Məhkəmə qərarları › İş №2(102)-4513/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4513/2023

25.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4513/2023 25.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh12, X1, (Abdullayeva) Cavabdeh7, X5, Cavabdeh11, Cavabdeh9, X2 və X4 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4513/2023 (Açar sözlər: payın naturada bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh12, X1, (Abdullayeva) Cavabdeh7, X5, Cavabdeh11, Cavabdeh9, X2 və X4 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyasının 2(103)-67/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh4 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsində yerləşən ümumi sahəsi 239,6 kv.m. olan 12 saylı evin 1/5 hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh4, Cavabdeh12, X1, (Abdullayeva) Cavabdeh7, X5, Cavabdeh11, Cavabdeh9, X2 və X4 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsində istifadədə olan 12 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinin pay bölgüsünün aparılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsində istifadədə olan 12 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsi onun paylı mülkiyyətindədir. Lakin uzun müddətdir ki, o, öz həyat yoldaşı və qızı ilə birlikdə həmin evdə məskunlaşa bilmirlər. Buna səbəb isə həmin fərdi yaşayış evinin real pay bölgüsünün olmamasıdır. Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə həmin ünvana ailə üzvləri ilə birlikdə köçürülməsi təmin olunmalı idi. Lakin qarşı tərəf, cavabdeh-qonşular tərəfindən qeyri-qanuni yolla zəbt etmələrini və Bakı Apellyasiya Məhkəməsinə şikayət verdiklərini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsi payın real şəkildə ayrılmamasına görə, Yasamal Rayon Məhkəməsində bölgü aparılmasına qədər icraatın dayandırılması barədə 16 fevral 2015-ci il tarixli qərardad çıxarmışdır. Məsələ ondadır ki, iddiaçı qismində olmuş Cavabdeh6 vəfatı, həmin mübahisənin həllini mümkünsüz etmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 16 mart 2018-ci il tarixli, 3540 saylı məktubundan görünür ki, tədqiq olan evin texniki pasportda göstərilən ölçülərlə üst-üstə düşmədiyi müəyyən edildiyindən tədqiqatın aparılması mümkün olmamış və məhkəmənin tikintitexniki ekspertizasını keçirilməsi barədə xx.xx.2018-ci il tarixli qərardadı icrasız saxlanılmışdır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-842/2018 nömrəli, 22 may 2018- ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 saylı fərdi yaşayış evinin 1/5 hissəsi paylı mülkiyyət əsasında məxsus olan İddiaçı həmin fərdi yayayış evinə ailəsi ilə birlikdə köçürülməsini təmin etmək məqsədilə, payın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qərardadı ilə payın naturada bölgüsünün texniki cəhətdən mümkünlüyünü yoxlamaq məqsədilə tikintitexniki ekspertizası təyin olunmuşdur. Lakin tədqiq olan evin texniki pasportda göstərilən ölçülərlə üst-üstə düşmədiyi müəyyən edildiyin dən tədqiqatın aparılması mümkün olmamış və məhkəmənin müvafiq qərardadı icrasız saxlanılmışdır. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 220.1, 220.2, 220.3, 220.6-cı maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.2, 217.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırmış və həm çinin göstərmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəmə mübahisənin mahiyyəti üzrə hər hansı bir araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 may 2020-ci il tarixli,1725 nömrəli ekspertiza rəyi ilə - ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan 1/5 paya yaxın hissəsinin naturada real olaraq ayrılması texniki cəhətdən mümkün hesab edilmiş, bu barədə plan-sxem tərtib edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-132/2020 nömrəli, 08 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəfael Eyvazov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və Fuad Talışinski) iddiaçını n apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspertiza rəyindən göründüyü kimi, ümumi əmlak üzərində iddiaçının payının naturada ayrılması texniki cəhətdən o zaman mümkün ola bilər ki, evin texniki pasportu üzrə sahəsi 61,3 kv.m. olan “B” literli tikilisi iddiaçının sərəncamına verilsin. Halbuki, işdə olan hüquqmüəyyənedici sənədlərə (çıxarış, texniki pasport) və ekspertiza rəyinə əsasən mübahisəli yaşayış evinin ümumi sahəsi 263,5 kv.m-dən ibarətdir. İddiaçının əmlak üzərində olan mülkiyyət payı isə onun 1/5 hissədədir. Göründüyü kimi, əlavə ekspertiza rəyi ilə payın naturada ayrılması zamanı iddiaçıya malik olduğu paydan daha çox (təqribən 10 kv.m.) sahə verilməlidir ki, bu da qanunvericiliyin tələblərinə uyğun olmamaqla, digər paylı mülkiyyətçilərin əmlak paylarının faktiki olaraq əsassız azaldılması ilə nəticələ bilər. Eyni zamanda, ekspertiza rəyindən görünür ki, ekspert rəyi texniki pasportun göstəricilərinə əsasən vermişdir.

13. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 220.1, 220.2, 220.4, 220.6-cı maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

14. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki K ollegiyasının 2(102)3815/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər Gündüz Quliyev (sədrlik edən, məruzəçi), İlqar Xələfov və Zaur Əliyev) kasasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

16. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyinin tələblərinə görə paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bununla b ərabər, payın naturada ayrılmasının ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkünlüyü yalnız müvafiq ekspert rəyi ilə müəyyən edilə bilər. İş üzrə alınmış ekspert rəyi ilə paylı mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan 1/5 paya yaxın hissəsinin naturada bölünməsi texniki cəhətdən mümkün hesab edilmişdir. Apellyasiya instansiya məhkəməsi Ekspertiza Mərkəzinin 16 mart 2018-ci il tarixli məktubuna istinad edərək verilmiş ekspertiza rəyi ilə razılaşmamaqla iddiaçının payının naturada bölünməsinin texniki tərəfdən mümkün olmaması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında zid diyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Digər tərəfdən, apellyasiya məhkəməsi ekspert rəyinə əsasən iddiaçının payına uyğun olaraq ona ayrılması mümkün hesab edilən tikilidə iş üzrə üçüncü şəxslər Cavabdeh4 və X3 qeyriyyatda olmaqla yaşamalarına istinad etmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bi r fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

17. İşə yenidən apellyasiya qaydasında baxılarkən apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə-tikinti ekpertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7766 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsi, 12 nömrəli fərdi yaşay ış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq (texniki pasportda olmayan, sonradan aparılan tikililər nəzərə alınmaqla) B literli yaşayış evini bütünlüklə iddiaçıya verilməklə İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq iddiaçının payı naturada ayrıla bilər.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-67/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsi, 12 nömrəl i fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evi naturada ayrılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi Cavabdeh4 vəkili Vəkil məhkəmə iclasında qeyd etdiyi cavabdehlərin bəzilərinin yaşayış yerində qeydiyyatda olduqları və mülkiyyət hüquqlarının olmaması barədə dəlili üzrə bildirmişdir ki, həmin hal hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, aşağıdakılar nəzərə alınmalıdır. Belə ki, paylı mülkiyyətdə olan əmlakdakı payın ayrılmasının mülkiyyətçilərin arasında razılaşmaya əsasən mümkünlüyü MM-in 220.1-ci maddəsində təsbit olunmuşdur. Məhz belə razılaşmanın olmaması (hazırkı işdə olduğu kimi) paylı mükiyyətçiyə Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən öz payının ayrılmasını tələb etmək hü ququ verir. Demək ki, digər mülkiyyətçilərin razılığının olmaması MM-in 220.2-ci maddəsinin tələbinə görə əhəmiyyətsizdir. Çünki həmin norma məhz paylı mülkiyyətçilərin arasında payın ayrılmasına dair razılaşmanın olmadığı halda yaranan münasibətləri tənzimləyir. Digər məsələ, yəni həmin (ayrılan) sahədə-payda başqa mülkiyyətçinin və (və ya) başqa istifadə və ya sair hüququ olan, habelə hər hansı hüququ olmayan şəxslərin yaşaması, hətta uzun müddət yaşaması da paylı mülkiyyətin mülkiyyətçisinin Mülki Məcəllənin 220.2-ci maddəsində təsbit olunmuş hüququnun təmin olunmasına, başqa sözlə desək, həmin normada onlar üçün müəyyən olunmuş hüquqlarının həyata keçirilməsinə maneə sayıla bilməz. Bu hal, olsa-olsa payın ayrılmasından sonra payı ayrılmış mülkiyyətçi ilə ayrılan sahədə yaşayan həmin şə xslər arasında yaranan yeni münasibətlərin və (və ya) mübahisələrin (mənzil kirayəsi, istifadə hüququna xitam verilməsi, həmin hüququn itirilmiş hesab olunması, mənzildən çıxarma və s.) predmeti ola bilər.

21. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi MPM-in 14.1 və 88-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerində müayinə və tədqiq etmək imkanlar ından istifadə etmədən iddianın rədd olunması barədə səhv qənaətə gəlmiş, öz mövqeyini maddi və prosessual hüquq normaları baxımından lazımi qaydada əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evi naturada ayrılmalıdır.

22. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 372, 385 və 386-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahisə üzrə mülki qanunvericiliyin həmin müddəalarına istinad etməsi və mübahisəni həmin normalara istinadən əsaslandırması maddi hüquq normalarının pozulmasıdır. O, və ailə üzvləri uzun illərdir həmin evin bir hissəsində yaşayırlar. Evə dövlət tərəfindən köçürülmüşlər, bu müddət ərzində yaşadıqları sahədən m aneəsiz istifadə və sahiblik etmişlər. O, və ailə üzvləri mülkiyyətçi olmasalar da, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla onlara məxsusdur. Həmin hüquqları əmlak hüququ sayılır. Əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qorunur. Mübahisəli evin bir hissəsinin iddiaçıya keçməsi onların həmin mübahisəli evin bir hissəsinə olan əmlak hüquqlarının xitamına səbəb olmur. İddiaçı qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə mübahisəli evin bir hissəsinə o şərtlə sərbəst surətdə sahib ola bilər və ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın. Ekspert rəyində qeyd edilmiş şəkildə iddiaçının payının müəyyən edilməsi onun dövlət tərəfindən tanınan və qorunan istifadə və sa hiblik hüquqlarını pozur. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə də maddi hüquq normalarının tələblərini pozmuş, işdəki sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. Mübahisə predmeti olan evin bir hissəsinin onların istifadə və sahibliklərində olması, iddiaçının paylı mülkiyyətdə olan həmin evdə yaşamaması, paylı mülkiyyətin bütün mülkiyyətçilərinin müəyyən edilməməsi nəzərə alınmamış, qanunsuz qətnamə qəbul etməklə qanuni sahibin mülkiyyətində olan evin bir hissəsinin iddiaçının zəbt etməsinə haqq qazandırmışdır. İddiaçının həmin evdə yaşamaması faktı araşdırılmamışdır. İşin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfin dən qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxmamış, müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmamış, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual normalara riayət etməsini yoxlamamışdır. Tərəflər arasında mövcud olmuş mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə pro sesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qətnamədə baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədiyindən, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilmədiyindən, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadığından həmin qətnamə əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz verərək, şikayətin dəlillərinin əsassız olduğunu qeyd etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərb aycan Respublikası Konstitusiyası.

26. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə r qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

30. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

31. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüqu quna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. M addə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üç ün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarda dını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

44. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək i şə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyy ən edilmir. Bundan əvvəl işə baxmiş kassasiya instansiyası məhkəməsi tərəfindən qoyulmuş göstərişlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi hazırki kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hü quqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırki qərarın 19-21-ci paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

50. Məhkəmə ko llegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

53. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-67/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar