Məhkəmə qərarları › İş №2(102)-4503/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4503/2019

01.07.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4503/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı X6 vəkili Əliyev Əzizağa Əlibaba oğlunun, Cavabdeh “xxxx” X4 Cəmiyyətinin nümayəndəsi (direktoru) X1, Cavabdeh xxxnın, onun vəkilləri X2 və Vəkil2, Müstəqil tələb irəli sürən üçüncü şəxs xx2nun vəkili Vəkil4 iştirakı ilə, Cavabdeh “xxxx” X4 Cəmiyyəti, cavabdeh xxx, üçüncü şəxs xx2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12257/2018 nömrəli iş üzrə 28 dekabr 2018cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Xətai rayon məhkəməsinin (hakim Namidar Misirzadə) ilk iddianın təmin edilməsi, 71 saylı mənzilə dair “xxxx” Company MMC ilə xxx arasında 11.05.2009-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 71 saylı mənzildən çıxarılaraq 71 saylı mənzilin x2a təhvil verilməsi, 14 saylı mənzilə dair “xxxx” Company MMC ilə X5 arasında 08.10.2008-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, 14 saylı mənzilə dair “xxxx” Company MMC ilə xx2 arasında 26.07.2013-cü il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, 14 saylı mənzilin boşaldılaraq x2a təhvil verilməsi qət edilmiş, qarşılıqlı və mü stəqil tələb irəli sürən üçüncü şəxs xx2nun iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Elşad Şamayev) 28 dekabr 2018-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 MMC, Cavabdeh1 və X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Xətai rayon məhkəməsinin eyni tarixdə qəbul etdiyi xüsusi qərardadla mülki işə məhkəmə baxışı zamanı MMC-nin vəzifəli şəxslərinin hərəkətlərində dələduzluq (Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan) və vəzifə saxtakarlığı (Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan) cin ayətlərinin əlamətlərinin aşkara çıxarılması barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi qərara alınmışdır. İşin halları: İddiaçı x2, ilk iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Xətai rayon məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında “xxxx” Company MMC tərəfindən inşa edilmiş 3 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 155,6 kvadrat metr olan 3 otaqlı 71 saylı mənzilə dair MMC ilə Cavabdeh1 arasında bağlanılmış 11.05.2009-cu il tarixli Müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 71 saylı mənzildən çıxarılması, 71 saylı mənzilin ona (iddiaçıya) təhvil verilməsi, “xxxx” Company MMC ilə 22 arasında ünvan 2 ünvanında MMC tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən və ümumi sa həsi 191,4 kvadrat metr olan 4 otaqlı 14 saylı mənzilə dair bağlanmış 08.10.2008-ci il tarixli Müqavilənin etibarsız hesab edilməsi, eyni zamanda 14 saylı mənzilə dair MMC ilə z1 arasında bağlanılmış 26.07.2013-cü il tarixli Müqavilənin etibarsız hesab olunması, 14 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, “xxxx” Company MMC ilə onun arasında 10.08.2009-cu il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MMC tərəfindən 71 nömrəli mənzil ona satılmışdır. Elə həmin il, yəni 2009-cu ildə yaşayış sahəsinin hər kvadrat metri üçün 1080 manat olmaqla, cəmi 168048 manat məbləğində pul vəsaitini ödəmişdir. Bu barədə MMC tərəfindən ona “Maliyyə arayışı” verilmişdir. Həmin mənzilin istismara verilməsi ge cikdirildiyindən İddiaçı mənzilin təmirini həyata keçirə bilməmişdir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, ona satılmış 71 saylı mənzil 11.05.2009-cu il tarixli müqavilə ilə başqa bir şəxsə, yəni iş üzrə Cavabdeh1 qanunsuz olaraq satılmışdır. Bundan başqa, elə həmin tikinti şirkəti ilə 10.08.2009cu ildə 14 saylı mənzilə görə aralarında 2-ci müqavilə bağlanılmışdır. Həmin müqaviləyə görə 191,4 kvadrat metrdən ibarət olan yaşayış binasının hər kvadrat metri üçün 960 manat ödəməklə, cəmi 183744 manat pul vəsaitini satıcıya ödəmişdir. Bu barədə müvafiq maliyyə arayışı verilmişdir. Bir neçə ay bundan əvvəl həmin mənzili də təmir etdirmək istəsə də, tikinti şirkəti buna da maneçilik yaratmışdır. Ona bildirmişlər ki, mənzilin təmiri və istismara qəbulu üçün ilk öncə sayğaclara görə 1200 man at ödəniş etmək və qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə bağlanılmalıdır. İddiaçı şirkətin bildirişinə əsasən sayğaclara görə 1200 manat tikinti şirkətinin kassasına ödəmiş və tikinti şirkəti ilə aralarında 26.03.2018-ci il tarixdə 310 nömrəli müqavilə bağlanılmışdır. Bütün bunlardan sonra da tikinti şirkəti yenidən onun həmin mənzilə daxil olub təmir işləri görməyinə müxtəlif vasitələrlə mane olmuşdur. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, ona satılmış 14 saylı mənzil 08.10.2008-ci il tarixli müqavilə ilə əvvəlcə 22ə, sonra isə 26.07.2013-cü il tarixli müqavilə ilə z1a qanunsuz olaraq satılmışdır. Cavabdeh1 “xxxx” Company MMC-yə və ilk iddia üzrə iddiaçı x2a qarşı qarşılıqlı iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət edərək x2 ilə “xxxx” Company MMC arasında 71 saylı mənzilə dair bağlanmış 10.08.2009-cu il tarixli “Müqavilənin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “xxxx” Company MMC ilə onun arasında 71 saylı mənzilə dair müqavilə x2un müqaviləsindən əvvəl, yəni 11.05.2009-cu il tarixdə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı olan MMC 71 saylı mənzili xxxx olan Cavabdeh1 təhvil verməlidir. Müqavilənin 2.2.1-ci bəndinin tələbinə əsasən Cavabdeh1 mənzilin hər bir kvadrat metri üçün 1038 manat olmaqla, ümumi olaraq 161500 manat məbləğində pulu MMC-yə ödəməlidir. Cavabdeh1 da həmin məbləği MMC-yə ödəmişdir. MMC tərəfindən verilmiş Maliyyə arayışından da görünür ki, mənzilin dəyəri Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Müqavilə və M aliyyə arayışı MMC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, qanuni əsaslarla ona satılmış mənzil MMC-nin keçmiş direktoru x1 tərəfindən x2a satılmışdır. Mənzil onun mülkiyyətində ola-ola, həmin mənzilin başqa bir şəxsə satılması qanunsuz və əsassızdır, mülki qanunvericiliyin tələblərinə ziddir. x2 ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə bir neçə əsas nəzərdə tutulmuşdur. Həmin müqavilənin bağlanması ilə onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Mübahisəli mənzil Cavabdeh1 mülkiyyətindədir, o, həmin mənzili təmir etdirmiş və uzun müddətdir ki, həmin mənzildə yaşayır. Müstəqil tələb irəli sürən üçüncü şəxs z1 “xxxx” Company MMC-yə və x2a qarşı müstəqil iddia ilə məhk əməyə müraciət edərək x2 ilə MMC arasında 14 saylı mənzilə dair bağlanmış 10.08.2009-cu il tarixli Müqaviləni etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu iddia isə onunla əsaslandırılmışdır ki, 14 saylı mənzilə dair müqavilə T.Əhədov ilə “xxxx” Company MMC arasında 26.07.2013-cü il tarixdə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı olan MMC 14 saylı mənzili xxxx olan T.Əhədova təhvil verir. Mənzilin dəyəri olan 100000 manat məbləğində pul 14 saylı mənzilin əvvəlki Salehi olan 22ə ödənilmişdir. Lakin sonradan T.Əhədova məlum olmuşdur ki, qanuni əsaslarla ona satılan mənzil MMC-nin keçmiş direktoru M.Cəfərov tərəfindən İddiaçı satılmışdır. Həmin mənzil onun mülkiyyətində olaola, mənzilin qanuni Salehi olduğu halda üçüncü bir şəxsə satılması q anunsuz və əsassızdır, mülki qanunvericiliyin tələblərinə ziddir. İddiaçı ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə bir neçə əsas nəzərdə tutulmuşdur. Həmin müqavilənin bağlanması ilə iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh “xxxx” X4 Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 dekabr 2018-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən işin faktiki halları və maddi hüquq normaları nəzərə alınmamışdır. “xxxx” Company MMC-nin keçmiş rəhbəri M.Cəfərov ayrıayrı vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satmışdır. Bu əməllərinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılmış və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin M.Cəfərov məhkəmə istintaqı başa çatmadan vəfat etdiyinə görə barəsində açılan cinayət işinə xitam verilmişdir. x2 da M.Cəfərov tərəfindən aldadılan vətəndaşlardan biridir. Mübahisəli mənzillər Cavabdeh1 və 22in mülkiyyətində ola-ola M.Cəfərov həmin mənzili yenidən x2a qanunsuz olaraq satmışdır. x2 mənzilə görə MMC-nin kassasına hər hansı bir ödəniş etməmişdir, buna görə də mənzilə mülkiyyət hüququ əldə etməmişdir və onunla bağlanan müqa vilə etibarlı hesab edilə bilməz. Cavabdeh xxx kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 dekabr 2018-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarında olan Cavabdeh2 MMC-nin rəhbərliyi tərəfindən 09 avqust 2016-cı ildə tərtib edilən Aktda göstərilir ki, payçı Cavabdeh1 ilə 11 may 2009-cu ildə bağlanılmış 31/A saylı mənzilin alqı-satqı müqaviləsi tərtib olunan zaman ya nlışlığa yol verilmiş, həmin müqavilədə 71 saylı mənzil əvəzinə 17 saylı mənzil göstərildiyi bildirilmiş və Cavabdeh1 qızma məxsus olan mənzilin 3 saylı binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 155,6 kv metr olan 3 otaqlı 71 saylı mənzil olduğu göstərilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, mənzildə təmir aparılması üçün mütləq şəkildə cavabdeh, “xxxx” MMC-nin razılığı tələb olunmaqla əlavə pul məbləği ödənilməli idi. Əks halda mənzildə təmir işlərinin aparılmasına icazə verilmirdi. Həmçinin mənzildə işıq, qaz, su sayğaclarının və siqnalizasiya quraşdırılması üçün əlavə pul ödənilməli idi. Bu məqsədlə 23.08.2016-cı il tarixli 225 nömrəli mədaxil qəbzi ilə 1200 manat və 02 iyun 2015-ci il tarixli, 44 saylı Müqaviləyə əsasən 10 iyul 2017-ci ildə 000554 nömrəli kassa mədaxil Orderi ilə 100 0 manat “xxxx” MMC-yə ödənilmişdir. Həmçinin mənzilin Salehi kimi onunla “Azəriqaz” İ.B. arasında “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 03.07.2018-ci il tarixli ******* nömrəli Akt tərtib edilmişdir. Eyni zamanda binaya qazın buraxılması ilə əlaqədar onunla “Azəriqaz” İ.B. arasında 03.08.2018-ci il tarixli, AKX0014972/08-2018 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə bağlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən hallar araşdırılmamış, təqdim onunan sənədlərə qətnamədə hüquqi qiymət verilməmiş, onunla mübahisəli mənzilə dair Müqavilənin daha əvvəl bağlandığına baxmayaraq iddiaçı tərəfindən birinci olaraq iddia qaldırıldığına görə ona üstünlük hüququ verən Bakı şəhər Xətai rayon məhkəməsinin əsassız və qanunsuz qətnaməsini qüvvədə saxlamışdır. Məhkəmə kollegiyasının istinad etdiyi əsas hal Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 10.08.2018-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, həmin İdarənin İstintaq İdarəsində MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3. 178.2.4, 178.3.2. 308.2, 310 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işinin istintaqı aparılır. Aparılmış istintaq zamanı 10.08.2009-cu il tarixdə “xxxx” Company MMC tərəfindən İddiaçı məxsus 71 saylı mənzilin Cavabdeh1, 14 saylı mənzilin S.Şıxəliyevə satıldığı müəyyən edilmişdir. Cavabdeh1 09.07.2018ci il tarixdə iş üzrə verdiyi ifadəsində 71 saylı mənzilin alqı-satqı sına dair müqavilənin əslini Xətai rayon məhkəməsinə təqdim etdiyini bildirmişdir. Həmçinin iş üzrə dindirilmiş S.Şıxəliyev ifadəsində 14 saylı mənzili 2013-cü ildə Tapdıq adlı şəxsə satdığını, müqavilənin, ödəniş qəbzinin əslinin olmadığını göstərmişdir. Eyni zamanda istintaq zamanı audit yoxlaması keçirilmişdir. 30.01.2013-cü il tarixli auditor rəyindən və auditor rəyinə əlavə edilmiş mənzillərin siyahısından görünür ki, 71 saylı mənzil, 14 saylı mənzil İddiaçı satılmışdır. Həmçinin auditor rəyində və auditor rəyinə əlavə edilmiş mənzillərin siyahısında Cavabdeh1 71 saylı mənzil deyil, həmin binanın 5-ci mərtəbəsində yerləşən və sahəsi 155,6 kvadrat metr olan 17 saylı mənzilin 11.05.2009-cu il tarixdə 161500 ABŞ dollarına satıldığı göstərilmişdir. Daha sonra aparılmış araşdırma zamanı S.Şıxəliyev ilə MMC arasında 14 saylı mənzilin alqı-satqısına dair 08.10.2008-ci il tarixdə müqavilə bağlanarkən sonuncunun həmin vaxt Azərbaycan Respublikası ərazisində olmadığı müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 10.08.2018-ci il tarixli məktubunda qeyd edilənlər ilə bağlı Məhkəməyə verdiyi izahatında göstərmişdir ki, ona əvvəlcə həqiqətən də, 71 saylı mənzil deyil, 17 saylı mənzil göstərilmiş və sənədləşmə 71 saylı mənzil üzrə aparılmalıdır. Bundan sonra yeni sənədləşmə aparılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçıla MMC arasında mübahisəli mənzillərə dair müqavilələr bağlanılmışdır. Lakin sonradan İddiaçı iştirakı olmadan ona məxsus qeyd edilən mənzillərə dair MMC ilə Cavabdeh1, S.Şıxəliye v və T.Əhədov arasında əvvəlki və sonrakı tarixlərlə müqavilələr bağlanılmışdır. Göründüyü kimi məhkəmə kollegiyası hər hansı bir ekspertiza aparılmadan x2la bağlanılmış müqavilədən əvvəlki tarixdə Cavabdeh1 ilə bağlanılmış müqaviləni şübhə altına almışdır ki, bunun da heç bir hüquqi əsası yoxdur. Məhkəmə qətnaməsində qeyd etdiyi hallar subyektiv mülahizələrdir və heç bir hüquqi əsası yoxdur. Belə ki, məhkəmənin həmin mənzillərin yalnız İddiaçı məxsus olmasını göstərməsi tam əsassız olmaqla məhkəmə tərəfindən mülki qanunvericiliyin bərabərlik, yəni hamının məhkəmə qarşısında bərabərliyi prinsipinə ziddir. Hətta məhkəmə kollegiyası bir qədər də irəli gedərək digər şəxslərlə bağlanılmış müqavilələrin əvvəlki tarixlərdə olsa belə ifadəsini işlətməsi məhkəmə kollegiyasının yazılı sübutlara düz gün hüquqi qiymət verməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh1la bağlanılmış müqavilə real olaraq x2la bağlanılmış müqavilədən əvvəl bağlanılmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə bağlı qeyd edilməlidir ki, “xxxx” MMC ilə bağlanılmış müqavilə real müqavilə olmaqla iddiaçı X11 ilə bağlanılmış müqavilədən bir neçə ay əvvəl, yəni 11 may 2009-cu ildə bağlanılmışdır. x2la müqavilə isə 10 avqust 2009-cu il tarixdə bağlanılmışdır. Məhkəmə isə əsassız olaraq subyektiv mülahizələrinə əsasən qətnamədə yuxarıda qeyd edilən, yəni tərəflər arasında arxa tarixlərlərlə, yəni əvvəlki tarixlərlə müqavilələrin bağlamasına dair nəticəyə gəlmişdir. Həmin nəticəyə gəlmək üçün məhkəmənin əlində mötəbər sübut olmamışdır və ola da bilməzdi, çünki belə bir hal mövcud olmamışdır. Bu faktı inkar edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əvəz qızı ilə bağlanılmış müqavilənin etibarsız hesab edilməsini qarşıya məqsəd kimi qoyulması məhkəmənin subyektiv mülahizələrə istinad etməsini sübut edən hal kimi qiymətləndirməlidir. Müqaviləni etibarsız hesab edən məhkəmə həmin müqavilə əsasında mənzilin alınmasına ödənilmiş vəsaitin və təmir xərclərinin qaytarılması ilə bağlı hər hansı bir tədbir görməmişdir. Düzdür məhkəmə kollegiyası öz qətnaməsində Mülki Məcəllənin 337-ci maddəsini qeyd etmişdir. Hətta məhkəmə kollegiyasının qətnaməsində Məcəllənin 337.5-ci maddəsi, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri ərq üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir ifadəsi tam olaraq əks etdirilmişdir. Ancaq müqaviləni etibarsız hesab edilən şəxsə münasibətdə hansı tədbirlərin görülməsi öz əksini tapmamışdır. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilən halları araşdırmamış, iş materiallarında olan sənədlərə düzgün hüquqi qiymət verməmiş və maddi hüquq normalarım düzgün tətbiq etməmişdir. Üçüncü şəxs xx2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 dekabr 2018-cu il tarixli qətnaməsinin ona aid hissədə ləğv edilməsi, iddiaçının iddia tələbinin rədd edilməsi və onun iddia tələbinin təmin edilərək X11 ilə “xxxx” MMC arasında ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 5-ci mərtəbəsi ndə ümumi sahəsi 191,4 kvadrat metr olan 4 otaqlı 14 saylı mənzilə dair imzalanmış 10 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin heç bir qanuni əsas olmadan, şəxsi mülahizələrə söykənərək MMC-nin əvvəlcə 22, sonra isə onunla bağlanmış müqavilələrin etibarsız olması, həmin müqavilələrin göstərilən tarixlərdə deyil, əvvəlki və sonrakı tarixlərə tərtib olunaraq imzalanması, qanətinə gəlmişdir. xxxin müqavilədə göstərilən tarixdə Respublikadan kənarda olmasının onu tərəfindən həmin müqavilən in müqavilədə göstərilən tarixdə bağlanmasını istisna etmir, məhkəmədə verdiyi izahatında özü bu halı təsdiq etmiş, mənzilin dəyərinin ödənilməsinə dair maliyə arayışı ilə də bu hal bir daha öz təsiqini tapmışdır. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, müqavilənin etibarlı hesab edilməsi üçün qanunvericilikdə bir sıra əsaslar nəzərdə tutulmuşdur. İlk öncə tərəflərin könüllü iradə ifadəsi əsas şərtdir. Hal-hazırkı vəziyyətlə də müəyyən olunur ki, tərəflər, yəni o və "xxxx” MMC könüllü iradə ifadəsi əsasında həmin müqavilələr bağlanmışdır. Müqavilələrin formal olaraq deyil, yəni həqiqi niyyətlə bağlanması da müqavilənin etibarlı hesab edilməsi üçün əsas şərtlərdəndir. "xxxx” MMC ilə imzalanan müqavilələr üzrə mənzil əvvəlcə xxxə, sornra isə ona təhvil verilməişdir. Mənzilin dəyə rini tam olaraq ödənilməsi barədə “xxxx” MMC maliyyə arayışları verilmişdir. İddiaçı x2la mənzilin alqı-satqısı barədə müqavilə bağlanan zaman alqısatqının redmeti 22in mülkiyyətində olmuş, satıcı kimi çıxış edən "xxxx” MMC-nin həmin mənzili satmaq hüququ olmamış, MMC başqasının mülkiyyətində olan əmlaka sərəncam vermişdir ki, bu da mülki qanunvericiliyin tələblərinə ziddir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs xx2nun vəkili Vəkil4 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh xxx, onun vəkilləri X2 və Vəkil2 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı X6 vəkili x1kassasiya şikayətlərini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh “xxxx” X4 Cəmiyyətinin nümayəndəsi (direktoru) X3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər üçüncü şəxs 22 gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya in stansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “Satıcı” olan “xxxx” Company MMC ilə “xx xx” olan z1 arasında bağlanmış 10.08.2009-cu il tarixli Müqaviləyə əsasən MMC 71 nömrəli mənzili z1a verməsini öhdəsinə götürmüşdür. Həmin müx2zilin dəyəri 168048 manat məbləğində müəyyən edilmiş, MMC tərəfindən verilmiş Maliyyə x2 71 saylı mənzilin dəyəri z1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur. “Satıcı” olan “xxxx” Company MMC ilə “xxxx” olan z1 arasında bağlanmışx2 il tarixli Müqavilədən görünür ki, MMC 14 nömrəli mənzili z1a verməsini öhdəsinə götürmüşdür. Həx2lə mənzilin dəyəri 183744 manat məbləğində müəyyən edilmiş, MMC tərəfindən verilmiş Maliyyə x2 14 saylı mənzilin dəyəri z1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur. “xxxx” Company MMC ilə İddiaçı arasında 26.03.2018-ci il tarixdə bağlanmış 310 sayx2 münasibətləri tənzimləyən fərdi məsuliyyət barə də müqavilədən görünür ki, MMC İddiaçı 10.08.2009-cu il tarixli müqaviləyə əsasən satdığı 14 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil vermişdir. MMC tərəfindən verilmiş 26.03.2018-ci il tarixli Kassa mədaxil orderinə görə isə 14 saylı mənzildə sayğacların və siqnalizasiyanı quraşdırılmasına görə 1200 manat məbləğində pul İddiaçı tərəfindən MMC-yə ödənilmişdir. “Satıcı” olan “xxxx” Company MMC ilə “xxxx” olan Cavabdeh1 arasında bağlanmış 11.05.2009-cu il tarixli Müqavilədən görünür ki, MMC 71 saylı mənzili xxxxya verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə mənzilin dəyəri 161500 ABŞ dolları məbləğində müəyyən edilmiş, xxxx həmin məbləğdən 127500 ABŞ dollarını satıcıya əvvəlcədən ödəyir, qalan 34000 ABŞ dollarını isə 11.12.2015-ci il tarixədək tam ödəməyi öz öhdəsinə g ötürür. MMC tərəfindən verilmiş 09.08.2016-cı il tarixli Maliyyə arayışına görə isə 71 saylı mənzilin dəyəri Cavabdeh1 tərəfindən MMC-yə tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur. “xxxx” Company MMC tərəfindən verilmiş 09.08.2016-cı il tarixli “Kassa mədaxil orderindən” görünür ki, Cavabdeh1 tərəfindən 71 saylı mənzilə görə 10000 manat məbləğində pay ödənişi ödənilmişdir. “Satıcı” olan “xxxx” Company MMC ilə “xxxx” olan 22 arasında bağlanmış 08.10.2008-ci il tarixli Müqavilədən görünür ki, MMC 14 nömrəli mənzili S.Şıxəliyevə verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə mənzilin dəyəri 114840 manat məbləğində müəyyən edilmişdir. MMC tərəfindən verilmiş 08.10.2008-ci il tarixli Kassa mədaxil orderinə görə isə 22 tərəfindən 14 saylı mənzilə görə 114840 manat məbləğində pul MMC-yə ödə nilmişdir. S.Şıxəliyev tərəfindən MMC-yə ünvanlanmış ərizədən görünür ki, S.Şıxəliyev mülkiyyətində olan 14 nömrəli mənzilin dəyərinin z1 tərəfindən ona tam ödənildiyini göstərərək onunla MMC arasında bağlanmış 08.10.2008-ci il tarixli müqavilənin ləğv edilməsini və həmin mənzilə dair MMC ilə z1 arasında yeni müqavilə bağlanmasının təmin olunmasını xahiş etmişdir. “Satıcı” olan “xxxx” Company MMC ilə “xxxx” z1 arasında bağlanmış 26.07.2013-cü il tarixli Müqavilədən görünür ki, 22 ilə MMC arasına 14 nömrəli mənzilə dair bağlanmış 08.10.2008-ci il tarixli müqavilə 22in öz ərizəsi ilə ləğv edilmiş, qeyd edilən mənzilin pay dəyəri payçı z1 tərəfindən əvvəlki payçı 22ə ödənilmişdir. MMC müqaviləyə əsasən 14 nömrəli mənzili z1a təhvil verməyi öhdəsinə götürür. MMC tərəfindən verilmiş 26.07.2013- cü il tarixli Maliyyə arayışından görünür ki, 14 saylı mənzilin dəyəri payçı ssss tərəfindən tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, İddiaçı 2003-cü ildən tanıyır. 2009-cu ildə İddiaçı ona müraciət edərək ev almaq istədiyini bildirmişdir. Onun “xxxx” MMC-nin direktoru x1, təsisçiləri x1, x1 və digər türk təsisçiləri ilə münasibəti olduğundan, o, iddiaçı ilə birlikdə gedərək x1a və x1a müraciət etmiş və öz aralarında razılığa gəlmişlər. Daha sonra 2009-cu ilin avqust ayında ünvan 3 ünvanda inşa edilən 3 saylı yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 115,6 kvadrat metr olan 3 otaqlı 71 nömrəli mənzilin və həmin ünvanda 1 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 1 91,4 kvadrat metrdən ibarət olan 4 otaqlı 14 saylı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilərək alınmışdır. Mənzillər alındıqdan 6-7 il sonra iddiaçı Moskvadan gəlmiş, onlar birlikdə qeyd edilən mənzillərə baxmaq üçün binaya getdikdə, onlara bildirmişlər ki, mənzillər iddiaçının deyil, 2016-cı ildə başqa adamlara satılmışdır. Onlara bildirmişlər ki, 1 evdə problem yoxdur. Buna görə aralarında təmir müqaviləsi bağlamışlar. Lakin ikinci mənzilin adlı bir xanıma satıldığını bildirmişlər. Daha sonra onlara birinci mənzilin də başqasına satıldığını bildirmişlər. 2013-cü ildə keçirilmiş audit yoxlamasında mənzillərin iddiaçının olması göstərilmişdir. Cavabdeh 22 birinci instansiya məhkəməsinin verdiyi izahatında göstərmişdir ki, Cavabdeh2 MMC ilə onun arasında bağlanmış 08.10.2008-ci il tar ixli müqaviləyə əsasən hazırkı mübahisənin predmeti olan 14 saylı mənzili ona verməyi, o isə mənzilin dəyəri olan 114840 manat pulu MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə mənzilin dəyəri 114840 manat məbləğində müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliyə əməl edərək 114840 manat məbləğində pulu MMC-yə ödəmiş, MMC isə həmin mənzili ona təhvil vermişdir. Onunla MMC arasında bağlanmış müqavilənin ləğv edilməsini və həmin mənzilə dair MMC ilə T.Əhədov arasında yeni müqavilə bağlanmasını ona görə xahiş etmişdi ki, 14 nömrəli mənzilin dəyəri T.Əhədov tərəfindən tam həcmdə ona (S.Şıxəliyevə) ödənilmişdir. Bu səbəbdən, ilkin iddia rədd edilməli, üçüncü şəxsin iddiası təmin olunmalıdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 10.08.2018-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, həmin İdarənin İstintaq İdarəsində MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2,4, 178.3.2, 308.2, 310 və 313-cü maddələri ilə ********* №-li cinayət işinin istintaqı aparılır. Aparılmış istintaq zamanı 10.08.2009-cu il tarixdə MMC tərəfindən İddiaçı məxsus 71 saylı mənzilin Cavabdeh1, 14 saylı mənzilin ssss satıldığı müəyyən edilmişdir. Cavabdeh1 09.07.2018-ci il tarixdə iş üzrə verdiyi ifadəsində 71 saylı mənzilin alqısatqısına dair müqavilənin əslini Xətai rayon məhkəməsinə təqdim etdiyini bildirmişdir. Həmçinin iş üzrə dindirilmiş ssssifadəsində 14 saylı mənzili 2013-cü ildə adlı şəxsə satdığını, müqavilənin, ödəniş qəbzinin əslinin olmadığını göstərmişdir. Eyni zamanda istintaq zamanı audit yoxlaması keçirilmişdir. 30.01.2013-cü il tarixli auditor rəyindən və auditor rəyinə əlavə edilmiş mənzillərin siyahısından görünür ki, 71 saylı mənzil, 14 saylı mənzil İddiaçı satılmışdır. Həmçinin auditor rəyində və auditor rəyinə əlavə edilmiş mənzillərin siyahısında Cavabdeh1 71 saylı mənzil deyil, həmin binanın 5-ci mərtəbəsində, yerləşən və sahəsi 155,6 kvadrat metr olan 17 saylı mənzilin 11.05.2009-cu il tarixdə 161500 ABŞ dollarına satıldığı göstərilmişdir. Daha sonra aparılmış araşdırma zamanı ssss ilə MMC arasında 14 saylı mənzilin alqı-satqısına dair 08.10.2008-ci il tarixdə müqavilə bağlanarkən sonuncunun həmin vaxt Azərbaycan Respublikası ərazisində olmadığı müəyyən edilmişdir. 30 yanvar 2013-cü il tarixli “Aktdan” görünür ki, Azərbaycan Respublik ası Auditorlar Palatası tərəfindən verilən 18.01.2013-cü il tarixli 072749 saylı lisenziyaya əsasən fəaliyyət göstərən sərbəst auditor X7, mütəxəssis qismində X13 və MMC-nin direktoru M.Cəfərovun iştirakları MMC ilə bağlanmış 10.01.2013-cü il tarixli 002 saylı müqaviləyə əsasən MMC tərəfindən ünvan 1 ünvanda inşa edilən 4 ədəd, 1 girişli, 24 mərtəbəli yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrinin xxxxlara satılarkən tərtib olunmuş müqavilələrin və satışa dair əməliyyatların rəsmiyyətə salınmasının düzgünlüyünə dair audit araşdırmasını aparmışdır. Audit araşdırılması subyektin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılmışdır. Təqdim olunmuş sənədlərin düzgünlüyünə MMC-nin rəhbərliyi məsuliyyət daşıyır. Auditin əhatə etdiyi dövr ərzində maliyyə-təsərrüfat fəaliy yətinə direktor xxx cavabdeh olmuş, Cəmiyyətə baş mühasib təyin edilməməmişdir. Qeyd edilən akt sərbəst auditor vvv, MMC-nin direktoru vvv, “xxxx” MMC-nin direktoru vvvv tərəfindən imzalanmışdır. Apellyasiya baxışı zamanı Cavabdeh1 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 10.08.2018-ci il tarixli məktubunda qeyd edilənlərlə bağlı Məhkəməyə verdiyi izahatında göstərmişdir ki, ona əvvəlcə həqiqətən də 71 sayl mənzil deyil, 17 saylı mənzil göstərilmiş və sənədləşmə də, həmin mənzil üzrə aparılmışdır. Lakin sonradan MMC-nin əvvəlki rəhbərliyi bildirmişdir ki, sənədləşmə səhv aparılıb və buna görə də sənədləşmə 71 saylı mənzil üzrə aparılmalıdır. Bundan sonra yeni rəsmiləşdirilmə aparılmışdır. İşdə olan “sərhəddən keçmə barədə məlumatlardan” görünür ki, ssss14 saylı mənzilə dair onunla “xxxx” Company MMC arasında müqavilə bağlanan zaman, yəni 08 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasında olmamışdır. Belə ki, həmin məlumatlara əsasən, S.Şıxəliyev 13.09.2008-ci il tarixdə “Bakı-Tümen” sərnişin qatarı ilə ölkədən çıxşmış, 16.11.2008-ci il tarixdə isə əks istiqamətli sərnişin qatarı ilə ölkəyə geri qayıtmışdır. Göstərilən tarixlər arasında S.Şıxəliyevin ölkəyə hər hansı giriş-çıxışı müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,mübahisəli mənzillər fərdi müəyyən edilən əşyalardır və bağlanmış müqavilələr əsasında yalnız İddiaçı məxsus olmuşdur. Ona məxsus mənzillər üzrə bağlanmış müqavilələr ləğv edilmədən MMC digər şəxslərlə həmin mənzillərə dair əvvəlki tarixlə rlə olsa belə müqavilələr bağlaya bilməzdi, bunun üçün İddiaçı iradə ifadəsi olmalı idi. Belə olan halda, mübahisəli mənzillərə dair MMC ilə Cavabdeh1, 22 və z1 arasında bağlanmış müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış kimi qiymətləndirilməlidir, həmin müqavilələr mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə cavabdeh “xxxx Company” Məhdud Məsulliyyətli Cəmiyyətinin və üçüncü şəxs xx2nun kassasiya şikayətləri qismən, cavabdeh xxxnın kassasiya şikayəti tam təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 dekabr 2018-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən bax ılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında “xxxx” Company MMC tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 191,4 kvadrat metr olan 4 otaqlı 14 saylı və eyni binanın 14-cü mərtəbəsində y erləşən və ümumi sahəsi 155,6 kvadrat metr olan 3 otaqlı 71 saylı mənzillərə dair “xxxx” Company MMC həm iddiaçı, həm də Cavabdeh1 və üşüncü şəxslər 22, sonradan isə z1la ayrıayrı alqı-satqı müqavilələri bağlamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh və üçüncü şəxslər arasında bağlanmış müqavilələr əvvəlki tarixlərə bağlansa da, həmin müqavilələr bağlanan zaman iddiaçı x2un iradə ifadəsi olmamışdır. Lakin məhkəmə cavabdeh və üçüncü şəxslərin adlarına bağlanmış müqavilələrin əvvəlki tarixə bağlanması qənaətinə gəlməsini əsaslandırmamış, həmin qənaətin hansı sübutlara görə müəyyən etdiyini qətnamədə göstərməmişdir. Məhkəmə maddi hüquq norması kimi Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etmiş, lakin bu normanı hazırki mübahisəyə tədbiqi zamanı səhv təfsir et məklə maddi hüquq normasının tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, hazırki işdə məhkəmənin müəyyən etməli olduğu məsələlər, ilk növbədə mənzillərin kimin mülkiyyətinə verilməsi, daha sonra mənzillərlə bağlı daha əvvəl kiminlə müqavilə bağlanmasıdır. Əgər həmin halları müəyyən etmək mümkün deyildirsə, mənzillə əlaqədar kimi birinci olaraq iddia irəli sürməsi işin nəticəsi üçün əhəmiyyət kəsb edir. Mübahisəli 71 saylı mənzillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasyia məhkəməsinin müəyyən etdiyi hallara görə MMC cavabdeh Xuruman Bədəlova ilə ilkin olaraq binanın 5-ci mərtəbəsində yerləşən 17 saylı mənzilə dair müqavilə bağlamış, lakin sonradan müqavilə 71 saylı mənzil üzrə 11 may 2009-cu il tarixə rəsmiləşdirilmişdir. 71 saylı mənzil Cavabdeh1 mülkiyyətinə təhvil verilmiş, sonuncu həmin mənzili təmir etdirməklə yaşamağa başlamışdır. Həmin mənzilə dair iddiaçı x2 arasında müqavilə isə 10.08.2009-cu il tarixdə bağlanmışdır. Apellyasyia məhkəməsinin müəyyən etdiyi hallardan aydın olur ki, Mülki Məcəllənin 452.1-ci maddəsində göstərilən şərtlərdən birincisi cavabdeh münasibətdə müəyyən edilmişdir, yəni mənzil onun mülkiyyətinə verilmişdir. Belə olan halda Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə 71 saylı mənzilə dair digər şəxslərin tələbləri əsaslı ola bilməz. 14 saylı mənzillə bağlı mübahisə üzrə MMC ilə ilkin olaraq 22 arasında 08.10.2008-ci il tarixdə müqavilə bağlanmış, sonradan onun və MMC-nin razılığı ilə həmin mənzilə dair 26.07.2013-cü il tarixdə z1la müqavilə bağlanmışdır. Həmin müqav ilələr üzrə tərəflər tərəfindən öhdəliklərə əməl edilərək mənzilin dəyəri podratçı MMC-yə tam ödənilmiş, MMC isə mənzili sifarişçilər əvvəlcə 22ə, sonra isə z1a təhvil vermişdir. 14 saylı mənzillə bağlı Mülki Məcəllənin 452.1-ci maddəsində göstərilən şərtlərin hər ikisi cavabdeh z1a münasibətdə müəyyən edilmişdir, yəni mübahisəli mənzillə bağlı iddiaçı x2la bağlanmiış müqavilədən əvvəl 22lə müqavilə bağlanmış, mənzil əvvəlcə 22in, sonra isə z1un mülkiyyətinə verilmişdir. Belə olan halda Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə 71 saylı mənzilə dair digər şəxslərin, o cümlədən x2un tələbləri əsaslı sayılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsi MMC ilə 22 arasında 08 oktyabr 2008-ci il tarixli müqavilə bağlanan zaman sonuncunun ölkə hüdudlarından kənarda olmasına əsaslanmaqla həmin müqavilənin sonradan arxa tarixə tərtib edildiyini göstərmiş, bu baxımdan müqavilənin etibarsız olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı qeyd edir ki, müqavilənin tərəfləri olan MMC ilə S.Şıxəliyev arasında bu halla bağlı hər hansı bir etirazın olmamasını, əqdin hər iki tərəfin bəyənməsini, müqavilə tərəfi olan 22in müqavilə üzrə MMC qarşısında götürdüyü öhdəliklərə müqavilədə göstərilən tarixdə, yəni 08 oktyabar 2008-ci il tarixdə əməl edərək mənzilin dəyəri olan 114840 manat pulu MMC-yə ödəməsini diqqətdən qaçırmış, bu hallara hüquqi qiymət verməməklə səhvə yol vermişdir. Mülki Məcəllənin 357-ci maddəsinə görə, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşd irilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci ma ddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh “xxxx” X4 Cəmiyyətinin və üçüncü şəxs xx2nun kassasiya şikayətləri qismən, cavabdeh xxxnın kassasiya şikayəti tam təmin edilsin, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12257/2018 nömrəli iş üzrə 28 dekabr 2018-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar