Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4499/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 qəyyumu Məmmədova Mətanət Rza qızının cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4499/2022 (Açar sözlər: iddiadan imtina əsası ilə icraata xitam verilməsi) Bakı şəhəri, 10 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi”, Cavabdeh1 qəyyumu Məmmədov a Mətanət Rza qızının cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” barədə iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3712/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qərardadından iddiaçı Cavabdeh1 qəyyumu Məmmədova Mətanət Rza qızının kassasiya şikayətinə 10 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanovlar qardaşları küçəsi, ev 15, mənzil 50nin (bundan sonra – mübahisəli mənzil) 1/6 hissəsi X1, 4/6 hissəsi Cavabdeh1 Sabir oğlunun adına 29 may 2007-ci il tarixdə, 1/6 hissəsi İddiaçı adına 16 iyun 2015-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Səbail Rayonu İcra Hakimiyyətinin Başçısı nın 107 nömrəli xx.xx.2017-ci il tarixli Sərancamına əsasən fəaliyyət qabiliyyəti olmayan, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh1 üzərində keçmiş həyat yoldaşı Məmmədova Mətanət Rza qızı qəyyum təyin edilmişdir.
3. Cavabdeh1 İddiaçı tərəfindən ünvanlanan 10 mart 2020-ci il tarixli bildirişə əsasən İddiaçı mübahisəli mənzilin 1/6 hissəsinin naturada bölgüsünü aparmaqla, mənzilin 1/6 hissəsinin onun sahiblik və istifadəsinə verilməsini təklif etmişdir. Əks halda, məhkəməyə müraciət olunacağı bildirilmişdir.
4. Bakı şəhəri 13 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 və X2 ünvanlanmış 200 nömrəli 20 noyabr 2019-cu il tarixli məktuba əsasən İddiaçı notariat ofisinə müraciət edərək, ona məxsus olan 1/6 payını 45000 manata satmaq istədiyini bildirmişdir. Qonşular kimi mənzili satın alınmaqla üs tünlük hüquqları olduğundan, 45 gün müddətində almaqları təklif olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə onun paylı mülkiyyətində olan mübahisəli mənzilin onun payına düşən 1/6 hissəsinin naturada bölünərək onun sahiblik və istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun mövcud olmasına baxmayaraq, həmin mənzildən faktiki olaraq istifadə edə bilməmiş və mənzildə yalnız Cavabdeh1 yaşamışdır. İddiaçı tərəfindən Cavabdeh1 müraciət edilərək, mübahisəl i mənzilin 1/6 hissəsinin naturada bölgüsünü aparmaqla, mənzilin 1/6 hissəsinin onun sahiblik və istifadəsinə verilməsi təklif edilmişdir. Lakin müraciətə hər hansı cavab verilməmişdir.
7. İddiaçı iddia tələbini Mülki Məcəllənin 152.1, 152.5, 220.1 və 220.3-cü maddələri ilə əsaslandrımışdır.
8. İddiaçı Cavabdeh1 qəyyumu Məmmədova Mətanət Rza qızı da Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 14000 manat kompensasiya ödənilməklə, cavabdehin mübahisəli mənzilin 1/6 hissədəki payına hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri 13 saylı Notariat Ofisindən bildiriş daxil olmuşdur ki, cavabdeh İddiaçı özünə məxsus 1/6 hissədə payını satmaq niyyətindədir və həmin payın satış dəyəri 45000 ma natdır. Cavabdeh artıq bir neçə ildir ki, bu cür əsassız məbləğlərlə guya öz payını satmaq niyyətini nümayiş etdirmişdir. Mənzilin ümumi dəyəri 80000 manatdır. Belə olduqda 1/6 hissədə payın dəyəri heç cür 45000 manat ola bilməz. Riyazı hesablama ilə 1/6 hissədə payın dəyəri 13333 manat təşkil edir.
10. İddiaçı Cavabdeh1 iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin152.1, 213.1,-213.3, 215.1 və 215.2-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh1 qəyyumu Məmmədova Mətanət Rza qızının vəsatəti əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş H/01-PLS nömrəli xx.xx.2020-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanovlar qardaşları küçəsi, ev 15, mənzi l 50-nin bazar dəyəri 90.000 manat, İddiaçı məxsus mənzilin 1/6 hissəsinin bazar dəyəri 15.000 manatdır.
12. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir.
13. Birinci instansiya məhkəməsi mübahisəli mənizlin paylara uyğun naturada bölünməsinin mümkünlüyü barədə 26 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin etmişdir.
14. Məhkəmə Ekspertizası Mərkəzinin 10/4703 nömrəli 10 dekabr 2021-ci il tarixli rəyinə əsasən mübahisəli mənzilinin otaqlarının təyinatının yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər (mülkiyyətçilər) arasında 1/6; 4/6; və 1/6 hissə olmaqla paylar üzrə bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında paylara uyğun ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2, 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Mənzilin təcrid mənzillər şəklində naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı üçün bölgünün hansı qaydada olması sualı üzrə tədqiqat aparılmadı.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-81/2022 nömrəli iş üzrə 9 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi rədd, iddiaçı Cavabdeh1 qəyyumu Məmmədova Mətanət Rza qızının iddia tələbi təmin edilmiş, İddiaçı 15.000 (on beş min) manat kompensasiya ödənilməklə, onun mübahisəli mənzilin 1/6 hissədəki payına hüquqlarının itirilmiş hesab edilməsi, 50 (əlli) manat məbləğində ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Natavan Tağıyeva)
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli mənzilin İddiaçı payına düşən 1/6 hissəsinin naturada bölünməsi mümkün deyil.
17. Mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığına, təklif olunan 15.000 manat məbləğində kompensasiya ağlabatan və eyni zamana ədalətli olduğuna, İddiaçı həmin mənzildə payı cüzi olduğuna (10.8 kv.m) və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadığına görə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülki yyətin qalan iştirakçının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoyula bilər.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 213, 215, 220.1, 220.3-220.5-cü maddələri və Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddiaçı Cavabdeh1 qəyyumu Məmmədova Mətanət Rza qızının iddiasının təmin edilməsi hissəsində ləğv, həmin iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya baxışında İddiaçı ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddiadan imtina etdiyini, qeyd olunan tələblə bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3712/2022 nömrəli mülki iş üzrə 8 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddiaçı Cavabdeh1 qanuni nümayəndəsi Məmmədova Mətanət Rza qızının cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə palı əmlakdakı paya hüququnun itirilməsi tələbinə dair iddiasının təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qeyd olunan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının tədqiqatı dəyəri olan 300 (üç yüz) manatın İddiaçı tutulması qət edilmişdir. (hakimlər Xəyal Sarıy ev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev)
22. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3712/2022 nömrəli 8 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiadan imtinasının qəbul edilməsi, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin – İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı 1-ci iş üzrə iddiadan imtina etməsi qanuna zidd olmadığına, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə qəbul edilməlidir.
24. Cavabdeh1 iddiası üzrə isə apellyasiya i nstansiyası məhkəməsi qeyd edib ki, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi d igər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Beləliklə, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.
25. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, iddiaçının onun əmlaka olan mülkiyyət hüququna görə pul kompensasiyasının ödənilməsinə ra zılığı olmamış, hazırda payın naturada ayrılması tələbi də mövcud deyildir. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyət payına görə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyildir.
26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 220-ci, Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 261.0.4, 262.4, 370.1, 370.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı ilə əsaslandırmşdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh1 qəyyumu Məmmədova Mətanət Rza qızı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası mə hkəməsinin qərardadının ləğv edilməsi, İddiaçı iddiadan imtina edilməsinə dair ərizənin qəbul edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Şikayət belə əsaslandırılıb: - ilkin iddiaçının iddiadan imtinasını qəbul edən zaman həmin imtinanın işin hallarına və faktiki olaraq cavabdehin hüquqlarına nə dərəcədə toxunub-toxunmamasına hüquqi qiymət verilməli idi. Birinci instansiya məhkəməsində işin məhkəmə baxışı zamanı ilkin iddiaçı iddiasından imtina hüququndan istifadə etməmişdir. Apellyasiya baxışında isə iddiaçının bu hüquqdan istifadə etməsi mübahisələndirilən qətnamənin qanuni və əsaslılığını şübhə altına ala bilməsi üçün atılmış bir addım olmuşdur və hüququn ümumi prinsiplərinə əsasən hüquqdan sui-istifadə halı kimi qiymətləndirilməli və işə baxan kollegiya tərəfin dən iddiadan imtina ərizəsi qəbul edilməməli idi. Çünki nəticə etibarı ilə eyni nomrə altında, eyni tarixdə qətnamə qəbul etmiş məhkəmə məhz iddiadan imtina ərizəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, 2-ci iddianın təmin edilməsi üçün ilkin iddiaçının payının naturada bölünməsi tələbi hazırda olmadığından 2-ci iddia da təmin edilə bilməz; - məhkəmə kollegiyası MPM-in 52.5-ci maddəsinin tələblərini nəzərə almamışdır. Həmin maddədə deyilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Göründüyü kimi, iddiaçının iddiadan imtina etmə si, sadəcə apellyasiya şikayətinin gələcəkdə təmin edilməsi üçün prosessual əsasın yaranmasına yönəlmişdir ki, bu da birinci instansiya məhkəməsinin işə baxan zaman mövqeyinə təsir göstərmək, həmin mövqeyin apellyasiya məhkəməsində dəyişdirilməsinə səbəb olmuşdur. b)
29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina e tmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzr ə icraata xitam verilir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılm aq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
31. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, həmin məhkəmə aktı tam yoxlanılır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
34. Barəsində şikayət verilə n qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiası üzrə icraata xitam verərkən, onun iddiadan yazılı qaydada imtina etməsinə istinad etmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddiadan imtina etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 191, 261.0.4 və 370.1-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
36. Bundan başqa, kassator qərardaddan kassasiya şikayəti versə də, qətnamədən kassasiya şikayəti verməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası MPM-in 52.5-ci maddəsinin tələblərini nəzərə alınmaması barədə kassatorun dəlillərini əsassız hesab edir.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh1 qəyyumu Məmmədova Mətanət Rza qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3712/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.