Məhkəmə qərarları › İş №2(102)-45/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-45/2025

10.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-45/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh İmanova (Haqverdiyeva) Mehriban Musa qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İmanova (Haqverdiyeva) Mehriban Musa qızına qarşı mənzildən çıxarılma və mənzilin öz vəsaiti hesabına boşaldılması tələbinə dair iddia üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2024-cü il tarixli 2(108)-125/20 24 nömrəli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 10 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Naxçıvan şəhəri, 54-cü məhəllədə 0.1079 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44.00 kv.m yaşayış sahəsindən ibarət 20 nömrəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ İddiaçı (bundan sonra-iddiaçı) məxsusdur.

2. X3 ilə Cavabdeh 20 fevral 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Lakin, 11 sentyabr 2023-cü ildə nikah pozulmuşdur, sonradan onlar 18 mart 2024-cü ildə yenidən nikahlarını rəsimləşdirilmişdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Naxçıvan şəhəri, 54-cü məhəllədə mü lkiyyətində olan 0.1079 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evindən (bundan sonra-mübahisəli əmlak) məcburi qaydada çıxarılması və həmin mənzilin cavabdehin öz vəsaiti hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh X2 (bundan sonracavabdeh) bir müddətdir ki, mülkiyyətində olan mübahisəli əmlakda keçmiş həyat yoldaşı X3 və uşağı ilə birlikdə yaşayır. Onunla aralarında olan münasibətə görə o buna etiraz etməmişdir. Cavabdeh onu əmin etmişdir ki, qısa müddət ərzində mənzildən çıxacaqdır. Lakin artıq o imtina edərək ona məxsus mənzildən çıxmır. Cavabdehin heç bir hüquqi əsas olmadan mülkiyyətində olan Naxçıvan şəhəri, 54-cü məhəllədə 0.1079 ha torpaq sahəsində yerləşən 1 mərt əbəli, 2 otaqlı, 44.00 kv.m sahədən ibarət 20 nömrəli fərdi yaşayış evində yaşaması və mənzildən çıxmaması onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur.

5. Naxçıvan Şəhər Məhkəməsinin 7 may 2024-cü il tarixli, 2(078)-319/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evinin Cavabdeh tərəfindən boşaldılması, 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.(hakim Əliyeva Gülsüm)

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının ailə üzvü olmadığından onun iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır.

7. Belə ki, hazırkı halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus mənzildən cavabdehin çıxarılmasını və mənzilin onun vəsaiti hesabına boşaldılmasını tələb etməkdə haqlıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu, Mülki Məcəllənin 6, 152.1, 153.3, 157.4-cü, Mənzil Məcəllənin 29.1, 30.1, 30.2, 30.4, 30.5-ci və Mülki Prossesual Məcəllənin 88, 107, 119.1, 217.3-cü maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikay əti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nikah dövründə həmin mübahisəli əmlaka müəyyən bərpa və təmir xərclərinə görə vəsait xərcləmişdir, mülkiyyətə maddi və mənəvi sahiblik etmişdir. Onun himayəsində 1 azyaşlı övladı var. Onun və ailəsinin həmin fərdi yaşayış evindən başqa yaşayacaq yerləri yoxdur. Onun yaşayış evindən məcburi çıxarılması mülkiyyətçi olmayan digər əmlak hüquqularının pozulmasına səbəb olur. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu qeyd etmişdir.

11. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası nın 29 iyul 2024-cü il tarixli 2(108)-125/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-319/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qarayev Sənan -sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli və Qurbanov Yusifəli)

12. Apellyasiya instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzilə 2011-ci ildə köçmüşdür. Beləliklə, mübahisəli hüquq münasibəti 2011ci ildə yaranmışdır. Qeyd olunan hala əsasən iddiaçının mübahisəli əmlakdan cavabdehin çıxarılması barədə tələbi cavabdehin həmin fərdi yaşayış evinə köçdüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir.

13. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, mü bahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və o həmin mülkiyyətinə sahiblik etmək, istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququna malikdir. Cavabdeh isə iddiaçının ailə üzvü sayılmadığından onun həmin mənzilə istifadə hüququ da yaranmamış olur. Lakin bütün bunlara baxmayaraq cavabdehin iddiaçının iradəsinə zidd hərəkət etməsi, həmin mənzilin iddiaçının mülkiyyətində olduğunu bilə-bilə mənzildən könüllü surətdə çıxmaması iddiaçının hüquqlarının həyata keçirilməsinə maneələr yaradır və bu hal özlüyündə mülkiyyət hüququnun pozulmasına səbəb olur.

14. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı tələbində haqlı olmuşdur.

15. Kollegiya onu da qeyd etməyi zəruri hesab etmişdir ki, apellyasiya şikayətinin əsas dəlillərini və cavabdehin izahatının əsasını onun tərəfindən iddi açının mülkiyyətində mübahisəli əmlakı yaxşılaşdırılmasına çəkilmiş xərclərdən ibarət olmasıdır.

16. Buna münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdehin izahatına görə o, iddiaçının mülkiyyətində olan torpaq sahəsində ayrıca bir evin inşası üçün yox, iddiaçının mülkiyyətində olan evin tərkib hissəsində yaşamaq üçün həmin hissənin yaxşılaşdırılmasına dair xərc çəkmişdir. Bu baxımdan onun iddiaçının mülkiyyətində olan evin tərkib hissəsinin yaxşılaşdırılması üçün çəkdiyi xərclərin tələb edilməsi hüququnun olması cavabdehə izah olunmalıdır.

17. Beləliklə apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respub likasının Konstitusiyasının 13, 29cu, Mülki Məcəllənin 6, 152.1-ci, Mənzil Məcəllənin 29.1, 30.1, 30.2-ci, Mülki Prossesual Məcəllənin 77.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Şikayət apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbi q edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

24. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digə r hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

26. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

27. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

28. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya ya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

30. Maddə 30.1 Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

31. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvl əri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı

32. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mə nzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. 33.... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçiri lməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəs inə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilm əsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Kas sasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

46. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasi ya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nət icəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali M əhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2024-cü il tarixli 2(108)-125/2024 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar