Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4504/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-952/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı3 ilə Cavabdeh arasında nikah Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyi tərəfindən 14 avqust 2012-ci il tarixdə 40 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından 02 iyun 2013- cü il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Tərəflər arasındakı münasibətlər sonradan pozulmuş və nəticədə Qəbələ Rayon Məhkəməsinin 2(025)-35/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı3 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Lakin buna baxmayaraq Cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini tərk etməməkdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı «cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********62 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsində ümumi birgə mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsində yerləşən və mülkiyyətlərində olan fərdi yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
3. İddiaçıl ar tələblərini onunla əsaslandırmışlar ki, ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam qəsəbəsində 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********62 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış» almışlar. İddiaçı3 ilə Cavabdeh 14 avqust 2012-ci il tarixdə birgə nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahlarından 02 iyun 2013-cü ildə Günay adlı uşaqları anadan olmuşdur. Lakin onların münasibətləri son vaxtlar pozulduğundan İddiaçı3 nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbəl ə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı3 ilə Cavabdeh arasında 14 avqust 2012-ci il tarixdə bağlanmış və Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Göründüyü kimi İddiaçı3 ilə Cavabdeh arasında nikahın pozulması rəsmiləşdirilmişdir. Lakin buna baxmayaraq Cavabdeh onların ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsində yerləşən onların ümumi vəsaitləri hesabına tikilmiş fərdi yaşayış evini tərk etməyərək mülkiyyət hüquqlarını kəskin şəkildə pozur. Bununla bağlı Cavabdeh və onun atası Nümayəndə1 şifahi şəkildə dəfələrlə müraciət etməklərinə baxmayaraq, müraciətləri nəticəsiz qalmışdır. Belə ki, Cavabdeh onların mülkiyyətlərind ə olan torpaq sahəsində yerləşən və onlara məxsus fərdi yaşayış evini qanunsuz və əsassız olaraq tərk etmir. Ümumi birgə mülkiyyətlərində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı3 ilə Cavabdeh birgə nikaha daxil olmamışdan əvvəl tikilmişdir. Bu İddiaçı3 və Cavabdeh toyları zamanı çəkilmiş Video görüntülərlə də sübuta yetirilir. (CD disk iddia ərizəsinə əlavə olunur.) Həmin görüntülərdən göründüyü kimi Tural və Şəhrəbanı birgə nikaha daxil olmamışdan əvvəl hazırki mübahisəli fərdi yaşayış evi mövcud olmuşdur və Cavabdeh həmin evə gəlin köçmüşdür. Yəni sözügedən fərdi yaşayış evi Tural və Şəhrəbanının birgə nikahlarındən əvvəl tikilmişdir. Belə ki, ailə üzvləri ümumi vəsaitləri hesabına həmin fərdi yaşayış evini tikərək bir mü ddət yaşamaq üçün Tural və Şəhrəbanıya vermişlər. Nəticədə Cavabdeh həmin evə mülkiyyət hüququ əldə etməmişdir. Həmin fərdi yaşayış evi ailənin ümumi vəsaiti hesabına tikilmiş və müvəqqəti yaşamaq üçün İddiaçı3 ilə Cavabdeh verilmişdir. Qeyd edirlər ki, cavabdehin məcburi qaydada çıxarılmasını tələb etdikləri fərdi yaşayış evi ümumi birgə mülkiyyətlərində olan 0,1 ha torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsində 5 nəfərin payı var. İddiaçı3 payına düşən hissədə isə ailə üzvlərinin ümumi vəsaiti hesabına fərdi yaşayış evi tikilmişdir ki, həmin evi də cavabdeh əsassız olaraq tərk etmir. Həmin torpaq sahəsində başqa fərdi yaşayış evləri də vardır ki, çətinliklə olaraq hamısı orda yaşamaq məcburiyyətində qalmışlar. Cavabdeh mübahisəli yaşayış sahəsinin hazırkı sahibi olan onların, yəni i ddiaçıların ailə üzvləri sırasına daxil deyil və cavabdehin istifadə hüququnun tanınması üçün “mülkiyyətçi” ilə, yəni onlarla yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Onlar ilə Cavabdeh arasında isə belə razılaşma mövcud deyildir. Göründüyü kimi Cavabdeh mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onun mübahisəli evi tərk etməməsi və orada yaşaması əsassızdır. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, Cavabdeh evin gəlini kimi onların ailə üzvləri hesab edilmədiyindən onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Yarandığı halda isə artıq ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququna da xitam verilmişdir. Beləliklə, cavabdehin hər bir halda mübahisə li mənzilə istifadə hüququ olmadığından onun həmin mənzildə yaşaması və mənzili tərk etməməsi əsassızdır. Yuxarıda sadalanan qanun normalarından göründüyü kimi cavabdehin onların birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsində yerləşən və onlara məxsus fərdi yaşayış evində yaşaması və oranı tərk etməməsi əsassızdır. 4. 14.03.2023-cü il tarixdə cavavdeh Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ona qarşı Qəbələ Rayon Məhkəməsində "cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması" tələbinə dair iddia qaldırmışlar. O, iddiaçıların iddiasını qəbul etmir, çünki iddia ərizəsində iddiaçıların göstərdikləri həqiqətə uyğun deyildir. Birincisi, onun əşyalarının və özünün evdən çıxarılmağını tələb edə n iddiaçıların, yəni, Nümayəndə2, İddiaçı2, İddiaçı4 və X3 həmin evə heç bir aidiyyətləri yoxdur. Çünki, həmin ev onların tərəfindən, yəni Tural və onun tərəfindən nikaha qədər birlikdə inşa etdirmişlər. Hələ bu elçilik zamanı həll olunan məsələdir. Belə ki, Turalın atası elçi gələn zaman atası Nümayəndə1 belə bir şərt qoymuş ki, birlikdə ayrıca ev tikək və Şəhrəbanı həmin evə birbaşa gəlin köçsün. Turalın valideynləri bu şərtlə razılaşdılar. Atası ilə Turalın ailəsi 5 nəfər ailə üzvünə paylı mülkiyyət hüququ əsasında verilmiş 0,10 ha torpaq sahəsinin 0,02 ha hissəsində Turalın adına ev inşa etmişlər və o, həmin evə gəlin köçmüşdür. Həmin ev təsərrüfatda ayrı evdir və təsərrüfat Turalın adınadır. Lakin ev Turalın adına olsa da, evin tikintisinə əsas vəsaiti atası qoymuşdur. Bu faktı məhkəm əyə dəvət edəcəyi şahidlər də təsdiq edə bilərlər. Bu fakt təqdim edəcəyi sənədlərlə də təsdiq olunur. Həmçinin bu faktı iddiaçılar öz iddia ərizələrində də təsdiq edirlər. Beləki, iddia ərizəsinin 2-ci səhifəsinin birinci abzasında iddiaçılar qeyd edirlər: "məhkəmənin xüsusilə diqqətinə çatdırırıq ki, ümumi birgə mülkiyyətimizdə olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı3 ilə Cavabdeh birgə nikaha daxil olmamışdan əvvəl tikilmişdir". Bir daha qeyd edir ki, evin tikintisinin əsas xərcini atası Nümayəndə1 çəkmiş, daha doğrusu ev atasının təşəbbüsü ilə tikilmişdir. Bu faktı evi inşa edən usta X5, İddiaçı3 əmiləri X1, X2 və qardaşı İddiaçı5 da təsdiq edə bilərlər. Onlar təsdiq edə bilərlər ki, evin tavanı, döşəməsi, suvağı, krask ası (rənglənməsi və kombi sistemi) atasının vəsaiti ilə başa gəlmişdir. Bir sözlə əsas vəsaiti atası qoymuşdur və o, həmin evdə payçıdır. Evin tikintisində, eləcə də evin məişət şəraitinin yaxşılaşdırılmasında əsas vəsaiti atası qoymuşdur. Belə ki, iddiaçılar atası ilə 2012-ci ildə qohum olmaq istəyəndə mübahisə predmeti olan evin divarları və dam örtüyü var idi. Onlar demişlər ki, onlar toy etmək istəyirlər. Atası Nümayəndə1 təklif etmiş ki, o da kömək etsin və evi hazır edib qurtarsınlar və sonra toy etsinlər. Atası qaynatasının qardaşlarını dəvət etmiş, onlar da təkliflə razılaşmışlar. Atası onlara suvaq üçün əhəng, döşəmə və tavanın taxtasını vermiş, ustasını aparmış, qapı və pəncərələrini düzəltdirmişdir. Ustanın pulunu vermişdir. Evin pilləkənini düzəltdirib vermişdir. Evin emussiy asını vermişdir. Toy olmuş və toydan sonra su çəni dirəklərini, evin istilik sistemini vermişdir.. Tural heç yerdə işləmirmiş. Ona görə də atası təklif etmiş ki, Tural çörək sexi tiksin. Onun köməkliyi ilə çörək sexi tikilmişdir. Çörək sexi işləsin deyə atası onlara 10 torba un alıb vermiş, hətta droj belə alıb vermişdir. Atası Turala xəmir yoğuran maşın alıb vermişdir. Bütün bunlardan sonra Tural işləməyə başlamışdır. O, ancaq onu edə bilər ki, həmin evdən iddiaçı Turalın payına düşən hissəni ona ödəyə bilər. İddiaçıların onu həmin evdən çıxarmaq hüquqları yoxdur. Yuxarıda qeyd etdiyi kimi Turaldan başqa digər iddiaçıların həmin evə heç bir hüquqları yoxdur və onlar həmin iddiada əsl olmayan iddiaçılardır. Qeyd edir ki. yaşadığı və mübahisə premeti olan yaşayış evi təsərrüfatda İddiaçı3 a dına olsa da, həmin evə mülkiyyət hüququ əldə edilməmişdir və bu baxımdan həmin evə iddiaçıların eləcə də Turalın sərəncam vermək hüququ yoxdur. Azərbaycan Respublikası MM-nin 139-cu maddəsinə görə daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra yaranır. İddiaçılar isə belə bir hüquq əldə etməmişlər. Bu baxımdan iddiaçıların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Qərarına, eləcədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin normalarına istinad etməsi əsassızdır. Çünki, onun həmin evdə payı vardır. Oraya sahiblik və istifadə edə bilər. Həmçinin iddiaçılar iddia ərizəsində göstərirlər ki, onun atasının Qəbələ şəhərində və Şamılı kəndində yaşayış evi vardır. Atasının yaşayış evlərinin olması onun paylı yaşayış evindən istifad ə hüququnu məhdudlaşdıra bilməz. 2012-ci ildə Vəndam qəsəbəsinə gəlin köçmüşdür. O, gəlin köçən zaman onun heç bir şikəstliyi olmamışdır, nə gözlərində, nə də ayağında qüsurlar var idi. Hazırda eynək taxır və ayağı şikəst olub, axsayır. Hal-hazırda gözündən 3-cü qrup əlildir. Ayağı ilə əlaqədar başından sinir xəstəsidir və başında şiş var. Respublika xəstəxanasında stasionar müalicə almış və hazırda da müalicə davam edir. Qızları Günayın isə əqli cəhətdən geriliyi var, ikinci qrup əlildir. 7-8 ay olar ki, qızlarının və onun müalicəsi ilə atası məşğuldur. Yəni müalicə xərclərinin hamısını atası qarşılayır. Hər ikisində sağalmağa doğru irəliləyiş var. O, əsəbiləşən kimi ayağı yığılır. Onlar artıq boşanmışlar, boşanmaqlarının əsas səbəbi İddiaçı3 xəstəyə baxan deyilsən deməsidir. Halbuki, onu bu xəstəliyə Tural döyə-döyə salıb. Qeyd etdiyi kimi qızlarının və onun bütün xərclərini atası qarşılayır. Keçmiş həyat yoldaşı atasından ayrı təsərrüfatdır və onunla evli olan vaxtı başqa bir qadınla əlaqədə imiş. Hal-hazırda həmin qadınla evləniblər. Gələcəkdə onların övladları olub xoşbəxt həyat yaşayacaqlar. O isə bundan sonra evlənməyəcək, öz xoşbəxtliyini qızı ilə birlikdə yaşayıb onunla ömrümü davam edəcəkdir. Hal-hazırda yaşadığı ev atasının köməkliyi və vəsaiti ilə tikilmişdir. Hər bir qız uşağı ata evindən bir dəfə çıxır və ata evinə qonaq gedə bilər. O, ağ gəlinlik paltarında atasının vəsaiti hesabına tikilmiş evə gəlin köçmüş və buradan da kəfənlə çıxacaqdır. Keçmiş həyat yoldaşı Tural boşanma ərizəsi verilən zaman saat 7-8 radələrində qapını açmağı tələb etmiş və onu qorxudan qapını açmadıqda pəncərəni qıraraq qızını pəncərədən çəkib aparmış və ona demiş ki, bu evdən getməsən səni öldürəcəyəm deyərək hədələmişdir. O, atasına zəng edərək bu barədə ona bildirmişdir. Bununla əlaqədar olaraq atası 102 xidmətinə müraciət etmişdir. Atası Vəndam qəsəbəsindən 3040 km aralıda yaşayır. O gələnə kimi polis işçiləri uşağı qaytarıb ona gətirmişlər. Gəlin köçdüyünün ilk vaxtlarında da qayınatası onu ərinə döydürmüş və əri hər dəfə onun başına-başına vururmuş. Qayınatası deyirmiş ki, “nə qədər ki, mən sağam sənin gözünün yaşını qurumağa qoymayacağam”. Onu da qeyd edir ki, qayınanası onun doğma xalası qızıdır. Hal-hazırda qaynatası ilə qaynanası onun bu evdən getməyini tələb edirlər və onu ölümlə hədələyirlər. O da onlara demişdir ki, o, ölümdən qorxmur. Həmçinin qeyd edir ki, qayınatasının marketi var. Həmin marketin kamerasını o yaşayan evin qapısına yönəltmişlər. O yaşayan evlə onlar yaşayan ev arasında 10 metr məsafə var. Kameradan baxırlar və kim həyətə gəlirsə onlarla dalaşırlar və onlara deyirlər ki, o həyətə getməyin. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq məhkəmədən xahiş edir ki, onun burada yaşamaq hüququ olduğunu nəzərə alaraq iddiaçıların iddiasını təmin etməsin. Gələcəkdə evin bölgüsü aparılarkən Turala nə qədər pay düşərsə atası onun payına düşən hissənin dəyərini ödəmək iqtidarındadır. Həyətləri 0,4 ha torpaq sahəsindən ibarətdir. Həyətə giriş isə 5 metrədən ibarətdir. Keçmiş həyət yoldaşının adına 0,02 ha torpaq sahəsi vardır. Bu həyətdə iki ailənin yaşaması qeyri mümkündür. Qalan 0,02 ha torpaq sahəsini atası mülkiyyətinə sala bilər və ya nəvəsi Günaya bağışlaya bilər. Keçmiş həyat yoldaşı ilə evli olanda onun istədiyi qızın əri ölmüş və o evinə qayıtmışdır və onun mərhum ərindən bir oğlu vardır. O, Turalın evli olduğunu biləbilə onu başdan çıxarmış və özünə cəlb etmişdir. Onu boşandırıb onunla evlənmişdir. İndi də onu və qızını evdən çıxartdırmaq istəyir. Onun və qızının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq istəyir. Ancaq başa düşmür ki, yuva yıxanın yuvası olmaz. Onunla nə ədavəti var bilmir. Keçmiş həyat yoldaşı Tural onu və oğlunu gətirib öz yanında saxlayır və hərdən bir də aparır babasının yanına. Keçmiş həyat yoldaşım necə atadır ki, onu və öz doğma qızını evdən çıxarmaq istəyir. O, iddia ərizəsinin surətini aldıqdan sonra bəzi sənədlər toplamaq məcburiyyətində qalmışamdır. Belə ki, İddiaçı3 ayrı təsərrüfatda olmasına, kommunal xərclərinin onun tərəfindən ödənilməsinə "xxxx" MMCdən 01 mart 2023-cü il tarixdə, onun adına təsərrüfatda fərdi yaşayış evi olmasına dair arayışı Vəndam qəsəbə İƏN-dən 02 mart 2023-cü ildə ala bilmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçıların iddiasının təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir.
5. Qəbələ Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 2(025)-441/2023 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddanın təmin olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********62 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Qəbələ rayonu Və ndam qəsəbəsində iddiaçıların ümumi birgə mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsində yerləşən və mülkiyyətlərində olan fərdi yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət olunmuşdur.
6. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddia ərizəsi üzrə mübahisənin məğzini Cavabdeh əşyaları ilə birlikdə iddiaçılara məxsus fərdi yaşayış evindən məcburi qaydada çıxarılması üçün əsasların mövcud olub-olmaması təşkil edir.
7. Hazırkı iş üzrə İddiaçı3 ilə Cavabdeh arasında nikah Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyi tərəfindən 14 avqust 2012-ci il tarixdə 40 nömrə ilə qeydə alındığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmasını tələb etdikləri fərdi yaşayış evi Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən verilmiş 0,1 ha həyətyanı təyinatlı torpaq sahəsində inşa edilmişdir. Mübahisəli fərdi yaşayış evi İddiaçı3 ilə Cavabdeh birgə nikahından əvvəl tikilmişdir. Cavabdeh İddiaçı3 evləndikləri zaman birbaşa olaraq hazırkı mübahisəli fərdi yaşayış evinə gəlin köçməsini qəbul etməkdədir. Cavab deh yalnız həmin fərdi yaşayış evinə onlar tərəfindən xərc çəkildiyini, bu səbəblə evdən istifadə hüququnun olduğunu bildirir.
9. Nəticə olaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi İddiaçı3 ilə Cavabdeh evlənən zaman tikili vəziyyətdə olmuşdur və sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşməkdədir. Hal-hazırda iddiaçıların mübahisəndirdikləri, cavabdehlərin tərk etmələrini tələb etdikləri fərdi yaşayış evinin İddiaçı3 ilə Cavabdeh birgə nikah dövründən qabaq inşa edilməsi məhkəmə araşdırılmış sübutlarla (cavabdeh tərəfin etirafları, toyun görüntülərini əks etdirən CD disk) sübuta yetirilməkdədir.Məhkəmə hesab edir ki, hazırkı tələbə mülkiyyətin müdafiəsinə dair mad di hüquq normaları tətbiq edilməklə iddiaçıların mülkiyyət hüquqları qorunmalıdır.
10. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh iddiaçıların keçmiş ailə üzvü kimi mübahisəli fərdi yaşayış evindən istifadə etməsi üçün hər hansı razılaşma yoxdur və bununla bağlı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.Əksinə olaraq artıq İddiaçı3 ilə Cavabdeharasında ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququna da xitam verilmişdir. Beləliklə, cavabdehin hər bir halda mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olmadığından onun həmin fərdi yaşayış evində yaşaması və fərdi yaşayış evini tərk etməməsi əsassızdır.
11. Yuxarıda sadalanan qanun normalarından göründüyü kimi cavabdehin iddiaçıların birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsində yerləşən və onlara məxsus fərdi yaşayış ev ində yaşaması və oranı tərk etməməsi əsassızdır.Çünki fərdi yaşayış evi Cavabdeh ilə İddiaçı3 birgə nikahından əvvəl, iddiaçıların birgə mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmişdir ki, Cavabdeh həmin fərdi yaşayış evini tərk etməməsi, İddiaçı3 savayı, digərmülkiyyətçilərin mülkiyyət hüquqlarını kəskin şəkildə pozmaqdadır. Çünki sözügedən fərdi yaşayış evinin iddiaçılardan məhz İddiaçı3 məxsusluğu müəyyən edilməmişdir. Əksinə olaraq həmin fərdi yaşayış evi iddiaçılar tərəfindən birgə tikilmişdir.
12. Bundan əlavə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, keçmiş ailə üzvünə qa rşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərin maraqlarında ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətdə istifadə etmək hüququnun saxlanması məsələsini həll etməlidir. Konstitusiya Məhkəməsi Plenumu həmçinin qərarında göstərmişdir ki, “mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir hald a müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”.
13. Eyni zamanda qərarda qeyd edilmişdir ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədal ətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır.
14. Qanunvericiliyin tələblərindən göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
15. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçıların xüsusi mülkiyyətinə daxildir və mülkiyyət hüququ cavabdehlə nikahdan öncə qazanılmışdır. Qeyd edilən əmlakla bağlı cavabdehin atası tərəfindən müəyyən xərclər çəkilmişdir ki, həmin xərclərin müqabilində də cavabdeh uzun müddət həmin evdə yaşamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə1 bir oğlu ilə birlikdə Qəbələ rayonunda Şamılı kəndində yaşadıqılarını göstərmişdir. Göründüyü kimi Cavabdeh mübahisəli fərdi yaşayış evini tərk edəcəyi halda valideynləri ilə birgə yaşamağa kifayət qədər imkanı vardır. Göründüyü kimi cavabdehin maddi vəziyyəti, yəni ailəsinin maddi vəziyyəti kifayət qədər normaldır. Eyni zamanda məhkəmə o halı da nəzərə a lır ki, iddiaçılar iddia ərizəsində cavabdehin atası Nümayəndə1 məxsus Qəbələ şəhərinin mərkəzində 4 tərəfi qala ilə bağlanmış 10 sotluq torpağın içində 2 mərtəbəli evinin və Şamılı kəndində evinin olduğunubildirmiş, cavabdeh tərəf isə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bu halı inkar etməmiş, ərizədə atasının yaşayış evlərinin olmasının onun paylı yaşayış evindən istifadə hüququnu məhdudlaşdıra bilməməsini qeyd etmişdir. Göründüyü kimi cavabdehin ailə üzvləri ilə birgə yaşamasına kifayət qədər imkanı vardır. Həmçinin Cavabdeh müəyyən müddət ərzində mənzillə bağlı yaşayış tərzində hər hansı yenilik olacağı (məsələn ev alacağı, kirayə mənzilə köcəcəyi və s.) barədə heç bir münasibət bildirməmişdir. Əksinə olaraq məhkəməyə təqdim etdiyi etiraz ərizəsində mübahisəli fərdi yaşayış evini hec vaxt tərk etmək niyyətində olmadığını bildirmişdir.
16. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3 və onun yeni ailə qurduğu həyat yoldaşı, İddiaçı5 və onun həyat yoldaşı və uşaqları cavabdehin mülkiyyətlərində olan fərdi yaşayış evini tərk etməməsi səbəbindən birgə yaşamaq məcburiyyətində qalmışlar. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun saxlanması üçün həqiqətən də əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
17. Cavabdeh mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququnun əldə edilməməsi və bu baxımından iddiaçıların həmin fərdi yaşayış evinə sərəncam hüquqlarının olmamasına dair etirazına münasibət bildirən məhkəmə qeyd edir ki, baxılan işdə mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin evin iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır. Göründüyü kimi ev dövlət qeydiyyatına alınmasa da, onun yerləşdiyi torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. Torpaq sahəsində tikilmiş fərdi yaşayış evləri gələcəkdə qeydiyyata alınacağı təqdirdə iddiaçıların gözlənilən mülkiyyət hüquqları nəzərə alınmalıdır.
18. Cavabdeh İddiaçı3 ilə evlənməmişdən qabaq mübahisəli fərdi yaşayış evinə atası Nümayəndə1 tərəfindən xərc çəkiməsinə dair etirazına münasibət bildirən məhkəmə qeyd edir ki, sözügedən amil hazırkı mübahisəyə təsir edən amillərdən deyil. Eyni zamanda bununla bağlı cavabdehə izah edilir ki, mübahisəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclə bağlı ayrı qaydad a məhkəmədə iddia qaldırmaq hüququna malikdir.Belə ki, məhkəmə hesab edir ki, torpaq mülkiyyətçisi öz hüququna əsaslanmaqla, əvvəl verdiyi razılığı sonradan geri götürərək, binanının tikintisinə köməklik etmiş şəxsin çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla evin təmirinə xərc çəkmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir.
19. Çünki, mülkiyyətçinin icazəsi ilə fərdi yaşayış evinə xərc çəkmiş şəxsin çıxarılacağı halda torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanması halı meydana gələ bilər. Məlum o lduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
20. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır.
21. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşmüş və onlar öz iddialarının əsaslılığını məhkəmə iclası zamanı sübuta yetirmişlər. Belə ki, iddiaçılar tərəfindən təqdim edilmiş sübutlardan, eyni zaman da cavabdeh tərəfin etirafından müəyyən edilmişdir ki, fərdi yaşayış evi Cavabdeh ilə İddiaçı3 birgə nikahından əvvəl, iddiaçıların birgə mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmişdir. Bu səbəbdən iddiaçıların əsaslandırdığı halların Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə uyğunluğu tərəflərindən sübut edilmişdir. Belə ki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, MPM-nin 14.1, 14.2, 106.1, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
23. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən fərdi yaşayış evi özbaşına tikilidir və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmiş, iddiaçıların həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları tanınmamışdır. Hal-hazırda iddiaçıların və cavabdehin istifadəsində 0.10 ha torpaq sahəsi deyil, faktiki olaraq 0.13 ha torpaq sahəsi mövcuddur ki, həmin 0.03 ha torpaq sahəsi də bələdiyyə mülkiyyətinə aiddir. İddiaçılar Nümayəndə2, İddiaçı2,İddiaçı3, İddiaçı4 və İd diaçı5 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində ümumi birgə mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsində bir neçə fərdi yaşayış evi tikildiyi iddiaçılar tərəfindən bildirilsə də, faktiki olaraq Cavabdeh övladı ilə birlikdə yaşadığı fərdi yaşayış evinin iddiaçıların ümumi birgə mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsində və ya bələdiyyə mülkiyyətində olan 0.03 ha torpaq sahəsində tikildiyi araşdırılmamış və mülki işə müvafiq sahədə mütəxəssis cəlb edilməklə müəyyənləşdirilməmişdir. İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Qəbələ rayonu Vəndam qəsəbəsində ümumi birgə mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsində yerləşən və mülkiyyətlərində olan fərdi yaşayış evindən onu, yəniCavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmasını tələb etsələr də, özünün əlil olmağı, himayəsində fiziki qüsurlu yetkinlik yaşına çatmayan X4 olduğu və həmin fərdi yaşayış evində onunla birlikdə yaşadığı nəzərə alınmamışdır. Digər tərəfdən hətta xüsusi bilik tələb edən mütəxəssis araşdırması nəticəsində onun və övladının yaşadığı fərdi yaşayış evi bələdiyyə mülkiyyətində deyil, iddiaçılara məxsus 0.10 ha torpaq sahəsində tikildiyi müəyyən edilərsə də, onun gözdən əlilliyi olan şəxs olduğu və himayəsində fiziki qüsurlu yetkinlik yaşına çatmayan X4 olduğu, həmin fərdi yaşayış evinin tikilməsi və təmirinə valideyni tərəfindən vəsait xərcləndiyi, evdə qeydiyyatda olduğu, yaşadığı evdən başqa adında hər hansı fərdi yaşayış evi, mənzilin olmaması nəzərə alınmaqla onun və övladı Günayın həmin fərdi yaşayış evində yaşayış hüququ təmin edilməlidir.
25. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-952/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qətnaməsi ilə (M.Əsədli (sədrliyi və məruzəsi ilə), hakimlər R.Rəfiyev və E.Mehdiyevdən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 2(025)-441/2023 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia ərizəsi rədd edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinin dəlilləri, cavabdehin iddiaya etirazının dəlilləri, həmçinin iddiaçıların öz izahatları ilə müəyyən edilir ki, iddiaçılardan Turalın atası cavabdeh Şəhrəbanı üçün elçi gələn zaman sonuncunun atası Nümayən də1 belə bir şərt qoymuşdur ki, birlikdə ayrıca ev tikilsin və Şəhrəbanı həmin evə birbaşa gəlin köçsün. Turalın valideynləri bu şərtlə razılaşdılar. Atası ilə Turalın ailəsi 5 nəfər ailə üzvünə paylı mülkiyyət hüququ əsasında verilmiş 0,10 ha torpaq sahəsinin 0,02 ha hissəsində Turalın adına ev inşa etmişlər və o, həmin evə gəlin köçmüşdür.
27. İşin materiallarında olan Qəbələ rayon Vəndam Bələdiyyəsi tərəfindən Vəkil1 ünvanlanmış 13 mart 2023-cü il tarixli, 26 nömrəli məktubda göstərilmişdir ki, Vəndam qəsəbə sakini İddiaçı3 inşa etdiyi fərdi yaşayış evi atası Nümayəndə2 mülkiyyətinə aid olan 175A kodlu 0,10 ha torpaq sahəsində yerləşir.
28. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən Vəkil1 ünvanlanmış 2 mart 2023-cü il tarixli, 5-59-15/ 2-13/2023 nömrəli məktubda göstərilmişdir ki, Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyinin ev təsərrüfatının uçotu kitabında İddiaçı3 və atası Nümayəndə2 ayrı təsərrüfat kimi qeyd olunmuşdur. Nümayəndə2 məxsus həyətyanı torpaq sahəsində oğlu İddiaçı3 məxsus fərdi yaşayış evi vardır. Evin kommunal xərcləri İddiaçı3 tərəfindən ödənilir.
29. Həmçinin, birinci instansiya məhkəməsinin iclasında iddiaçılar göstərmişlər ki, evin tikintisinə cavabdehin atası tərəfindən çəkilmiş xərcin ödənilməsinə etiraz etmirlər.
30. Bütün göstərilənlər onu deməyə əsas verir ki, mübahisəli fərdi yaşayış evi İddiaçı3 ilə cavabdehin nikahından öncə tikilmiş olsa da, həmin fərdi yaşayış evinin tikilməsində cavabdeh tərəfin (cavabdehin atasının) əməyi və xərci olmuşdur.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.4 və Ailə Məcəlləsinin 35-ci maddələri ilə qanun belə hallarda nikahda olan tərəflərdən birinin mülkiyyətinə aid olan əmlakın onların ümumi birgə mülkiyyətinə aid edilməsini mümkün sayır.
32. Hazırki halda, mübahisəli evin tikilməsi cavabdehin atasının təkidi ilə baş tutuduğundan, o cümlədən həmin evin tikintisində cavabdehin atasının maddi qatqısı olduğundan həmin evdə cavabdeh tərəfin maddi maraqları vardır. Mübahisəli ev nikaha girəcək olan şəxslərin ailələrinin qarşılıqlı razılığı və əl birliyi ilə evlənəcək tərəflər üçün inşa edilmiş, evli şəxslər evlilikləri müddətində həmin evdə birgə təsərrüfat aparmış və evin kommunal və digər bütün xərcləri onlar tərəfindən ödənilmişdir.
33. Göstərilənlər əsasında kollegiya hesab edir ki, hazırki halda mübahisəli evin tərəflərin ümumi mülkiyyəti h esab olunması qeyd olunan qanun normalarının tələbinə uyğun hesab edilməlidir.
34. Belə olan halda, cavabdehin mübahisəli evdən mülkiyyət payı olduğundan onun həmin evdən çıxarılması qanuna uyğun deyildir.
35. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” təyinatlıdır. Həmçinin, həmin ev mülkiyyətçilərdən biri olan İddiaçı3 və cavabdeh üçün tikilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi baxımından həmin torpaq üzəri ndə inşa edilmiş fərdi yaşayış evi özbaşına tikinti hesab edilə bilməz.
36. Kollegiya nəzərə alır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Bu baxımdan tərəflərin uzun illər ərzində orada birgə yaşamaqla bağlı formalaşmış maraqları eynidir. Həmin evdən cavabdehin mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi olmadığı təqdirdə onun digərləri kimi sözügedən evdə yaşamaq hüququ istisna olunmur. Cavabdeh mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdeh da eyni imkana malik olmalıdır. Başqa sözlə, cavabdehin faktiki vəziyyətə uyğun olaraq, evdən iddiaçı ilə birlikdə y ararlanmaq, yəni orada yaşamaq hüququnun təmin olunmaması bərabərlik prinisipinin pozulmasına səbəb olardı.
37. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25 Ailə Məcəlləsinin 32, 36.1, 37.1, MPM-nin 14.2, 77.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçılar kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-952/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.
39. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıların mülkiyyətindədir və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi də onların paylımülkiyyətindədir. Bu sadəcə müvafiq qaydada rəsmiləşdirilməmişdir, lakin iddiaçıların qeyd edilən fərdi yaşayış evi ilə bağlı gözlənilən mülkiyyət hüququ vardır. Lakin Apellyasiya instansiya məhkəməsi əsassız və qanunsuz olaraq həmin əmlakın iddiaçılarla birlikdə cavabdehin mülkiyyətində olması qənaətinə gəlmiışdir. Bu isə iddiaçıların mülkiyyət hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarmışdır.
40. Göründüyü kimi hər kəsin mülkiyyət hüququnun olması və xüsusi mülkiyyət hüququnun qanunla qorunması konstitusiya ilə təsdiq edilmişdir. Hazırki iş üzrə cavabdehin iddiaçılara məxsus fərdi yaşayyış evi ilə bağlı heç bir istifadə, sərəcam və sahiblik hüququnun yaranması üçün əsas olmadığından apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmişdir.
41. Göründüyü kimi 2009-cu il tarixindən sonra yaranmış ailə münasibətlərinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmaqdadır. Qeyd edilən məcəllənin 30-cu maddəsi ilə müəyyən edilmişdir ki, tərəflər arasındakı nikah pozulduqda və ailə münasibətlərinə xitam verildikdə istifadə hüququ itirilmiş olur. Hazırki iş üzrə cavabdeh tərəflə iddiaçıların ailə münasibətlərinə xitam verilmişdir və keçmiş ailə üzvü kimi cavabdehin iddiaçılara məxsus fərdi yaşayış evinə dair istifadə hüququ saxlanılmamışdır. Belə ki, hazırki halda istifadə hüququnun yaranması üçün iddiaçılar tərəfindən cavabdehin istifadə hüququnun yaranmasına etiraz edilməmə si ilə bağlı notarial qaydada tərtib edilmiş ərizənin verilməsi zəruridir.
42. Apellayasiya instansiya məhkəməsi Ailə Məcəlləsinin birgə mülkiyyətlə bağlı maddəalarini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə mülkiyyəti hesab edilməlidir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində kobud pozuntulara yol vermişdir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmiş halları ondan ibarət olmuşdur ki, tərəflər (nikaha daxil olan) xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş, mübahisələndirilən fərdi yaşayış evi isə 2008-ci il tarixdə tikilmişdir. Apellyasiya məhkəməsinin istinad etdiyi maddi hüquq normaları sırf birgə nikah dövründə əldə edilmiş əmlakların birgə mülkiyyət olmasını qeyd edir. Lakin Məhkəmə kollegiyası bu hala diqqət yetirməmiş, iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsində nikah bağlanandan 4 il əvvəl inşa edilmiş fərdi yaşayış evinin tərəflərin tərəflərinn birgə mülkiyyətində olmasını qeyd etməklə qərəzli mövqe nümayiş etdirmişdir. Hesab edirəm ki, hətta qeyd edilən fərdi yaşayış evinin təmirinə cavabdehin atası tərəfindən maddi xərc çəkilmişsə belə o zaman xərc çəkən şəxs birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi çəkilmiş xərci tələb edə bilər. Lakin hesab edirik ki, bu hal da öz təsdiqini tapmır
43. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıların mülkiyyətindədir və bu səbəblə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə iddiaçıların gözlənilən mülkiyyət hüquqları vardır. Lakin apellyasiya instansiya mə hkəməsi bu hala diqqət yetirməmiş, cavabdehin də iddiaçılarla birlikdə həmin əmlaka payının olması qənaətinə gəlmişdir.
44. Hazırki iş üzrə iddiaçıların mülkiyyət hüquqları torpaq sahəsi ilə bağlı qeydə alındığından və mülkiyyətlərində olan torpaq sahəsində cavabdehlə bağlanmış nikahdan əvvəl inşa edilmiş fərdi yaşayış evinə münasibətdə də iddiaçıların mülkiyyət hüququ vardır və bu səbəblə cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi təmin edilməli, apelyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməlidir.
45. Hesab edirlər ki, apellyasiya instansiya məhkəməsi ümumiyyətlə heç bir sübuta düzgün qiymət verməmiş, işin faktiki hallarını araşdırsa belə maddi hüquq normalarının tətbiqi zamanı səhv nəticəyə gəlmişdir. Ona görə də, tamamilə qanunsuz və əsas sız qətnamə qəbul etmişdir.
46. Məhkəmə iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu düzgün müəyyən etməlidir. Lakin hazırki iş üzrə əsassız olaraq Ailə Məcəlləsinin birgə mülkiyyətlə bağlı müddəalarını tətbiq etmiş, digər hissələrdə də maddi hüquq normalarının tətbiqində səhv nəticəyə gəlmişdir.
47. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1, 157.2, 157.8, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 218.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Kassasiya şikayətinə etiraz iddia ərizəsinə verilmiş etirazın dəlilləri ilə eyni olmuşdur. Etirazda cavabdeh kassasiya şikayətinin rədd edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh etirazına arayışlar, təsərrüfatbaşına kitabdan çıxarış və sair sənədlər də əlavə etmişdir. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
51. Maddə 25 İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar it tifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.[10] İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələ rdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
52. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
53. Maddə 32.2 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya tə şkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
54. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
55. Maddə 36.1.Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
56. Maddə 37.1. Ər-arvad arasındakı m üqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
59. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin həd lərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehin atası ilə iddiaçı ZülfüqarovTural Rövşən oğlunun ailəsi 5 nəfər ailə üzvünə paylı mülkiyyət hüququ əsasında verilmiş 0,10 ha torpaq sahəsinin 0,02 ha hissəsində Turalın adına ev inşa etm işlər və o, həmin evə gəlin köçmüşdür. Apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Bu baxımdan tərəflərin uzun illər ərzində orada birgə yaşamaqla bağlı formalaşmış maraqları eynidir. Həmin evdən cavabdehin mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi olmadığı təqdirdə onun digərləri kimi sözügedən evdə yaşamaq hüququ istisna olunmur. Cavabdeh mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdeh da eyni imkana malik olmalıdır. Başqa sözlə, cavabdehin faktiki vəziyyətə uyğun olaraq, evdən iddiaçı ilə birlikdə yararlanm aq, yəni orada yaşamaq hüququnun təmin olunmaması bərabərlik prinisipinin pozulmasına səbəb olardı.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçıların kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
67. Cavabdeh kassasiya şikayətinə verdiyi etirazına arayışlar, təsərrüfatbaşına kitabdan çıxarış və sair sənədlər də əlavə etmişdir.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi sübutları qəbul edib araşdırmır, Azərbay can Respublikasının MPM-in 416.1-ci maddəsinin tələbinə uyğun olaraq işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
69. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı4, İddiaçı3, Nümayəndə2, İddiaçı2 və İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 avqust 2023-cü il tarixli 2(107)-952/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.