Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4498/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cavabdeh Eldar oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4498/21 (Açar sözlər: əmrin etibarsız hesab edilməsi və işə bərpa) Bakı şəhəri, 24 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh Azərbycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X 5 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cavabdeh Eldar oğlunun və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3105/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cavabdeh Eldar oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Emal Sənayesi Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cavabdeh Eldar oğluna qarşı “əmrin etibarsız hesab edilərək işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil N azirliyi Peşə Təhsili X3 Emal Sənayəsi üzrə Bakı dövlət Peşə Təhsil Mərkəzinin K/62 saylı 14.08.2020-ci il tarixli əmrinin etibarsız hesab edilərək əvvəlki işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1982-ci ildən 12 nömrəli Bakı Peşə Liseyində əmək fəaliyyətinə başlamış, 1989-cu ildə müəllim və 1996-cı ildən tədris hissə müdiri (sonradan dərs hissə müdiri) vəzifəsində 14.08.2020-ci il tarixədək işləmiş, 2020-ci ilin iyun ayında liseyə direktor vəzifəsinə təyin olunmuş Cavabdeh ilk liseyin yerli kadrlarına qarşı məqsədli şəkildə təzyiq, təhdid və şantajlara əl atmaqla işdən kənarlaşdırmaq prinsipini güdmüş, çirkin vasitələrlə məqsədinə qismən nail olmuşdur. Onun işə bu cür yanaşmasındakı əsas məqsəd, əvvəl direktor vəzifəsində 9№-li Bakı Peşə Liseyində (9№-li Bakı Peşə Liseyindəki fəaliyyəti ayrıca bir araşdırma mövzusudur) təhsildə apardığı biznes siyasəti və maddi maraqlar əsasında işə qəbul etdiyi işçilərin sonrakı talelərini həll etmək idi. Belə ki, həmin işçilərin tutduqları vəzifələrə uyğun olmamaqları faktı 9№-li Bakı Peşə Liseyinə yeni təyin edilmiş rəhbərlik tərəfindən araşdırılmış və onlar işdən azad edilmişlər. İşdən azad edilmiş Cavabdeh göstərdikləri təzyiq və təkidləri nəticəsində, Cavabdeh 12 və 17 №-li Bakı Peşə Liseyində yerli rəhbər işçiləri əsassız olaraq və onları təhdid etməklə, tutduqları vəzifələrdən kənarlaşdırılmaqla 9№-li Bakı Peşə Liseyində sövdələşmə əsasında işə qəbul etdiyi şəxsləri 12 və 17 №-li Bakı Peşə Liseyində yerləşdirmişdir. Cavabdeh ona qarşı apardığı qərəzli mövqe, təzyiq və şantajlar 2019-cu ilin sentyabr ayından başlamış və 21.02.2020-ci ildə keçirilmiş Pedaqoji Şuranın iclasında dərs hissə müdiri kimi vəzifə səlahiyyətlərinə aid olmayan əsassız iddialarla ona töhmət verilmiş, Cavabdeh bu addımı sonradan onun işdən kənarlaşdırılmasına hesablanmışdır. 08.07.2020-ci il tarixli 185/20 №-li və 13.07.2020-ci il 188/20 №-li xəbərdarlıq məktublarını aldıqdan sonra ona bir daha məlum oldu ki, növbəti dəfə Cavabdeh qərəzli mövqe nümayiş etdirərək, 38 illik pedaqoji iş stajını və 24 illik dərs hissə müdiri kimi fəaliyyətini, təhsil sahəsində bir çox layihələrdə iştirak etməyini, tədris planlarının kurikulumlarını işləməyini, bir sıra metodiki tövsiyyələrin müəllifi olmağını, müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərməyini nəzərə almamışdır. Bununla da, Cavabdeh onun yeni yaranmış Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ştat cədvəlində tutduğu vəzifəyə uyğun ştatın olmaması bəhanəsini əldə rəhbər tutaraq, ona müəllim köməkçisi (assistent) və ya kimya fənni üzrə müəllim vəzifələrini təklif etmişdir. Yeni ştat cədvəlində vəzifəsinin adı dəyişdirilərək, “Tədris hissə üzrə şöbə müdiri’ kimi adlandırılması və kimya fənni üzrə müəllim sıxlığının olduğu faktlarını bildiyi halda Cavabdeh bu addımları atması baş aldatmaqdan başqa bir şey deyil və onun təhsildən xəbərsiz olduğuna işarədir. Ona göndərilmiş xəbərdarlıqlarla əlaqədar Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru P.Yusifova və məsul işçisi E.Rüstəmova həmçinin liseyin direktoru Cavabde h şifahi və yazılı məlumat verməyinə baxmayaraq, 14.08.2020-ci il tarixdə 219/20 nömrəli məktubla onun işdən azad edilməyi barədə K-62 nömrəli əmrin surəti və əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş ona göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 noyabr 2020-ci il tarixli, 2(008)-5923/2020 saylı qətnaməsi ilə (hakim Əşir Səmədov) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 06.04.2020-ci il tarixli F-202 nömrəli əmrinə əsasən 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi və 10 nömrəli Bakı Peşə Məktəbinin bazasında Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirinin 25.06.2020-ci il tarixli F-338 nömrəli əmrinə əsasən mərkəzin təsdiq edilmiş ştat cədvəlində İddiaçı çalışdığı dərs hissə müdiri vəzifəsi nəzərdə tutulmamış, bununla əlaqədar, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq bu xəbərdarlığı aldığı gündən 1 (bir) təqvim ayı sonra yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməyəcəyi təqdirdə təhsili və ixtisası nəzərə alaraq “Kimya” fənni üzrə müəllim vəzifəsinə keçirilməyi imkanlarına baxılacaq, bu mümkün olmadıqda isə İddiaçı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam v eriləcəyi, eyni zamanda yazılı razılığı olacağı təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq hazırki xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqı miqdarında birdəfəlik ödəniş edilməklə bağlanılmış əmək müqaviləsinə xitam verilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı çalışdığı 12 nömrəli Bakı Peşə Liseyinin əvəzində yaradılmış yeni qurumun təsdiq olunmuş ştat cədvəlində İddiaçı çalışdığı vəzifəsi nəzərdə tutulmadığı üçün İddiaçı təhsil sahəsində, o cümlədən peşə təhsili sahəsində uzun illər ərzində olan əmək fəaliyyəti nəzərə alınaraq ona ixtisası üzrə “müəllim” və ya Tədris şöbəsinə “müəllim köməkçisi (assistent)” vəzifələri təklif olunmuşdur. Lakin İddiaçı başqa işə keçirilməsindən imtina etdiyi üçün Azərbaycan Resp ublikası Təhsil Nazirliyi Peşə Təhsili X3 Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin K/62 saylı 14.08.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi), 1 (bir) ay qabaqcadan yazılı xəbərdarlıq edildiyi nəzərə alınaraq, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar işi davam etdirməyə razılıq vermədiyindən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmiş, istifadə etmədiyi əmək məzuniyyətinə görə 30 (otuz) təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. Məhkəmə hesab edir ki, etibarsızlığı tələb olunan əmr əmək qanunvericiliyinin tələblərinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə) uyğun qəbul edilmişdir və əsas düzgün müəyyən olunmuşdur. Həmçinin iddiaçının iddia etdiyi hallar, yəni əmək müqaviləsinə Lisey rəhbərliyinin subyektiv yanaşması – qərəz əsasında xitam verilməsi heç bir sübut ilə öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68.1, 68.2, 69.1, 70ç, 71.2, 71.3, 76.2, 80, 186.3, 292.2, 300-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının (hakimlər – Namiq Cəfərov- sədrlik edən və məruzəçi, Elmira Nağıyeva, İlham Kərimli) 12 mart 2021-ci il tarixli, 2(103)-3105/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru tərəfindən verilmiş 14.08.2020-ci il tarixli, K-62 №-li əmr ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinə əmək şəraitinin şərtlərinin dəyişməsinə görə xitam verilib. İşəgötürənin istinad etdiyi normada - Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində əmək müqaviləsinə xitam verilməsinin əsası belə göstərilib: əmək şəraitinin şərtlərinin dəyişdirilməsi. Lakin əmək şəraitinin şərtlərinin dəyişməsi baş verməyib, ona görə də əmək müqaviləsinə bu əsasla xitam verilə bilməzdi. Əmək Məcəlləsinin “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” adlı 56-cı maddəsinin 1-ci hissəsində qeyd olunub: “İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Göründüyü kimi, “vəzifəsi üzrə işi davam edirməklə” ifadəsindən istifadə olunub, bununla da təsdiq olunub əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zamanı işçinin vəzifəsi qalır. M üəssisənin ləğv edilməsinin, işçilərin sayının və ya ştatların ixtisar edilməsinin və digər bu kimi halların əmək şəraitinin şərtlərinin dəyişməsinə heç bir aidiyyəti yoxdur. Əmək şəraitinin şərtlərinin nədən ibarət olması Əmək Məcəlləsinin 54-cü maddəsində müəyyən edilib. Ona görə də “əmək şəraitinin şərtlərinin dəyişməsi” deyiləndə həmin maddədə müəyyən edilmiş şərtlərin dəyişməsi başa düşülür. Məs., əmək haqqının miqdarı azaldılarsa, yaxud iş vaxtının müddəti artırılarsa işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməzsə, belə halda o, başqa vəzifəyə keçirilməlidir, bu mümkün olmadıqda əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Beləliklə, əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunazidd ir. Ona görə məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia təmin olunmalı, işəgötürənin əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri Cavabdeh Azərbycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cavabdeh Eldar oğlu (Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya sı məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquq normaları və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 56 və 58-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulmuş maddi hüquq normaları pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində Əmək Məcəlləsinin “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” adlı 56-cı maddəsinin 1-ci hissəsində qeyd olunanları əsaslandırmağa çalışarkən işin hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Apelyasiya məhkəməsi iddiaçıya müəssisə tərəfindən ilkin 4 təklif olunan ştatdan (vəzifədən) imtina etdiyini və həmçinin X4 direktor müavini təklifindən və bundan sonra daha bir neçə dəfə təklif edilmiş vəzifələri rədd etdiyini nəzərə almamışdır. Qeyd edilməlidir ki, 2020-ci ilin iyu n ayında məktəblərin birləşdirilməsi ilə bağlı Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradıldı, daha sonra Pedaqoji şuraya içşilərin yerdəyişməsi ilə bağlı xəbərdarlıq təqdim edildi. Bundan sonra da digər işçilərlə bərabər İddiaçı da öz vəzifəsi və əmək haqqına uyğun digər vəzifələr təklif edildi. Lakin iddiaçı bunların hamısından imtina etdi. Odur ki, hesab edirlər ki, bütün bu halları nəzərə alaraq iddiaçının Azərbycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində artıq mövcud olmayan vəzifəyə təyin edilməsi və orada əmək funksiyalarının davam etdirilməsi mümkün deyil. Odur ki, iddia tələbi təmin edilməməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəm ə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və 3-cü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti 1 saylı region üzrə X1 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cavabdeh Eldar oğlu və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xa hiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 56.1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə əmək müqaviləsinə xitam verilə bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əh əmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmaldır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə və iddiaçının cavabdehin əsaslandığı işdən çıxarılma prosedura ilə əsaslandırılmağa çalışılmışdır. Apelyasiya kollegiyası mübahisə üzrə iş materiallarını araşdırarkən düzgün hüquqi mövqedə olmuş və əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hallarını düzgün vurğulamaqla iddia tələbini təmin etmişdir. Belə ki, apelyasiya kollegiyasının qeyd etdiyi kimi, əmək şəraitinin şərtlərinin nədən ibarət olması Əmək Məcəlləsinin 54-cü maddəsində müəyyən edilib. Ona görə də “əmək şəraitinin şərtlərinin dəyişməsi” deyiləndə həmin maddədə müəyyən edilmiş şərtlərin dəyişməsi başa düşülür. Belə oaln halda isə cavabdehin istinad etmiş olduğu əsasla iddiaçı ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verməsi əsassız və qanunsuzdur. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cavabdeh Eldar oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(103)-3105/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.