Məhkəmə qərarları › İş №2(102)-4504/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4504/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4504/2020 13.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili X2 iştirakı ilə, Cavabdeh1 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)3195/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Quba Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxxxx 2019-cu il tarixli, 2(024)38/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ilə “xxxx” MMC arasında qeyri yaşayış sahəsinin icarəyə verilməsinə dair bağlanmış xx xxxxxx 2014-cu ik tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-dən alınaraq İddiaçı oğluna verilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən cəmi 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Elman Rəhimov) xx xxxxxxxx 2019-ci il tarixli qətnaməsi iləCavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2(027)-38/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Quba rayonu, Haput kəndi ərazisində Quba rayon Əlik bələdiyyəsi ilə bağladığı xx xxxx 2007-ci il tarixli icarə müqaviləsinə əsasən 10 hektar torpaq sahəsi 15 il müddətinə onun istifadəsinə verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli icarə müqaviləsinə əsasən isə Cavabdeh2 ona məxsus ərazidə telefon qovşağı qülləsi quraşdırmışdır. Bununla əlaqədar dəfələrlə cavabdehlərə öz iradlarını bildirsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh2-nin nümayəndəsi ona bildirmişdir ki, onlar hər bir halda icarə müqaviləsi ödəyirlər, bu məsələ ilə əlaqədar etirazı varsa, məhkəmə yə müraciət edə bilər. Digər Cavabdeh1 isə iddianı qəbul etməyərək, qüllənin guya ona məxsus torpaq sahəsində yerləşdiyini bildirmişdir. Ona görə də, Quba Rayonu Əlik Bələdiyyəsi ilə xx xxxx 2007-ci il tarixli icarə müqaviləsinə əsasən 15 il müddətinə istifadəsində olan torpaq sahəsində Cavabdeh2 ilə digər Cavabdeh1 aralarında telefon qovşağı qülləsinə dair bağlanmış xx xxxxxxx 2014-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin qərardadı ilə iddiaçının razılığı ilə Cavabdeh2 Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən əsl cavabdeh “xxxx” MMC ilə əvəz edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh1 və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassas iya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh1 və onun vəkili X2 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Su mqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Əlik bələdiyyəsinin sədri ilə İddiaçı arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxx 2007-ci il tarixli müqaviləyə əsasən bələdiyyənin xx xxxx 2007-ci il tarixli, 07 saylı qərarı ilə 10 hektar biçənək torpaq sahəsi arıçılığı inkişaf etdirmək üçün 15 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9899, KOD 30305018 saylı şəhadətnamədən görünür ki, Cavabdeh1 Quba rayonu Əlik bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 13 saylı qərarı ilə bələdiyyənin ərazisindən 230 hektar örü ş otlaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanmış qeyri yaşayiş sahəsinin icarəyə verilməsinə dair xx xxxxxx 2014-cü il tarixli müqavilədən görünür ki, Quba rayonu, Haput kəndi ərazisində yerləşən Cavabdeh1 istifadəsində olan torpaq sahəsinin 60 m2 hissənini 5 il müddətinə MMC-yə icarəyə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli, 7817 nömrəli rəyindən görünür ki, İddiaçı istifadəsinə verilmiş 10 ha torpaq sahəsinin sərhədləri Əlik bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 07 saylı qərarına əlavə olunmuş həmin torpaq sahəsinin cizgisinə uyğun verilmişdir. Həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən hansısa formada istifadə edilməsi aşkarlanmamışdır. Həmin ərazidə Cavabde h2 tərəfindən telefon qovşağı qülləsi inşa edilmişdir. Yəni cavabdehlər tərəfindən quraşdırılmış telefon qovşağı qülləsi İddiaçı icarə müqaviləsi ilə istifadəsində olan 10 hektar torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli, 20199 nömrəli rəyindən görünür ki, Cavabdeh1 istifadəsinə verilmiş 230 ha torpaq sahəsinin sərhədləri həmin torpaq sahəsinin plan və ölçü sənədindəki cizgiyə uyğundur. Həmin torpaq sahəsi İddiaçı istifadəsində olan 10 hektar torpaq sahəsi ilə üst-üstə düşmür. İddia ərizəsinin təmin edilməsi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi hesab etmişdir ki, Əlik bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxx 2007-ci il tarixli müqav iləyə əsasən bələdiyyənin xx xxxx 2007-ci il tarixli, 07 saylı qərarı ilə 10 hektar biçənək torpaq sahəsi arıçılığı inkişaf etdirmək üçün 15 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Torpaqdan müvəqqəti istifadə hüququna dair JN9899, KOD 30305018 saylı şəhadətnaməyə əsasən Cavabdeh1 Quba rayonu Əlik bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 13 saylı qərarı ilə bələdiyyənin ərazisindən 230 hektar örüş otlaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanmış qeyri yaşayış sahəsinin icarəyə verilməsinə dair xx xxxxxx 2014-cü il tarixli müqavilədən isə görünür ki, Quba rayonu, Haput kəndi ərazisində yerləşən Cavabdeh1 istifadəsində olan torpaq sahəsinin 60 m2 hissənini 5 il müddətinə MMC-yə icarəyə vermişdir. «xxxx» MMC-yə icarəyə verilmiş torpaq sa həsi faktiki olaraq Cavabdeh1 deyil, İddiaçı istifadəsində olan torpaq sahəsidir. Bu halı Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli, 7817 nömrəli rəyi tsdiq edir. Həmçin rəy ilə müəyyən olunur ki, İddiaçı istifadəsinə verilmiş 10 ha torpaq sahəsində Cavabdeh2, yəni “xxxx” MMC tərəfindən telefon qovşağı qülləsi inşa edilmişdir. Yəni cavabdehlər tərəfindən quraşdırılmış telefon qovşağı qülləsi İddiaçı icarə müqaviləsi ilə istifadəsində olan 10 hektar torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrumedilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə ə mlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir və qanunvericiliklə müəyyən edil miş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sa həsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə işin hallarını araşdırıb, qeyd edilən normalara istinad edərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə qiymət verən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən «xxxx» MMC-yə icarəyə verilmiş torpaq sahəsi faktiki olaraq Cavabdeh1 deyil, İddiaçı icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsidir. Cavabdeh şəxslərin həmin tor paq sahəsini zəbt etməsi nəticəsində iddiaçının xx xxxx 2007-ci il tarixli, 07 saylı qərarı ilə icarə müqavilə əsasında istifadəsinə verilmiş torpaq sahəsindən istifadə edə bilməsi iddia tələbinin əsaslı olmasını təsdiq edir. Ona görə də Cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanmış qeyri-yaşayiş sahəsinin icarəyə verilməsinə dair xx xxxxxx 2014-cü il tarixli müqavilənin eti0barsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin m ülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyrinormativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd b ağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alara q kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)-3195/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar