Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4506/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6182/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 12.000 manat kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətindəki 4 otaqlı evinə xx.xx.2014-cü il təvəllüdlü övladları X1 ilə birgə istifadə hüquqlarına xitam verilməsi, onlara başqa yaşayış sahəsi təqdim etmədən həmin yaşayış sahəsinin boşaldılması və onların azyaşlı uşaqları ilə birgə həmin yaşayış sahəsindən əşyaları ilə birgə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 iyul 2023-cü il tarixli, 2(005)-166/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 27 sentyabr 2023-cü il tarixli, 2(103)-6182/2023 nömrəli qərardadı ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və F.H.Qasımov) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilm iş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişdir. Belə ki, iddiaçı tərəf Əlavə 2-də nəzərdə tutulmuş maddi norma ilə bağlı qrafaya istinad etsə də, fikrini əsaslandırmamış, maddi hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması aydın şəkildə ifadə edilməmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 361.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkil tərəfindən indiyə qədər onlarla bu formada olan apellyasiya şikayəti verilsə də, onların heç biri geri qaytarılmamışdır. Sözügedən qərardad 27 sentyabr 2023-cü il tarixdə qəbul olunduğu və 30 sentyabr 2023-cü il tarixdə poçta verildiyi halda, həmin qərardadın vətəndaş tərəfindən qəbul olunma tarixi 2 sentyabr 2023-cü il kimi göstərilib, halbuki vətəndaş həmin qərardadı 2 oktyabr 2023-cü il tarixdə almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
10. Maddə 361.1. Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir....361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar...
11. Maddə 363.1.1-1 və 363.2. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.
12. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
13. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
14. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir.
15. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadında qeyd edilmişdir ki, iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətini MPM-in 361.1.1-ci maddəsinə və MPM-in 2 saylı Əlavəsinin, o cümlədən 6-cı bəndinin tələblərinə uyğun əsaslandırmamışdır.
17. Halbuki iddiaçı təqdim etdiyi apellyasiya şikayətinin 7-10-cu bəndlərində prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına, birinci instansiya məhkəməsi tərəfindən m üəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərini ayrı-ayrı bəndlərdə əsaslandırmışdır.
18. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi şikayəti yuxarıda göstərilən əsaslarla qeyri-mümkün hesab etmişdir.
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü barədə məsələyə bu cür həddən artıq formal yanaşma, apellyasiya şikayətinə dair tələblərlə bağlı prosessual qanunvericiliyin məqsədlərinə cavab vermir.
20. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş şikayətin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya in stansiyası məhkəməsinə göndərilməlidir.
21. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə tərkibi Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2(103)-6182/2023 nömrəli qərardadı ləğv edilsin, iş mümkünlük məsələsinin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.