Məhkəmə qərarları › İş №2(102)-4514/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4514/2021

24.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4514/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Siyəzən Bələdiyyəsinin Cavabdeh Abdulhəsən oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4514/21 (Açar sözlər: qeyri-qanuni istifadə olanunan torpağın geri qaytarılması, əvvəlki vəziyyətə qaytarılması) Bakı şəhəri, 24 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Siyəzən Bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh Abdulhəsən oğlunun iştirakları ilə, Sumqayıt Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(105)-411/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı Siyəzən Bələdiyyəsi tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Siyəzən Bələdiyyəsi Cavabdeh Abdulhəsən oğluna qarşı “qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılması və yeri dəyişdirilmiş qapının əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abdulhəsən oğlunun ünvan 1 ünvanda yerləşən evinin qarşısındakı Bələdiyyə mülkiyyətinə aid qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsinin geri qaytarılması və şəhərsalma və tikinti normalarını pozmaqla yeri dəyişdir ilmiş həyətə giriş qapısının əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən həmin evin qarşısındakı bələdiyyə mülkiyyətinə aid 204,7 kv.m torpaq sahəsinin geri qaytarılması və şəhərsalma, eləcə də tikinti normalarını pozmaqla yeri dəyişdirilmiş həyətə giriş qapısının əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2019-cu il tarixdə Siyəzən rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Siyəzən şəhər, Esaylı evin qarşısındakı əraziyə baxış keçirilərkən həmin evin sakini olan cav abdehin həyətyanı sahəsinə giriş üçün nəzərdə tutulan dəmir darvazanı əvvəlki yerindən çıxararaq Heydər Əliyev küçəsinə tərəf olan hasarı sökməklə orada quraşdırdığı müəyyən edilmişdir. Həmin əraziyə onlar tərəfindən baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Qeyd edilən dəyişikliyi etmək üçün cavabdehin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Belə ki, həyətə giriş qapısı həyətyanı sahənin şimal tərəfindəki yan divarında nəzərdə tutulub və onun yerinin özbaşına dəyişdirilməsi şəhərsalma və tikinti normalarının pozuntusu hesab olunur. Bundan əlavə, cavabdehin həyətyanı sahənin 204,7 kv.m hissəsinin bələdiyyə mülkiyyətinə aid olduğu və onun tərəfindən zəbt olunaraq qanunsuz istifadə edildiyi məlum olmuşdur. Cavabdehdən bu qanunsuzluqlara son qoyulması o, cümlədən qeyriqan uni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsinin geri qaytarılması, eləcə də şəhərsalma və tikinti normalarını pozmaqla yeri dəyişdirilmiş həyətə giriş qapısının əvvəlki vəziyyətinə gətirilməsi tələb olunmuşdur. Belə ki, bu formada dəyişiklik aparılması üçün rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müvafiq razılığı olmalıdır. Lakin, cavabdeh edilən müraciətlərə əhəmiyyət verməyərək, onların tələblərini qəsdən bu günədək icra etmir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 21 yanvar 2020-ci il tarixdə verilmiş **********24 nömrəli məktuba əlavə edilmiş rəydən görünür ki, göstərilən torpaq sahəsinə dair Ləğv edilmiş keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitə si tərəfindən Kod 30501004, JN-1222 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Həmin şəhadətnamə əsasında 0,05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mülkiyyət hüququnun qeydiyyata alınma prosesində əraziyə baxış keçirilən zaman cavabdehin ümumi istifadəsində 0,07047 ha torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. Bunun 0,05 ha hissəsi vətəndaşın mülkiyyətində 0,02047 ha istifadəsində olmuşdur. Fərdi yaşayış evinə dair texniki pasportda bununla bağlı məlumat öz əksini tapmışdır. 18 dekabr 2019-cu il tarixində əraziyə təşkil olunmuş birgə müayinə zamanı hazırda qoyulmuş giriş qapısının (həyət darvazası) cavabdehin mülkiyyətindən kənarda istifadəsində olan 0,02047 ha torpaq sahəsində yerləşdiyi m üəyyən olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 yanvar 2020-ci il tarixli, 2(059)-47/2020 saylı qərardadı ilə (hakim Bəylər Ələkbərov) məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə və AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesti Xidmətinə həvalə olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 22 iyun 2020-ci il tarixli, **********34 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2020-ci il tarixli, 4090 saylı rəyindən görünür ki, Siyəzən şəhəri, Esaylı evin qarşısında yerləşən və mübahisə predmetini təşkil edən 0,02047 ha torpaq sahəsi DƏDRX tərəfindən Cavabdeh Abdulhəsən oğlunun mülkiyyətinə verilmiş **********00-10301 reyestr nömrəli texniki pasportda zəbt kimi göstərilmişdir və cavabdehin faktiki istifadəsindədir. Mübahisənin predmetini təşkil edən 0,02047 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə məxsusdur. Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 122 saylı evin qarşısında yerləşən və Cavabdeh Abdulhəsən oğlunun mülkiyyətindən kənar istifadəsində olan mübahisənin predmetini təşkil edən 0,02047 ha torpaq sahəsi təyinatı üzrə yaşayış məntəqəsi torpaqlarına aiddir. Birinci instansiya məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(059)-47/2020 saylı qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Cavabdeh Abdulhəsən oğlu tərə findən yeri dəyişdirilərək yeni açılmış həyətə giriş qapısı onun hesabına bağlanmaqla, köhnə qapı yerinin əvvəlki vəziyyətdə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun 50 %-i, yəni 50 manatının iddiaçı Siyəzən Bələdiyyəsindən, qalan 50 %-i, yəni 50 manatının isə Cavabdeh Abdulhəsən oğlundan tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 67,20 manatın 50 %-i, yəni 33,60 manatının iddiaçı Siyəzən Bələdiyyəsindən, qalan 50 %-i, yəni 33,60 manatının isə Cavabdeh Abdulhəsən oğlundan tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına keçirilməsi, iddiaçının ödəməkdən azad edildiyi 10 manat döv lət rüsumunun 50 %-i, yəni 5 manatının Cavabdeh Abdulhəsən oğlundan tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbinin ilk, yəni cavabdehin ünvan 2 ünvanında yerləşən evinin qarşısındakı bələdiyyə mülkiyyətinə aid 204,7 kv.m torpaq sahəsinin mülkiyyətçiyə geri qaytarılması hissəsinə münasibətdə tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki,Siyəzən şəhəri, Esaylı evin qarşısında yerləşən mübahisəli 0,02047 ha torpaq sahəsi iddiaçı bələdiyyənin mülkiyyətində olsa da, bu torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməklə hazırda da onun faktiki istifadəsindədir. Belə ki, mübahisəli torpaq sahəsi 1970-ci ildən etibarən əvvəlcə cavabdehin mərhum atası Abdulhəsən Səmədovun, sonra isə onun istifadəsində olmuşdur. Hazırda iddiaçı tərəfindən sökülməsi tələb olunan hasar cavabdehin mərhum atası Abdulhəsən Səmədov tərəfindən 1980-ci il tarixdə inşa etdirilsə də, giriş darvazası cavabdehin özü tərəfindən 2019-cu ilin sentyabr ayında qoyulmuşdur. Bununla belə, mübahisəli torpaq sahəsinin 1970-ci ildən etibarən cavabdeh və onun ailə üzvləri tərəfindən faktiki olaraq istifadə edilməsi, habelə orada müxtəlif növdən olan ağacların əkilməsi, lakin, həmin əraziyə münasibətdə cavabdeh tərəfindən torpaq vergisinin ödənilməməsi işin mübahisəsiz hallarıdır. Lakin, bələdiyyənin mülkiyyəti olan mübahisəli torpaq sahəsinin 1970-ci ildən etibarən cavabdehin və onun ailə üzvlərinin faktiki istifadəsində olması, habelə bu ərazinin onların şəxsi tələbatlarını qarşılamaq üçün istifadə olunmas ı, o cümlədən orada müxtəlif növdən olan ağacların əkilməsi, eləcə də “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.3-cü maddəsinin tələbləri baxımından qeyd olunan ərazinin iddiaçı bələdiyyəyə geri qaytarılmasını mümkünsüz edir. Belə olan halda, bu torpaq sahəsinin gələcəkdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada onu istifadə edən cavabdehin mülkiyyətinə verilməsi, eyni zamanda torpaq vergisinə cəlb edilməsi istisna edilmir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə qiymət verərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Cavabdeh Abdulhəsən oğlu tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində yenidənqurma işləri aparılmış, habelə bunun üçün müvafiq icra hakimiyyəti orqanlarından razılıq alınmadan həyətə olan əvvəlki giriş qapısının yeri dəyişdirilərək yeni qapı yeri açılmış, o cümlədən giriş qapısı qoyulmuşdur. Bunun da nəticəsində iddiaçının qanunla qorunan hüquq və maraqları pozulmuş, habelə pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Cavabdeh Abdulhəsən oğlu tərəfindən yeri dəyişdirilərək yeni açılmış həyətə giriş qapısı onun hesabına bağlanmaqla, köhnə qapı yeri əvvəlki vəziyyətdə bərpa edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56, 5 8, 82-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 9.8-ci, 16.1. 16.2, 16.3-cü, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 180.1, 180.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 88, 107, 115.0.1, 119.1, 124.1, 124.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh Abdulhəsən oğlu qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və qətnamədə göstərilən “yeri dəyişdirilmiş qapının əvvəlki vəziyyətə qaytarılmasına dar” hissəsinin əsassız olduğundan ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icr aat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasovsədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 05 mart 2021-ci il tarixli, 2(105)411/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Siyəzən Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli, 2(059)-47/2020 saylı qətnaməsinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Cavabdeh Abdulhəsən oğlu tərəfindən yeri dəyişdirilərək yeni açılmış həyətə giriş qapısının onun hesabına bağlanmaqla, köhnə qapı yerinin əvvəlki vəziyyətdə bərpa edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunmaması, qətnamənin iddianın ünvan 4 ünvanında yerləşən evin qarşısındakı bələdiyyə mülkiyyətinə aid qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) t orpaq sahəsinin geri qaytarılmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması, iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi dövlət rüsumunun özünə aid edilməsi, cavabdehin apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 10,40 manat dövlət rüsumunun iddiaçıdan alınıb ona verilməsi, keçirilmiş məhkəmə tikinti-texniki və torpaq sahəsinin inventarlaşdılması ekspertizalarının dəyəri olaraq 100 manat məbləğində pulun iddiaçı Siyəzən Bələdiyyəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 67,20 manatın tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqq ında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinə istinad edərək iddianı cavabdehin ünvan 4 ünvanında yerləşən evinin qarşısındakı bələdiyyə mülkiyyətinə aid qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsinin geri qaytarılması hissəsində təmin etməmişdir. İddiaçı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmış və ondan apelyasiya şikayəti verməmişdir. Başqa sözlə, cavabdehin qeyd edilən torpaq sahəsinə faktiki istifadə hüququ tanınmaqla daha öncə istinad olunan maddi hüquq normasına əsasən həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən 23 may 2014-cü il tarixdə Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 122 nömrəli ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh Abdulhəsən oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi həmin torpaq sahəsi əvvəlcə cavabdehin atasının, sonra isə özünün istifadəsində olmuşdur. İşdə olan yaşayış evinin texniki pasportundan məlum olur ki, cavabdehə məxsus yaşayış evi, o cümlədən hazırda giriş qapısının yeri dəyişdirilmiş hasar 1986-cı ildə inşa olunmuşdur. Daha öncə istinad olunan maddənin əsas dispozitiv şərtindən göründüyü kimi, cavabdehin mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən artıq istifadə etdiyi 0,02047 ha torpaq sahəsi də həmin hüquq əsasında onun adına rəsmiləşdirilməlidir. Başqa sözlə, cavabdehin mülkiyyətində olan torpaq sahəsindən ar tıq istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməli olması qanunla müəyyən edilmişdir. Onun bu hüququnu bu və ya digər səbəbdən (hüququnu bilməməsi, səlahiyyətli orqanların maneçiliyi və s.) vaxtında gerçəkləşdirməməsi onu bu hüquqdan mərhum etmir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehin ünvan 4 ünvanında yerləşən evinin qarşısındakı bələdiyyə mülkiyyətinə aid qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsinin geri qaytarılması hissəsində iddianı təmin etməməkdə haqlı olsa da, yeri dəyişdirilərək yeni açılmış həyətə giriş qapısının bağlanmaqla, köhnə qapı yerinin əvvəlki vəziyyətdə bərpa edilməsi hissəsində haqlı olmamışdır. Belə ki, daha öncə qeyd olunduğu kimi qanun cavabdehin mülkiyyətində olan torpaq sahəsindən ar tıq istifadə etdiyi torpaq sahəsinin də mülkiyyətinə keçirmək hüququnu tanımışdır. Cavabdeh həmin torpaq sahəsinin faktiki istifadəçisidir. Əvvəla, giriş qapısı daşınmaz əmlak deyildir. Onun tamlığına xələl gətirmədən sökülməsi mümkün olan əmlakdır. Cavabdehin mülkiyyətində olan yaşadığı fərdi yaşayış evinin həyətinə giriş qapısı qoyması kimi hərəkəti hazırki halda Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrini tənzimləyən normalarının təsiri altına düşmür. Digər tərəfdən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən cavabdehin özünə məxsus hasarı sökməsi, tikməsi, ora giriş qapısı yerləşdirməsi üçün icazə tələb olunmur. İddiaçı cavabdehə məxsus giriş qapısının sökülməsini tələb etməkdə subyektiv hüquqa malik olmadığı kimi, onun hansı zərurə tdən yarandığını da əsaslandıra bilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən, o cümlədən izahatlardan göründüyü kimi cavabdehlə qonşu evlərin də giriş qapıları cərgə ilə eyni küçəyə açılır. Belə olan halda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və maraqlarının, eləcə də kənar kiminsə hüquqlarını pozması halı təsdiq olunmur. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Siyəzən Bələdiyyəsi (Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qanunsuz, əsassız, eyni zamanda maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə çıxarmışdır.Hesab edirlər ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında cavabdeh tərəfindən ünvan 6ülkiyyətində olan torpaq sahəsində yenidənqurma işləri aparılaraq, bunun üçün müvafiq icra hakimiyyəti orqanlarından razılıq alınmadan həyətə olan əvvəlki giriş qapısının yerinin dəyişdirilərək yeni qapı yeri açılması, o cümlədən giriş qapısı qoyulması ilə onların qanunla qorunan hüquq və maraqları pozulmuşdur. Lakin apelyasiya kollegiyası iş üzrə maddi hüquq normalarını pozaraq hüququn tətbiq edilməsində səhv buraxaraq, tətbiq edilməli olan qanunu və digər normativ hüquqi aktı tətbiq etməyərək, həmin hüquqi aktı səhv təfsir etməklə cavabdehin apelyasiya şikayətini təmin etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, 3-cü şəxs Siyəzən rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Si yəzən Bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh Abdulhəsən oğlu məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məh kəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hü ququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmaldır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ap elyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətini cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində yenidənqurma işləri aparılaraq, bunun üçün müvafiq icra hakimiyyəti orqanlarından razılıq alınmadan həyətə olan əvvəlki giriş qapısının yerinin dəyişdirilərək yeni qapı yeri açılması, o cümlədən giriş qapısı qoyulması ilə onların qanunla qorunan hüquq və maraqları pozulması ilə əsaslandırsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də apelyasiya kollegiyasının vurğuladığı kimi, iddiaçı cavabdehə məxsus giriş qapısının sökülməsini tələb etməkdə subyektiv hüquqa malik olmadığı kimi, onun hansı zərurətdən yarandığını da əsas landıra bilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən, o cümlədən izahatlardan göründüyü kimi cavabdehlə qonşu evlərin də giriş qapıları cərgə ilə eyni küçəyə açılır. Belə olan halda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və maraqlarının, eləcə də kənar kiminsə hüquqlarını pozması halı təsdiq olunmur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Siyəzən Bələdiyyəsi tərə findən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-411/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar