Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-45/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X qarşı ilkin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbi irəli sürmək üçün müvafiq subyektiv hüququn olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-515/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsindən İddi açı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair” iddiası təmin edilərək iddiaçının ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 3 otaqlı sahəsi 110 kv.m. olan 27 saylı mənzilə sahiblik və istifadə hüquqları tanınmışdır.
2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X, İddiaçı, X8, X4 və X5 qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddiası təmin edilərək ünvan 1 ünvanında yerləşən sahəsi 57.6 kv.m. olan 27 saylı mənzilə dair X tərəfındən İddiaçı adına verilmiş 11.08.2016-cı il tarixli maliyyə arayışının, İddiaçı X üzv qəbul olunması barədə MK-nın üzvlərinin ümumi yığıncağının 11.08.2016-cı il tarixli, 04 saylı protokolundan çıxarışın, mənzilin X3 adına sənədləşdirilməsinə dair X üzvlərinin ümumi yığıncağının 21.07.2014-cü il tarixli, 02 saylı protokolunun, X3 X üzv qəbul olunması haqqında MK üzvlərinin ümumi yığıncağının 21.07.2014-cü il tarixli, 02 saylı protokolunun, “X tərəfındən mənzilə dair X8 verilmiş 14.07.2015-ci il tarixli maliyyə arayışının və mənzilin X6 adına sənədləşdirilməsi barədə X üzvlərinin ümumi yığıncağının 14.07.2015-ci il tarixli, 12 saylı protokolunun, X6 X üzv qəbul olunması haqqında 14.07.2015-ci il tarixli 12 saylı protokolun etibarsız hesa b edilməsi, X9 və onun ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən sahəsi 57.6 kv.m. olan 27 saylı mənzildən çıxarılması, iddiaçının ünvan 1 ünvanında yerləşən sahəsi 57.6 kv.m. olan 27 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, ünvan 1 ünvanında yerləşən sahəsi 57.6 kv.m. olan 27 saylı mənzilin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi, iddiaçı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən sahəsi 57.6 kv.m. olan 27 saylı mənzilindən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi MK-nın qanuni qüvvəyə minmiş 07 mart 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2019 saylı, 17 yanvar 2019-cu il tarixli hökmündən görünür ki, X10 təkrarən qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, xxxə yerləşən, yaşayış sahəsi 57,6 kv.m. olan 27 №-li mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 15.04.2008-ci il tarixli 026400 nömrəli orderi əsasında Cavabdeh1 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin X məxsus olduğunu deyərək Kooperativin iclasının 21.07.2014-cü il 02 nömrəli protokol əsasında 134000 manata X5 qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tar ixdə Kooperativin ofisində sonuncunun əri X1 cinayət əlaqəsində olduğu qeyrisinin vasitəsi ilə alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən vəzifəli şəxs kimi mənzilin X satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri-Kooperativin iclasının 21.07.2014-cü il 02 nömrəli protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək qeyrisinin vasitəsi ilə X verib, aldığı 134000 manat pulu aralarında bölməklə Cavabdeh1 faktiki olaraq mənzildən istifadə hüququndan məhrum etməklə kütləvi surətdə vətəndaşların əmlak hüquqlarını mütləq şəkildə pozmaqla ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. X11 təkrarən X İdarə heyətinin sədri X10 və Kooperativin komendantı qeyrisi ilə qabaqcadan razılaşaraq əlbir olub cinayət əlaqəsinə girərək özgənin əmlakını X qulluq mövqeyindən yararlanaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, xxxx yerləşən, yaşayış sahəsi 57,6 kv.m. olan 27 №-li mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 15.04.2008-ci il tarixli 026400 nömrəli orderi əsasında Cavabdeh1 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədib mənzilin özünə məxsus olduğunu deməklə aldadaraq 11.08.2016-cı ildə 118000 manata X7 qanunsuz satmaqla, həmin pul vəsaitini Kooperativin ofisində sonuncunun qohumu X2 alıb, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq X İdarə heyətinin sədri Emil Məhərrəmovun təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədləri - mənzilin İddiaçı satılması barədə qeyd olunan Kooperativin 11.08.2016-cı il 04 nömrəli iclas protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında maliyyə arayışını alıcıya verib, X 118000 manat məbləğində külli miqdarda əmlakını aralarında bölməklə Cavabdeh1 məxsus mənzilləri qanunsuz satmasına şərait yaratmaqla 8 fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətindən sui-istifadə etməsinə və tamah niyyəti ilə vəzifə saxtakarlığı cinayətlərinin təkrarən törədilməsinə mənzillərin qanunsuz satılması üçün zərərçəkmişlə rin tapılmasında ifadə olunan məlumatları ilə, habelə cinayətlərin törədilməsi üçün alıcılara həmin mənzilin ona məxsus olduğunu bildirməklə maneləri aradan qaldıraraq, həmin şəxslərə cinayətin vasitəsi olan saxta sənədləri bilavasitə təqdim edib cinayətin törədilməsi üçün vasitələri verməklə kömək etmişdir. Həmin hökmdən həmçinin görünür ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2016-cı ilin avqust ayında mənzil almaq məqsədi ilə Bakı şəhərində olan alqı-satqı ofislərinə məlumat vermişdir. Həmin ərəfədə xxx yerləşən binada mənzil satıldığını eşitmiş və həmin ünvana getmişdir. Orada binanın komendantı xxx tanış olmuş və sonuncu ona 10-cu mərtəbədə yerləşən 3 otaqlı, 110 kv.m. olan 27 nömrəli mənzili göstərmişdir. xxx mənzilin sahibinin X olduğunu və təcili olaraq 118.000 manata satıldığını qeyd etmişdir. X14 mənzili nə vaxt aldığını maraqlandıqda, o mənzili uzun müddətdir aldığını, hazırda pula ehtiyacı olduğuna görə təcili satmaq istədiyini bildirmişdir. O, razılaşaraq 11.08.2016-cı ildə X ofisinə getmiş və orada Emil Məhərrəmovla tanış olmuşdur. X mənzili qohumu İddiaçı adına sənədləşdirməsini xahiş edərək onun şəxsiyyət vəsiqəsinin surətini X vermişdir. X15 X adına 11.08.2016-cı il tarixli 04 nömrəli iclas protokolundan çıxarış, iclas protokolu və maliyyə arayışı tərtib etmişdir. Maliyyə arayışında tam ödəniş qeyd edildikdən sonra 118.000 manat pulu X vermişdir. Mənzili aldıqdan sonra mənzili tam təmir etdirmiş və 2016-cı ilin oktyabr ayından həmin ünvanda yaşayır.
5. Mənzilin təmirinə çəkilmiş xərcin bazar dəyərinin müəyyən edi lməsi barədə 10.02.2020-ci il tarixli hesabatdan görünür ki, ünvan 3 ünvanında X tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 110 kv.m. sahəsi olan 3 otaqlı, 27 saylı mənzildə 2016-cı ilin sentyabr ayında təmir işlərinin aparıldığı müəyyən edilmiş, təmir xərcləri 42322 manat təşkil etmişdir. 6. Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 17.02.2021-ci il tarixli, 10/3156 nömrəli ekspert rəyindən görünür ki, xxx ünvanında X tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 110 kv.m. sahəsi olan 3 otaqlı, 27 saylı mənzildə aparılmış təmir işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 32194,5 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaç ı cavabdehlər Cavabdeh1 və X qarşı “mənzildə aparılmış təmir işlərinin dəyərinin tələb edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 3 ünvanında x tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 110 kv.m. sahəsi olan 3 otaqlı, 27 sayll mənzildə apardığı təmir işlərinin dəyəri olan 45000 manat pulun cavabdehlərlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında X tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 110 m2 sahəsi olan 3 otaqlı, 27 saylı mənzilə dair 11.08.2016-cı il tarixli qərar ilə (protokolla) X kooperativin üzvlüyündən çıxarılmış və o üzvlüyə qəbul edilmişdir. RX adına olan 2013-cü il tarixli müqavilə və maliyyə arayışı 16.01.2016-cı ild ə onun adına rəsmiləşdirilmiş, ona yeni müqavilə və mənzilin dəyərinin tam ödənildiyi və x borcunun olmadığı barədə maliyyə arayışı verilmişdir. Bundan sonra həmin mənzilə köçmüş və 2016-cı ilin sentyabr ayından həmin mənzildə 45000 manat məbləğində təmir işləri aparmışdır. Bu günədək orada yaşamaqla kommunal xərcləri ödəyir. Həmin mənzilin adına sənədləşməsi haqda Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-10151/2017 saylı mülki iş üzrə 28.12.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1483/2019 saylı 07.03.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-10151/2017 sayllı 28.12.2017-ci il tarixli qətnaməsi ləğv edilməklə həmin iş üzrə yeni qətnamə çıxarı lmış və onun iddiası təmin edilməmişdir. Həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 05.09.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Belə olan halda çəkdiyi təmir işlərinin əvəzini cavabdehdən tələb etmək qərarına gəlmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Cavabdeh1 İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun xeyrinə 40000 manat manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil onun istifadəsində və sahibliyində olduğu, həmin mənzilə dair ona Bakı şəhər İcra Hakimiyyətindən sərənca m verildiyi halda iddiaçı həmin mənzilə dair əsassız tələb irəli sürmüşdür. Mübahisəli mənzil onun tərəfındən təmir olunmuş və uzun müddət həmin mənzili kirayəyə vermişdir. Lakin İddiaçı qanunsuz olaraq öz ailə üzvləri ilə onun mülkiyyətində olan mübahisəli mənzili zəbt edərək məskunlaşmışdır. Onlar məskunlaşdığı dövrdə mülkiyyətində olan mənzili kirayə vermək hüququndan və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Bununla da, ona xeyli maddi ziyan dəymişdir. Belə ki, internet səhifələrindən çıxarışa əsasən sözügedən ərazidə aylıq kirayə haqqı 1000 manat təşkil edir. İddiaçı həmin mənzildə 11.08.2016-cı il tarixdən bugünədək qanunsuz məskunllaşdığını nəzərə alınmaqla, ona 40000 manat məbləğində maddi ziyan dəymişdir ki, həmin məbləğ də cavabdeh tərəfindən ona ödənilməlidir. İddiaçı müba hisəli mənzilə dair heç bir hüquqmüəyyənedici sənədi - müqaviləsi, maliyyə arayışı və kooperativ üzvlərinin ümumi yığıncağının protokol qərarı yoxdur. Əgər İddiaçı onun mülkiyyətində olan mənzildə qanunsuz məskunlaşdığı dövrdə hər hansı təmir işləri görmüşdürsə, o zaman onun xəbəri və məlumatı olmadan etmiş, onun razılığını almamışdır. O, ilkin iddia üzrə iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, onunla hər hansı pul məbləğinin qaytarılmasına dair razılıqları olmamışdır. Bundan əlavə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.12.2017-ci tarixli qətnaməsi ilə İddiaçı X qarşı “mənzilə sahiblik, istifadə payı hüququnun tanınması” tələbi barədə iddiası təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 X, İddiaçıa, X8, X4 və X5 qarşı “mənzilin təhvil verilməsi’' tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1483/2019 saylı, 07.03.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsinin 05.09.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)1483/2019 saylı, 07.03.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə onun sözügedən mənzilə hüququ tanınmış və mənzilin ona təhvil verilməsi qərara alınmışdır. Dəfələrlə İddiaçı mənzili boşa ltmağı tələb etsə də, heç bir nəticə olmamışdır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 2(004)495/2020 saylı iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ünvan 7 ünvanında X tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 110 kv.m. sahəsi olan 3 otaqlı, 27 sayll mənzildə aparılmış təmir işlərinə görə 42322 (qırx iki min üç yüz iyirmi iki) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə mübahisəli mənzildə İddiaçı tərəfindən təmir işlərinin aparılması təsdiq olunmuşdur.
13. Məhkəmə qarşılıqlı iddia tələbi ilə əlaqədar qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 40000 manat məbləğində ziyanın dəyməsini təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.5, 157.6, 157.7, 1096.1, 1096.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 216220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-515/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.İmanov (s ədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-495/2020 saylı iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və X qarşı mənzildə aparılmış təmir işlərinin dəyərinin tələb edilməsinə dair tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı hazı rki iddia tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olmamışdır
18. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlə Məhkəməsinin 1(101)77/2019 saylı, 17 yanvar 2019-cu il tarixli hökmündən görünür ki, hazırki iş üzrə İddiaçı ümumiyyətlə zərəçəkmiş şəxs kimi tanınmamış, həmin iş üzrə zərəçəkmiş şəxs qismində X9 tanmış və o da cinayət işi üzrə vermiş olduğu ifadəsində mübahisəli mənzili aldıqdan sonra məhz özü tərəfindən tam təmir etdirdiyini bildirmişdir.
19. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə əlaqədar qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı qanunsuz hərəkətləri nəticəsində ona 40000 manat məbləğində ziyanın dəyməsini təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakç ılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi mənzilin onun tərəfindən təmir edilməsi ilə bağlı dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçü n apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
31. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. (maddə 82.4)
32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
33. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
35. Kass asiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Mənzilin onun tərəfindən təmir edilməsi, ona görə də təmirə çəkdiyi xərcin tutulmasının rədd edilməsi barədə iddiaçının apelyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Mülki Prossesual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə tərəflər irəli sürdüyü tələbləri və ya həmin tələblərə qarşı etirazlarını sübut etməlidirlər.
38. Hazırkı işin mübahisə edilməyən halı ondan ibarətdir ki, mənzil tam təmir edilmişdir. Lakin iddiaçı bu təmirin 2016-cı ilin sentyabr ayından onun, cavabdeh isə 2016cı ilin sentyabr ayına qədər onun tərəfindən aparıldığını bildirir.
39. MPM-nin 77.1-ci maddəsinə uyğun olaraq iddiaçı iddia ərizəsinə, o cümlədən iş materiallarına mənzilin ona təhvil verildiyi tarixdən sonra təmir edilməsi ilə bağlı hər hansı bir sübut əlavə etməmiş və yalnız onu bildirmişdir ki, mənzili “X inşaat adlı şirkətə t əmir etdirmişdir, həmin şirkət isə ləğv edildiyinə görə hazırda mövcud deyildir.
40. Mənzilin onun tərəfindən 2016-cı ilin sentyabr ayına kimi təmir edilməsinə dair cavabdehin dəlilləri onunla təsdiq edilir ki, mənzil iddiaçıya təhvil verilməmişdən əvvəl bir neçə dəfə müxtəlif şəxslərə kirayəyə verilmişdir.
41. Bu fakta münasibətdə iddiaçının etirazı ondan ibarətdir ki, cavabdeh tərəfindən mənzildə orta təmir aparıldığı halda o mənzili tam və əsaslı təmir etmişdir.
42. Göründüyü kimi mənzildə aparılmış təmir işlərinin mənzil məhz ona təhvil verildiyi vaxtdan aparıldığı ilə bağlı irəli sürdüyü dəlilləri iddiaçı sübuta yetirə bilməmişdir.
43. Eyni zamanda nəzərə alınmalıdır ki, bununla bağlı metodika olmadığından iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizası ilə də mənzildə aparılan təmir işlərinin nə vaxt aparıldığını müəyyən etmək mümkün olmamışdır.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-515/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.