Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-451/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3104/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Tərəflər şərikli olaraq istixana işlədib, məhsulu Rusiya Federasiyasında satmaqla məşğul olmuşlar. Münasibətlərinin normal olduğu müddətdə qarşılıqlı olaraq bir-birilərinə müxtəlif məbləğdə pul vermişlər.
2. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərara əsasən iddiaçının əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, cavabdehə iddiaçıya qarşı pulla və qızıl-zinət əşyaları ilə bağlı tələblərinə dair məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, həmçinin, həmin qərarda iddiaçı verdiyi izahatında XXXnin evini satıb əldə etdiyi 90.000 ABŞ dolları pulu bankdan götürdüyünü, Moskva şəhərində 10.000 manatını borclarına verdiyini, qalan pulu gətirdiyini, Şəmkir r ayonuna gələndə 20.000 manat pulu da pomidor məhsulu aldığı borcları olan insanlara verdiyini, 2018-ci ilin sentyabr ayında XXXnin gəldiyini, onlar birlikdə aralarında olan alverin hesabını apardıqlarını, ümumilikdə 160.000 manat borclarının, ziyanlarının olduğunu müəyyən etdiklərini, sonra onun XXXyə 17.600 dollar verdiyini, həmin pulu XXXnin bazarda işləyən dostu XXX1dən götürdüyünü, həmçinin 30.000 ABŞ dollarını və 30.000 manat pulu evində verdiyini, sonradan XXX ilə (cavabdehlə) ona məxsus istixanada şərikli məhsul əkdiklərini, həmçinin onun istixanasının yuxarı hissəsində 60 sot təzədən istixana tikdiklərini, həmin istixanaya da məhsul əkdiklərini, məhsulun yaxşı qiymətə satılmadığını, ümumilikdə 80.000 manat ziyan olduğunu, daha sonra izahatında o, XXX ilə (cavabdehlə) 4 dəfə araları nda olan şərikli alverlə bağlı hesablaşdıqlarını, XXXnin (cavabdehin) ona təxminən 180.000 manat pul borcu olduğunu, onun XXXyə (cavabdehə) pul borcu olmadığını, XXXnin (cavabdehin) ona verdiyi 130 qram çəkidə qızılları mənimsəmədiyini, həmin qızılların Gürcüstanda gömrükdə bəyannamə yazmadığına görə dövlət tərəfindən götürüldüyünü, həmçinin onun XXXnin (cavabdehin) evini satıb əldə etdiyi 90.000 dollar pulun 30.000 manatını borclarına yerdiyini, qalan pulu isə XXXyə (cavabdehə) qaytardığını göstərmişdir.
3. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarda olan iddiaçının verdiyi izahatından aydın olur ki, cavabdehin evini satıb əldə etdiyi 93.000 dollar pulu bankdan götürdüyünü, həmin puldan 10.000 manatını mala görə aldıqları yeşiklərin pulunu verdiyini, qalan pulu Azərbaycana göndərdiyini, Şəmkir rayonuna gələndə 20.000 manat pulu da mala görə olan borclarına verdiyini, yerdə qalan pulu cavabdeh gələndən sonra özünə verdiyini, sonradan cavabdehlə 2 istixanada şərikli məhsul əkdiklərini, nəticədə 94.000 manat ziyan olduğunu, daha sonra izahatında o, cavabdehlə 4 dəfə hesablaşdıqlarını, cavabdehin ona 178.000 manat pul borcu qaldığını göstərmişdir.
4. Cavabdeh ona məxsus 23.840 Gürcüstan larisi dəyərdə qızıl-zinət əşyalarını ailəsinə vermək üçün iddiaçıya vermiş, sonuncu Gürcüstan Respublikasından keçərkən gömrük bəyannaməsi təqdim etmədiyi üçün Tbilisi Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1/791-18 nömrəli qərarı ilə iddiaçı Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin İ hissəsi ilə nəzərdə tutulan əməli törətdiyinə görə 10.000 lari cərimə cəzasına məhkum edilmiş və Gürcüstan Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən yoxlanış zamanı ondan götürülən 23.840 lari miqdarında gömrük qiymətli qızıl əşyalar son qərar verildikdən dərhal sonra dövlətin xeyrinə iddiaçının İddiaçı əlindən alınmışdır.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəyə görə, iddiaçının istixanasından 2017-ci ildə pomidor məhsulu almış, iddiaçı Moskva şəhərində olarkən ona cavabdehə pul verməsini demiş, o da cavabdehə hər dəfə 3.000 ABŞ dolları olmaqla, ümumilikdə 2 dəfəyə 6.000 ABŞ dolları ekvivalentində rus rublu vermişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli XXX nömrəli ekspert rəyinə əsasən, XXXndə yerləşən 60 sot sahəni əhatə edən mübahisəli istixananın ap arılmış müxtəlif növ tikinti-təmir və yenidənqurma işlərinə (xidmət haqqı, tikinti materialları və sair nəzərə alınmaqla) hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 66.000 manat məbləğdə müəyyən edilmişdir. Tədqiq olunan ərazidə aparılmış istixana tikilisində (32 mm, 40 mm, 50 mm, 57 mm, 89 mm, 100 mm, 120 mm ölçüdə) dəmir borular basdırılaraq dib hissələrinə beton tökülmüş, dəmir və plastmas borulardan istilik, damcı, su xətləri çəkilmişdir. Dam hissəsi terma ilə yığılaraq üstünə 5 illik politren çəkilmişdir. Lakin, istixananın tikintisində istifadə olunmuş materialların (boruların yer səthindən nə qədər dərinlikdə basdırıldığını, tikinti zamanı sərf olunmuş materialların artıq sərflyyatını) dəqiqliklə müəyyən etmək mümkün olmadığı üçün, hazırkı vəziyyətdə istifa də olunmuş inşaat materiallarının hər birinin ayrılıqda sayını, dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, həmin ərazilərdə 1 sot torpaq sahəsində istixananın tam şəkildə qurulması üçün çəkilmiş zəhmətin dəyəri təqribən 180 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 178.340 manat, 16.000 ABŞ dolları, 971.000 rubl və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın təmin edilməməsi, iddiaçıdan ona məxsus 30.000 ABŞ dolları dəyərində qızılzinət əşyalarının özünün və ya dəyərinin, qızılla ra görə verdiyi 7.500 ABŞ dolları, 100.000 manat pulun, istixanaya çəkdiyi 160.357 manat xərcin və 30 manat dövlət rüsumunun ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İlk iddianın əsaslarına görə, o, kənd təsərrüfatı məhsulları əkib, becərib, həmin məhsulları satmaqla məşğul olur. Cavabdeh 20 illik tanışıdır və münasibətləri həmişə yaxşı olmuşdur. O, müxtəlif vaxtlarda cavabdehlə ticarət əlaqələrində olmuş, bu zaman cavabdeh tərəfindən ona ödənilməli olan pullar, habelə gömrük rüsumları ödənilməmişdir. Həmçinin, cavabdehin oğlunun təhsil xərclərinin, cavabdehin kredit borcunun ödənilməsi və sair üçün verilmiş pullar da ona qaytarılmadığından, cavabdehin ona külli miqdarda pul borcu qalmışdır. Həmin pulun ödənilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
10. Qarşılıqlı iddianın əsaslarına görə, o, 2018-ci ilin avqust ayında Rusiyada həbsdə olarkən, iddiaçı notarial qaydada verilmiş etibarnamə vasitəsilə onun Bankda olan 100.000 ABŞ dolları pulunu hesabdan çıxararaq mənimsəmişdir. Bundan başqa, o, ailəsinə çatdırılması üçün arvadına məxsus qızılları iddiaçıya vermiş, lakin o həmin qızılları da söz verdiyi kimi ailəsinə çatdırmamış, gömrük bəyannaməsi olmadığına görə qızılların Gürcüstanda gömrük xidməti tərəfindən müsadirə olunduğunu demişdir. Qızılların qaytarılması üçün əvvəlcə 2.500 ABŞ dolları, sonra isə 5.000 ABŞ dolları versə də, qızıllar qaytarılmamışdır.
11. Şəmkir Rayon Məhkəməsinin 2(076)-189/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Mustafayev) ilk iddia qismən təmin edilmiş, cavabdehdən 6.500 ABŞ dollarını n ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 550 manat pulun alınaraq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan 23.840 Gürcüstan larisi miqdarında pulun xx.xx.2018-ci il tarixə Azərbaycan manatına olan məzənnəsi ilə və 48.823,5 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə pulun alınaraq cavabdehə verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi ilk iddia ilə bağlı qeyd etmişdir ki, iddiaçı öz tələbini təsdiq edə biləcək sübutları - pomidor məhsullarının əldə olunmasına sərf olunmuş xərclər, ödənilmiş gömrük rüsumları, gömrük borcuna dair sənədləri, yaranmış zərərin məbləği ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. B una görə də, ilk iddia tələbi yalnız cavabdehin etirafları və şahid ifadələri ilə təsdiq olunan hissədə təmin edilməlidir. Belə ki, cavabdeh aldığı pulları (ümumilikdə 6.500 ABŞ dolları məbləğdə) ilk iddiaçıya qaytardığını bildirsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
13. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında əvəzsiz tapşırıq müqaviləsi olmuş və sonuncunun müqavilə öhdəliyini qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində cavabdehə zərər dəymiş və iddiaçı dəyən zərər üçün məsuliyyət daşıyır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
14. Məhkəmə, həmçinin, cavabdehin qarşılıqlı iddia tələbinin iddiaçıy a qızıl-zinət əşyalarını qaytarmaq üçün 7.500 ABŞ dolları verilməsi və həmin pulun iddiaçıdan alınaraq ona verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin halı təsdiqləyəcək sübutlar təqdim edilməmişdir.
15. Məhkəmə bildirmişdir ki, tərəflər şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq istixana inşa etdirdiklərini qeyd etmişlər. Lakin, nə iddiaçı, nə də cavabdeh həmin xərclərin neçə manat təşkil etməsi, həmin xərcdə onların qoyduqları pulun miqdarı, həmin istixanadan nə qədər gəlir götürmələri, istixananın tikilmə xərclərinin həmin gəlirlərə aid edilib-edilməməsi, yaxud nə qədər ziyan etmələri, istixananın tikilmə xərclərinin həmin ziyana daxil olub-olmaması barədə məhkəməyə sübut təqdim edə bilməmişlər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
16. Məhkəmə qarşılıqlı iddianın 100.000 ABŞ dolları pulun alınıb ona verilməsi hissəsi ilə bağlı göstərmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı izahatında cavabdehin Rusiya Federasiyasında satdığı evinin dəyəri olan 90.000 ABŞ dollarını aldığını, həmin pulun 100.000 manatını cavabdehin Moskva şəhərində olan borclarına, Şəmkir rayonuna gələndə 20.000 manatını isə pomidor məhsulu aldığı borcları olan insanlara vermiş, qalan pulu isə cavabdehə qaytardığını qeyd etsə də, cavabdeh həmin puldan yalnız 70.000 manat pulu iddiaçıdan aldığını etiraf etmişdir. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, 90.000 ABŞ dollarının 70.000 manatından, yəni 41.176,5 ABŞ dollarından artıq hissəsinin qaytarılmasını təsdiqləyəcək sübutlar məhkəməyə təq dim edilməmişdir. Ona görə də, həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməli və 48.823,5 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnə ilə iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 445.1, 600.1, 739.1, 739.2, 777.1, 777.2, 779.1, 1091.1, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayətləri vermişdir.
19. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddia ərizəsində göstərilənlər apellyasiya şikayətində bir daha qeyd olunmuş və əlavə olaraq göstərilmişdir ki, onun bildirdikləri şahid ifadələri ilə yanaşı təqdim etdiyi sənədlərlə də təsdiqini tapmışdır. Cavabdehlə aralarında olan alver kitabçasında əksini tapmış və nə qədər pul alınması dəqiq göstərilmişdir. Lakin, məhkəmə bunları nəzərə almamışdır. Bundan başqa, cavabdeh ondan qızıl-zinət əşyalarının aparılmasını xahiş etmiş, qarşılığında heç bir haqq almamışdır. Həmin qızıl-zinət əşyalarına görə 2 ay müddətinə Gürcüstan Respublikasında qalmağa məcbur olmuşdur. Qarşılıqlı iddia tələbi heç bir sübuta söykənməsə də, məhkəmə tərəfindən təmin edilmişdir.
20. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, qətnamə qanunsuz və əsassızdır. Belə ki, apellyasiya şikayətində qarşılıqlı iddia ərizəsində göstərilənlər qeyd olunmuş və əlavə olaraq bildiri lmişdir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. Onun istixanaya çəkdiyi xərclə bağlı məhkəmə hüquqi qiymətləndirmə aparmamışdır. Qızılla bağlı olan hissəyə isə iddiaçının etirafedici izahatına yox, Gürcüstan Respublikasında iddiaçının cərimə edilərək müsadirə olunacaq qızıl əşyalarının qiyməti barədə qərar qəbul etmişdir. Həmçinin, iddiaçıya qızılların çıxarılması üçün 2.500 və 5.000 ABŞ dolları olmaqla, cəmi 7.500 ABŞ dolları verilməsi onun özü tərəfindən etiraf edilsə də, bu hissəyə də məhkəmə qiymət verməmişdir. Bankdan 100.000 ABŞ dollarının götürülməsi ilə bağlı iddiaçı müxtəlif izahatlar versə də, məhkəmə sonuncu dəfə bildirdiyi rəqəmə münasibətdə iddianı təmin etmişdir. İlk iddia tələbi ilə bağlı göstərir ki, ondan tutulması qət edilən 6.500 ABŞ dolla rı pulu ona başqa şəxs vermişsə, iddiaçının tələb etmək hüququ yox idi. Lakin, məhkəmə tərəfindən yuxarıda göstərilənlər nəzərə alınmamışdır.
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), A.Bayramov və Ə.Abdullayev) 2(104)-3104/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi iddiaçıdan 48.823,5 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq cavabdehə verilməsi hissəsində dəyişdirilmiş, iddiaçıdan cavabdehin xeyrinə tutulmalı olan pulun məbləği 30.000 ABŞ dolları məbləğdə müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlan ılmışdır.
22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının eyni iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), A.Bayramov və Ə.Abdullayev) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsi, həmin qətnamənin nəticə hissəsində cavabdehin xeyrinə tutulmalı olan pulun məbləğin “30.000 ABŞ dolları” əvəzinə “30.000 manat” kimi oxunması qərara alınmışdır.
23. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası göstərmişdir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd olunmuş hissələri üzrə gəldiyi nəticə sübutlar baxımından Konstitusiya Məhkəməsinin mövqeyinə uyğundur. Qarşılıqlı iddia tələbinin yalnız qızıl-zinət əşyalarına və ailəsinə çatdırı lması üçün verilmiş pul məbləği ilə bağlı hissələri iş materialları və izahatlar ilə təsdiqini tapır.
24. Eyni zamanda, iş materialları və iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, cavabdehin Rusiya Federasiyasında satdığı evinin pulu kimi 90.000 ABŞ dollarını onun ailəsinə vermək üçün aldığını iddiaçı etiraf etmiş, həmin puldan hansı məbləğdə qaytarması barədə sübutlar təqdim etməmiş, yalnız cavabdeh özü 70.000 manat pulun ona qaytarıldığını bildirmişdir. Həmçinin, iş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, hazırda həmin pul üzrə iddiaçının cavabdehə 30.000 manat borcu vardır. Ona görə də, məhkəmə hesab etmişdir ki, tutulan məbləğ dəyişdirilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 777.1, 777.2, 779.1-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, əlavə araşdırmaya ehtiyac olarsa işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərinə uyğun olmaqla, işin hallarının sübut olunmaması və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim ol unmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görm əli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə
442. Öhdəliyin icra edilməmə si dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət al anın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov (məruzəçi), Ə.Əhmədov və İ.Şəfiyev) 2(102)-3868/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3104/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanıldığı, habelə, cavabdehin kassasiya şikayəti ilə qətnamənin ləğv edilib, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması xahiş edildiyindən, hazırkı kassasiya araşdırması ilə apellyasiya instansiyasının yekun məhkəmə aktı ilk iddia təmin olunan və qarşılıqlı iddia rədd edilən hissədə kassasiya şikayətində irəli sürülən dəlillər üzrə yoxlanılır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun tam araşdırma aparılmış, həmin hissə üzrə sübutetmə yükü düzgün bölüşdürülmüş və sübutlara hüquqi qiymət verilmişdir.
36. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin dəlilləri işin hallarının sübut olunmaması və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
37. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi cavabdehin kassasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3104/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.