Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4501/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)- 4501/2018 05 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, iddiaçı X1, Cavabdeh və onun vəkili Vəkilin iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2017-ci il tarixli 2(106)-2657/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehdən 20.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qaynı iş üzrə Cavabdeh 2014-cü ilin dekabr ayının əvvəllərində ona müraciət edərək təcili surətdə ona pul lazım olduğunu deyərək ondan 10.000 (on min) manat məbləğində borc pul istəmiş, o əlində deyilən qədər nağd pul olmamasını bildirmişdir. Lakin Cavabdeh ondan dəfələrlə çox ağır vəziyyətə düşdüyünü, bankdan kredit də olsa öz adına götürməsini, həmin krediti isə hər ay özü ödəyəcəyini ona bildirmişdir. O, Cavabdeh çətin vəziyyətdə olduğunu görüb 2014-cü ilin dekabr ayının 6-da "xxxx" ASC-nin Bakıxanov filialından öz adına 3 il müddətinə 10000 (on min) manat məbləğində kredit götürüb Cava bdehə vermiş, krediti götürən zaman faizi ilə birlikdə ödəniş qrafikinə əsasən borcun 15000 manat təşkil etdiyini ona bildirmişdir. Cavabdeh də öz növbəsində həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. O, 10000 manat məbləğində pulu Cavabdehin anası X4 və arvadı X5in yanında Cavabdehə vermiş, lakin o vaxtdan bu günə kimi Cavabdeh ona verdiyi sözə əməl etməmiş, banka olan krediti ödəməmişdir. Bankdan dəfələrlə ona xəbərdarlıqlar gələrək kreditin qaytarılması ondan tələb olunduğu üçün 2 ildən artıq bank tərəfindən hər ay onun pensiyasından kreditə görə pul tutulmuşdur. Bundan əlavə, Cavabdeh ondan 10000 manat borc pul almamışdan qabaq 5000 manat məbləğində pulu ondan borc almış, lakin Cavabdeh həmin pulu ona qaytaracağına dair öhdəlik götürsə də hal-hazıradək həmin pulu ona geri qaytarmamışd ır. O, cavabdeh onun pulunu könüllü surətdə ona qaytarmaması səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan şəhər məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(032)-2002/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ziya Əliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 14398 manat 95 qəpik məbləğində pul, 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. ŞirvanApellyasiya MəhkəməsiMülki Kollegiyasının (hakimlər Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, X3 və X7) 06.12.2017-ci iltarixli 2(106)-2657/2017 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq Şirvan şəhər məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(032)-2002/2017 saylı qətnaməsi dəyişdirilərək Cavabdeh oğ lundan 10000 (on min) manat pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməyərək, qətnamənin qalan hissədə dəyişdirilmədənsaxlanılmasıqət olunmuşdur. Cavabdeh və onun vəkili Vəkil iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən heç bir araşdırma aparmadan, maddi hüquq normalarına düzgün qiymət vermədən, eləcə də, müəyyən edilən hallara qeyri-obyektiv qiymət verməklə qətnamə çıxarılmış, bu zaman maddi və prosessual hüquq normaları da pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Odur ki, Şirvan Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 06.12.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Şirvan şəhər Polis Şöbəsi İTB-də aparılmış materiala əsasən Cavabdeh izahatında İddiaçı 2014-cü ilin dekabr ayında 10000 manat kredit götürməsini, İddiaçının götürdüyü kreditə görə hər ay ödənişlər edəcəyini, lakin 2014-cü ilin dekabr ayında işdən azad olunmasına baxmayaraq fevral ayına kimi krediti ödədiyini, sonradan maddi imkansızlığı səbəbindən krediti ödəyə bilmədiyini, İddiaçı krediti ödəmədiyinə görə onu dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq maddi imkanı olmadığından krediti ödəyə bilmədiyini, İddiaçı ümumilikdə 9.000 manat borclu olduğunu göstərmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işin araşdırılmış halları ilə həmçininmüəyyən etmişdir ki, Cavabdeh bank qarşısında heç bir öhdəliyi olmamış və onun öhdəliyi ilə bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı cavabdehə qarşı pul tələbini bankın ondan ödənişlər tələb etməsi və həmin ödənişlərin isə cavabdeh tərəfindən yerinə yetirilməli olması ilə əsaslandırmışdır. Ona görə də Cavabdeh 14398 manat 95 qəpik məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, işə baxan məhkəmə olaraq haqlı olaraq bir tərəfdən İddiaçı, digər tərəfdən isə Cavabdeh 2014-cü ilin dekabr ayında borc müqaviləsi bağlanmaqla onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq o laraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740-cı maddəsinin tərəflər arasında münasibətlər yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası kassasiyaşikayətinindəlillərinəqiymətverərək hesab edir ki, kassatoriddiaçıyaheçbirborcuolmaması, iddiaçınınbankdanpulgötürərəkonaverəndənsonraiddiaçınınhəyatyoldaşı, onunbacısıövladıiləbirlikdəhimayələrindəyaşaması, qeydedilənməbləğiiddiaçınınhəyatyoldaşınınmüalicəsinəvəonlarındigərehtiyaclarınaxərclə məsinədairapellyasiyainstansiyasıməhkəməsinəsübutlartəqdimetməmiş, həmçinin bu qeyd edilənlərlə həqiqətən də iddiaçıdan borc aldığını dolayısıyla etiraf etm işdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklədə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılm alıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2017-ci il tarixli 2(106)-2657/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-4501/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4501/2018
05.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver