Məhkəmə qərarları › İş №2(102)-4512/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4512/2018

05.07.2018 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4512/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4512/2018 05 iyun 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı evə köçürmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.12.2017-ci il tarixli 2(106)-514/2017 nömrəli qərardadından cavabdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı evə köçürmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabirabad rayon məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(056)-2200/2016 saylı qətnaməsi ilə (sədrlik edən hakim Təyyar Abbaslı) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı evə köçürmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək İddiaçı 19.02.2013-cü ildə anadan olmuş X7 ilə birlikdə cavabdeh Cavabdeh1-ə məxsus Sabirabad rayonunun Nizami kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və onların həmin evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınması qət edilmişdir. Həmin hüququn həyata keçirilməsinə maneçilik törədilməsi cavabdehlərə qadağan edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Heydərov Tofiq Xudayar oğlu və Cəbrayılov Vüsal Adil oğlu) 12.04.2017-ci il tarixli, 2(106)-514/2017 saylı qətnaməsi ilə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Sabirabad rayon məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(056)-2200/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2017-ci il tarixli, 2(106)-514/2017 saylı qətnaməsindən cavabdeh Cavabdeh1 kassasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Heydərov Tofiq X udayar oğlu və Cəbrayılov Vüsal Adil oğlu) 25.12.2017-ci il tarixli, 2(106)-514/2017 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2017-ci il tarixli, 2(106)-514/2017 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin cavabdehə geri qaytarılması qərara alınmış, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizə təmin edilməmişdir. Cavabdeh Cavabdeh1 iş üzrə Şirvani Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.12.2017-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qeyd edilən nəticəyə gələrkən onun yaşlı bir insan olm asını və dövlət tərəfindən təqaüd almasını nəzərə almayıb. Qeyd edilənləri nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.12.2017-ci il tarixli qərardadının ləğv edilməsini və dövlət büdcəsi hesabına vəkillə təmin edilməyini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili X2 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək, onun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına mane olmaq məqsədilə verildiyini bildirdi və təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdeh Cavabdeh1 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Şirvani Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.12.2017-ci il tarixli qərardadı ilə cavabdeh Cavabdeh1nın iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2017-ci il tarixli, 2(106)-514/2017 saylı qətnaməsindən kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsini təmin etməkdən imtina edərkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azə rbaycan Respublikası MPM: - 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. - 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. - 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edə n sənəd əlavə olunur. - 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılır. - 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. - 67.2-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəki lin prosesdə iştirakını təmin edir. Göründüyü kimi, qanunverici tərəfin maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanının olmadığı müəyyən edildiyi halda, onun dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini nəzərdə tutur. Lakin cavabdeh maddi imkanının olmamasının təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmaması qənaətinə gəlmək üçün yetərincə əsaslar yoxdur. Həmçinin də cavabdeh dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi də kassasiya şikayətinə əlavə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi cavabdehin ərizəsini təmin etməkdən imtina edərkən haqlı olmuşdur. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh Cavabdeh1in kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvani Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.12.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar