Məhkəmə qərarları › İş №2(102)-4508/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4508/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4508/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 Qafil qızının və İddiaçı3 ayrı-ayrılıqda cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xit am, ipoteka saxlayanın ipoteka predmetini əldə etmə müddəti, maddi hüquq normasının düzgün tətbiq olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2(103)4123/2023 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli icra sənədinə əsasən ümumilikdə ******* manat kredit borcu və məhkəmə xərclərinin əvəzi "xxxx " MMCdən Cavabdeh2 ASC-nin xeyrinə tutulmalı, tələb İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 78V nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123 kv.m. olan qeyri-yaşayış sahəsinə, İddiaçı2 Qafil qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 10 nömrəli binada yerləşən 3 otaqlı 20 nömrəli mənzilinə və İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 119 nömrəli binada yerləşən 5 otaqlı 73 nömrəli mənzilinə yönəldilməlidir.

2. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, icra qaydasında İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 78V nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qi yməti 450000 manat, İddiaçı2 Qafil qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 10 nömrəli binada yerləşən 3 otaqlı 20 nömrəli mənzilinin ilkin satış qiyməti 80000 manat və İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 119 nömrəli binada yerləşən 5 otaqlı 73 nömrəli mənzilinin ilkin satış qiyməti 145000 manat müəyyən edilməklə, hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və həmin MMC tərəfindən hər bir əmlak üzrə ilkin və təkrar hərraclar keçirilmiş, lakin hərraclar baş tutmadığına görə bu barədə 22 iyul 2021-ci il tarixdə “Birja yenilikləri” qəzetində elan dərc edilmişdir.

3. Hərracın təşkilatçısı "xxxx" MMC 22 iyul 2021-ci il tarixli məktubla ipoteka saxlayan Cavabdeh2 ASC-yə ipoteka predmetlərini təkrar hərracdakı satış qi ymətindən 25% aşağı qiymətə, yəni müvafiq olaraq 1-ci əmlakı 286875 manata, 2-ci əmlakı 51000 manata, 3-cü əmlakı 92437,50 manata təklif etmişdir.

4. Ləğv prosesində olan Cavabdeh2 ASC "xxxx" MMC-yə ünvanlandığı 04 avqust 2021-ci il tarixli məktubda ipoteka predmetlərinin qeyd olunan qiymətlərlə əldə olunması məqsədi ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanmasını, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunmasını və ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsini xahiş etmişdir. Məktubun üzərindəki qeydə görə, həmin məktub 11 avqust 2021-ci il tarixdə hərrac təşkilatına daxil olmuşdur. 5. 29 noyabr 2021-ci il tarixdə həmin əmlakların hər biri ilə bağlı ayrı-ayrılıqda Hərracın yekunları barədə protokol tərtib olunmuş, əmlakların Ləğv prosesində olan Cavabdeh2 ASC-yə sa tılması barədə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr bağlanmış və həmin əmlaklar üzərində bankın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı1 cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində istifadədə olan 0,1525 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 9 mərtəbəli binanın 6-cı mərtəbəsində 97,08 kv.m. ümumi, 76,18 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmiş, bu barədə elan “Birja yenilikləri” qəzetinin 22 iyul 2021-ci il tarixli nömrəsində dərc edilmiş, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan q iymətlə ipoteka saxlayana təklif edilmişdir. Lakin hərrac təşkilatının 22 iyul 2021-ci il tarixli təklifindən 5 aydan çox müddət keçdikdən sonra ipoteka saxlayan ipoteka predmetini əldə etmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində birmənalı olaraq qeyd edilir kı, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İpoteka saxlayanın hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab verməsi ipoteka predmetinin əldə edilməsi anlamına gəlmir. Belə ki, “əldə etmə” termini əmlaka faktiki sahibliyi, ondan istifadəni və ona dair sərəncam verməyi bildirir. İpoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair hərrac təşkilatının təklifini aldıqdan sonra təklifə rəsmi yazılı razılıq verməklə kifayətlənməməli, həmçinin 30 təqvim günü ərzində həmin əmlak üzərində öz mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalıdır. Müvafiq halda isə Cavabdeh2 ASC əmlakı təklifdən 5 ay keçdikdən sonra əldə etmişdir. Beləliklə, Cavabdeh2 ASC-nin “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində qeyd olunmuş müddət ərzində ipoteka predmetini əldə etməməsi iddiaçının ipotekaya xitam verilməsi ilə bağlı məhkəməyə müraciət üçün əsas yaradır.

8. İddiaçı2 Qafil qızı ayrı icraatda cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində istifadədə olan 0,04 ha torpaq sahəsində yerləşən 10 nömrəli 9 mərtəbəli binada 40 kv.m. sahədən ibarət 3 otaqlı, 20 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı3 həmçinin başqa icraatda Binəqədi rayon İcra Şöbəsinə və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində istifadədə olan 0,1150 ha torpaq sahəsində yerləşən 78V nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində 123 kv.m. ümumi, 107,2 kv.m. əsas, 15,8 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Həmin iddialar İddiaçı1 iddiasının dəlillərinə uyğun əsaslandırılmışdır.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadları ilə hər üç iddia bir icraatda birləşdirilmişdir.

12. Daha sonra iddiaçıların nümayəndəsi, vəkil Nümayəndə hər bir iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrlə ilə məhkəməyə müraciət edərək, müvafiq olaraq - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 yanvar 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, bu çıxarışın verilməsi ilə bağlı yaranan bütün hüquqi nəticələrin və eyni zamanda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, İddiaçı3 məxsus olmuş, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində istifadədə olan 0,1150 ha torpaq sahəsin də yerləşən 78V nömrəli binanın 1-ci mərtəbəsində 123 kv.m. ümumi, 107,2 kv.m. əsas, 15,8 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması; - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 17 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, bu çıxarışın verilməsi ilə bağlı yaranan bütün hüquqi nəticələrin və eyni zamanda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, İddiaçı1 məxsus olmuş, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində istifadədə olan 0,1525 ha torpaq sahəs ində yerləşən 119 nömrəli, 9 mərtəbəli binanın 6-ci mərtəbəsində 97,08 kv.m. ümumi, 76,18 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması və - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 17 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, bu çıxarışın verilməsi ilə bağlı yaranan bütün hüquqi nəticələrin və eyni zamanda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, İddiaçı2 Qafil qızına məxsus olmuş, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində istifadədə olan 0, 04 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 9 mərtəbəli binada 40,0 kv.m. sahədən ibarət 3 otaqlı, 20 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, e-2(006)636/2023 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) hər üç iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki iddia tələblərindəki qeyd edilən mübahisə ipotekaya xitam verilməsi, çıxarışın ləğvi, verilmiş çıxarışların geri qaytarılması və s. olsa da, ilk öncə buna əsas verən keçirilmiş hərrac ların etibarsızlığı ilə bağlı iddia ərizəsi verilməliydi ki, belə bir tələb də hazırda mövcud deyildir. Bunun nəticəsi olaraq isə nə qədər ki, mübahisəli hər üç əmlaklar barədə keçirilmiş hərraclar etibarlı olduğundan (etibarsızlığı ilə bağlı mübahisə olmadığından) və hazırki iddia tələbləri isə hərracın etibarsız hesab edilməsindən sonraki prosessual hərəkət olduğundan bütünlükdə verilmiş hər üç iddia tələbləri prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan təmin edilə bilməz.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıların hər üçünün iddia tələbindəki ipotekaya xitam verilməsi qeyd olunsa da, hazırki mülki işin materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, keçirilmiş hərracın nəticələri ilə bağlı hər üç əmlakı artıq cavabdeh ləğv prosesində olan Ca vabdeh2 ASC tərəfindən mülkiyyət hüququ əldə edilmişdir. Bu isə onu deməyə əsas verir ki, artıq hər üç əmlak ipoteka predmeti olmamaqla yüklü deyildir və olmayan bir hüququn xitamından da söhbət gedə bilməz.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1, 416.2-cı, “İpoteka haqqında” Qanunun 43, 44-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələri, eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçılar İddiaçı1, İddiaçı2 Qafil qızı və İddiaçı3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bak ı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, e2(006)-636/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2(103)-4123/2023 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, e2(006)-636/2023 nömrəli qətnaməsi ləğv edilmiş, hər üç iddianin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar bankın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququnun yarandığını mübahisələndirmirlər, lakin hesab edirlər ki, bu hüququn həyata keçirilməsi müddəti bitib. 20. “İpoteka haqqında” Qanununa görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (maddə 43.8). Həmin Qanuna görə, “əldə etmə” deyiləndə 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi barədə protokolun imzalanması nəzərdə tutulur, bu protokol müqavilə qüvvəsinə malikdir (maddə 43.7-1). xx.xx.2021-ci il tarixdə təkrar hərracın baş tutmadığı elan edilib, bu tarixdən 4 ay 7 gün sonra xx.xx.2021-ci ildə ipoteka predmetinin əldə edilməsi barədə protokol imzalanıb. Göründüyü kimi, protokol 30 təqvim günü keçdikdən sonra imzalanı b.

21. Lakin müəyyən olunur ki, bank ipoteka predmetinin əldə edilməsi barədə iradəsini 30 təqvim günü ərzində ifadə edib. Belə ki, “Birja yenilikləri” qəzetində xx.xx.2021-ci il tarixdə təkrar hərracın baş tutmaması barədə elan dərc edilib. Həmin tarixli məktubla hərrac təşkilatı banka müraciət edərək təklif edib ki, ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə alsın. Bank isə təklifə cavab olaraq hərrac təşkilatının direktoruna xx.xx.2021-ci il tarixli məktub göndərərək xahiş edib ki, ipoteka predmetinin əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsi barədə göstəriş versin. Həmin məktubun üzərindəki qeyddən görünür ki, m əktub xx.xx.2021-ci ildə, yəni təkrar hərracın baş tutmamış elan edilməsindən 20 gün sonra hərrac təşkilatına daxil olub. Bu isə onu təsdiq edir ki, protokolun 30 təqvim günündən sonra imzalanmasına səbəb hərrac təşkilatının protokolu imzalamaqdan yayınması olub. Çünki bank ipoteka saxlayan kimi etməli olduğunu edib, yəni təklifə müsbət cavab verib, qanunvericilik bankın üzərinə başqa hərəkəti etmək vəzifəsi qoymayıb.

22. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli qərardadının əsaslandırıcı hissəsinin 57-ci abzasında qeyd olunmuşdur ki, hərrac təşkilatı protokolu imzalamaqdan yayındığı halda ipoteka saxlayan “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ər zində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Protokolun 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi hazırkı işin halı kimi müəyyən edilə bilər, bunun üçün ayrıca iddia qaldırılmasına zərurət yoxdur. Çünki protokol artıq mövcuddur, hərrac təşkilatının protokolu 30 günlük müddət ərzində imzalamaqdan yayınması isə aşkardır. Mülki Məcəllənin 405.2-ci maddəsinə görə, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Hərrac təşkilatı 30 günlük müddət ərzində oferta göndərib, bank isə 30 günlük müddət ərzində onu aksept edib.

23. Beləliklə, hazırkı işin halı kimi protokol 30 günlük müddət ərzində imzalanmış hesab edilməli və ipoteka ya xitam verilməsi barədə tələb əsassız sayılmalıdır. İddia ərizəsindəki digər tələblərin həlli ipotekaya xitam verilməsi barədə tələbdən asılı olduğuna görə həmin tələblər də əsassız sayılmalıdır.

24. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı ona görə rədd etmişdir ki, hərrac etibarlıdır, yəni hərracın etibarsızlığı barədə mübahisə yoxdur, hazırkı iddia isə hərracın etibarsız hesab edilməsindən sonrakı prosessual hərəkətdir. Belə əsaslandırma düzgün deyil. İddiaçılar hərracı etibarlı sayırlar. İddia onunla əsaslandırılıb ki, bank ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququnu qanunla müəyyən edilmiş müddətdə həyata keçirməyib. Əgər iddiaçılar hərracı etibarsız saysayıdılar, bankın belə hüququnun olduğunu da qəbul etməzdilər, çünki həmin hüquq hərrac etibarlı olduğu halda yaranır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

25. İddiaçılar İddiaçı1, İddiaçı2 Qafil qızı və İddiaçı3 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2(103)-4123/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaların təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

26. Məzmunları eyni olan kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası konstitusiyasının 13 və 29cu, “İpoteka haqqında” Qanunun 43.7-1-ci, Mülki Məcəllənin 405.2-ci, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 88-ci maddələrinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli qərardadının tələbləri pozulmuşdur.

27. Belə ki, “İpoteka haqqında” Qanununa görə, “əldə etmə” deyiləndə 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi barədə protokolun imzalanması nəzərdə tutulur. Təklifə müsbət cavab verilməsi prosesin tamamlanması üçün, yəni ipoteka predmetinin əldə edilməsi üçün yetərli deyildir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin məzmunu ilə banka təkrar hərrac baş tutmadığı halda ipoteka predmetini əldə etmək hüquq verilmişdir. Lakin bu hüququn həyata keçirilməsi üçün məhdudiyyət də müəyyən edilmişdir. Belə ki, bank tərəfindən ipoteka predmetinin əldə edilməsi hüququnun həyata keçirilm əsi özlüyündə müəyyən müddət ilə, 30 təqvim günü ilə məhdudlaşdırılmışdır. Bu müddət ərzində bank ipoteka predmetini əldə etməlidir. Hazırki iş üzrə 22 iyul 2021-ci il tarixdə təkrar hərracın baş tutmadığı elan edilmiş, bu tarixdən 4 ay 7 gün sonra 29 noyabr 2021-ci il tarixdə ipoteka predmetinin əldə edilməsi barədə protokol imzalanmışdır. Göründüyü kimi, protokol 30 təqvim günü keçdikdən sonra imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, protokolun 30 təqvim günündən sonra imzalanmasına səbəb hərrac təşkilatının protokolu imzalamaqdan yayınması olmuşdur. Lakin, bununla bağlı nə bank tərəfindən, nə də hərrac təşkilatı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Heç bir mötəbər sübut olmadan məhkəmənin nəyə əsaslanaraq belə bir nəticəyə gəlməsi isə qey ri-məlumdur. Cavabdeh2 ASC "xxxx" MMC-yə məktub göndərərək, ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsini xahiş etsə də, daha sonra 30 təqvim günü müddətinin bitməsinə rəğmən heç bir hərəkət etməmiş, protokolun imzalanmasını hərrac təşkilatından tələb etməmişdir. Bankın hərəkətsizliyi onun ipoteka predmetini əldə etməkdən imtina etməsi kimi qiymətləndirilməlidir. İpoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair hərrac təşkilatının təklifini aldıqdan sonra təklifə rəsmi yazılıq razılıq verməklə kifayətlənməməli, həmçinin 30 təqvim günü ərzində həmin əmlak üzərində öz mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalıdır.

28. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

29. Cavabdeh Lə ğv prosesində olan Cavabdeh2 ASC kassasiya şikayətlərinə yazılı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

30. Etiraz apellyasiya məhkəməsinin qətnaməsinə uyğun əsaslandırılmışdır. Kassasiya baxışının hədləri:

31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

32. Kassatorlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 34. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə ə sasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan tə krar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb ed ə bilər.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübut un məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edil məsi üçün əsasdır. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olu nmamışdır.

39. Belə ki, hazırki işdə ipoteka predmetlərinin satılması ilə bağlı hərracların keçirilməsi və təkrar hərracın baş tutmamış elan olunması işin mübahisəsiz hallarıdır.

40. Həmçinin apellyasiya məhkəməsi mübahisəsiz olaraq müəyyən etmişdir ki, təkrar hərrac baş tutmamış elan olunduqdan sonra “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində ipoteka saxlayan ipoteka predmetlərinin əldə edilməsi ilə bağlı hərrac təşkilatına yazılı müraciət etmiş, lakin hərracın nəticələrinə dair protokol, habelə hərrac təşkilatı ilə ipoteka saxlayan arasında alqı-satqı müqavilələri bu müddət ötəndən sonra tərtib olunmuşdur.

41. Apellyasiya instansiyası məhkəməsi cavabdeh bankın ipoteka predmetlərinin əldə edilməsi barədə iradəsini 30 təqvim günü ərzində ifadə etməsini, q anunvericiliklə onun üzərinə başqa hərəkət etmək vəzifəsinin qoyulmamasını əsas gətirərək, ipotekaya xitam verilməsi barədə iddiaları əsassız hesab etmişdir. Kassatorlar isə hazırki şikayətlərində apellyasiya məhkəməsinin bu əsaslandırması ilə razılaşmayıb hesab etmişlər ki, Qanunun 43.8-ci maddəsindəki “əldə etmə” ifadəsi yalnız ofertanı aksept etməsini deyil, bunun nəticəsində müqavilənin bağlanmasını nəzərdə tutur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ ilə bağlı məhkəmə təcrübəsində fərqli hüquqi yanaşmalar olduğu üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli qərardad qəbul edilmişdir.

43. Həmin Qərardadın 44-54-cü bəndlərində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı qanunvericilik ətraflı şərh olunmuş və belə nəticəyə gəlinmişdir ki, ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir.

44. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi protokolun qanunla müəyyən olunan müddətdə imzalanmamasını hərrac təşkilatının bundan yayınması ilə əlaqələndirmişdir. Lakin, məhkəmə bu halı hansı sübutlarla müəyyən etdiyini əsaslandırmamışdır. Halbuki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessu al Məcəllənin 217.3, 217.4, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. Həmin prosessual hüquq normalarına əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmaq vəzifəsini daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

45. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya ko llegiyaları 14 dekabr 2022-ci il tarixli qərardadında bu məsələyə də münasibət bildirərək göstərmişdir ki, məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir.... Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır.... Belə hallarda ipo teka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.... Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.... Beləliklə, ipoteka saxlay an protokolun imzalanmış hesab edilməsi tələbinə dair müstəqil iddia ilə məhkəməyə müraciət etmədiyi halda, ipoteka qoyanın “İpoteka haqqında” Qanunun 43.8ci maddəsinə əsasən ipotekaya xitam vermə tələbi, bu Qərardadın 24-cü bəndində qeyd edildiyi kimi, yəni həmin maddənin dispozisiya şərtlərinin mövcud olması əsası ilə təmin edilməlidir. Xüsusi olaraq vurğulanmalıdır ki, protokolun imzalanmış hesab edilməsi tələbi müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı qaldırılmalı olduğundan, bununla bağlı verilmiş etirazlar ipoteka qoyana qarşı qaldırılmış ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməz. (Qərardadın 55, 57, 59, 64-cü bəndləri)

46. Göründüyü kimi, formalaşmış məhkəmə təcrübəsinə görə, hər rac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması halında da, hüquqlarının pozulduğunu hesab edən ipoteka saxlayan müvafiq iddia ilə məhkəməyə müraciət etməlidir; bu məsələyə ipotekaya xitam verilməsi tələbi çərçivəsində hüquqi qiymət verilməsinə yol verilmir. Hazırki halda isə, Ləğv prosesində olan Cavabdeh2 ASCnin belə iddia verməsi müəyyən olunmur.

47. Nəhayət qeyd olunmalıdır ki, artıq hərrac protokolları imzalandığı üçün ipoteka saxlayanın ayrıca iddiasına zərurət olmamasına dair apellyasiya məhkəməsinin mövqeyi də əsassız olmuşdur. Bu səbəbdən ki, həmin protokollar artıq qanunla müəyyən olunmuş müddət keçməklə imzalanmış və mübahisənin predmetini təşkil edir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qətnaməsində məhkəmə tə crübəsinin vahidliyini təmin edən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının qeyd olunan qərardadına istinad etsə də, mübahisəli məsələ ilə bağlı irəli sürülmüş mövqeyi nəzərə almamış, əsassız olaraq ipoteka saxlayanın razılıq bildirməsini (aksepti) ipoteka predmetini əldə etmə kimi qiymətləndirmişdir.

49. Bu səbəbdən, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

50. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab ed ilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

52. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

53. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

54. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq mün asibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 Qafil qızı və İddiaçı3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2(103)-4123/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar