Məhkəmə qərarları › İş №2(102)-450/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-450/2021

17.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-450/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “xxxx” ASC-nin vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3752/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı “xxxx” ASC ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli əmək müqaviləsinə əsasən, “xxxx” ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin İmişli Elektrik Şəbəkəsinin YG yarımstansiyalar üzrə usta vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin müddəti 3 ay müəyyən edilmiş və hər dəfə tərəflərin razılığı ilə uzadılmışdır. Cavabdeh təşkilat müvafiq bildiriş verməklə müqaviləni uzatmamış və xx.xx.2019-cu il tarixli əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasına) əsasən xitam vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsin ə xitam verilməsi barədə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, isə bərpa edilməyi və ötən müddət üçün almadığı əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 əmək müqaviləsinin xx.xx.2015-ci il tarixdə bağlandığı, müddətinin xx.xx.2019-cu il tarixdə bitəcəyi göstərilmişdir. Belə olan halda, X6 Təchizatı və Satışı İdarəsi hansı əsaslarla müqavilə müddətinin bitməsi ilə əlaqədar onu işdən azad etməsi anlaşılan deyil və bu səbəbdən əmri qanunsuz hesab edir.

4. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı eti raz təqdim etməmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2342/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı işdən azad edilməsi ilə bağlı “xxxx” ASCnin Sədri vəzifəsini icra edən V.Əhmədovun k/19-00245 saylı, xx xxxxxx 2019-cu il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə əmək müqaviləsinin müddətinin qurtarması ilə verildiyindən həmin əmrin etibarsız hesab edilməsi və onun işə bərpa edilməsi üçün əsas yoxdur. İddia tələbi əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması hissəsində təmin olunmadığından, iddia tələbi ötən müddət üçün almadığı əmək haqqının ödənilməsi hissəsində də təmin edilə bilməz. b) Apellyasiya instansiyas ı məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) xx xxxx 2020-ci il tarixli, 2(103)-3752/20 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)2342/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia rədd edilmiş, keçirilmiş məhkəməxətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manatın İddiaçı alınıb X3 hesaba keçirilməsi qət edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin proses sual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilmiş və şikayətin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, mövcud sübutlar əsasında mahiyyəti üzrə baxılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı işdən azad edilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli əmr əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə əmək müqaviləsinin müddətinin qurtarması ilə verildiyindən həmin əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, o, “xxxx” ASC-nin X6 Təchizatı və Satışı İdarəsində usta vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixdə onun ünvanına “xxxx” ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq daxil olmuşdur. Xəbərdarlıqda göstərilir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində iddiaçı ilə əmək müqaviləsinin xx.xx.2015-ci il tarixdə bağlandığı, müddətinin xx.xx.2019-cu il tarixdə bitəcəyi göstərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 24261 saylı ekspert rəyində göstər ilmişdir ki, mülki işin 102-103-cü vərəqəsində olan xx.xx.2015-ci il tarixli “Əmək müqaviləsi”nin 2-ci vərəqəsinin “İşçi”: hissəsində “(İmza, tarix)” qrafasında olan “xx.xx.2015” rəqəmləri və həmin müqavilənin 2-ci vərəqəsinin aşağı tərəfində “Qeyd: əməkdaşların işgüzar etika məcəlləsi və vəzifə təlimatı ilə tanış oldum” hissəsində “(tarix)” qrafasında olan “xx.xx.2015” rəqəmləri İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur”. Göründüyü kimi əmək müqaviləsinin imzalanması tarixi qeyri- müəyyəndir və iddiaçının mübahisələndirdiyi əmri əsaslandırmaq üçün cavabdeh tarixləri bilərəkdən qoymuşdur, tarixlərin qoyulmasından iddiaçının məlumatı yoxdur. İş üçün mühüm əhəmiyyət kəsb edən başqa bir məqam ondan ibarətdir ki, kassasiya şikayəti verilən qətnamədə məhkəmənin özünün qeyd e tdiyi kimi (qətnamə 3-cü vərəq, sonuncu abzas) iş materiallarından xx.xx.2015-ci ildə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2015-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən “xxxx” ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin İmişli Elektrik Şəbəkəsinin YG yarımstansiyalar üzrə usta vəzifəsinə işə qəbul olunmuşdur. Göründüyü kimi əmək müqaviləsi bildirişi xx.xx.2015-ci ildə sistemə daxil edilmişdir və həmin tarixdən də əmək müqaviləsi qüvvəsini almışdır. Əmək müqaviləsinin qüvvəyə minmə tarixi xx.xx.2015-ci ildir və DSMF də sosial sığorta stajın həmin tarixdən qəbul edir. X5 xx.xx.2015-ci il tarixdə bağlansa da, müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2015-ci ildir. Nəzərə alınsa ki, əmək müqaviləsi 3 aylıq müddətə b ağlanmışdır, onda növbəti 3 aylıq müddətin tamamı xx.xx.2019-cu ilə yox, xx.xx.2019-cu cu il tarixə düşür. Bu halda isə cavabdeh tələskənlik edərək, iddiaçı ilə əmək müqaviləsinə vaxtından xitam vermişdir. Bununla yanaşı cavabdehin iddiaya etiraza əlavə etdiyi “xxxx” ASC- nin sədri B.Rzayev tərəfindən verilmiş K-l5-0371 saylı əmrlə İddiaçı usta vəzifəsinə qəbul edildiyi görünür. Bu sənədlər bir daha təsdiq edilir ki, əmək müqaviləsi xx.xx.2015-ci il tarixdə qüvvəyə minə bilməzdi. Müqavilənin qüvvəyə minməsi üçün əmək müqaviləsinin bildirişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminə yerləşdirilməsindən əvvəl işə qəbulla bağlı əmrin verilməsidir. Məhkəmələr işdə olan sənədləri sadalayarkən bu sənədin mövcudluğunu bilərkən qeyd etməmişl ər. Məhkəmələr işə baxarkən bu məqamları aydınlaşdırmamışlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində iddiaçı ilə əmək müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixdə bitəcəyi, fərqli tarixlərin göstərilməsi də işə qəbulla bağlı əmrin xx.xx.2015-ci ildə, müqavilənin xx.xx.2015-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədardır. “xxxx” ASC sistemdə bir tarix, elektron sistem isə başqa tarix göstərmişdir. Daha mötəbər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin müəyyən etdiyi tarixdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nü mayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

14. Maddə 11, bənd “b”. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır.

15. Maddə 45, hissə

1. Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.

16. Maddə 47, bənd “f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

17. Maddə 68, hissə 2, bənd “b”. Əmək müqavilə sinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır.

18. Maddə 73, hissə

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

25. İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “xxxx” ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin İmişli Elektrik Şəbəkəsinin YG yarımstansiyalar üzrə usta vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olmaqla 03 ay müddətinə bağlanmış, işin birinci 2 ayı sınaq müddəti hesab edilmişdir. 26. xx.xx.2015-ci ildə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2015-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən “xxxx” ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin İmişli Elektrik Şəbəkəsinin YG yarımstansiyalar üzrə usta vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla xx.xx.2015-ci ildə bitir. Aylıq əmək haqqı 410 manat təşkil edir. 27. “xxxx” ASC-nin Sədri vəzifəsini icra edən V.Əhmədovun “xxxx” ASC üzrə k/19-00245 saylı, xx xxxxxx 2019-cu il tarixli əmrin surətindən görünür ki, X6 Təchizatı və Satışı İdarəsinin İmişli Elektrik Şəbəkəsinin YG yarımstansiyalar üzrə ustasının İddiaçı əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixindən Əm ək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Əsas: müddətli əmək müqaviləsi.

28. Beləliklə işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı “xxxx” ASC ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli əmək müqaviləsinə əsasən “xxxx” ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin İmişli Elektrik Şəbəkəsinin YG yarımstansiyalar üzrə usta vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olmaqla 03 ay müddətinə bağlanmış, işin birinci iki ayı sınaq müddəti hesab edilmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.

29. Birin ci instansiya məhkəməsi tərəfindən keçirilmiş “Məhkəmə xətşünasliq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 24261 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “ekspertizaya təqdim edilmiş, mülki işin 102-103-cü vərəqəsində olan xx.xx.2015-ci il tarixli “Əmək müqaviləsi”nin 2-ci vərəqəsinin “İşçi”: hissəsində “(İmza, tarix)” qrafasındakı imza və həmin müqavilənin 2-ci vərəqəsinin aşağı sol tərəfindən “Qeyd: əməkdaşların işgüzar etika məcəlləsi və vəzifə təlimatı ilə tanış oldum” hissəsində “(İmza)” qrafasındakı imza- İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 102-103-cü vərəqəsində olan xx.xx.2015-ci il tarixli “Əmək müqaviləsi”nin 2-ci vərəqəsinin “İşçi”: hissəsində “(İmza, tarix)” qrafasında olan “xx.xx.2015 ” rəqəmləri və həmin müqavilənin 2-ci vərəqəsinin aşağı tərəfində “Qeyd: əməkdaşların işgüzar etika məcəlləsi və vəzifə təlimatı ilə tanış oldum” hissəsində “(tarix)” qrafasında olan “xx.xx.2015” rəqəmləri İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur”.

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

31. Beləliklə kollegiya hesab etmişdir ki, İddiaçı işdən azad edilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli əmr əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə əmək müqaviləsinin müddətinin qurtarması ilə verildiyindən həmin əmrin ləğv hesab edilməsi və onun işə bərpa edilməsi üçün əsas yoxdur. İddia tələbi əmək müqaviləsinin ləğv edilməsi, işə bərpa edilməsi ilə bağlı hissədə təmin edilmədiyindən, ötən müddət üçün əmək haqqının ödənilməsi hissəsində də təmin edilə bilməz.

32. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da bildirir ki, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Ona görə ki, tərəflər arasında bağla nmış (iddiaçının imzaladığı) əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçi xx.xx.2015-ci il tarixdən işə başlayır. Elektron informasiya sistemindəki məlumatlarda tərəflər arasındakı əmək müqaviləsinin xx.xx.2015-ci il tarixdən müddətli (üç aylıq) bağlanması qeyd olunmuşdur. İşəgötürən müqavilənin müddətini bir neçə il ərzində uzatsa da, əmək müqaviləsinə xitam verilməsi haqqında işçiyə bildiriş verməklə xx.xx.2019-cu il tarixdən həmin əsasl a əmək müqaviləsini ləğv etmişdir.

33. Belə olan halda, cavabdehin əmrinin əmək qanunvericiliyinin tələblərinə zidd olmaması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğundur (§ 14-18).

34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3752/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar