçıların işlədiyi avtomaşınlara dair ştat vahidinin müəssisədən alınaraq müvafiq qaydada avtomaşınların veri lmiş olduğu müəssisələrə verilməsi, həmin sürücülərin işlə təmin olunmaları ilə bağlı şərait yaradılması, bununla da onların hər hansı iş axtarmaq, maddi ehtiyacının qarşılanması zərurəti yaranması, əmrlər verilməsi zamanı Əmək Məcəlləsinin 77-ci maddəsində təsbit olunmuş qaydaya əməl olunmuşdur.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2264/22 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –Rəfael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, işdə olan və araşdırılmış sübutlarla cavabdehin iddiaçılara münasibət də mübahisələndirilən əmrlərin qanunsuz olması, bunun nəticəsində iddiaçıların əmək hüquqlarına müdaxilə baş verməsi halı müəyyən edilmişdir.

36. Cavabdeh müəssisədə işçilərin sayının ixtisar olunması halını sübutetmə vəzifəsi iddiaçıların deyil, cavabdehin üzərinə düşür. "xxxx" MMC sübut etməli idi ki, həqiqətən işçilərin sayının ixtisar edilməsinə zərurət yaranmış və ixtisarı zəruri edən hallarla bağlı aydın qənaətə gəlmək üçün sübutlar təqdim edilmə idi. Lakin bunun əksi olaraq "xxxx" MMC tərəfindən məhkəməyə arayış təqdim olunmuşdur ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə müəssisəyə ehtiyat sürücü vəzifəsinə 10 nəfər sürücü qəbul edilmişdir. Belə olan halda iddiaçılarla bağlanmış əmək müqavilələrinə xx.xx.2021-ci il tarixdə “işçilərin sayı və ya ştatları ixtisar edildiyi” əsası ilə xitam verilməsi qanuni və əsaslı hesab edilə bilməz.

37. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının tutulması hissədə təmin etməklə düzgün nəticəyə gəlmiş, tərəflərin tələb və etirazları üzrə tam və hərtərəfli araşdırma aparmış, sübutları düzgün qiymətləndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası cavabdehin analoji əsaslarla verdiyi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab etmişdir. Belə ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdi.

38. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı ezamiyyə xərclərinin öd ənilməsi hissədə təmin etməməkdə də haqlı olmuşdur. Birinci isntansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC tərəfindən cəbhə bölgəsinə ezam olunmuş sürücülərə ezamiyyət haqqı olaraq gündəlik 39 manat ödənilmişdir.

39. İddiaçılar isə bunun əksini təsdiq edə bilməmiş, tələblərini qeyd edilən hissədə əsaslandırmamışlar. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, hazırki halda Əmək Məcəlləsinin 77.1-ci və 80.1-ci maddələri ndə təsbit olunmuş tələblər hazırkı hala tətbiq oluna bilməz, çünki həmin maddələrdə təsbit olunmuş tələblər ixtisar nəticəsində işçinin tam olaraq işsiz qalması halını nəzərdə tutur (ehtiva edir) və bu baxımdan onun müəyyən müddət yeni iş yeri tapması üçün şərait yaradılmasını, eləcə də ixtisar nəticəsində işsiz qalması halında işçinin müəyyən maddi ehtiyaclarını təmin etmək məqsədi güdür.

42. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıların işlədiyi sürücü ştatlarının ixtisarı cavabdehin istəyi və arzusu ilə yox, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli sərəncamları əsasında həyata keçirilmişdir.

43. Həmçinin iş materiallarına əlavə edilmiş arayışlardan da görünür ki, AAYDAnın İdarə Heyəti tərəfindən qəbul edilmiş 18 may 2021-ci il tarixli, 16 fərqli nömrəl ərlə bağlı sərancamların icrası ilə əlaqədar istehsal zərurəti ilə əlaqədar olaraq cavabdehin balansından çıxarılaraq sürücülərlə birlikdə əmək fəaliyyətlərini davam etdirmək üçün müxtəlif cəmiyyətin balansına verilsələr də, adı çəkilən iddiaçılar əmək fəaliyyətlərini davam etdirməkdən imtina etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı iddiaçılar tərəfindən yazılı etiraz daxil olmuşdur.

45. İddiaçılar etirazda cavabdehin verdiyi kassasiya şikayətinin əsassız olması səbəbindən təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi:

46. Maddə 70. “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən ləğv edilə bilər.

47. Maddə

71. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

48. Maddə

77. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

49. Maddə

78. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

50. Maddə 300.1 Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını ara şdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa”edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

51. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə e tdiyi məlumatlar sübutlar hesab olunur.

53. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

54. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

58. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmə aktı iddia nın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəfl ərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

61. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların işdən azad edilməsi barədə əmrdə onların Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə, yəni işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işdən azad edildiyi göstərildiyindən, cavabdehin Əmək Məcəlləsinin 77-ci maddəsinin mübahisəyə tətbiq edilməməli olması barədə dəlilləri əsassızdır.

62. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndiirlən hissədə dəyişiklik edilmədən saxlanıl malıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2264/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar