Məhkəmə qərarları › İş №2(102)-4506/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4506/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4506/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: problemləri ) Mülki Məcəllənin 402-ci maddəsinin (ilkin müqavilə) tətbiqi Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, Cavabdehin vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ilkin müqavilə üzrə evin alqı-satqısı üçün ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1279/2021 nömrəli 26 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa eldiyi və 04 avqust 2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh istifadəsinə verdiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3153-3152 məhəlləsində yerləşən 2-ci binanın, 6-cı mərtəbəsindəki, ümumi sahəsi 166,7 kv.metrdən ibarət 4 otaqlı mənzilə (hazırda Bakı səhəri, Yasamal rayonu, A.M,Şərifzadə küçəsi, ev 168, mənzil 13) dair istifadə hüququ 01 oktyabr 2013-cu il tarixdə Bakı şəhəri 14 nömrəli notariat kontorunda təsdiq edilmiş ilkin müqavilə əsasında İddiaçı 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitinə satılmışdır. Bununla bağlı iddiaçı tərəfindən 120.000 (bir yüz iyirmi min ) manat pul vəsaiti 01 oktyabr 2013-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialında yerləşən Bakı şəhəri 14 nömrəli notariat kontorunun depozit hesabına köçürülmüşdür. Həmin müqavilə icra edilmədiyi üçün iddiaçı müqaviləyə əsaslanaraq əvvəllər məhkəməyə müraciət etmişdir ki, mənzil onun istifadəsinə verilsin. Lakin iddiası rədd edilmiş və qətnamə ilə müəyyən edilmişdir ki, 2017-ci ildə cavabdeh kooperativə müraciət edərək pay hüququndan imtina etmiş və kooperativ mənzili Radaev Valeriyə satmış və mənzil sonuncunun istifadəsindədir. Ona görə iddiaçı hazırkı tələbi irəli sürərək verdiyi pulu geri tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “ilkin müqavilə üzrə evin alqı-satqısı üçün ödənilmiş pul vəsaitin in qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa eldiyi və 04 avqust 2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh istifadəsinə verdiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3153-3152 məhəlləsində yerləşən 2ci binanın, 6-cı mərtəbəsindəki, ümumi sahəsi 166,7 kv.metrdən ibarət 4 otaqlı mənzilə (hazırda Bakı səhəri, Yasamal rayonu, A.M,Şərifzadə küçəsi, ev 168, mənzil 13) dair istifadə hüququ 01 oktyabr 2013-cu il tarixdə Bakı şəhəri 14 nömrəli notariat kontorunda təsdiq edilmiş ilkin müqavilə əsasında İddiaçı 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitinə satılmışdır. Bununla bağlı iddiaçı tərəfindən 120.000 (bir yüz iyirmi min) manat pul vəsaiti 01 oktyabr 2013-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialında yerləşən Bakı şəhəri 14 nömrəli notariat kontorunun depozit hesabına köçürülmüş, əlavə olaraq 240 (iki yüz qırx) manat məbləğdə pul vəsaiti eyni hesaba notariusda bağlanmış müqavilə üçün rüsum kimi ödənilmiş və xəzinə mədaxil orderləri alınmışdır. Cavabdeh həmin vəsaiti 01 oktyabr 2013-cü il tarixində almışdır. Satıcı-Cavabdeh həmin mənzili müqaviləyə əsasən alıcının istifadəsinə verməli olsa da, indiyə qədər müqavilə öhdəliklərinə əməl etməmişdir. Bu səbəbdən alıcı istifadə hüququ ilə aldığı mənzildən hələ də istifadə edə bilməmişdir. Bir müddətdən sonra mənzilinə gəldikdə və mənzilin qapısını döydükdə onun açılmadığını və orada kimsənin yaşamadığını görmüşdür. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinə müraciət etdikdə ona bildirmişdilər ki, anlaşılmazlıq olub və həmin mənzildə satıcı-Cavabdeh Maksi qızı artıq yaşamır və sözügedən mənzilin kimin istifadəsinə verilməsini aydınlaşdırıb ona xəbər veriləcəkdir. Həmin zamandan artıq xeyli vaxt keçməyinə baxmayaraq Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mənzilini ona təhvil vermək istəmirlər. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı mənzili müqavilə bağlandığı andan alıcıya verməli idi. Göründüyü kimi altı ildən artıq bir müddətdir ki, cavabdehlər müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmirlər. Yuxarıda qeyd edilmiş müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə onun tərəfindən pretenziya qaydasında Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində şəxsən direktor Şakir Qarayevə 30 aprel 2019-cu il tarixdə bildiriş verilmişdir. Lakin bu günə qədər sözügedən mənzil onun istifadəsinə və sahibliyinə verilməmişdir. Bu səbəbdən onun tərəfindən həmin mənzilin ona təhvil verilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə iclasları zamanı ona məlum olmuşdur ki, Cavabdeh mübahisəli mənzili 2017-ci ildə başqa şəxsə satmışdır. Lakin ilkin müqavilədə mənzilin 120.000 (bir yüz iyirmi min) manat qiymətə satıldığı nəzərdə tutulsa da, həmin alqı-satqının nə zaman bağlanacağı göstərilməmişdir. Bu səbəbdən da qanunun tələbi ilə 1 (bir) il müddətində alqı-satqı müqaviləsi bağlanmadığından ilkin müqaviləyə xitam verilir. Belə olan halda ilkin müqavilə üzrə tərəflər, yəni Cavabdeh və İddiaçı əvvəlki vəziyyətə qayıtması Cavabdeh 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitini İddiaçı qaytarması ilə baş verə bilər.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsi (sədrlik edən: G.Əsədova) ilə iddia təmin edilərək, Cavabdeh 120.000 (bir yüz iyimri min) manat məbləgində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

5. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 390.1, 390.5, 402.4, 402.5, 442, 443.1, 445.1, 445.2, 445.2.1, 445.2.2, 448.1, 448.2-ci maddələrinə istinad etmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının (hakimlər A.Tanrıverdiyev - sədrlik edən və məruzəçi T.Səmədov və İ.Şirinov) 26 fevral 2021-ci il tarixli 2(103)-1279/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələb inin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İddiaçı mənzilə görə verilən pulu geri tələb etməsinə baxmayaraq onun pul alması öz təsdiqini tapmamışdır. Bu hal ətraflı araşdırılmamışdır. Onun tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizəyə heç bir instansiyada qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin vəkili Nümayəndə1 kassasiya ş ikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

13. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

15. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsiz liyinə səbəb olur.

16. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.

17. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

18. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

19. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqav ilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.

20. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

21. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

22. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ m əhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə pro sesində mübahisələndirilmir və yenidən sübut edilmir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. İşin məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, 3153/3157 nömrəli məhəllədə inşa etdiyi yaşayış sahəsində 2-ci binanın 6-cı mərtəbəsində 4 otaqlı (ümumi sahəsi 116,7 kv.metr olan) mənzilə pay haqqı 04 avqust 2005-ci il tarixdən Cavabdeh məxsus olmuşdur. Cavabdeh ilə İddiaçı arasında 01 oktyabr 2013-cü il tarixdə Bakı şəhəri 14 nömrəli notariat kontorunda təsdiq edilmiş ilkin müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə müqavilənin predmetini qeyd olunan mənzilin gələcəkdə alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi öhdəlikləri təşkil edir. Tərəflər mənzilin dəyərini 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən etmişlər. Müqavilə şərtlərinə görə həmin müqavilə bağlandığı andan satıcı mənzili alıcıya verməyə (3.1.bəndə), alıcı isə mənzili istifadəsinə götürərək gələcəkdə mənzilin özəlləşdirilməsini və Çıxarış almasını öz üzərinə götürür. 2017-ci ilədək həmin müqavilə üzrə nəzərdə tutulan mənzilin iddiaçıya təhvil verilməsi baş verməmişdir. İddiaçı keçən müddət ərzində ilkin müqavilə şərtlərinə uyğun olaraq mənzilin ona təhvil verilməsini tələb etməmişdir. 2019-cu ildə iddiaçı mənzilin onun istifadəsinə və sahibliyinə verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(004)-4216/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “mənzilin cavabdehlər tərəfindən q anunsuz istifadə və sahibliyinin qarşısının alınması və mənzilin iddiaçının istifadə və sahibliyinə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi təmin edilməmişdir. Müəyyən edilmişdir ki, həmin mənzil qanuni əsaslarla X1 təhvil verilmiş və onun istifadəsindədir. Həmin qətnamədən iddiaçının verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli 2(103)3424/2019 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Ona görə iddiaçı hazırkı tələblə çıxış edərək müqavilə üzrə verdiklərinin geri qaytarılmasını tələb etmişdir.

32. İşə baxan məhkəmələr müqavilə, öhdəlik hüquq münasibətlərini nizama salan maddi hüquq normalarını rəhbər tutaraq iddianı təmin etmişlər. Məhkəmələrin mövqeyi belə olmuşdur ki, tərəflər arası nda etibarlı müqavilə münasibətləri olmuş, razılaşdırılmış vəsait notariusun depozit hesabına keçirilmiş, cavabdeh həmin vəsaiti götürmüş və ona görə aldıqlarını geri qaytarmalıdır.

33. İstər 1-ci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsi ilə bağlı heç bir dəyərləndirmə aparmamışlar.

34. Eyni zamanda işdən görünür ki, cavabdeh digər məhkəmədə tərəflər arasında bağlanmış ilkin müqaviləni mübahisələndirməsinə dair sənədlər təqdim edərək həmin işə baxılanadək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri də məhz həmin məsələ ilə bağlıdır.

35. Məhkəmə kollegiyası elə sonuncu məsələ ilə bağlı qeyd edir ki, hazırkı qərarın 27-ci bəndind ə nəzərdə tutulan Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Hazırkı işdə iddiaçı ilkin müqaviləni əsas tutaraq pul tələb edir və ona görə başqa məhkəmədə həmin əqdin mübahisələndirilməsinə zərurət yoxdur. Tələbin əsası kimi qeyd olunan müqavilənin (ilkin müqavilənin) etibarlı müqavilə olub-olmamasını yoxlamaq məhkəmənin vəzifəsindən irəli gəlirdi.

36. Lakin, işə baxan məhkəmələr tərəflər arasında bağlanmış ilkin müqavilə, onun mahiyyəti, etibarlı müqavilə olub-olmaması ilə bağlı heç bir dəyərləndir mə aparmamışlar. Məhz bu səbəbdən məhkəmələr cavabdehin iddia müddətinin tətbiqi barədə dəlilinə qiymət verə bilməzdilər. Çünki tərəflər arasında mövcud olmuş münasibətlər aydınlaşdırılmadığından həmin tələbə hansı iddia müddətinin şamil edilibedilməməsini tapmaq mümkün deyildi.

37. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “mənzilin cavabdehlər tərəfindən qanunsuz istifadə və sahibliyinin qarşısının alınması və mənzilin iddiaçının istifadə və sahibliyinə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(004)-4216/2019 nömrəli qətnaməsinin məzmununda tərəflər arasında bağlanmış müqavilənin etibarsız müqavilə olması qeyd edilmiş və MM-nin 337.1. maddəsinə istinad edilm işdir(mülki iş səhifə 19). İddiaçının həmin qətnamədən vermiş olduğu apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli 2(103)- 3424/2019 nömrəli qətnaməsi ilə təmin edilməmiş, həmin iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır.

38. Hazırkı işdə isə məhkəmələr etibarlı müqavilə münasibətlərinə istinad edərək müqavilə və öhdəlik hüquq münasibətlərindən irəli gələn maddi hüquq normalarını tətbiq etməklə iddianı təmin etmişlər. İşə baxan Apelyasiya Məhkəməsi bu halın MPM-nin 83.2. maddəsinin tələblərinə zidd olub-olmaması ilə bağlı dəyərləndirlmə həyata keçirməmişdir. Eyni tərəflər arasında eyni predmet barəsində işə baxan bir məhkəmə həmin əqdi etibarsız əqd kimi tanıyır, eyni tərəflərin iştirak etdiyi başqa işdə isə digər məhkəmə həmin əqdi etibarlı əqd kimi dəyərləndirir.

39. Apelyasiya Məhkəməsi öhdəliyin əmələ gəlməsi əsası kimi müqavilənin mövcudluğuna və cavabdehin həmin müqavilənin şərtlərinə riayət etməməsinə əsaslanaraq öhdəliyin icra edilməməsi ilə bağlı maddi hüquq normalarını tətbiq etməklə iddiaçının əmlak hüquqlarını müdafiə etmək qərarına gəlmişdir.

40. Apelyasiya Məhkəməsi öhdəliyin əmələ gəlməsinə əsas olan ilkin müqavilə və onun şərtlərini düzgün təfsir etməmişdir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 404.1. maddəsi).

41. İlkin müqavilə mülki dövriyyədə son vaxtlar istifadə o lunmağa başlamışdır. Ona görə həmin müqavilələrlə bağlı oturuşmuş məhkəmə təcrübəsi də mövcud deyil. Bu səbəbdən məhkəmə kollegiyası ilkin müqavilənin mahiyyəti ilə bağlı şərh verilməsinə zərurət görür.

42. Mülki Məcəllənin 402.1. maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Əslində, bu müqavilə əmlaklarla, işlərlə və xidmətlərlə bağlı əsas müqavilə bağlanması öhdəliyini öz üzərinə götürmək barədə razılaşmadır. Ona görə qanunverici belə müqavilələrin dövlət reyestrində qeydə alınmasını nəzərdə tutmamışdır.

43. Mülki Məcəllənin 402.1. maddəsinin dispozisiya şərtlərindən göründüyü kimi həmin növ müqavil ələr geniş tənzimləmə dairəsinə malikdir. Bura, əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə istənilən razılaşma daxil edilə bilər. Əslində bu institut mülki dövriyyənin sabitliyinə xidmət edir, tərəfləri ilkin razılaşmalarına riayət etməyə, müqavilə münasibətlərində vicdanlı, intizamlı olmağa yönləndirir, tərəfləri gələcəkdə müqavilə bağlamağa qarşılıqlı təminatlandırır. İlkin müqavilə təşkilati müqavilədir, əsas müqavilənin meydana gəlməsinin təminatçısıdır. Onun məqsədi gələcəkdə bu və ya digər müqavilənin bağlanmasını təşkil etməkdir. Adətən bu müqaviləni o vaxt bağlayırlar ki, tərəflər gələcəkdə bağlanacaq müqavilənin əsas şərtləri barədə razılığa gəlirlər, amma onun bağlanmasına maneələr mövcuddur (Məs: alıcı əmlakı almaq üçün hələ kifayət qədər vəsaitə malik olmur, və yaxud satıcı əmlakı satmaq üçün zəruri olan sənədləşmələri aparmamışdır).

44. İlkin müqavilə tərəfləri gələcəkdə əsas müqaviləni həyata keçirmək üçün hüquqi cəhətdən bir-birinə bağlayır və hər bir tərəf öz üzərinə müəyyən öhdəliklər götürürlər. Lakin ilkin müqaviləyə elə şərtlər salınmalıdır ki, tərəflərin öhdəliklərinin qarşılıqlı olaraq icra edilməsi təmin edilmiş olsun. Bu zaman gələcəkdə bağlanacaq əsas müqavilə üçün təhlükə yaranmasın, həmin müqavilənin bağlanmasını labüd etsin. İlkin müqaviləyə salınmalı olan şərtlərin hamısı əsas müqavilənin bağlanmasının təminatı rolunu oynamalıdır. Məs: əmlakın dəyəri, əsas müqavilənin nə vaxt bağlanacağı, həmin vaxta qədər hansı tərəfin hansı hərəkətləri etməli olması və.s. Əmlakın dəyəri kimi nəzərdə tutulmuş məbləğin bir hissəsi nin ödənilməsi və ya digər hərəkətlərin edilməsi, ilkin müqaviləyə daxil edilməsi qanunsuz deyil, əksinə tərəfləri öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qarşılıqlı təminatlandırır. Lakin görülən işin, xidmətin, əmlakın dəyərinin hamısının ilkin müqavilə üzrə ödənilməsi artıq həmin müqavilənin nizamlama dairəsindən kənara çıxır, əsas müqaviləni bağlamağı risk altına alır, qarşı tərəfdən asılı vəziyyətə salır. Əsas müqavilə bağlanmasının təminatı üçün tərəflərin qarşılıqlı təminatı olmalıdır. İlkin müqavilə ilə əmlakın dəyərini alan satıcı, əmlakın özəlləşdirilməsi ilə bağlı sənədləşmələr aparacağına, bir neçə ildən sonra əmlakı alıcıya satacağına dair vədlər təminatsız qalacaq, öhdəliyin icrası təhlükə altına alınacaq.

45. Məhkəmələr hazırkı iş üzrə ilkin müqaviləyə istinad edər ək öhdəliyin kimin tərəfindən pozulması məsələsini həll etmişlər.

46. Məhkəmələr analoji işlərə baxılarkən bağlanmış ilkin müqavilənin mahiyyətini ətraflı aydınlaşdırmalı, tərəflərin əsl iradəlirini müəyyən etməlidirlər. Nəzərə alınmalıdır ki, ilkin müqavilə üzrə öhdəliklərin icrası tərəflərin vicdanlı olmasından başqa heçnə ilə təminatlandırılmamışdır. İlkin müqaviləni nizama salan normalarda tərəfin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə hansı hüquqi nəticələrin baş verməsi göstərilməmişdir. Ona görə bir daha qeyd olunur ki, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir (MM-nin 402.3. maddəsi).

47. Hazırda tədqiq edilən ilkin müqavilədə mənzilin dəyərinin hamısının dərhal satıcı tərəfə ödənilməsi nəzərdə tutulub, əsas müqavilənin nə vaxt bağlanması dəqiqləşdirilməmişdir. Məhz elə həmin səbəbdən də, əvvəlki mübahisə ilə bağlı məhkəmə qərarlarında ilkin müqavilədə əsas müqavilənin bağlanması tarixi göstərilmədiyi üçün MMnin 402.4. maddəsinə əsasən məhkəmələr qarşılıqlı öhdəliklərə bir ildən sonra xitam verilməsi qənaətinə gəlmiş və mənzilin təhvil verilməsi iddiası rədd edilmişdi.

48. Ona görə mübahisəyə baxılarkən ilk növbədə tərəflər arasında bağlanmış ilkin müqavilənin etibarlı müqavilə olub-olmaması aydınlaşdırılmalı, bundan sonra tələbin qanuni əsası tapılmalı və ona uyğun olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. İlkin müqavilənin etibarlı müqavilə kimi qəbul edilməməsi yenə də pul tələbini istisna etmir. Həmin halda da məhkəmə iddia tələbinin düzgün qanuni əsasını tapmalı, ya e tibarsız əqdlərin hüquqi nəticələri ilə bağlı və yaxud da əsassız varlanmadan irəli gələn maddi hüquq normalarının tətbiqi imkanlarını yoxlamalıdır.

49. Qeyd olunan ardıcıllıqla hüquqi dəyərləndirmə aparılacağı təqdirdə məhkəmənin cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı dəlilinə də düzgün hüquqi qiymət verilməsi mümkün olacaq.

50. Bundan başqa, məhkəmə kollegiyası bir məsələni də qeyd edir ki, məhkəmələr işin faktiki hallarına düzgün qiymət verməmişlər. Beləki, ilkin müqavilə üzrə vəsaitin (120.000 manatın) cavabdehə verilməsinə dair kassa məxaric orderi aşkar edilməmişdir. Məhkəmələrin hansı əsasla həmin məbləğin cavabdehə verilməsi qənaətinə gəlməsi düzgün əsaslandırılmamışdır. Çünki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi cavablarında təsdiq olunur ki, vəsaitin cavabdehə verilməsin ə dair kassa məxaric orderinin surəti və yaxud əsli aşkar edilməmişdir. Hansıki, bank fəaliyyətini nizamlayan qanunvericilik normalarına əsasən həmin sübutları təqdim etmək vəzifəsi bankın üzərinə düşür. Əks təqdirdə vəsaitin şəxs tərəfindən götürülməsinə dair digər sübutlar, o cümlədən bankın özünün tərtib etdiyi hesabdan çıxarışlar həmin faktı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz.

51. Cavabdehin vəsaiti bankdan götürməsi təsdiq olunmadığı halda məhkəmələrin gəldiyi qənaət onu ehtiva edir ki, cavabdeh tələb olunan məbləği iddiaçıya ödəmiş olsa belə, həmin məbləği (almadığı məbləği) bankdan tələb edə bilməz. Çünki hazırkı qətnamə ilə cavabdehin pulu bankdan alması təsdiq olunur. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə va sitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi). Bankdan vəsatin götürülməsi şahid ifadələri, bankın tərtib etdiyi hesabdan çıxarışla deyil, şəxsin imzası ilə təsdiq edilən kassa məxaric orderi ilə sübut edilir.

52. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.

53. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1279/2021 nömrəli 26 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar