Məhkəmə qərarları › İş №2(102)-45/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-45/2021

04.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-45/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdehnə və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: İşəgötürən tərəfindən əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydalarının pozulması ilə xitam verilməsi, məhkəmənin əmək münasibətlərinə xitam verilməsi barədə əmrdə düzəliş etmə səlahiyyətinin olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(104)-753/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı 2011-ci ildə Azərbaycan Müəllimlər İnistitutunun Gəncə filialının İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirmişdir.

3. Həmçinin o da mübahisə edilmir ki, 01.01.2008-ci ildən 31.01.2013-cü ilədək İddiaçı X1 dərnək rəhbəri işləmişdir.

4. Eyni zamanda i şin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh 31.01.2013-cü il tarixli, 06 saylı yerdəyişmə haqqında əmri ilə İddiaçı 01.02.2017-ci il tarixindən X psixoloq vəzfəsinə dəyişdirilmiş, dərs ilinin sonuna kimi TYM-də dərnəyi saxlanılmışdır.

5. Cavabdeh 03.04.2017-ci il tarixli, 23 saylı əmri ilə İddiaçı ali təhsilli ibtidai sinif müəllimi, pedoqoji staja malik, müvəqqəti olaraq 03.04.2017-ci il tarxdən 15.06.2017ci il tarixədək ixtisası üzrə DX müəllim işləməyə icazə verilmişdir.

6. Cavabdeh 10.03.2017-ci il tarixli məktubu ilə Daşkəsən rayon Ümumtəhsil məktəblərinin direktorlarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.02.2017-ci il tarixli məktubunun tələblərini icra etmək məqsədi ilə Təhsil Nazirliyinin 07.09.1999-cu il tarixli sərəncamının tələbləri gözlənilməklə İddiaçı da daxil olmaqla 25 nəfər qeyri-ixtisas məktəb psixoloqları ilə bağlanmış əmək müqaviləsinə 10.03.2017-ci ildən sonuncu haqqhesab edilməklə xitam verilməsi tapşırılmışdır.

7. X üzrə 13.03.2017-ci il tarixli, 7 saylı əmrlə İddiaçı məktəbin psixoloqu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 “a” bəndinə əsasən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmilşdir. Qeyd edilən əmrdə əsas kimi Təhsil Nazirliyinin 07.09.1999-cu il tarixli sərəncamı və 13.02.2017-ci il tarixli məktubu, Cavabdeh 09.03.2017-ci il tarixli məktubu göstərilmişdir.

8. Azərbaycan Müəllimlər İnistitutunun Gəncə və Qazax filialının vəzifəli şəxsləri barəsində cinayət işinin istintaqı aparılır. Aparılmış araşdırma zamanı İddiaçı Azərbaycan Müəllimlər İnistitutunun Gəncə filialına qanunsuz olaraq qəb ul edildiyi, 2006-2010-cu illərdə filialda qanunsuz təhsil aldığı, sonuncunun adına Azərbaycan Müəllimlər İnistitutunun Gəncə filialının ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə 2011ci ildə verilmiş 2/1860 nömrəli B 200199 seriyalı diplomun saxta olduğu müəyyən edilmişdir.

9. Gəncə ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Müəllimlər İnistitutunun Gəncə filialının direktoru işləmiş X6 Azərbaycan respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

10. Həmçinin iş materiallarından görünür ki, İddiaçı 175.15 manat son haqqhesab ödənilmişdir.

11. İddiaçı bildirir ki, 1987-ci ildə Daşkəsən şəhərində anadan olmuş, 2011-ci ildə Azərbaycan M üəllimlər İnstitunun Gəncə filialının ibtidai təhsilin pedaqogika və metodika ixtisasını bitirmişdir. 01.01.2008-ci ildən 31.01.2013-cü ilədək X1 dəmək rəhbəri işləmişdir. 31.01.2013-cü ildən Cavabdeh 6 nömrəli əmri ilə Texniki yaradıcılıq Mərkəzinin ali pedaqoji təhsilli dərnək rəhbəri, 01.02.2013-cü ildən X psixoloq vəzifəsinə dəyişdirilmiş və dərs ilinin sonuna kimi X1 dəməyi saxlanılmışdır. Cavabdeh 03.04.2017-ci il tarixli, 23 nömrəli əmri ilə müvəqqəti olaraq, 03.04.2017-ci ildən 15.06.2017-ci ilədək ixtisası üzrə X dərs aparılmasına icazə verilmişdir. 15.06.2017-ci il tarixdən Cavabdeh tərəfindən ona əvəzçiliklə dərs aparması barədə müddətin başa çatdığı bildirilmiş, o, isə buna etiraz etməyərək əvvəlki iş yerinə, yəni X psixoloq vəzifəsi üzrə işləməyə getmiş, lakin X rəhbəri ona iş ləməsi üçün Cavabdeh müvafiq göstərişi olmadığı bildirilmişdir. Əvəçiliklə işlədiyi X dərs aparmaq müddəti 15.06.2017-ci il tarixdə qurtardığndan əvvəlki iş yerinə qayıtmalı olduğunu izah etsə də, X rəhbəri onu işə buraxmamışdır. Bununla əlaqədar olaraq RTŞ-yə müraciət etmiş, lakin RTŞ tərəfindən bu vaxtadək işdən azad olunması barədə müvafiq əmrin verilməsinin, nə də işə buraxılmamasının səbəbləri izah edilməmişdir. Çoxsaylı yazışmalardan sonra 7 saylı Ərazi Maliyyə Hesablama Mərkəzi tərəfindən X3ma ünvanlanmış məktubda Azərbaycan Respublikası Təhsil Nazirinin 08 aprel 1998-ci il tarixli, 206 nömrəli “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçasının təsdiq edilməsi haqqında” təlimatın tələblərinə uyğun olaraq məktəbdə psixoloq işləmək üçün baza psixo loji təhsilin olması, 2017-ci ilin mart ayında məktəblərdən işdən azad olunan işçilərin heç birinin baza psixoloji təhsilinin olması barədə sənəd təqdim edə bilmədikləri üçün işdən azad olunduqları bildirilmişdir. Bundan başqa, 12.02.2018-ci il tarixdə Cavabdeh tərəfindən qohumu X ünvanlanmış 23.01.2018-ci il tarixli, 10 saylı məktubda rayonun ümumtəhsil məktəblərində işləyən psixoloqların qeyri-ixtisas təhsilli olduqları üçün 2017-ci ildən işdən azad olunduqları bildirilmişdir. Bununla da, onun X psixoloq vəzifəsindən azad olunması barədə işəgötürənin müvafiq əmri olmadığı və bu günədək ona əmək kitabçası verilmədiyi üçün hesab edir ki, işəgötürən əmək qanunvericiliyin tələblərini pozduğu üçün o, X öz işinə qayıtmalıdır. Həmçinin, işdən azad olunma barədə işəgötürən yalnız qeyri- müəyyən tarix, yəni 2017-ci il tarixi göstərmişdir. Qeyd edilən məktubdan görünür ki, işəgötürən onunla əmək müqaviləsinin ləğv edilməsi barədə heç bir əmr verməmiş, yalnız, 2017-ci ildə onun işdən azad olunması barədə göstəriş olmuşdur. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Cavabdeh nümayəndəsi bildirir ki, İddiaçı ixtisas üzrə ibtidai sinif müəllimi olsa da, 31.01.2013-cü il tarixdən X psixoloq vəzifəsinə təyin edilmişdir. Lakin qeyri-ixtisas olduğuna görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.09.1999-cu il tarixli, 682 nömrəli sərəncamı və 13.02.2017-ci il tarixli, M-66/09-24 nömrəli məktubu, Cavabdeh 09.03.2017-ci il tarixli, 58 nömrəli məktubuna əsasən məktəb üzrə verilmiş 10.03.2017-ci il tarixli, 7 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 “a” bəndinə uyğun olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1997-ci il 08 aprel tarixli, 206 nömrəli “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçasının təsdiq edilməsi haqqında” təlimatın tələblərinə uyğun olaraq məktəbdə psixoloq işləmək üçün baza psixoloq təhsilli olmalıdır. 2017-ci ildə mart ayında məktəblərdən işdən azad olunan işçilərdən heç biri, o cümlədən İddiaçı baza psixoloq təhsili olması barədə sənəd təqdim edə bilmədiyi üçün işdən azad olunmuşdur. İddiaçı ixtisası üzrə “Müəllimlərin İşə qəbulu Qaydaları”na uyğun olaraq müsabiqədə iştirak etməsi, uyğun hesab edildiyi halda rayon üzrə vakant yerlərin birinə təyin ediləcəyi bildirlmişdir. Eyni zamand a, İddiaçı ali təhsil haqqında diplomu şübhəli olduğu üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən götürlümşüdür.

13. Cavabdeh X nümayəndəsi bildirir ki, Cavabdeh 09.03.2017-ci il tarixli, 58 saylı məktubu ilə qeyri-ixtisas məktəb psixoloqlarının işdən azad edilməsi tapşırılmışdır ki, 10.03.2017-ci il tarixli, 7 saylı əmrlə də İddiaçı Əmək Məcəlləsinin 68 “a” bəndində əsasən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad edilməsini bilmişdir. Belə ki, şəxsən onun tərəfindən işdən azad edilməsinin səbələri iddiaçıya izah edilmiş, iddiaçı lakin əmək kitbaçasını götürməkdən imtina etmişdir. Belə ki, onunla son haqq-hesab aparılmış və son haqq-hesab ona ödənilmişdir. Həmçinin, müəyyən edilmi şdir ki, İddiaçı baza psixoloji təhsilə malik olmamaqla, diplomu da saxta olmuşdur. Hazırda məktəb psixoloqu işinə digər şəxs işə götürülmüşdür. Hesab edir ki, iddiaçının işə bərpa olunması üçün əsaslar mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. Daşkəsən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(030)-184/18 nömrəli, 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı Cavabdehnə qarşı X əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir..

15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı X psixoloq vəzifəsindən 10.03.2017-ci il tarixindən azad edildiyi barədə məlumatı olduğu, yəni hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ilədək müddət keçdiyi halda məhkəməyə müraciət etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

16. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Müəllimlər İnistitutunun Gəncə filialının ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə 2011ci ildə İddiaçı verilmiş 2/1860 nömrəli B 200199 seriyalı diplomun hüquqi əsası yoxdur və həmin diplom cinayət işinin araşdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən götürülmüşdür. Odur ki, hüquqverici sənəd olmadığı üçün İddiaçı müəllimlik fəaliyyəti ilə məşğul olması ümumiyyətlə qeyri-qanuni olmaqla yolverilməzdir.

17. Məhkəmə öz mövqeyini 1 sentyabr 2000-ci ilə qədər qüvvədə o lan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 76, 296-cı, Mülki Məcəllənin 375.1, 375.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 106.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1809/19 nömrəli, 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Bayramov-sədrlik edən və məruzəçi, L.Süleymanov və F.Mehtiyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Daşkəsən Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər aras ında əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin norma və prinsiplərinə əməl edilmişdir.

21. Bundan başqa İddiaçı X psixoloq vəzifəsindən 10.03.2017-ci il tarixindən azad edildiyi barədə məlumatı olduğu, yəni hüquqlarının pozulduğunu bildiyi gündən bir ay ərzində məhkəməyə müraciət etməli olduğu halda bunu etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6242/2019 nömrəli, 15 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov-sədrlik edən və məruzəçi, Ə.Əhmədov və İ.Dəmirov) iddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 02 aprel 2019-cu il tarixli 2(104)1809/19 saylı qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

24. Məhkəmə kollegiyası qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Həmin maddədə əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin ümumi əsaslarını müəyyən edir. Məhz bu əsaslar üzrə işçi ilə işəgötürən arasındakı hüquqi əlaqə kəsilir və əmək hüquq münasibətlərinin qüvvəsi dayandırılır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsind ə sadalanan əsasların hamısı blanket (göndərici) xarakter daşıyır və Əmək Məcəlləsinin ayrı-ayrı maddələrində onların məzmunu ətraflı şəkildə açıqlanır. Məsələn, işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsində, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası 70-ci maddədə və s. nəzərdə tutulmuşdur. Əgər əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunursa əmrdə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə deyil, 70-ci maddəsinə istinad olunmalıdır. Hazırkı işdə iddiaçı tutduğu vəzifənin ixtisasına uyğun olmaması səbəbindən işdən azad edilmişdir. Bu isə hüquqi tövsif baxımından Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə uyğun gəlir. Yəni, göstərilən əsasla əmək müqaviləsi xitam olunarkən yalnız 70-ci maddənin “ c” bəndinə istinad olunamalıdr. Maddənin məzmunundan göründüyü kimi, bu əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün səlahiyyətli orqan tərəfindən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə qərarın qəbul edilməsi tələb olunur. Bu səlahiyyətli orqan barədə məlumatlar isə 70-ci maddənin “qeyd” hissəsində göstərilmişdir.

25. Məhkəmə kollegiyası onu da qeyd rtmişdir ki, göstərilən əsasla əmək müqaviləsi ləğv edilmiş işçilərin mübahisələrinə baxılarkən işəgötürən işçiyə münasib iş təklif etdiyini, lakin işçinin başqa işə keçməkdən imtina etdiyini, habelə belə işə keçirmək imkanının olmadığını göstərən sübutlar təqdim etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən işəgötürən tərəfindən əmək qanunvericliyinin göstərilən tələblərinə əməl olu nubolunmadığı bir daha yoxlanılmalı və qiymət verilməlidir

26. Bundan başqa apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 296cı maddəsinə istinad edərək İddiaçı 10.03.2017-ci il tarixli əmrdən məlumatlı olduğu qənaətinə gəlsə də, bu qənaətə hansı mötəbər sübutlar əsasında gəldiyini açıqlamamışdır. Halbuki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulan sənədlərin işçiyə təqdim olunduğunu sübut etmək vəzifəsi işçinin deyil, məhz işəgötürənin üzərinə düşür.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmrin, əmək kitabçasının, son haqqhesabın və s. sənədlərin işçiyə verilməsi qanunla müəyyən olunmuş qaydada mötəbər sübutlarla təsdiq olunmadan İddiaçı iddia müddətini buraxmış olduğu qənaətinə gəlinməsi onun məhkəmə müdafiə hüququnun və ədalətli araşdırmaya olan hüquq unun pozulması ilə nəticələnə bilər. Ona görə də işə yenidən baxılarkən bu hal bir daha ətraflı aydınlaşdırılmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-753/2020 nömrəli, 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynzadə-sədrlik edən və məruzəçi, İ.Şəfiyev və Ş.Rzaquliyev) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir.

29. Apelyasiya instansiyası məhkə məsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi 10.03.2017-ci il tarixli, 7 saylı əmri rəsmilədirilərək, Əmək Məcəlləsinin 68 “a” bəndində əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin, iddiaçı həmin əmri mübahisələndirməmiş və əvvəlki vəzifəsinə bərpa edilməsi ilə bağlı iddia tələbini irəli sürmüşdür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, müvafiq əmrin ləğv edilmədən işçinin işə bərpa edilməsi yolverilməzdir.

30. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi ilə bağlı tələbinin mahiyyət etibarı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi kimi qəbul edildiyi halda da iddiaçının əvvəlki işinə bərpa edilməsi yolverilən olmamışdır.

31. Belə ki, ilk öncə m əhkəmə kollegiyası hesab edir ki, iddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddətini də ötürmüşdür.

32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı X 10.03.2017-ci il tarixli, 7 saylı əmri işdən azad edildikdən sonra, 175.15 son haqq-hesab pulunu almış, 03.04.2017-ci il tarixli, 23 saylı əmrə əsasən əvəzçiliklə ibtidai sinif müəllimi kimi müvəqqəti olaraq, 03.04.2017-ci il tarixdən 15.06.2017-ci il tarixədək X müəllim kimi işləmişdir. 2017-ci ilin sentyabr ayında isə yeni tədris ilinin başlamasına baxmayaraq, əvvəlki yəni X işinə davam etməmişdir ki, bunu da iddia ərizəsində direktorun onu işə buraxmaması ilə əlaqələndirmişdir. Bununla da məhkəmə kollegiyası iddiaçının işdən azad edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdan təxminən bir il əvvəl işdən azad olunması barədə məlumatlı olması qənaətinə gəlmişdir.

33. Bundan başqa iddiaçı iddia ərizəsinə Ərazi Maliyyə Hesablama Mərkəzi tərəfindən qohumu olan X2 ünvanlanmış məktubla məktəbdə psixoloq işləmək üçün baza psixoloji təhsilin olması, 2017-ci ilin mart ayında məktəblərdən işdən azad olunan işçilərin heç birinin baza psixoloji təhsilinin olması barədə sənəd təqdim edə bilmədikləri üçün işdən azad olunduqlarını bildirmişdir ki, həmin məktub 04 yanvar 2018-ci il tarixli olmaqla, iddiaçı tərəfindən məhkəməvə isə 06 mart 2018-ci il tarixdə müraciət edilmişdir.

34. Bundan raşqa məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialının vəzifəli şəxsləri barəsində cinayət işiin istintaqı aparılmış, araşdırma zamanı İddiaçı Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qanunsuz olaraq qəbul edildiyi, 20062010-cu illərdə filialda qanunsuz təhsil aldığı, sonuncunun adına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə 2011-ci ildə verilmiş 2/1860 qeydiyyat nömrəli B 200199 seriyalı diplomun saxta olduğu müəyyən edilmiş, qeyd olunan əməllər üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 1(088)- 07/2018 saylı hökmü ilə 31 avqust 2000-ci il tarixdən 10 dekabr 2013-cü il tarixədək Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının direktoru vəzifəsində işləmiş X6 A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respbulikası Təhsil Nazirliyinin 24 iyul 2018-ci il tarixli, 05-05-39/12 saylı məktubuna əsasən də Azərbaycan Müəllimlər İnistitutu Gəncə filialı tərəfindən 2011-ci ildə İddiaçı adma yazılmış B seriyalı, 200199 nömrəli diplom blankının hüquqi əsasının olmadığı müəyyən edilmişdir ki, qeyd olunan hal da iddiaçının əvvəlki işinə bərpa edilməsinə əsas vermir.

35. Məhkəmə kollegiyası İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbinin 10.03.2017-ci il tarixli, 7 saylı əmrinə münasibətdə isə qeyd edir ki, həmin əmr qüsurlu olsa da, əmrin mahiyyətindən iddiaçının Əmək Məcəll əsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi anlaşılmaqdadır. Belə ki, həmin əmrdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə istinad edilmişdir ki, həmin maddə blanket xarakterli olmaqla, işçinin və ya işə götürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmənin ümumi əsasını müəyyən etməkdədir. Əmrin verilməsinə əsas kimi isə Təhsil Nazirliyinin 07.09.1999-cu il tarixli, 682 nömrəli sərəncamı və 13.02.2017-ci il tarixli, M-66/09-24 nömrəli və Cavabdeh 09.03.2017-ci il tarixli, 58 saylı məktubu göstərilmişdir ki, həmin sənədlərlə də iddiaçının məktəb psixoloqu işləməsi üçün müvafiq ixtisasının olmamaması müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bildiyini, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün olduğunu qeyd etsə də, iddiaçıya münasibətdə bu halların heç-birinin mövcud olmamasını nəzərə almamış və maddi və prossesual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

39. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

40. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kol legiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

41. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

42. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi

45. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. (maddə 68.1)

46. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. (maddə 68.2)

47. Peşə karlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. (maddə 70, c bəndi)

48. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. (maddə 296.1)

49. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. (maddə 296.2)

50. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (s ərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. (maddə 296.3)

51. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. (maddə 300.1) Mülki Prosessual Məcəllə

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

54. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

55. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

56. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

57. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

58. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. (54-55)

60. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməısi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 10.03.2017-ci il tarixli, 7 saylı əmr qüsurlu olsa da, əmrin mahiyyətindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi anlaşılmaqdadır. Belə ki, həmin əmrdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə istinad edilmişdir ki, həmin maddə blanket xarakterli olmaqla, işçinin və ya işə götürənin təşəbbüsü ilə əmək müqaviləsi nə xitam verilmənin ümumi əsasını müəyyən etməkdədir. Əmrin verilməsinə əsas kimi isə Təhsil Nazirliyinin 07.09.1999-cu il tarixli, 682 nömrəli sərəncamı və 13.02.2017-ci il tarixli, M-66/09-24 nömrəli və Cavabdeh 09.03.2017-ci il tarixli, 58 saylı məktubu göstərilmişdir ki, həmin sənədlərlə də iddiaçının məktəb psixoloqu işləməsi üçün müvafiq ixtisasının olmamaması müəyyən edilməkdədir.

61. Halbuki, Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbinə görə işəgötürən əmək müqaviləsinin Əmək Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsi nə bərpa edilməsi barədə qətnamə çıxarır. (51)

62. İşəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Həmin maddədə əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin ümumi əsaslarını müəyyən edir. Məhz bu əsaslar üzrə işçi ilə işəgötürən arasındakı hüquqi əlaqə kəsilir və əmək hüquq münasibətlərinin qüvvəsi dayandırılır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsində sadalanan əsasların hamısı blanket (göndərici) xarakter daşıyır və Əmək Məcəlləsinin ayrı-ayrı maddələrində onların məzmunu ətraflı şəkildə açıqlanır. (45-46)

63. Hazırkı işdə iddiaçı tutduğu vəzifənin ixtisasına uyğun olmaması səbəbindən işdən azad edilmişdir. Bu isə hüquqi tövsif baxımından Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun gəlir. Yəni, göstərilən əsasla əmək müqaviləsi xitam olunarkən yalnız 70-ci maddənin “c” bəndinə istinad oluna bilərdi. (47)

64. Bundan başqa qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslarının qüsurlu olmasını qəbul etməklə yanaşı əmrin mahiyyətindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin anlaşıldığını qeyd edərkən nəzərə almamışdır ki, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan ƏM-nin normaları məhkəməyə əmək müqaviləsinə xitam verilməsi əsasının məhz əmrdə göstərilən əsasla deyil, başqa əsasla xitam verilməsi qənaətinə gəlməklə bağlı səlahiyyət verməmişdir.

65. İddiaçı iddia müddətinin ötürülməməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, həmin dəlillər üzrə də işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr verildikdən sonra iddiaçı əvəzçilik qaydasında başqa kənddə yerləşən məktəbə göndərilmiş və bir müddət həmin məktəbdə işləmişdir. İddiaçı bu hala münasibətdə hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi halda o, bu əmr verildikdən sonra əvəzçilik qaydasında işləmək üçün başqa məktəbə göndərilə bilməzdi. Ona görə də o bu müddət ərzində hesab etmişdir ki, onunla bağlanmış əmək müqaviləsi qüvvədədir.

66. Məhk əmə kollegiyası hesab edir ki, işə yeni apelyasiya baxışında bu hal da araşdırma predmeti olmalı və iddia müddətinin ötürülüb-ötürülməməsi baxımından həmin hala da hüquqi qiymət verilməlidir.

67. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-753/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar