Məhkəmə qərarları › İş №2(102)-450/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-450/2024

21.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-450/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbacan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbacan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X3rşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçü ncü şəxs qismində X9 Xidməti cəlb edilməklə) “əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3602/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin X7ı Xidmətinin Mingəçevir Regional şəbəsində məsləhətçi vəzifəsinə daimi qəbul edilmişdir. Onunla olan əmək müqaviləsinə xx.xx.2015-ci il tarixli, 37/k nömrəli əmrlə xitam verilmişdir.

2. Bundan sonra İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-nin “Mərkəz i Aran” RETSİ-də mühəndis və baş mühəndis işləmiş, xx.xx.2017-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir.

3. Eyni zamanda İddiaçı onun Nəqliyyat Nazirliyinin X7ı Xidmətinin Mingəçevir Regional şəbəsində məsləhətçi vəzifəsindən azad edilməsi barədə xx.xx.2015-ci il tarixli, 37/k nömrəli əmrin ləğv olunması və işə bərpa olunması barədə iddia vermiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-368/2016aylı qərarı ilə onun iddiası təmin edilərək, xx.xx.2015-ci il tarixli, 37/k nömrəli əmrin ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin X7ı Xidmətinin Mingəçevir regional şöbəsinə məsləhətçi vəzifəsinə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə bərpa edilməsi qərara alınmışdır. Həmin iş üzrə cavabdeh tərəfin apel yasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(107)-239/2016 saylı qərarı və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilməmişdir.

4. Bundan sonra Nəqliyyat Nazirliyi 15 saylı X4 MMC-nin xx.xx.2017-ci il tarixli əmri ilə iddiaçı həmin MMC-nin daşımaların tənzimlənməsi şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmiş, lakin özünün xahişi ilə xx.xx.2018-ci il tarixdə işdən azad edilmişdir.

5. Daha sonra iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X7ı Xidməti "xxxx" MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi əsasında “Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin X6”nə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə nin 2.2-ci bəndinə əsasən əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2018-ci il tarixindən sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə bağlanmışdır. Daha sonra tərəflər arasında bağlanmış müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 №-li əlavəyə əsasən müqavilə müddəti bir ay uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixi qeyd edilmiş, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. "xxxx" MMC iddiaçı ilə bağlanan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin vaxtının bitməsi ilə bağlı) xitam vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbacan Respublik asının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X9 Xidməti cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda qeyd olunmuş hallarına istinad edərək belə əsaslandırmışdır ki, o, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 01 may 2002-ci il tarixli 22 saylı əmri ilə aparatın sosial iqtisadi məsələlər şöbəsinə iqtisadçı vəzifəsinə təyin edilərək 29 avqust 2003-cü il tarixli 63 b nömrəli əmrlə kiçik dövlət qulluqçusu, 01 oktyabr 2004-cu il tarixli 72 nömrəli əmrlə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi almışdır. 31 may 2012-ci il Nəqliyyat Nazirliyinin X7ı Xidmətinə məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 25 fevral 2015-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunu 33.1.4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildiyi əsası ilə dövlət qulluğuna xitam verilmişdir. Daha sonra idarənin 03 aprel 2015-ci il tarixli əmri ilə işdən çıxma əmri 10 mart 2015-ci il tarixinə dəyişdirilmişdir. İşdən azad edildikdən sonra işsiz qalmamaq üçün başqa işə girsə də məhkəmədə işə bərpa tələbinə dair iddia qaldırmışdır. Şəki İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(84)368/2016 saylı 31 may 2016-cı il tarixli qərarı ilə cavabdehin 25 fevral 2015-ci il tarixli və 3 aprel 2015-ci il tarixli əmrləri ləğv edilmiş, o, həmin vəzifəyə bərpa olunmuşdur. 13 noyabr 2017-ci il tarixli 31 saylı əmrlə 31/K saylı əmrlə tutduğu məsləhətçi vəzifəsi ixtisar edildiyindən razılığı ilə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Sonradan 15 saylı Mingəçevir Nəqliyyat MMC ləğv edildiyindən bütün işçilərlə bərabər o da 20 noyabr 2018-ci il tarixdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X7ı Xidməti "xxxx" MMC-yə Regional bölmələrin əlaqələndirilməsi X5 mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Həmin vaxt məhkəmə qərarının icrası ilə əlaqədar X7ı Xidmətinə müraciət etmişdir və xidmətdən 22 noyabr 2018-ci il tarixdə M /21 (X)/Ə saylı məktubla cavab verilmişdir ki, məhkəmə qərarının işə bərpa edilmə hissəsi icra edilmişdir. “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin 25 aprel 2022-ci il tarixli 68-Ş/H əmri ilə Azərbaycan R espublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. İşə götürən onu işdən azad edərkən hesab etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti bitmişdir. Əvvəla qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq olunur ki, o, işə bərpa olunanadək daimi əsaslarla işləmişdir, digər tərəfdən yerinə yetirilən əmək funksiyası şərtlərinə və göstərilən xidmətlərin daimi xarakterə malik olduğu aşkar olduğu halda onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Həmçinin o, həmin vəzifədə 5 ildən artıq işləmişdir. Bu səbəbdən də işəgötürənin onun müvəqqəti işci hesab etməsi qanunsuzdur. Həmin idarədə 9 ildən artıq müddətdir ki, fasiləsiz çalışır.

8. Cavabdeh Azərbacan Respublikasının Rə qəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (məhkəmə tərəfindən əvvəlki cavabdehlə əvəz edilmişdir) iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia əsassız və qanunsuzdur. Belə ki, iddiaçının şəxsi işindən göründüyü kimi "xxxx" MMC-nin X1 şöbəsinin X5 mütəxəssis vəzifəsinə ərizəsi əsasında xx.xx.2018-ci il tarixində 3 ay müddətinə işə qəbul edilmiş və iddiaçı ilə xx.xx.2022-ci il tarixinədək müddətli müqavilələr bağlanılaraq sonuncu tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b" bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə əsaslı olaraq xitam verilmişdir. İddiaçının ərizəsindən göründüyü kimi o, xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək X7ı xidmətinin məsləhətçi vəzifəsində xx.xx.2017-ci il tarix indən xx.xx.2018-ci il tarixinədək X7ı Xidmətinin 15 saylı Mingəçevir Regional MMC-də mütəxəssis vəzifəsində çalışmışdır. Göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixinədək "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin deyil X7ı Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Bu səbəbdən də İddiaçı iddiasında qeyd etdiyi Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin ona qarşı tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Göründüyü kimi iddiaçının razılığı ilə onunla bağlanmış müddətli əmək müqaviləsinə 25 aprel 2022-ci il tarixli əmrlə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir və bu barədə də iddiaçıya müvafiq bildiriş təqdim edimişdir. Beləliklə, həmin müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən x x.xx.2022-ci il tarixli 1 №-li əlavəyə əsasən bir aylıq uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixi qeyd edilmiş nəhayət, əmək müqaviləsi müddətinin qurtarması səbəbi ilə 25 aprel 2022-ci il tarixli əmr ilə həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 47-ci maddəsinin əsasən əmək müqaviləsi müddətli olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanıla bilər. Qeyd edilən maddələrdən göründüyü kimi, tərəflər müddətli əmək müqavilə sinin bağlanıb-bağlanmamasında sərbəstdilər və əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Cavabdeh işəgötürən də əmək müqaviləsini, o cümlədən müddətli əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz, tərəflərdən hər biri, o cümlədən işəgötürən də müddətli müqavilənin bağlanmasına məcbur ediləcəyi təqdirdə bu qanunvericilikdə qeyd edilmiş hüquq bərabərliyi prinsipinin və müqavilələri sərbəst şəkildə bağlamağa dair tələbin kobud pozulması kimi qəbul edilir. Bundan əlavə iddiaçının özü də onunla müddətli müqavilə bağlanması barədə ərizə ilə müraciət etmiş və həmin müqavilənin qüvvədə olduğu müddət ərzində həmin müddətli müqaviləni mübahisələndirməmişdir. İddiaçının şəxsi işində olan sənədlərdən göründüyü kimi, iddiaçı iddia əri zəsində əsassız olaraq işəgötürənlə qeyd edilən vəzifədə işləməsi barədə müqavilənin 5 ildən artıq davam etməsini göstərmiş, onunla işəgötürən tərəfindən müddətli əmək müqaviləsi xx.xx.2018-xx.xx.2022-ci il tarixədək cəmi 03 il 05 ay 05 gün davam etmiş, bu da qeyd edilən müddətli müqavilənin müddətsiz müqaviləyə keçməsinə əsas verən 5 il müddətindən azdır. Göründüyü kimi, işəgötürən də həmin müqavilənin son iş günü qurtardıqdan sonra, qanunvericiliyin qeyd etdiyi kimi bir həftə ərzində müqaviləyə xitam vermişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir

9. Cavabdeh həmçinin iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, verilmiş etirazda qeyd edilən xüsusatlara əlavə olaraq aşağıdakıları qeyd edib: İ. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs X7 Xidmətinin, həmçinin "xxxx" MMC-nin hüquqi varisi deyil. Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində həmçinin “Dəniz nəqliyyatı sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman imzalanmışdır. Həmin fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8 tabeliyində X2 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respubl ikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki fərman 1462 və 1463 imzalanaraq, hüquqi forması publik hüquqi şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmam ışdır. xx.xx.2021-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7ı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7ı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”... Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazi rliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Eyni zamanda iddiaçı iddia müddətini ötürmüşdür. O, məhkəməyə 29 iyul 2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, "xxxx" MMCnin 25 aprel 2022-ci il tarixli 68-Ş/H əmri ilə Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin B bəndi ilə onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmiş, bundan sonra o “Mediasiya haqqında” Qanuna əsasən mediasiya prosesinin başlanması ilə bağlı qarşı işəgötürənə 26 aprel 2022-ci il tarixdə təklif göndərmiş, 16 may 2022-ci il tarixdə təklifinə razılıq verilmədiyindən mediasiya şurasına mediator təyin edilməsi məqsədi ilə müraciət etmiş, 20 iyun 2022-ci il tarixdə təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ona arayış verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfə mediasiya prosesinin tətbiq edilməsi barədə təklif göndərdiyi 26 aprel 2022-ci il tarixdən iddia müddətinin axımı dayanmış, tərəfin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediator tərəfindən iddiaçıya arayış verildiyi 20 iyun 2022-ci il tarixdən isə iddia müddətinin axımı bərpa edilmişdir. İddiaçı bundan 39 gün sonra 29 iyul 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməklə qanunverici tərəfindən fərdi əmək mübahisəsinin həll edilməsi üçün göstərilmiş 1 təqvim ayı müddətinə riayət etməmiş, həmin müddəti 9 gün ötürmüşdür. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. B akı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Rəşad Qoşqarlı) 09 mart 2023-cü il tarixli, 2(001)-260/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən və ona edilmiş əlavələrdən görünür ki, iddiaçı müddətli əmək müqaviləsinin bağlanmasına həmin müqaviləni öz imzası ilə təsdiq etməklə razılıq vermişdir. Başqa sözlə, müddətli əmək müqaviləsi iddiaçının iradəsinə zidd bağlanmamışdır.

12. Beş ildən artıq həmin vəzifədə işləməsi ilə əlaqədar onunla bağlanmış müqavilənin müddətsiz olması ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İd diaçının 2018-ci ildən işləməsi nəzərə alınaraq, onunla müddətsiz əmək müqaviləsi bağlanması ilə bağlı dəlili də əsaslı hesab edilə bilməz.

13. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmamışdır və iddia tələbləri əsassız olduğundan təmin edilə bilməz.

14. Məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq iddia müddət də buraxılmışdır. Belə ki, iddiaçı mediasiya təşkilatından müvafiq arayışı aldıqdan sonra onun tərəfindən qeyd edilən iddia müddəti buraxılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslıdır.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 375.2, 379.1, 379.1.6, 379.41-ci maddələrinə, Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci və üçüncü hissələrinə, “Mediasiya haqqında” Qanunun 35.1, 35.2, 32.4 və 32.4.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3602/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayət i təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(001)- 260/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən, müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı beş ildən artıq həmin vəzifədə işləməs i ilə əlaqədar olaraq onunla bağlanmış müqavilənin müddətsiz hesab olunmasını tələb edir. Lakin Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göründüyü kimi, istinad olunan maddənin tələblərinə əsasən yalnız müddətli əmək müqaviləsi bağlandıqdan sonra əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İddiaçı ilə bağlanan əmək müqaviləsinə edilmiş əlavələrdən isə görünür ki, onunla müxtəlif illərdə (1 ay, 1 ay, 3 ay) müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun olaraq müddətsiz hesab edilə bilməz. Eyni zamanda iddiaçının əvvəllər işləməsi şəxsi işində olan sənədlərə əsasən işəgötürənlə qeyd edilən vəzifədə işləməsi barədə müqavilənin 5 ildən artıq davam etməsini göstərmiş, lakin onunla işəgötürən tərəfindən müddətli əmək müqaviləsi xx.xx.2018-xx.xx.2022-ci il tarixədək cəmi 03 il 05 ay 05 gün davam etmiş, bu da qeyd edilən müddətli müqavilənin müddətsiz müqaviləyə keçməsinə əsas verən 5 il müddətindən azdır. Göründüyü kimi, işəgötürən də həmin müqavilənin son iş günü qurtardıqdan sonra, qanunvericiliyin qeyd etdiyi kimi bir həftə ərzində müqaviləyə xitam vermişdir.

21. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mediasiya təşkilatına 2022-ci ilin may ayının 16-da müraciət etmiş və müvafiq arayışı xx.xx.2022-ci il tarixdə əldə etmişdir. İş materiallarında olan poçt zərfindən isə görün düyü kimi iddiaçı iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərmiş, lakin məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Belə olan halda iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulan 1 aylıq müddət ötürülməmiş hesab olunmalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsinin iddiaçının iddiasının təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmaqla apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə və təmin edilə bilməz.

22. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 45-ci maddənin 4-cü hissəsinə, 45-ci maddəsinin 5-ci hissəsinə, 47-ci maddəsinin “f” bəndinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73-cü maddəsinin birinci hissəsinə, 296-cı maddəsinin ikinci və üçüncü hissələrinə, “Mediasiya ha qqında” Qanunun 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Fərmanına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddianın təmin olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozan qətnamə qəbul etməklə iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli, 2-1(102)-209/2017 saylı qərarla iddiaçının işinin xüsusiyyətinin daimi xarakterə malik olmas ı öz təsdiqini tapmışdır. İddiaçı məhkəməyə həmin qətnamə və qərarları təqdim etsə də apellyasiya instansiya məhkəməsi iddiaçının üzərinə daha böyük yük qoyaraq həmin halı sübut etməli olduğunu göstərmiş, təqdim etdiyi qərarları məhkəmə qətnaməsinə sübut qismində daxil etməmişdir. Digər tərəfdən həmin qətnamələrdə iddiaçının həmin işdə 5 ildən artıq müddət işləməyi dəfələrlə öz təsdiqini tapmış və bu səbəbdən də işə bərpa barədə iddiası məhz həmin işdə 5 ildən artıq müddət işləməyi faktı öz təsdiqini tapdığından bərpa olunmuşdur. Məhkəmə Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsini düzgün tövsif etməmişdir. Məhkəmə işdəki sübutlar üzrə düzgün dəyərləndirmə aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kas sasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

26. Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar...

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə....

27. Maddə

40. Maddə İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...

28. Maddə

45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

29. Maddə

47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, e zamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olu nan (stajkeçmə, rezidentura dövrləri) hallarda;[67] d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlan dıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

30. Maddə

73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

31. Maddə

83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

32. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisə sini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Mediasiya haqqında” Qanun

33. Maddə 35.1.Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 41 6.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq m ünasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, tərəflər arasında yaranmış mübahisə əmək mübahisəsidir və iddia tələbi işçi ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin qanunsuzluğu barədədir.

47. İşin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli olan və məhkəmələr tərəfindən müəyyən edilmiş halların qısa xülasəsi ondan ibarətdir ki, iddiaçı xx.xx.2012-ci il tarixdə Nəqliyyat Nazirliyinin X7ı Xidmətinin Mingəçevir Regional şəbəsində məsləhətçi vəzifəsinə daimi qəbul edilmişdir. Onunla olan əmək müqaviləsinə xx.xx.2015-ci il tarixdə xitam verilmişdir. İddiaçı onun vəzifəsindən azad edilməsi barədə xx.xx.2015-ci il tarixli əmrin ləğv olunması və işə bərpa olunması barədə iddia vermiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-368/2016 saylı qərarı ilə onun iddiası təmin edilmişdir. Bundan sonra iddiaçı Nəqliyyat Nazirliyi 15 saylı X4 MMC-nin xx.xx.2017-ci il tarixli əmri ilə həmin MMC-nin daşımaların tənzimlənməsi şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmiş, lakin özünün xahişi ilə xx.xx.2018-ci il tarixdə işdən azad edilmişdir. Daha sonra iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X7ı Xidməti "xxxx" MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi əsasında “Regional bölmələrin əlaqələndirilməs i şöbəsinin X6”nə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddəti 3 ay müəyyən edilmiş, daha sonra tərəflər arasında bağlanmış müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 №-li əlavəyə əsasən bir ay müddətinə uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixi qeyd edilmiş, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. "xxxx" MMC iddiaçı ilə bağlanan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir.

48. İddiaçı onunla əmək müqaviləsini xitam verilməsini iki əsasla mübahisələndirir:

1. İşə bərpa olunanadək daimi əsaslarla işləmişdir, həmin vəzifədə 5 ildən artıq işləmişdir, bu səbəbdən də işəgötürənin onun müvəqqəti işci hesab etməsi qanunsuzdur;

2. Yerinə yetirilən əm ək funksiyası şərtlərinə və göstərilən xidmətlərin daimi xarakterə malik olduğu aşkar olduğu halda onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Həmin idarədə 9 ildən artıq fasiləsiz çalışır.

49. Kassasiya şikayətində birinci əsas üzrə gəlinən nəticə mübahisələndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının birinci dəlili qismən doğrudur. Belə ki, iddiası xx.xx.2012-ci il tarixdən Nəqliyyat Nazirliyinin X7ı Xidmətinin Mingəçevir Regional şöbəsində işləməyə başlamış, əmək müqaviləsinə xx.xx.2015-ci il tarixdə xitam verilməsinə baxmayaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 21(84)-368/2016 saylı qərarı ilə onun işdən azad edilməsi barədə əmr ləğv edilmiş, məhkəmənin həmin qərarı icra edilərək, işəgötürən tərəfindən xx.xx.2017-ci il tarixli əmrlə işə bərpa edilmişdir. Həqiqətən də əvvəlki iş yerində onunla əmək münasibətləri daimi olub.

50. Lakin bu hal, sonradan onunla başqa işəgötürən arasında bağlanan müqavilənin daimi hesab edilməsinə əsas vermir. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixdə özünün xahişi ilə əvvəl işlədiyi Nəqliyyat Nazirliyi 15 saylı X4 MMC-dən azad edilmiş, bundan sonra başqa işəgötürənlə - X7ı Xidməti "xxxx" MMC ilə əmək müqaviləsi bağlamışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilə, əvvəlki müəssisədə bağlanmış müqavilənin davamı sayıla bilməz. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsində «müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi» dedikdə, eyni işəgötürənlə əmək münasibətlərinin davam etdiyi müddət və bunun törətdiyi hüquqi nəticələr nəzərdə tutulur.

51. K ollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarı ilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır. 5

3. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3602/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar